Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   2   3   4   5   6   7   8   9   ...   28

 
11 
UŞAQLIQ İLLƏRİ 
 
Adı İnqilab olan bənzərsiz bir insan var
Uşaqlıq illərində çəkibdir çox əzablar. 
 
Gücü çatmayan yükü öz çiynində daşıyıb, 
Ömrü boyu xoş, şirin arzularla yaşayıb. 
 
O arzular insanı səadətə çatdırar, 
Şəri əzər, haqlını ədalətə çatdırar. 
 
Sabahı aydın görüb, yaşamayıb gümansız, 
Arzusu saf insanın sabahı da dumansız. 
 
Bədxahlığı, pisliyi qundağında əzdirib, 
Böyük, nəcib duyğular ürəyində gəzdirib. 
 
Ürəklərə sığmayan ağrıları olubdur, 
Əkdiyi çox çiçəklər açılmadan solubdur. 
 
Qəlbində yara var ki, kök salıbdır dərində, 
Çox nisgillər çəkibdir uşaqlıq illərində. 
 
Yoxsulluğun qəm dolu acısını dadıbdır, 
Şirin xəyallar onu min dəfə aldadıbdır. 
 
Arxa olub ömrünə ağlı, hissi, şüuru, 
Ən çətin zamanda da əyilməyib qüruru. 
 
Görsə də min ehtiyac, görsə də min çətinlik
Sehirli dünyasına hakim olub mətinlik. 
 
Atasız keçən illər məşəqqətli keçibdir, 
Qəlbi təşnə olanda göz yaşını içibdir. 
 
O amansız illərin dəyib ağır xətası, 
Qanlı vuruşmalardan qayıtmayıb atası. 
 
Cadar-cadar olubdur həm dodağı, həm dili. 
Düşündükcə cəbhədə həlak olan Ədili... 
 
Vətən, torpaq yolunda  qurban verib canını, 
Əmanət qoyub-gedib oğluna ad-sanını. 


 
12 
 
Ata kimi çatmayıb müqəddəs muradına, 
Şərəf, şan gətiribdir övladının adına. 
 
Candan əziz nə var ki, qorxmavıb, can qoyubdur. 
Gələcək nəsillərə gözəl ünvan qoyubdur. 
 
Atadan övladına mərdlik miras qalıbdır. 
Bu duyğular qəlbini milyon dəfə çalıbdır. 
 
О illəri yaşayıb acı bir yuxu kimi, 
Atasızlıq dərdinə dözübdür çoxu kimi. 
 
Elə illər olub ki, özü yolda qalıbdır, 
Ürəyi intizarda, gözü yolda qalıbdır. 
 
Kasıb, yoxsul daxmada ürəyinə güvənib, 
Doğma Çiçək ananın çörəyinə güvənib. 
 
Qəlbinə od düşübdür təndirinin odundan, 
O çörəyin ətrini çıxarmayıb yadından. 
 
Ana çörəyi ilə ərsəyə çatan uşaq, 
Yaxşı bilib, dərk edib, nədir həyat, yaşamaq!.. 
 
Biri də olmaz cani, biri də olmaz harın, 
Ana çörəyi ilə böyüyən uşaqların. 
 
Uşaq ikən uşaqlıq dünyasını tərk edib, 
"Həyat nədir?" sirrini erkən duyub, dərk edib!.. 
 
Sinəsində neçə min silinməz dağ qalıbdır, 
Çiçək ana qəlbində ömürlük sağ qalıbdır. 
 
Harayına, ününə çatmasa da əlləri
Oğlunun fəryadları dağlayıb könülləri. 
 
Nə yaxşı ki, о zaman "Qızıl inək" sağ idi, 
Elə bil ki, bu evin arxasında dağ idi. 
 
Canlı bir insan kimi arxaydı uşaqlara, 
Dadlı südü, qatığı hər gün gələrdi kara. 
 


 
13 
Sanki yaranmışdı o, dövrün ehtiyacından, 
Onsuz körpə uşaqlar ölərdilər acından. 
 
Şirin nağıla döndü bu inəyin varlığı, 
Beləcə keçib getdi yaman günün darlığı. 
 
"Qızıl inəy"i hər gün aparanda örüşə, 
Çöl-çəmənlər gələrdi İnqilabla görüşə. 
 
Oxusa da min əsər, yenə də doymaz, doymaz. 
Kitabını heç zaman əlindən yerə qoymaz. 
 
Dilini öyrənərdi güllərin, çiçəklərin, 
Qoynunda uyuyardı yaşıl biçənəklərin... 
 
 
 
MÖCÜZƏ 
Heyvanlar aləmində elə möcüzələr var
İlahinin hökmünə onu bənzətmək olar. 
 
Qəribədir, tarlada ikicə bala ceyran, 
Dayanıb İnqilaba baxırdı heyran-heyran. 
 
O mənalı baxışdan dostluq, ülfət yarandı. 
Nağıllardan boylanan bir məhəbbət yarandı. 
 
Bəlkə incidən olub onları qova-qova, 
Görkəmlərindən necə bənzəyirdi buzova. 
 
Adi əhvalat deyil, möcüzəli bir işdi, 
Ceyranın balaları ona çox tez isnişdi. 
 
İnqilaba qoşulub onlar qapıya gəldi, 
Buzov kimi rəngi bir, üçü də lap dəcəldi. 
 
Ceyranlar qoşa deyil, elə bil üçəmdilər. 
Buzov ilə birlikdə inək südü əmdilər. 
 
Anasından ayrılan balaların nə dərdi, 
İnqilabla oynayar, onunla əylənərdi. 
 
Uşaq hara getdisə, qalmadı dala ceyran. 


 
14 
İnqilabın özü də olmuşdu "bala ceyran". 
 
Ceyranlar İnqilabla bir yatır, bir dururdu. 
Bir uşaq xəyalında yeni dünya qururdu. 
 
Onlara baxmaq üçün hey camaat gəlirdi. 
Təkcə hüsülülər yox, bütün elat gəlirdi. 
 
Hər şeyləri var idi, çatmırdı qanadları. 
Ceyranlar da yeyirdi buzov yeyən otları. 
 
İnqilabın onlara dərin sevgisi vardı. 
Gecə biri sağında, biri solda yatardı. 
 
Dayanıb bir-birinə sevinclə baxardılar, 
Ayrılıq anlarında yaman darıxardılar. 
 
Görünməsin heç kimə adi oyuncaq kimi – 
Çoxu baxardı evə müqəddəs ocaq kimi!.. 
 
Yer ilə göy birləşə, bu gəlməzdi ağıla, 
Ceyranların gəlişi çevrilmişdi nağıla... 
 
 
"QIZIL İNƏYİN" ÖLÜMÜ 
 
Təbiətin ən böyük möcüzəsi canlılar. 
Heyvanın da insantək olumu, ölümü var. 
 
"Qızıl inək" öləndə ailəni ağlatdı, 
İnqilab sübhə kimi nə dincəldi, nə yatdı. 
 
O inəyin itkisi çətin idi çətindən, 
Bircə tikə də olsun yemədilər ətindən. 
 
Yaxşı bilir böyük də, yaxşı bilir uşaq da, 
O ildən bir dana da kəsilməz bu ocaqda. 
 
İnqilab neçə dəfə acı xəyala daldı, 
Çöl-çəmənli günləri min dəfə yada saldı. 
 
O inəyə məhəbbət aşıb-daşdı ürəkdə, 
"Qızıl inək" yenidən nağıllaşdı ürəkdə. 


 
15 
 
Necə qələmə alım mən o ağır illəri, 
Bu komanın üstündən əsdi xəzan yelləri. 
 
Çörək dərdi dünyada bütün dərdlərdən acı, 
Kaş heç nəyə olmaya insanın ehtiyacı. 
 
Bir kimsə ас olmasın, allah da bezib acdan. 
Nə bəla törəyirsə, törəyir ehtiyacdan. 
 
İnəksiz qalan ana dolanırdı pəjmürdə, 
Ana deyil, uşaq da dözməyirdi bu dərdə. 
 
Gün olub İnqilabı məktəbə ac göndərib, 
Göndərməzdi, neyləsin, lap naəlac göndərib. 
 
Salıbsa da əzaba, salıbsa da məlala, 
Bəlkə ehtiyac onu çatdırıbdır kamala. 
 
Qaynamasa gözündən bulaq coşa bilərmi?! 
Ehtiyacı dadmayan insanlaşa bilərmi?! 
 
Özgəsinə əl açmaq rəzalətdir, qınaqdır. 
Ehtiyacın özü də insan üçün sınaqdır. 
 
Ehtiyaca əyilən bir gün dönüb qul olur. 
Heç vaxt dirçələ bilmır, içindən yoxsul olur. 
 
Mən də acı günümü milyon dəfə anmışam, 
Ehtiyacı ən böyük bir müəllim sanmışam. 
 
Dözümüm olmasaydı, rəzil ola bilərdim, 
Hər vaxt şərəfsizliyə dəlil ola bilərdim. 
 
İnqilab da bu doğru, bu düz yolu seçibdir. 
Ləkəsiz ünvanların sırasına keçibdir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə