Azərbaycan döVLƏt dəNİz akademiyasi gəMİ SÜRÜCÜLÜYÜ



Yüklə 2,82 Mb.
səhifə1/4
tarix02.04.2022
ölçüsü2,82 Mb.
#84960
  1   2   3   4
Mahmudlu Murad 207A2 Hesabat


"AZƏRBAYCAN XƏZƏR DƏNİZ GƏMİÇİLİYİ" QSC
AZƏRBAYCAN DÖVLƏT DƏNİZ AKADEMİYASI

"GƏMİ SÜRÜCÜLÜYÜ fakültəsi

“Dəniz naviqasiyası” kafedrası

İxtisas: "Dəniz naviqasiyası mühəndisiyi"




HESABATI

Qrup: 207 A2

Tələbə: Mahmudlu Murad

Təcrübə rəhbəri: b.m. Qasımov Əlitaleh

Dekan: dos. Abbasov Elnur
BAKI – 2021

Təcrübə yeri (Gəmi) haqqında qısa məlumat:

Mən istehsalat təcrübəsini “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, "Xəzər Dəniz Neft Donamması” “Andoqa” gəmisində keçdim. “Andoqa” gəmisinin qeydiyyat limanı Bakı limanıdır. Gəmi T/Y gəmisidir. Gəmi əsasən Bakı,Puta,Liman baza ,Qaradağ limanlarından yük qəbul edərək Bulla , Qərbi Abşeron , Günəşli yataqlarına səfərlər edir .

“Andoqa” gəmisi 1090 ton tam yük götürmə qabiliyyətinə malikdir. Gəminin uzuluğu 67.58 m ,

eni 13.8 m ,

bortun hündürlüyü 6.9 m ,

yay yük markası üzrə oturumn 3.75 m,

məcmu tutumu 1491 t,

təmiz tutumu 447 t,

tam yüklü su tutumu 2565 t,

yüksüz su tutumu 1475 t – dur.

Gəminin elektrik enerjisinin təlabatını ödəyə bilən 2 ədəd dizel generatorları mövcuddur. Dizel generatorları 4 taktlı 8 silindirli mühərriklərdir. Hər birinin gücü 392 kW-dır. Gəminin yol rejimində bu dizel generatorlarının 1-i işləyir. Manevr və Yanalma rejimlərində isə dizel generatorların 2-si paralel şəbəkəyə qoşulur. Gəminin avadanlıqları müasir tələblərə cavab verir. Gəminin elektroenergetik sisteminin gücü 1152 kW-dır. Generatorların paralel qoşulması “dəqiq sinxronlaşdırma” üsulu ilə yerinə yetirilir. Gəmidə təchiz olunan elektrik maşınlarının tipi Rotoru qısa qapanmış asinxron mühərriklərdir. Bunun səbəbi ondan ibarətdir ki, bu tip mühərriklərin istismarı digərlərindən daha rahatdır.

Bundan başqa, gəmidə yanğın söndürmə sistemləridə mövcuddur. Gəminin yanğın söndürmə sistemləri Beynəlxalq Dəniz Təşkilatının tələblərinə cavab verir.

Gəmidə Beynəlxalq Dəniz Təşkilatının tələbinə əsasən Qəza Dizel Generatoru quraşdırılıb. Qəza Dizel Generatoru gəminin paulba hissəsində yerləşdirilib. Qeyd edək ki, Qəza Dizel Generatorun gücü 125 kW-dır. Qəza Dizel Generatoru gəmidə qəza baş verdiyi zaman gəminin 1-ci növ işlədicilərini elektrik enerjisi ilə təmin edir. Qəza Dizel Generatoru avtomatik və əl vasitəsilə işə buraxılır.

Gəmidə Baş mühərriklərin və dizel Generatorların işə buraxılması üçün sıxılmış havanı təmin edən kompressorlar da, mövcuddur. Gəmidə əsasən porşenli kompressorlardan istifadə olunur.

Gəminin sükan qurğusu hidravlik sistemlə idarə olunur. Bunun üçün gəmidə sabit məhsuldarlıqlı və dəyişən məhsuldarıqlı yağ nasosları vardır. Gəmidə “VFŞ” sistemi quraşdırılmışdır. Gəminin tam gediş sürəti 13 uzel-dir. Gəmidə köməkçi sükan qurğusuda vardır. Köməkçi sükan qurğusunun gücü 492 kW-dır. Köməkçi sükan qurğusu gəminin səlist manevr və yanalma əməliyyatlarını yerinə yetirmək üçündür. Köməkçi sükan qurğusunda da, “VFŞ” sistemi quraşdırılmışdır.

Gəmidə 2 ədəd lövbər vardır. Lövbərin suya salınması və qaldırılması prosesini “Braşpil” qurğusu yerinə yetirir. Braşpil qurğusu müxtəlif rejimlərdə işləyir. Braşpil qurğusu 3 sürətlidir. Onu idarə edən mühərrik Rotoru qısa qapanmış asinxron mühərrikidir.



Yüklə 2,82 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə