Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   2   3   4   5   6   7   8   9   ...   28

 
21 
 
Kim onunla güləşsə bir andaca yıxırdı, 
"Mənəm, mənəm" deyənin axırına çıxırdı. 
 
Güləş yarışlarından gəldi səsi, sədası, 
Tələbəlik dövründə oldu idman ustası. 
 
Bir-birinə bənzətmək mümkündü o illəri
Min əzab gətirirdi ilin yay fəsilləri. 
 
Çiçək ana getməyə qoymasa da oğlunu, 
Tarla, zəmi gözlərdi İnqilabın yolunu. 
 
Hər axşam tarlalardan geri dönsə də yorğun
Kitablar həmdəmiydi, kitablara o vurğun. 
 
Kitablarda nə qədər sinəsi dağlı vardı, 
Neçə-neçə alimin zəkası, ağlı vardı. 
 
Kitabsız bir arzuya yetişmək müşkül, çətin, 
Kitabla açmaq olar gözlərini millətin. 
 
Kitabsız insan oğlu çəkib çox acı, zillət, 
Öz kitabı olmayan millət deyildir millət. 
 
Kitabsız görməyibdir nə göy, nə yer ucalıq. 
Kitabsız bu dünyada tapılmaz bir ucalıq. 
 
İnqilab da əzəldən kitablara bağlıydı, 
Bu düz yolu göstərən zəkasıydı, ağlıydı. 
 
Onu ali məktəbə kitab gətirdi, bəli!.. 
Kitab doğru, düzgün yol, kitab ömrə təsəlli!.. 
 
Kitaba meyl edənin ömründə qəm, ah olmaz, 
Kitabsız doğmaz günəş, kitabsız sabah olmaz!. 
 
Demirəm, ömrü keçdi buzun, qarın içində, 
İnqilab boya çatdı kitabların içində. 
 
Layiq görülən zaman müəllimlik adına, 
Oxuduğu kitablar hər an düşdü yadına. 
 


 
22 
Gözündə kiçilmişdi uca qalalar onun
Yolunu gözləyirdi əziz balalar onun. 
 
İlk doğmaca məktəbin qədəm basdı qoynuna. 
Müəllimlər də onun sarıldılar boynuna. 
 
Məktəbin gen qapısı açılanda üzünə, 
Cənnət kimi göründü dünya onun gözünə. 
 
Axşam, səhər İnqilab uşaqlar arasında, 
Sıra nəfəri idi onların sırasında. 
 
Əyləncəli gecələr, gözəl viktorinalar, 
Çox şeyləri öyrədər, çox şeylər yada salar. 
 
Başında cəm eləyib biliyini, zənnini, 
Dərindən öyrədirdi riyaziyyat fənnini!.. 
 
İnqilabın dünyada qalmamışdı bir dərdi, 
Gül balalar atadan artıq onu sevərdi. 
 
Savadlı, fəal, qaynar görənlər övladını 
Hörmətlə çəkirdilər İnqilabın adını. 
 
Gündən-günə artdıqca adı, sanı, hörməti 
Artırdı, çoxalırdı sənətə məhəbbəti. 
 
Axıradək göstərdi əzmini, inadını, 
O, göylərə qaldırdı müəllimin adını!.. 
 
 
KİŞİLİK MƏKTƏBİ 
 
Adı İnqilab olan bir hərbiçi cavan var, 
Sözümü tez dərk edər əsgərlikdə olanlar. 
 
Ordu sıralarında sorağı var, səsi var. 
Mən ancaq indi bildim polkovnik rütbəsi var. 
 
Bura ki, kənd deyildi — uzaq eldə, elatda, 
Zabitləri o yordu çətin əməliyyatda. 
 
Öz dilindən min dəfə bunu eşitmişəm mən, 


 
23 
İmtiyazı var idi əsgəri xidmətindən. 
 
Komissarın özü də onu etmişdi azad, 
Əsgərlikdən yayınmaq İnqilaba yaddı, yad. 
 
"Qorunan bir torpağın gülü solmaz"  - deyirdi, 
"Əsgər olmayan kəsdən kişi olmaz" - deyirdi. 
 
Yeri düşdü, düşmədi söyləyirdi hər kəsə, 
Müəllim sevilərmi əsgərliyi çəkməsə.. 
 
... Onu yola salanda şagirdləri ağladı, 
Bir-bir gəlib yaxına boynunu qucaqladı. 
 
Hər şagirdin qəlbinə bu səfər od salırdı, 
Əziz müəllimindən ibrət dərsi alırdı. 
 
Dərs dediyi şagirdlər bəlkə "qalıb geridə", 
Dilbir olub məktəbə getməmişdi biri də... 
 
Şikayət də elədi neçə oğlan, neçə qız. 
Axı sevimli məktəb qalırdı İnqilabsız. 
 
Elm öyrədən fədakar müəllim də tək-təkdi, 
O keçdiyi dərsləri axı kim keçəcəkdi... 
 
Yetkin cavan olmuşdu, yoxdu başqa əsası. 
Öz əsgəri borcunu verməliydi, qısası. 
 
Yer də, göy də alqışlar əsgərliyə gedəni, 
Bağışlamaz bu Vətən fərarilik edəni. 
 
Fədailər şan, şərəf gətiribdir bu yurda, 
Harda ki, millət ölü - fərarilik var orda. 
 
Olub-keçən elə çox qoymayır ki, göz açaq, 
Barı bircə kəlmə də məhəbbətdən söz açaq!.. 
 
Hələ də verilməyib tərifi məhəbbətin. 
Onu dərk edə bilmək mənim üçün də çətin. , 
 
Qəlbində dəli sevgi, üz-gözündə qar-qışdı. 
Gözəl Şəfiqə xanım kənarda dayanmışdı. 


 
24 
 
Sevən qızlar bilir ki, könlündən nə keçirdi... 
Xəyal çatmaz, ün yetməz bir əfsanə keçirdi. 
 
İnqilaba kənardan intizarla baxırdı, 
Ürəyini məhəbbət yandırırdı, yaxırdı. 
 
Bircə kəlmə söz açdım o sevdalı gözəldən, 
Öz bibisi oğlunun vurğunuydu əzəldən! 
 
Ayrılıq anlarını bilir, duyurdu onlar, 
Yeri gəldi, gəlmədi pıçıldaşır cavanlar. 
 
Məqam çatdı, İnqilab Şəfiqəyə dedi: — Sən, 
Haradan elçi gəlsə, rədd cavabı verərsən. 
 
Bir-birinin qəlbinə inamla baxdı gözlər. 
Pozulmayan, müqəddəs anda döndü o sözlər. 
 
Eh, orada nə qədər hörmət, izzət olubdur, 
Çoxları bilmirdi ki, ilk məhəbbət olubdur. 
 
Ürəklərdə közərən çox müqəddəs iz idi, 
Bu gizlicə sevdadan hamı xəbərsiz idi... 
 
Şəfiqə ha istədi İnqilabla görüşə, 
Qız ehtiyat elədi dil-ağıza söz düşə. 
 
Göz ilə görünməyən od yaxırdı canını, 
Ancaq sevənlər duyar onun həyəcanını. 
 
Maşın yola düşəndə qəlbi qəmə bələndi, 
Ürəyinin atəşi gözündə gilələndi. 
 
Tüğyan edib əsirdi o, boran, qar içində, 
Hər ikisi qalmışdı bir intizar içində. 
 
Bir az gözucu baxdı insanın axınına, 
Nədənsə, İnqilab da getmədi yaxınına. 
 
Ürəklər danışanda insan susur, lal olur, 
Sonra tufan başlanır, sonra qeylü-qal olur. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə