Çarlz bukovskġ



Yüklə 2,81 Mb.
Pdf görüntüsü
səhifə1/136
tarix26.08.2018
ölçüsü2,81 Mb.
#64603
  1   2   3   4   5   6   7   8   9   ...   136


www.vivo-book.com 

 



 

 

QADINLAR 



ÇARLZ BUKOVSKĠ 

 

 




www.vivo-book.com 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



“Nə  qədər  yaxĢı  kiĢilər  qadınların  ucbatından  körpü 

altında qalmağa məcbur olublar.”  



HENRY ÇİNASKİ 

 

 

 


www.vivo-book.com 

 



 

Mənim  artıq  50  yaĢım  vardı.  Dörd  il  idi  ki,  qadınla 

yatağa  girməmiĢdim.  Qadın  dostlarım  da  yox  idi.  Hər  dəfə 

küçədə ya da baĢqa bir yerdə qadınların yanından keçəndə, 

onlara istəksiz və boĢ nəzərlərlə baxırdım.  Masturbasiya ilə 

müntəzəm  məĢğul olsam da, bir qadınla münasibət qurmaq 

fikri,  heç  olmasa  platonik  bir  münasibət,  təxəyyülümün 

imkanları xaricindəydi.  

6  yaĢında  nikahsız  doğulmuĢ  bir  qızım  vardı.  O  öz 

anası  ilə  yaĢayırdı,  mən  isə  aliment  ödəyirdim.  Uzun  illər 

bundan  əvvəl,  35  yaĢında  ailə  qurmuĢdum.  Həmin  evlilik 

cəmi iki il yarım sürdü. Arvadım  məndən boĢandı. Mən isə 

ömrümdə bircə dəfə sevmiĢdim. Sevgilim əyyaĢlıqdan vəfat 

etmiĢdi. O, 48 yaĢında vəfat edəndə mənim 38 yaĢım vardı. 

Arvadımsa məndən 12 yaĢ cavan idi. Güman edirəm, indi o 

da vəfat edib, amma əmin deyiləm. BoĢanandan sonra o, 6 il 

ərzində  mənə  hər  Milad  bayramında  uzun-uzadı  məktublar 

yazardı. Bir dəfə də olsun ona cavab yazmadım... 




www.vivo-book.com 

 



Lidiya Vansı ilk dəfə nə vaxt gördüyümü xatırlamıram. 

Bəlkə  də  6  il  bundan  əvvəl,  on  iki  il  əmək  sərf  etdiyim  və 

yazar  olmağa  çalıĢdığım  poçt  idarəsindəki  iĢimə  yenicə 

xitam  vermiĢdim.  DəhĢət  içindəydim.  HəmiĢəkindən  daha 

çox  içirdim.  Ġlk  romanımı  yazmağa  çalıĢırdım.  Hər  dəfə 

axĢam yazarkən mən bir pinta

1

 viski və iki dənə altı pivəlik 



qutunu  boĢaldırdım.  Səhərə  qədər  ucuz  siqarlar  çəkir, 

makinada  yazır  və  klassik  musiqiyə  qulaq  asırdım.  Özümə 

hər  gecə  on  səhifə  yazmağı  hədəfləmiĢdim.  Əslində,  neçə 

səhifə  yazdığımı  növbəti  günə  qədər  bilmirdim.  Mən, 

adətən,  yerimdən  qalxar,  qusandan  sonra  ön  otağa  keçib 

divanın üstündə neçə vərəq olduğuna baxardım. HəmiĢə on 

səhifədən  artıq  yazırdım. Bəzən orada 17, 18, 23, 25 səhifə 

olurdu. Əlbəttə, hər gecə gördüyüm iĢə ya düzəliĢ etmək, ya 

da  onu  atmaq  lazım  gəlirdi.  Birinci  romanımı  yazmağa 

iyirmi bir gecə sərf etməli oldum.  

Qaldığım  həyətin  arxasında  yaĢayan  ev  sahibləri  məni 

dəli  hesab  edirdilər.  Hər  səhər  yuxudan  duranda,  artırmada 

                                                 

1

Ġngiltərə və ABġ-da 0,56 litrə bərabər maye və quru maddələr üçün ölçü vahidi 




www.vivo-book.com 

 



qəhvəyi  rəngli  bir  bağlama  görürdüm.  Bağlamanın 

içindəkilər dəyiĢilirdisə də, adətən, onun içində pomidorlar, 

qırmızı turp, portağal, yaĢıl soğan, sup bankaları və qırmızı 

soğan  qoyulurdu.  Ara-sıra,  ev  sahibləri  ilə  səhər  saat  4-5-ə 

qədər  pivə  içirdim.  Qoca  dəmləĢib  huĢunu  itirəndə,  onun 

arvadı ilə əl-ələ tutardıq və bəzən mən onu öpərdim. Qapıda 

ayrılanda  isə  onu  əsl  ehtirasla  öpərdim.  Qadının  üz-gözü 

qırıĢ-qırıĢ  olsa  da,  buna  müqavimət  göstərmək  iqtidarında 

deyildi.  O  katolik  idi  və  hər  bazar  səhəri  öz  çəhrayı 

Ģlyapasını geyinib kilsəyə gedəndə çox qəĢəng görünürdü.  

Məncə, Lidiya Vans ilə ilk bədii qiraətim zamanı tanıĢ 

olmuĢdum. Bu, Açılan Körpüdə, Kenmor Avenyudakı kitab 

dükanında  baĢ  tutmuĢdu.  Yenə  də  mən  dəhĢət  içindəydim. 

Təkəbbürlü,  amma  dəhĢət  içində.  Dükana  daxil  olanda, 

orada  yalnız  ayaq  üstə  dayanmaq  üçün  yer  olduğunu 

görmüĢdüm.  Dükanın  sahibi  və  zənci  bir  qızla  yaĢayan 

Piterin önündə nağd pul qalağı vardı. 

 



 Zibil,  –  məni  görən  kimi  o  dedi,  –  əgər  onları  bura 

həmiĢə  belə  doldura  bilsəydim,  Hindistana  daha  bir  səfər 

etməyə pulum olardı!  



www.vivo-book.com 

 



Ġçəri daxil olanda onlar məni alqıĢladırlar. Bədii qiraətə 

gəlincə, öz bakirəliyimi pozmalıydım. 

Mən  30  dəqiqəlik  qiraətdən  sonra  fasilə  istədim. 

Hələlik  ağlım  baĢımdaydı  və  qaranlıqda  mənə  zillənmiĢ 

gözləri hiss edə bilirdim. Bir neçə nəfər söhbət eləmək üçün 

yaxınlaĢdı.  Sonra,  sükut  çökəndə,  Lidiya  Vans  yaxınlaĢdı. 

Mən masanın arxasında oturub pivə içirdim. O, hər iki əlini 

masanın kənarına dayayıb irəli əyildi və mənə baxdı. Onun 

uzun xurmayı saçları, irəli çıxan burnu vardı və bir gözü o 

birisi ilə elə də uyuĢmurdu. Lakin ondan ətrafa həyat ehtirası 

saçılırdı  –  onu  görməmək,  sezməmək  mümkün  deyildi. 

Aramızda keçən titrəyiĢləri hiss edə bilirdim. Bu titrəyiĢlərin 

bəzisi təlaĢlı və xoĢagəlməz olsa da, onlar da vardı. O mənə, 

mən isə ona baxırdım. Lidiya Vansın əynində yumĢaq maral 

dərisindən,  yaxalığı  saçaqlı  kovboy  gödəkçəsi  vardı.  Onun 

döĢləri qəĢəng idi. Mən ona: 

 

 Sənin  gödəkçənin  saçaqlarını  qoparmaq  istərdim  – 



biz bundan baĢlaya bilərdik – dedim 

Lidiya  uzaqlaĢdı.  Bu  iĢə  yaramamıĢdı.  Qadınlara  nə 

deyəcəyimi  heç  vaxt  bilməmiĢəm.  Amma  onun  dalı  da  əla 



Yüklə 2,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   136




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə