DərsliYİNİZLƏ taniş olun!



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/45
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4055
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   45





Fizika - 8. Ümumtəhsil məktəbləri üçün dərslik. 
M.Murquzov, R.Abdurazaqov, R.Əliyev, D.Əliyeva. Bakı. “Bakınəşr”, 2015, 200 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya
vasitələri ilə yaymaq qanuna ziddir.
© Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2015





DƏRSLİYİNİZLƏ TANIŞ OLUN!



1.1. Molekulların istilik hərəkəti. Temperatur
Sərt qış aylarında hava və torpaq soyuyur, çay və göllərdə su donub buza çevrilir.
Yaz gəldikdə, əksinə, hava və torpaq qızır, buzlar əriyir. Yayda isə çay və göllərdə
su buxarlanması artır, dağlar duman-çənə bürünür.
Təbiətdə baş verən belə dəyişikliklər hansı fiziki hadisə ilə əlaqədardır?
Bu hadisələr nə üçün baş verir?
Maddənin quruluşu haqqındakı müddəalara əsasən, təbiətdəki suyun
xassəsində baş verən dəyişiklikləri necə izah etmək olar?
ARAŞDIRMA
Hansı suda diffuziya daha sürətli baş verir?
Təchizat: şüşə qab (2 ədəd: birində soyuq (a), digərində isti su (b), qida boyaq
dənələri. 
İşin gedişi: 
Qabların hər birinə eyni miqdarda boyaq dənələri atın və baş verən hadisəni izləyin. 
Nəticəni müzakirə edin:
Boyaq dənələrini qablardakı suya atdıqda nə müşahidə etdiniz?
Hansı qabda diffuziya hadisəsi daha sürətlə baş verdi?
Bütün cisimlər atom, molekul və yaxud ionlardan təşkil olunmuşdur. Bu zərrəciklər
daim xaotik (nizamsız) hərəkətdədir. Hər bir molekulun (və ya atomun) hərəkəti
mexaniki hərəkət olsa da, cismi təşkil edən bu zərrəciklərin hərəkəti, əslində, çox
mürəkkəbdir. Buna səbəb maddənin 
1 sm  həcmindəki zərrəciklərin sayının çox olmasıdır. Hesablamalar göstərir ki,
suyun 1 sm  həcmində «3,34 · 10  molekul vardır. Molekulların bir-biri ilə
toqquşması nəticəsində onların hərəkət istiqaməti daim dəyişir. Cisimdəki
molekulların sayı çox olduğundan bütün istiqamətlərə hərəkət edən molekulların
3
3
22


sayı, demək olar ki, eyni olur. Maddənin (cismin) isti və ya soyuq olması onu təşkil
edən molekulların xaotik hərəkət sürətindən asılıdır:
Cismi təşkil edən molekulların xaotik hərəkəti — istilik hərəkətidir.


Cismi təşkil edən molekulların istilik hərəkətinin intensivliyi temperatur adlanan fiziki
kəmiyyətlə əlaqədardır. Cisimlərin istilik dərəcəsi onların temperaturları ilə
fərqləndirilir, məsələn, suyun temperaturu dondurmanın temperaturundan
yüksəkdir, dəmirin bərk haldakı temperaturu onun maye halındakı
temperaturundan kiçikdir. Şəkil c-də təbiət, texnika və məişət hadisələrindəki bəzi
temperaturlar verilmişdir.
(c)
Eyni cismin, məsələn, soyuq və isti suyun molekulları eynidir, lakin temperaturun
dəyişməsi ilə onların xaotik hərəkət sürətləri də dəyişir: isti suyun molekulları soyuq
suyun molekullarına nəzərən daha sürətlidir. Bu səbəbdən də isti su molekulları bu
suya atılan fərqli maddənin, məsələn, boyaq maddəsinin molekulları ilə daha
sürətlə toqquşur. Ona görə də isti suda diffuziya hadisəsi soyuq suya nəzərən daha
sürətli baş verir.


Molekulların sürəti yalnız temperaturdanmı asılıdır?
Müəyyən olunmuşdur ki, normal şəraitdə hidrogen molekullarının orta sürəti 1693

san, oksigen molekullarının orta sürəti 425 
san  karbon qazı molekullarının orta sürəti isə 362 
san-dir. Göründüyü kimi, eyni temperaturda müxtəlif qazların molekullarının
sürətləri müxtəlifdir. Deməli, molekulların orta sürəti yalnız temperaturdan deyil,
həm də molekulun kütləsindən asılıdır. Molekulun sürət və kütləsindən asılı olan
fiziki kəmiyyət isə kinetik enerjidir. Nəzəri yolla müəyyən edilmişdir ki, cismin
temperaturu onu təşkil edən molekulların orta kinetik enerjisindən asılıdır.
Temperatur—cismi təşkil edən molekulların orta kinetik enerjisinin
ölçüsüdür.
Cismi təşkil edən molekulların orta kinetik enerjisi böyük olduqda onun
temperaturu da yüksək olur.
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN
1. Qabdakı qazı qızdırdıqda və soyutduqda onun molekullarının xaotik hərəkət sürəti
necə dəyişər?
2. Oksigen molekulunun kütləsi 5,12 · 10
 kq və sürəti vQ  = 425 m 
san', karbon qazı moleku- lunun kütləsi 7,3 · 10
 kq və sürəti isə v
 = 362 m 
san-dir. Verilən nümunəyə uyğun olaraq bu zərrəciklərin orta kinetik enerjilərini
hesablayın.
'
-26
2
-26
CO
2


AÇAR SÖZLƏR 
Temperatur 
Xaotik hərəkət 
Orta kinetik enerji
NƏ ÖYRƏNDİNİZ? 
__- cismi təşkil edən molekulların__ölçüsüdür. Cismi təşkil edən molekulların
istilik__hərəkətidir.
Öyrəndiklərinizi yoxlayın 
1. Hansı hərəkət istilik hərəkəti adlanır? 
2. Maddələrdə diffuziyanın sürəti nədən asılıdır? 
3. Temperatur nəyin ölçüsüdür?
1.2. Cisimlərin istidən genişlənməsi
ARAŞDIRMA-1
Nə üçün metal çubuğun uzunluğu dəyişir?
Təchizat: xətti genişlənmə qurğusu, spirt lampası (və ya şam), alışqan, ştativ.
Xətti genişlənmə qurğusunun quruluşu. Qurğunun əsas hissəsi bimetal çubuqdan
(1) ibarətdir (a). Bu metal çubuq bir-birinə pərçimlənmiş nazik polad və alüminium
çubuqlardan hazırlanmışdır. Çubuğun bir ucu metal lingə (2), sərbəst ucu isə əqrəbə
(3) bərkidilmişdir. Əqrəb lingin (2) digər ucuna bərkidilən şkala (4) üzrə sağa-sola
hərəkət edə bilər.
Dəmir yolu çoxsaylı polad relslərdən ibarətdir.
Nə üçün bu relslər arasında kiçik aralıqlar saxlanılır?
Metal konstruksiyalı körpülərin sərbəst ucu diyircəklər üzərində yerləşdirilir.
Bu nə üçün edilir?


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə