Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə28/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   20   21   22   23   24   25   26   27   28

 
130 
DOSTLUQ MÖHKƏM QALADIR
 
 
Dünyanın bədbəxtidir dostu olmayan bir kəs, 
Eləsi bu həyatda qurub-yarada bilməz. 
 
Dostluqdan şirin bir şey yoxdur, varsa, de hanı?! 
Bu amalla təzədən qurmaq olar dünyanı!.. 
 
Dostluq möhkəm qaladır İnqilabın gözündə. 
Həmişə bütöv olub, bir olubdur sözündə. 
 
Onu çox görmüşəm mən dostların dövrəsində, 
Bəxtiyarlıq duymuşam çox mehriban səsində. 
 
Dostluğun qarşısında hər çətinlik ram olar, 
Dostla keçən məclislər toy olar, bayram olar. 
 
Dostluq elə körpü ki, üstündən keçər ellər. 
Onunla bir yaranıb gözəl, ülvü əməllər. 
 
Dostluğa dönük çıxan ayaq altda ələfdir, 
Çətin gündə andını pozan kəs naxələfdir. 
 
Məncə, dostluq, əqidə hər ikisi eynidir, 
Quruca bir bədənin dostluq ağlı, beynidir. 
 
Həyat özü dost edir xeyirxah insanları, 
İnqilab dövrəsində hər vaxt görüb onları. 
 
Onlarsız bu dünyanın nə dadı, nə ləzzəti! 
İnsanlığa şərəfdir təkcə onun izzəti. 
 
Dostsuz məmləkətin də taleyi qəmdə, yasda. 
Dünyamızın özü də qurulur bu əsasda. 
 
Dostluq əzəldən mənim şeirimə nəqaratdır, 
Dost sözünün özü də adama qol-qanatdır. 
 
Ayaqlasam bu adı onda mənə ar olar
Dostsuz keçdiyim yollar boran olar, qar olar. 
 
Ömür gecə-gündüzlü, günlər təkcə ağ olmaz. 
Dostsuz yaşamaq olmaz, dostsuz yaşamaq olmaz!!! 


 
131 
HEYDƏR
 
MƏKTƏBİ 
 
İnqilabı tanıdım qürurlu, sədaqətli. 
Ustadının yolunda fədakar, dəyanətli. 
 
Ataya olan inam əbədidir, əbədi. 
Xəyalında yaşadır o müqəddəs məbədi!.. 
 
Onun da keçdiyi yol hər zaman çətin olub, 
Heydər ata ən ağır anda da mətin olub!.. 
 
Sapı bizdən baltalar pis xülyaya qapıldı, 
Onun da ünvanına böhtan deyən tapıldı!.. 
 
Hər sözü xalqa şirin - Vətən üzümü kimi, 
Mən dözüm görməmişəm onun dözümü kimi. 
 
Dözməyi də bacarmaq ərlik əlamətidir, 
Ona qol-qanad verən xalqm məhəbbətidir. 
 
Qoşulmaq istəmirəm hər qara, murdar işə. 
Günəş günəşliyində qalacaqdır həmişə. 
 
Nanəcib, nankor, xain, ona çıxanda xilaf, 
İnqilabın qəlbini diddi bu dərd, ixtilaf. 
 
Demirəm ki, hamıdan daha böyük ərdi o
Çox tufana qorxmadan sinəsini gərdi o!.. 
 
Öz insanlıq borcunu, şərəfini saxladı. 
Əziz müəlliminin tərəflni saxladı. 
 
Qiymətlidir həmişə fikir, söz məqamında. 
Sinəsini bu yolda gərdi öz məqamında. 
 
Atanı onun qədər sevən insan görmədim, 
Bu əqidə yolunu çox da asan görmədim. 
 
Ustadına bərabər tutur Azərbaycanı, 
Onun məhəbbətilə damarda coşur qanı. 
 
Adi sevgi deyil bu, flkri, mənası dərin. 
Evini də bəzəyir portreti Heydərin. 


 
132 
İki yaşlı Sevinc də söyləyir: "Heydər baba!" 
Yaxşı diqqət yetirin ondaki bir xitaba: 
 
Göyə açır əlini müqəddəs bir diləklə, 
Allahına yalvarır bir inamla, ürəklə: 
 
"Allah, Heydər babanın sən canını sağ elə. 
Düşmənini yox elə, hər gününü ağ elə!". 
 
Мən buna da həyatın möcüzəsi deyirəm. 
Səmanın da, yerin də bir haqq səsi deyirəm. 
 
Bilmirəm nə söyləyim, nə danışım mən daha. 
Bir uşağın duası çoxdan çatıb allaha!.. 
 
Gör nə qədər qovğalı aylar, illər ötüşdü. 
İnqilabın yadına dar ayaqda о düşdü. 
 
Heydər ata həmişə müqəddəs, sönməz ocaq. 
Deyir ki, sabahımız onun əlində ancaq. 
 
Onun adı ən böyük sərvətidir, varıdır. 
 
Bütövlük timsalıdır, azadlıq meyarıdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Moskva Ali Partiya Məktəbinin 1976-cı il məzunları. İnqilab Nadirli tələbə 
yoldaşları ilə birlikdə (arxa cərgədə sağdan beşinci) 
 


 
133 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirli Moskva Ali Komsomol məktəbinin tələbələri ilə Brest qalasında 
(ön cərgədə soldan üçüncü) 
1966-cı il 
 
Xalqın arzusu ilə gəldi hakimiyyətə, 
Tanrının da ürəyi yanırdı bu millətə. 
 
Azərbaycan düşdüyü məşəqqətdən qurtardı. 
Onu məhvə aparan bir vəhşətdən qurtardı. 
 
Yenə layiq görüldü İnqilab etimada. 
Çalışır ki, həmişə layiq olsun bu ada. 
 
Heydər atadır onun işində, əməlində. 
Əbədi qalacaqdır dünyanın təməlində. 
 
О getdiyi yolları özünə yol seçibdir. 
Ona sadiq olmağa ürəkdən and içibdir. 
 
"Heydər ata" sözündən qəlbinə nur ələnir. 
Kainat başdan-başa al şəfəqə bələnir. 
 
Rəhbərliyə gəlişi onun gəlişi olub. 
Saldığı yolla getmək müqəddəs işi olub. 
 
Bu yol azadlıq yolu, müstəqillik yoludur. 
Onun hər bir addımı çətinliklə doludur. 
 


 
134 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Binəqədi rayonunda Heydər parkının açılışı. 
10 may 1998-ci il 
Qərinədən çoxdur ki, Heydər məktəbi vardır, 
О məktəbdən keçənlər necə də bəxtiyardır. 
 
О möhtəşəm məktəbdən İnqilab da çıxıbdır, 
Əziz müəlliminin əllərini sıxıbdır. 
 
Millətimin, xalqımı atası Heydər ata. 
Onun nıüqəddəs adı ziynətdir bu həyata!.. 
 
Bir sözünə ağ olmaq kiminsə xətasıdır. 
О, millətin taleyi, millətin atasıdır. 
 
 
ƏSL АТА, ƏSLƏR 
 
İnqilabı sanmışam mən hamıdan bəxtəvər. 
Ömrümdə az görmüşəm onun kimi ata, ər. 
 


 
135 
Valideyni yaşadan doğma, əziz baladır. 
Atanın arxasında hərəsi bir qaladır. 
 
Əgər sazım olsaydı aşıq kimi öyərdim, 
İnqilaba əsl ər, əsl ata deyərdim. 
 
Şair kimi vurğunam onun istedadına, 
Nə qədər gül seçibdir qızlarının adına. 
 
Gülşən, Gülbadə, Gülnar, dördüncüsü Gülbəniz. 
Tapılmaz belə qızlar - bütün eli gəzsəniz!.. 
 
Tanrı bilən yaxşıdır, kəm etsə də sayını, 
Yenə əsirgəməyib  bircə oğul payını. 
 
Ata qanı keçibdir Faiqin də qanına. 
Xoş kəlmələr deyilir həmişə ünvanına. 
 
Övladların başında gözəl Şəfiqə xanım, 
Qeyrətdə, şərafətdə odur Azərbaycanım!.. 
 
Demirəm ki, yerlərin, göylərin işığıdır. 
Ancaq doğma evinin yarı-yaraşığıdır. 
 
Nacins övrət ərini edər zəlil, edər xar. 
Yaxşıları göylərin zirvəsinə ucaldar. 
 
Ay İnqilab, dünyada nə dərdin var, atıbsan, 
Xoşbəxtsən ki, əzəldən ilk sevgiyə çatıbsan. 
 
Hələ qarşıdan gəlir bu sevginin səməri, 
Nə qədər artacaqdır göylərinin qəməri. 
 
Bir halal izdivacdan gül balalar olubdur, 
Evin küncü-bucağı nəvələrlə dolubdur. 
 
Əhməd, Sevinc, Cəmilə, Camal - dörddür sayları, 
Görüm şadlıqla keçsin hər günləri, ayları. 
 
Hərəsi bir sevincdir, hərəsi bir ocaqdır. 
Onların sayı hələ nə qədər artacaqdır. 
 
Sevinc adı gələndə sevincin aşıb-daşır. 


 
136 
Çoxlu qəmlər çəkibsən, sənə sevinc yaraşır. 
 
Baba üzünə gülsün nəvələrin çöhrəsi
Bu halallıq, səadət taleyinin bəhrəsi. 
 
 
Ailədə böyüyün, kiçiyin öz yeri var. 
Səndən əvvəl yaradıb bu birliyi ulular. 
 
Bu ailə içində Dan ulduzu  - Şəfiqə. 
Ailənin ləzzəti, dadı, duzu Şəfiqə!.. 
 
Qız-gəlinə örnəkdi əllərinin ərdəmi, 
həyat elə xanımı yaradacaq birdəmi?! 
 
Hər məclisin başında kürəkənlər, qudalar. 
Bir yerə toplaşanda hamı gülər, şad olar. 
 
Bir söz keçir qəlbimdən, о da deyil gizli, sirr. 
Ömür yüzü keçməsə, buna kimdir müqəssir?! 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İnqilab Nadirli ailə üzvləri ilə birlikdə 
 
Şükür olsun allaha, heç nə deyildir qəhət. 
Nəvələrlə əylənmək ən böyük istirahət. 


 
137 
 
Həyat öz ahəngində, Günəş doğur, Ay batır. 
Gün olur ki, nəvələr dizinin üstə yatır. 
 
İnqilab dünya qədər əzizləyir Sevinci. 
Ürəyinin arzusu, odu, közü, sevinci. 
 
Başa düşdü, düşmədi, tapmaca, nağıl deyir. 
Əzbər olub dilində mən yazdığım bu şeir: 
 
Nəfəsi gül qoxulu, 
Görən olmaz yuxulu. 
Səhər, axşam oyaqdı, 
Dovşan kimi sayıqdı. 
Üzündən nur tökülür, 
Öz-özünə hey gülür. 
Oturmağı bilməyir. 
Day durmağı bilməyir, 
Bapbalaca cocuqdur. 
Gözü qara muncuqdur. 
Aya, günə oxşayır, 
Yox, özünə oxşayır. 
Ömrün ən körpə çağı, 
Çox xoşlayır qucağı. 
Qız uşağı nə dəcəl, 
İnadından çəkmir əl. 
Hər nə görsə alacaq
Nə istəsə olacaq. 
Xeyli oyuncağı var. 
Qırmızısı, ağı var. 
Gətiribdir naxışı, 
Canlar alır baxışı. 
Nə dil bilir, nə ağız 
Tanımır qələm, kağız. 
Nənə qalıb məəttəl, 
Babasından çəkmir əl. 
Gah əl atır qoynuna, 
Gah sarınır boynuna. 
Baba  Birdənəm - deyir, 
Nənə  Dürdanəm - deyir. 
Bu qız arzu, muraddır, 
Baldı, qənddi, nabatdır. 
Yox, yox, dürdür, incidir. 


 
138 
Hamının Sevincidir. 
 
Çox gözəl kəlmələrlə dola bilər bu kitab. 
Sevincsiz çox maraqsız ola bilər bu kitab. 
 
Qoy bu əsərimizdən körpə nəfəsi gəlsin, 
Oxuyanın da barı bir az həvəsi gəlsin. 
 
VURĞUNU
 
OLMUŞAM 
 
Həyatda çox yolların yorğunu olmuşam mən. 
İnqilab keçən yolun vurğunu olmuşam mən. 
 
Bəli, qadir yolları tanrı özü seçibdir. 
Məktəbdən başlanan yol dağa, düzə köçübdür. 
 
Dağlar, düzlər bir yana, sularla da yarışıb. 
Çalın-çarpaz bu yollar bir-birinə qarışıb. 
 
Ovcunun içindəydi yerin əl çatmaz qatı. 
Nöyütün də, qazın da. çoxaldı hasilatı. 
 
Elə işlər görüb ki, mənası var dərində. 
Xalq onu uca tutub xeyirində, şərində. 
 
Bu bir bəxtiyarlıqdır - hələ cavan yaşında, 
Onu əyləşdiriblər məclislərin başında. 
 
Muradına çatdırıb çox vətən övladını. 
Bircə-bircə onların necə çəkim adını? 
 
О nə qədər insana halal çörək veribdir, 
Ümidsiz qalanlara ürək-dirək veribdir. 
 
Bir əyri yol gedəni çəkindirib yolundan, 
Harda yıxılan görsə, qaldırıbdır qolundan. 
 
*** 
Ayağını itirən Eldar gəldi yanına, 
О igidi dinlədin, eşqi keçir qanına. 
 
Mənzil verib əlinlə, toyunu da sən etdin. 
Nə qədər nisgillinin ürəyini şən etdin. 


 
139 
Bakıya giriş olan geniş yollar yaratdın. 
Qəhrəman igidlərə tunc heykəllər yaratdm. 
 
Ana qəlbi güləndə güldü sənin qəlbin də. 
Uca heykəllər ilə bir dayandı qəlbidə. 
 
Elə park saldırdın ki, ustadının adına. 
Baxanlar alqış deyir sənin istedadına. 
 
Fəhləsi, mühəndisi, memarı da sən oldun. 
Sən Heydəri sevdirən, bu yolu gedən oldun!.. 
 
Sən daimi rəhbərin, görmək istədin onu, 
Bədniyyətlər duymadı bu işıqlı arzunu. 
 
İndi deyə bilərəm sözümün əsasını: 
Alanlar da tapıldı bax bunun qisasını. 
 
Sən də əziz oxucum, yaxşı başa düş məni. 
Bunu edər bir ancaq millətimin düşməni!.. 
 
Namərdlər neçə dəfə yoluna daş atdılar. 
Tanrının öz hökmüylə çamırlığa batdılar!.. 
 
Çox bədxahlıq görmüşəm mən bəzi "yekələr"dən, 
Borc bildim ki, mən səni qoruyum ləkələrdən... 
 
Binəqədi rayonunda Heydər parkının  açılışı 
10 may 1998-ci il 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
140 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Heydər parkının panoramı 
 
EPİLOQ 
 
Mən hələ az danışdım sənin əməllərindən, 
Bunu oxucular da hiss edəcək dərindən. 
 
Nə xoşbəxtəm dünyada dostdan, yardan yazmışam. 
Vətəninə nur olan insanlardan yazmışam. 
 
Bədxah ki, var yoluna daş atacaq bir də, bil, 
Həyat belə olmasa, onda bu, həyat deyil. 
 
İnangınan qardaşım, sən şairin sözünə. 
Hər vaxt bıçaq batıbdır xainlərin gözünə. 
 
Həmişə düz yoldasan, bu yol aparır yaza, 
Aqillər heç bir zaman baş qoşmazlar qanmaza. 
 
Karvanını aramla, saymazyana çək, apar. 
Sən elin adamısan, səni səadət tapar. 
Adın, ünvanın qalar gənclərin nəzərində, 
Qoy nəsillər boy atsın bu təməl üzərində. 
 
Əziz İnqilab qardaş! Dinlə məni bir daha! 
Sevinclə, nikbinliklə baxırıq hər sabaha 
 
Heç vaxt səni görmədim sakit gedən maşında, 
Qarşılaşdıq həmişə ən ağır iş başında. 


 
141 
Üst-başın toz içində, dodaqların cadardı, 
Səni tanımasaydım gözlərim aldadardı!.. 
 
Yenə Heydər parkına düşdü güzarım mənim, 
Sanki çıxdı canımdan dərdim, azarım mənim. 
 
Yorğun idim, əyləşib mən aldım öz dincimi. 
Gizlədə bilmədim heç qəlbdəki sevincimi. 
 
Quş kimi qanad çalan fəvvarələr şır-şırdı. 
Güllü xiyabanlarda uşaqlar qaynaşırdı. 
 
Mən qururla süzdükcə təptəzə ağacları, 
Bakının başı üstdə duydum yaşıl tacları. 
 
Karusellər, köşklər ürəyimə yatdılar. 
Məktəbli balalarım min arzuya çatdılar. 
 
Axşamdan çox keçmişdi, ətraf isə par-pardı. 
Heç bilirsən bu parkda nə qədər adam vardı?! 
 
О şənliklər içində yadıma səni saldım. 
Sürətlə abadlaşan gözəl Vətəni saldım. 
 
Gördüyüm gur işıqlar İnqilabın işığı. 
Ona görə göz oxşar parkın da yaraşığı. 
 
İki stansiyanı yaradan da İnqilab. 
Gəzsən Binəqədini hər bir yanda İnqilab!.. 
 
Oradan üz qoyub mən getdim Binəqədiyə. 
О geniş asfalt yollar səndən gözəl hədiyyə. 
 
Bu yollara qəlbimdə İnqilab yolu dedim. 
Dilimin ucunda yox, ürəyi dolu dedim. 
 
Baş çəkdim mən yenə də fauna muzeyinə, 
Bir nadan var deyirdi: о gərəkdi nəyinə?! 
 
О nadanlar həmişə yolumuzda duracaq. 
Yaxşıya yaman deyib, düz işləri buracaq. 
 
Elələri olmasa, ötən illər il olmaz. 


 
142 
Ləvərələr həyatda heç nəyə nail olmaz. 
 
Fikrim əsrlər aşdı, fauna muzeyində. 
Möcüzələr bu yurdun tapılır quzeyində. 
 
Vətənimin ən uzaq tarixindən qalan iz. 
Onun ilə sübuta yetir qədimliyimiz. 
 
Başqa məna axtarma hər bir misramın altda. 
Mərdimazar həmişə olacaqdır həyatda. 
 
İyirmi birinci əsrə addımını möhkəm at. 
El ilə bir olanı yaşadacaqdır həyat. 
 
Sən min şərəf gətirdin bu Odlar diyarına. 
Mənsə alqış deyirəm bu yolun memarına. 
 
Yaradıcı keçən il mənim üçün bir andı. 
Heç özüm də bilmədim əsər necə yarandı. 
 
Uydum könül səsimə, sığındım ilhamıma. 
Bu əsəri yazmaqla mən də çatdım kamıma. 
 
Bu əsəri yazdım ki, qurmaq əzmimiz artsın. 
Qüdrətinə inanan qursun, tiksin, yaratsın!.. 
 
Yazdım ki, qoy utansın ayaq altı qazanlar, 
Yaradan barəsində yalan, böhtan yazanlar!.. 
 
Yazdım ki, haqq səsidir tikən, quran, yaradan. 
Onun başının üstdə dayanıbdır Yaradan. 
 
İnqilab da bilsin ki, gücünü hardan alır. 
Heydər atamız kimi, ömrü bahardan alır. 
Xalqın bu övladını xalqın özü yaşadır. 
Onun adı, ünvanı xalqım ilə qoşadır. 
 
Xalqdan ayrı düşəndə ürəyim narahatdır. 
Ən böyük müəllim də, şahid də bu həyatdır. 
 
 
 
 


 
143 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Binəqədi qəsəbəsində 75 min illik tarixə malik flora-fauna muzeyinin 
hasara alınması məqsədilə İ.Nadirli bünövrə daşlarını qoyur. 
1996-cı il 
 
Heç bir zaman büdrəməz həyatdan dərs alanlar. 
El ilə nəfəs alıb, el ilə ucalanlar. 
 
Bu amallar həmişə şeirimə nəqaratdır. 
Endirən də həyatdır, ucaldan da həyatdır. 
 
Fəsillərin içində ilk baharı sevirəm. 
Mən dünyanı bəzəyən insanlan sevirəm. 
 


 
144 
Mənim İnqilab adlı bənzərsiz bir dostum var. 
Onunla dostluq edən zirvələrə ucalar. 
 
Mənim İnqilab adlı əvəzsiz bir dostum var. 
Xoşbəxtliyə aparır onun saldığı yollar!.. 
 
Dolanacaq, ötəcək aylar, illər, fəsillər. 
Saldığı о yollardan keçəcək çox nəsillər! 
 
Yanvar, 1999. 
 
 
 
Şair Cavad Cavadlının canlı həyat müşahidələrinin poetik bəhrəsi tək 
yaranmış bu əsər fəal ictimai xadim, alovlu publisist, Ana Torpağa övlad 
məhəbbəti, insanlara insani münasibət bəsləyən, qurub-yaratmaq ehtiraslı 
İnqilab Nadirlinin ömür-gün tarixçəsidir. 
Çox erkən atasını cəbhədə itirib ana qayğısı ilə ərsəyə yetən, həyatın 
amansız qasırğalarına polad iradəsilə duruş gətirən, sağlam düşüncəsi, 
zəhmətkeşliyi, təşəbbüskarlığı sayəsində pillə-pillə ucalan və ucaldıqca halal 
zəhmətin ilahi qüdrətinə əbədi bel bağlayan bir insanın keçdiyi dolanbac yollar 
romanda əlvan boyalarla verilib. 
Müasirlərimizin həyatından bəhs edən portret yazılara geniş oxucu 
kütləsinin marağını nəzərə alsaq "ZİRVƏLƏRDƏN UCADA" mənzum 
romanının rəğbətlə qarşılanacağına ümidvar olduğumuzu bildiririk. 
 
 
Redaktoru: Adil CƏMİL 
Bədii redaktoru: Bəsti İSMAYILOVA 
Rəssamı: Həmid QASIMOV 
Korrektoru: Gülnar NADİRLİ 
Kompüterdə yığdı 
və səhifələdi: Elman ƏBDÜLOV 
 

Document Outline

  • bookmark0
  • bookmark1

Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə