Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

 
39 
Açır onun gözünü Moskvanın həyatı. 
 
Bu adi məktəb deyil, bir də xatırladıram. 
Əliyevə qəlbində duydu dərin ehtiram. 
 
Tələbəni o seçir, cəmi dörd-beş nəfəri, 
Gələcəkdə hərəsi bir rayonun rəhbəri. 
 
Bunun üçün nə qədər çalışanlar var idi. 
Seçilib üzə çıxan necə bəxtiyar idi. 
 
Böyük duyğular, hisslər hopur ürəyə, cana, 
Yeni bir insan kimi dönür Azərbaycana!.. 
 
 
TİTAN ZAVODU 
 
Sanki bizim İnqilab zövq alır əziyyətdən. 
Çox asan çıxa bilir ən çətin vəziyyətdən. 
 
Yetmiş altının yayı... tarixə döndü o il. 
Kəlbəcərdə o ili unutmaq mümkün deyil. 
 
Başçılar bir-birini tez-tez əvəz edirdi. 
Bir iş görmək yerinə min cürə vəz edirdi. 
 
Çörək üçün gedirdi boş vədlərdən doyanlar. 
Utanmırdı xalqını yaman günə qoyanlar. 
 
Nə tənəni sevmirəm, nə sərkini sevmirəm. 
Ürəkləri çürüdən yersiz kini sevmirəm. 
 
Kiçik bir qayğı görsə Vətənin gülü solmaz. 
Yurda yanan insanlar hər vaxt, hər yerdə olmaz. 
 
Elə əsrimizin də budur böyük nöqsanı. 
Yaşamağa haqqı yox yaşatmayan insanın! 
 
Sərvətli bir bölgədə gün-güzəran ağırdı. 
Adamların üzündən qayğı-qəhər yağırdı. 
 
Mən bunu söyləmişəm sözümün əzəlində; 
İnsanın səadəti insanın öz əlində. 


 
40 
 
Heç demə oğul var ki, "papaq altda" yatıbdır. 
İndi də növbə bizim İnqilaba çatıbdır. 
 
Nəfəs alır Kəlbəcər qatı duman içində. 
Kimi ümid içində, kimi güman içində. 
 
Qınamıram müqəddəs yurdunu tərk edəni. 
Çox sevirəm çətində qəlbini bərk edəni. 
 
Səriştəsiz başçılar ürəklərə kin salır. 
Çörək ki var, adamı eldən didərgin salır. 
 
...Demirəm ki, İnqilab başqa torpağa düşüb. 
Tale elə gətirib arandan dağa düşüb. 
 
Dağlar çəkib sınağa, sal qayalar sal durub. 
Yaratmaq əzmi onu zirvələrə qaldırıb. 
 
Qorxusundan külək də başı üstdən əsməyib. 
Heç bir qüvvə həyatda yollarını kəsməyib... 
 
Kəlbəcərin üstündən bu gün günəş yol edib. 
Ürəyinin odunu əvvəlkindən bol edib. 
 
... Birinci iş günüdür, İnqilab kabinetdə. 
Kollektivi yanına yığıb bütün heyətdə. 
 
Hər adama söz verir, özü hərdən danışır, 
Qarşıda duran yeni tələblərdən danışır. 
 
...Nə qəza baş veribsə, axın-axın gələn var. 
Sakitləşmək bilməyir səsini ucaldanlar. 
 
Kökünə varsan əgər mübahisə dərindi. 
Zavod bir nazirliyin, fəhlə Kəlbəcərindi. 
 
İnsanların hüququ, haqqı basılıb qəfil. 
Zavodun qapısından qıfıl asılıb qəfil... 
 
qədər ki, fəhlə var qalıb işsiz, avara. 
İş yeri tapmaq üçün indi getsinlər hara?! 
 


 
41 
Körpə uşaq nə bilir iş nədir, zavod nədir?! 
Uşağa çörək lazım, qalanlar əfsanədir. 
 
İşgüzar insanların işi düşüb düyünə. 
Niyə zavodun ləğvi qalıb elə bu günə?! 
 
Bu işsiz insanlara iş tapmaq olar çətin 
Atişləməz yolu var arabir bu millətin... 
 
Fəhlələr bir-bir tökür ürəyinin odunu. 
Axı kimdir bağlayan bu civə zavodunu?! 
 
İclasdaca bu xəbər təzə başçıya çatdı. 
Əvvəl anlamadı ki, nə olan əhvalatdı. 
 
Bəlkə burda xəyanət, ya başqa bir qurğu var!.. 
Yaxud bir bədniyyətin gizlicə buyruğu var. 
 
Zavodun bağlanması min səsə, ünə düşüb. 
Dedilər, təsadüfən o, gələn günə düşüb. 
 
Başçı bir-bir dinlədi fikrini fəhlələrin. 
Heç demə şikayətin kökü dərindən dərin. 
 
Uça bilən bu zavod gizli bir kəmənd imiş. 
Yerin altdan çəkilən yollar himə bənd imiş. 
 
Zavoda polad üzlü şalban dirəklər gərək. 
Vəsaiti tap görək, şalbanları tap görək... 
 
İşsiz qalan fəhləni bilmirsən nə sayıblar. 
Bir cümləlik əmrlə zavodu bağlayıblar. 
 
Fəhlələrə son söz də deyilib ötkəm, qəti: 
―Kəlbəcərin qalmayıb heç bir səlahiyyəti‖. 
 
İnqilabın ağlına gəlməyən qəribə iş... 
Burda kara yetməzdi bir qərar, bir göstəriş!.. 
 
Necə deyim, qəlbində qar oldu, boran oldu. 
Fəhlənin həyatından yaman nigaran oldu. 
 
Gözlənmədən düşmüşdü bir alova, bir oda. 


 
42 
Vaxtını itirmədən yollandı düz zavoda. 
 
Zavod nəhəng bir zavod - hər cürə dəzgahları. 
Direktorun işində çox olub günahları. 
 
İnandı ki, fəhlələr düşüb nahaq bir oda. 
Daşkəsənin olsa da, sahib çıxdı zavoda. 
 
Bir çarə tapmaq üçün dərin xəyala getdi. 
Yeni yollar aradı, yenə götür-qoy etdi!.. 
 
"Civə zavodu indi çəkilməz, ağır yükdü. 
Titan zavodu tikmək imkanları böyükdü". 
 
Bu arzunu qocaman fəhlənin özü dedi. 
İnqilab da düşünüb son fikri, sözü dedi: 
 
―Burda xəzinələr var açılmayıbdır qatı. 
Kəlbəcərdə hədsizdi xammalın ehtiyatı...‖ 
 
Moskva dostlarını tez gətirdi yadına. 
Çatsa Denisov çatar İnqilabın dadına. 
 
Elə işlər görüb ki, gəlir hər yerdən səsi. 
Tümen vilayətində böyükdür vəzifəsi. 
 
Əsas çıxış yolları burda tapıldı, bəli! 
Denisovun yanına bir nəfər göndərməli. 
 
Belə çətin zamanda dura bilməzdi gendə. 
Ən möhkəm şalban-dirək hazırlanır Tümendə. 
 
Bacarıqlı bir cavan Tümenə yola düşdü. 
Denisovun özüylə kabinetdə görüşdü. 
 
Denisovun görüşdən qəlbi sevinclə doldu. 
İnqilaba – dostuna çox böyük kömək oldu. 
 
Dost körpüsündən keçən dünyada bəxtəvərdi. 
Dost əliylə sağaltmaq olar çarəsiz dərdi. 
 
Tümendən gəlib çıxdı karvan-karvan şalbanlar, 
Tavan uçmasın deyə dirək olacaq onlar... 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə