Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   2   3   4   5   6   7   8   9   ...   28

 
16 
QARDAŞ QAYGISI 
 
İnsan hər yola düşər yeniyetmə çağında, 
Ata yoxsa, qardaşı var idi qabağında. 
 
Əzəldən əllərini öyrədibdir əməyə, 
Tarlalara çox gedib anasına köməyə. 
 
Qəlbində pillə-pillə neçə saray hörübdü
Sabahın gül üzünü oxumaqda görübdü... 
 
Xoş xəyaldan qəlbində min-min ocaq çatıbdır, 
Kitabları sinəsi üstündəcə yatıbdır. 
 
Uzaqları görübdür onun şagird gözləri, 
O məktəb yollarından silinməyib izləri. 
 
Hələ şagird olsa da, hünərdə ər olubdur. 
Ona qol-qanad verən müəllimlər olubdur. 
 
Məndə olan əqidə bir möhürdür basılı, 
Taleyimiz ömürlük müəllimdən asılı. 
 
Onun kimi az olar hər bir elmi həzm edən
Çox biliklər öyrənib öz qardaşı Həmzədən 
 
Bir qardaş sevgisiylə qəlbini oda salır, 
Onun qayğılarını hər zaman yada salır. 
 
Qardaşına həmişə borclu bilib özünü, 
Çətində ona deyib ürəyinin sözünü. 
 
Başı üstdən əssə də ömrün acı yelləri, 
Heç vaxt unuda bilmir İnqilab o illəri. 
 
Şəklini də asıbdır ürəyinin başından, 
Axı çox şey götürüb müəllim qardaşından. 
 
Qulağına hərdənbir mehı iban səsi gəlir. 
O illərə dönməyə sonsuz həvəsi gəlir. 
 
Böyük qardaş kiçiyə əməyi öyrədibdir, 
Hansı sözü harada deməyi öyrədibdir. 


 
17 
 
Oğul ata yurdunun uca tutub adını, 
Uşaqlıqdan dadıbdır əməyinin dadını. 
 
Boğmaq istəyibsə də onu əzab selləri, 
Ot çalıb, dərz bağlayıb körpə, totuq əlləri. 
 
Əməkdən qaçanlara çox lağ edib İnqilab, 
Özü boyda ketmənlə alağ edib İnqilab. 
 
Ona çox ağır gəlib alimin səhv etməyi, 
Alim ondan öyrənib sovkanı məhv etməyi... 
 
Günəş ilə yarışıb, dincəlməyib sərində, 
Səsi hələ də qalıb taxıl zəmilərində. 
 
Kərpic kəsmək öyrədib bərkiməmiş əlləri, 
Ona baxıb heyrətlə öz doğmaca elləri. 
 
O kərpiclər indi də divarlara bəzəkdir, 
İnsanda arzu varsa, insan yüksələcəkdir. 
 
Arzular işığında axşam səhər olurdu, 
Şəfiqəni görəndə o, birtəhər olurdu... 
 
Öz dayısı qızından çox qayğılar görürdü, 
Allah bilir, qəlbində nə qurub, nə hörürdü. 
 
Bu tarladan o bağa qonan göyərçin olub, 
Qəlbi nə istəyibsə, hər arzusu çin olub. 
 
Əməlləri gəlibdir müəllimin xoşuna, 
Dostları min həvəslə yığışıbdır başına. 
 
Uşaqlıqda sədr onun qüruruna toxunub
Ürəyinə dəyən söz gözlərindən oxunub. 
 
Ala bilmirdisə də əməyinin haqqını, 
Onunla üzləşəndə sındırmırdı şaqqını. 
 
Namərdlik timsalıydı nəzərində o kişi, 
Bir cinayət sayırdı ədalətsiz hər işi. 
 


 
18 
Haqsızlığın özü də bir müəllim olubdur, 
Bax İnqilab bu sayaq min kamala dolubdur. 
 
İftixarla bu sözü yeri gələndə deyir: 
Ona yaxın gələnlər ondan görübdür xeyir. 
 
Şagirdkən xeyirxahlıq toxumları əkibdir. 
Düzgün, halal yollara uşaqları çəkibdir
 
 
ALİ МƏKTƏВ HƏVƏSİNDƏ 
 
İnqilabın Hər zaman xəyalları qanadlı. 
Mütaliə etməkdə yox onun tək inadlı. 
 
Kitabların içində o da kiçik bir ədib, 
Bu kitablar ucalıq, xeyirxahhq öyrədib. 
 
Uşaqlıqdan öyrənib, qazanıb bu vərdişi, 
Dərindən duya bilib, dərk eləyib gərdişi. 
 
Nə yaxşı ki, qardaşı verən kitablar vardı, 
Yoxsa bu xəzinəni hardan, necə tapardı?! 
 
Hər kitabı qiymətli bir dəfinə sayıbdır, 
Çörəksiz qalıbsa da, kitabsız qalmayıbdır. 
 
Çörək yeyən zaman da kitab dizinin üstdə, 
Onlara yer veribdir hər vaxt gözünün üstdə. 
 
Qəlbinə girə-girə, ağlına bata-bata, 
Dünyanın dahiləri olub mənəvi ata!.. 
 
Kitabların nurundan nur alıb saçmaq olar, 
Açılmayan düyün kitabla açmaq olar. 
 
Hər bir kitab sübutu, varlığıdır millətin. 
Davası, dərmanıdır, loğmanıdır illətin. 
 
Kitab onu qaldırıb zirvələrin başına. 
Minnətdardır hər zaman cansız can sirdaşına. 
 
Kitablı günlərini gözəl xatirə saxlar, 


 
19 
Çox şey öyrənə bilər indi ondan uşaqlar. 
 
Bir-birinə qarışdı toylar, yaslar, düyünlər, 
Mənasını heç zaman itirmədi o günlər. 
 
Dünyada çox neməti istəsə də ürəyi, 
Yağsız yavanlıq idi anasının çörəyi. 
 
Bu evdə yavan çörək şəkər idi, bal idi. 
Qanad verən, yaşadan bir şirin xəyal idi. 
 
İnqilabın qəlbindən ali məktəb keçirdi, 
Yolu dumanlı görüb göz yaşını içirdi. 
 
Çaldıqca hey çalırdı qəlbin simsiz tarını: 
Kim göndərsin pulunu, kim alsın paltarını?! 
 
Dərdi çoxalanda da kitaba qurşanardı, 
Çil-çıraqlı bir sabah gözlərində yanardı. 
 
Qibtə edər şəhərdə gedib oxuyanlara, 
Bir gün Çiçək ananın palazı gəldi kara. 
 
Palaz, naxışlı palaz bir evin yaraşığı, 
Zülmətdə nur saçırdı ilmələrin işığı. 
 
Bu-ananın arzusu, ananın həvəsiydi. 
Ananın ilməsiydi, kirkidi, həvəsiydi. 
 
İnqilabın adına toxumuşdu palazı, 
Üzərində bircə il zəhmət çəkmişdi azı. 
 
Başqa çarə yox idi, bu oda da atıldı: 
Palaz öz qiymətindən çox-çox ucuz satıldı. 
 
Qohumların elə bilqulaqları kar oldu, 
Ana əlinin nuru yenə xilaskar oldu. 
 
Gecə-gündüz nə isə hey oxuyub yazırdı, 
Bir sözlə; o, gələcək imtahana hazırdı. 
 
Müəllimlər dikmişdi yollarına gözünü, 
Öyrəndiyi biliklər ağ elədi üzünü. 


 
20 
Hamıdan çox sevinən anası Çiçək oldu, 
Fərəhindən gözləri min yol boşaldı, doldu 
 
Ali məktəb qapısı açılanda üzünə, 
Sevincindən İnqilab inanmadı özünə. 
 
Bunu necə deyim ki, göydən, yerdən dərs aldı. 
Hər vaxt ucada duran alimlərdən dərs aldı. 
 
Gəncə balası kimi basdı onu bağrına, 
Dedi: məlhəm olaram ürəkdəki ağrına. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirli Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirmələri 
münasibətilə tələbə yoldaşları arasında (arxa cərgədə soldan altıncı) 
1961-ci il 
 
 
 
Tələbəlik illəri əlvan gülüstan oldu. 
Keçən hər maraqlı dərs şirin bir dastan oldu. 
 
Uşaqlıqdan İnqilab çox sevirdi idmanı, 
Birini bərk sıxsaydı, vallah, çıxardı canı. 
 
İnsanın dəyanəti harınlıqdan yox olur, 
Halal olan çörəyin qüdrəti də çox olur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə