Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

 
43 
Hərçənddir bu söhbətim yerli, yersiz uzandı. 
Əziyyət çəksələr də, fəhlələr də qazandı. 
 
Kəlbəcər gözləriylə alovu, odu gördü. 
Civənin əvəzinə titan zavodu gördü. 
 
Ürəyində qalmadı fəhlənin qəmi, dərdi. 
İlk uğur İnqilaba şərəf, şöhrət gətirdi. 
 
Ətalət üzərində döndü iti qılınca, 
Yeni müjdələr gəldi bir-birinin dalınca. 
 
Başsız axıb gedən su can dərmanıydı, nurdu. 
"İsti su" şüşə qaba əllə doldurulurdu. 
 
Aradan çox keçməmiş gətirilən avtomat 
Yorulmaz "əlləriylə" hamını qoymuşdu mat... 
 
Mürgü döyən dağ, dərə bu qəflətdən ayıldı. 
"İsti su‖yun sorağı ölkələrə yayıldı. 
 
Kim ki, görürdü onun ləzzətini, dadını. 
Qəlbinə nəqş edirdi Kəlbəcərin adını. 
 
Elin qəlbincə oldu ət, süd kombinatları. 
Tezliklə gəldi başa qır, çörək zavodları. 
 
Geriliyin yükünü üzərindən tez atdı, 
Kəlbəcərin intibah dövrü, zamanı çatdı!. 
 
 
KƏLBƏCƏR ƏFSANƏSİ 
 
Bir zaman Kəlbəcərin dərdləri çox ağırdı. 
Bu dağlar diyarından min ehtiyac baxırdı. 
 
Böyük ruh düşkünlüyü var idi camaatda
Qabaqda getməyirdi bircə təsərrüfat da. 
 
Arana qaçmaq idi adamların əlacı, 
Una, taxıla vardı hamının ehtiyacı. 
 
Aldadanlar var idi sadəlövh camaatı, 


 
44 
Guya baş tutan deyil burda kolxoz həyatı. 
 
Erməninin əlaltdan yalanı hazırlamr, 
"Kəlbəcəri köçürmək" planı hazırlanır. 
 
Bu böyük həqiqəti yadda saxlayaq gərək: 
Boş vəd deyil, insana çörək gərəkdi, çörək! 
 
Kim çörəksiz qoyubdu bu çörəkli mahalı?! 
Çoxu dərindən duyub, dərk etmirdi bu halı. 
 
Göylərəmi köçmüşdü əkin, biçin adamı?! 
Yoxsa gələn yox idi, bu yerdə imdadamı?! 
 
Millətin dərdi idi Kəlbəcərin bu dərdi, 
Düşmən uca qalanı axı yıxa bilərdi!.. 
 
Bu xəyanət gizlicə görsə də öz işini, 
Heç kim üzə vurmurdu yurd-yuva təşvişini. 
 
Heydər ata dərindən duymuşdu xəyanəti. 
Ürəyində tutduğu mövqe qətiydi, qəti! 
 
Tək-tək adamları yox, layihəni rədd edir, 
Kəlbəcəri qəlbində Vətənə sərhəd edir. 
 
Bu "toxunan" naxışın ilməsi böhtan, şərdi. 
İrəvan Qarabağla gizlincə "birləşərdi". 
 
Torpağını qorumaq əsl hünərdi, hünər. 
Kəlbəcərə gərəkdi sözü ötkəm bir rəhbər. 
 
Elə rəhbər ki, onun hər sözü daşdan keçsin. 
Məğrur dağ adamları uğrunda başdan keçsin. 
 
İnqilab da qayıdıb partiya məktəbindən. 
Qaçmaq çox müşkül işdi o zamanın dəbindən. 
 
Təzə işə gedənin söz deməyə nə həddi?! 
Götür-qoy edilibsə, deməli, məsləhətdi. 
 
İnsan qayğı axtarıb, torpaq imdad umanda, - 
Kəlbəcərə gəldi o, belə ağır zamanda. 


 
45 
İşlər pərən-pərəndi, hardan başlasın, necə?! 
Çox götür-qoy elədi ürəyində gizlicə. 
 
Yaxın-uzaq kəndlərə bircə-bircə çəkdi baş
Eşitdiyi sözlərdən keçirdi təşviş, təlaş. 
 
Dünya görmüş qocalar yığışdılar başına, 
Ağsaqqal məsləhəti çox gəlirdi xoşuna. 
 
Əsas mətləb burdadır: camaatın arzusu! 
Camaatın arzusu - bu həyatın arzusu. 
 
Elin ürək sözləri səsləndi aram-aram. 
Hazırlandı məntiqli, məzmunlu bir proqram. 
 
Qoca, cavan görürdü yüksəliş yollarını. 
Hamı işə girişdi çırmayıb qollarını. 
 
Çox ürəkdən sevindi, razı qaldı camaat. 
Əmək haqqı yönündə aparıldı islahat. 
 
Siz elə zənn etməyin əmək elə əməkdi, 
Adicə yenilik yox, bu, inqilab deməkdi. 
 
Bu islahat hər kəsdə işə maraq oyatdı. 
Əkinçi də, maldar da şirin arzuya çatdı. 
 
Əməyinin bəhrəsi əməkçiyə çatanda 
Bu axına qoşuldu tənbəllikdən yatan da... 
 
Görüləcək işlərin yox hesabı, yox sanı. 
Çətinliyin çəpəri qorxutmurdu insanı. 
 
Tütün bitməz, deyirdi çoxları Kəlbəcərdə. 
Kabinet alimləri səhv etmişdi bu yerdə. 
 
İnqilab dərk etdi ki, tütün sərvət deməkdi. 
Kəlbəcər torpağında tütün əkmək gərəkdi. 
 
Ona tərəfdar olan, inanan da çox idi. 
Tütünün öz dilini bilənlərsə yox idi. 
 
 


 
46 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yeni Kəlbəcər şəhərinin bünövrəsi qoyulur. 
1985-ci il 
 
Səs verənlər qoşuldu İnqilabın səsinə, 
Alimlər dəvət aldı tütün əkilməsinə. 
 
İş o qədər, kabinet çoxdan çıxmışdı yaddan. 
Hər gün keçir İnqilab hər cür alovdan, oddan. 
 
Gah fermada görünür,  gah tütünə çəkir baş. 
Dirçəlir "ölü" torpaq, dirçəlir yavaş-yavaş. 
 
Vaxt yetişdi İnqilab insanları yaşatdı, 
Çörək dərdi çəkənlər çörək dərdini atdı. 
 
Hamı bir nəfər kimi dərk etdi ki, dərindən, 
Hər ehtiyac ödənər zəhmətin bəhərindən. 
 
İnqilabın hər sözü, çağrışı zəfər oldu. 
Bunu görən bədxahın qisməti zəhər oldu. 
 
Kəlbəcərdə tütünə, fermaya bağlı olub. 
Əl atdığı işlərdə özünün ağlı olub. 
 
Həmişə el içindən gəlib səsi, sorağı. 


 
47 
Çox kəndliyə öyrədib mərəndini, orağı... 
 
Başçıya sonsuz inam! Gör necə də gözəldir. 
Kəndli torpaq gətirib əkin yeri düzəldir. 
 
Qabaqcadan bilir ki, bol məhsulu olacaq, 
Kəndlinin bom-boş qalmış ambarları dolacaq! 
 
Bu inamı İnqilab ürəklərdə yaratdı, 
Tüfeyli də dəyişib bel-külüngə əl atdı. 
 
Dəyişdi mal-qaranı çöllərə səsləyən də, 
Döndü qoyun, quzunu, buzovu bəsləyən də! 
 
Halal qazanc yolunu neçə yerə yozanlar
Qələmi yerə qoydu yalan, böhtan yazanlar. 
 
Əllərindən iş gələn gün batınca əlləşdi, 
Əməyi insanlara sevdirən heykəlləşdi. 
 
Qüdrət gərək uyuyan xatirəni oyada, 
O şərəfli işlərin hansını salım yada?! 
 
Zülmətdə mürgüləyən kəndlərə işıq verib. 
Mərmər saraylar tikib, yurda yaraşıq verib. 
 
Şərid kimi uzanıb burulur dağ yolları, 
Səfalı yaylaqlara şaxələnib qolları. 
 
Günlər ömürdən keçdi, illər ayların üstdən. 
Daş körpülər boylandı dəli çayların üstdən. 
 
İnqilab yaşayırdı arzuya çata-çata
Alimlər də axışıb gəldilər kəşfiyyata. 
 
Bulaqların başında saz səsi, nəğmə səsi, 
Kəlbəcərdə quruldu şairlərin məclisi. 
 
Sınıq Kilsə kəndindən Çaykəndə çatanadək 
Yeni yollar çəkildi Vətən üçün bir örnək. 
 
Bir günü ləngitmədən su çəkildi sərasər. 
Qara Arxacın üstdən Zəyliyə, Zara qədər. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə