Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

 
65 
Gül-çiçəyi bolsa da, ölümün qucağıydı. 
 
Bilən yox İnqilabın qəlbi necə ağrıdı. 
Neçə gündüz ağrıdı, neçə gecə ağrıdı. 
 
Dayanıb dərdli-dərdli sonsuz səmaya baxdı. 
Elə bil başı üstdə odlu ildırım çaxdı. 
 
Dumanlar göy üzündən gəlib keçdi sis kimi. 
İnqilab hər tərəfi süzdü mühəndis kimi. 
 
Qəhərlənib qınadı fələyin gərdişini. 
Çarə yoxdu, fəlakət görmüşdü öz işini. 
 
Min yol götür-qoy etdi, şirin xəyala daldı. 
Güneydən yol çəkməyi qəti qərara aldı. 
 
Bu gözəl, xoş diləklə artdı qüruru, əzmi. 
İnsanın gücü varsa, gücünü göstərməzmi!.. 
 
Maşınlar işə düşdü çox keçmədən aradan. 
Əzəl gündən sevibdir yol çəkəni yaradan. 
 
Yenə dağ-daş titrədi motorların səsindən. 
Alov çıxdı, od yağdı dağın buz nəfəsindən. 
 
İş gah sürətlə gedir, gah gedir aram-aram. 
Təki yol tez çəkilsin, mən buna tərəfdaram. 
 
Hamınnı ürəyindən eyni arzu keçirdi. 
Başqa arzu yox idi, eləcə bu keçirdi: 
 
Təzə yolun adına ―Sabir yolu‖ dedilər, 
Bu yolu çəkənə də eldə ulu dedilər... 
 
Könüllər qövr etsə də, bir sağalmaz yaradan. 
Gələcək qəza-qədər qaldırıldı aradan. 
 
Yolun açılışına qonşu kəndlər axışdı. 
Bu yol adi yol deyil, yamacda bir naxışdı. 
 
Körpü salmaq, yol çəkmək əzəldən hünər işdi. 
Dərdli, yaslı dağlara bir əzəmət gəlmişdi. 


 
66 
Neçə dəfə çəkildi Sabirin adı burda. 
Cismi soyuq məzarda, qəlbinin odu burda!.. 
 
Atası İdris kişi, dedi, oğlum sağdı, sağ! 
Təzə çəkilən bu yol nəsillərə qalacaq. 
 
―Sabir yolu‖nun üstə göylərdən nur ələndi. 
İnqilabın adı da xoş sözlərə bələndi!.. 
 
 
İSTEDADA EHTİRAM 
 
İnsanlar arasında xeyirxah bir insan var, 
İstedadı olana hər vaxt çıxıb havadar. 
 
Qəlbdən, ürəkdən yanıb ömrü acı olana. 
Qayğısını göstərib ehtiyacı olana. 
 
Özgəsinin dərdini özünün dərdi sayıb. 
Biganəni həmişə elin namərdi sayıb. 
 
Haçan, harda görübsə kimin istedadını, 
Göylərə qaldırmağa çalışıbdır adını. 
 
Bu söz həyat sözüdür, pozulmazdır, qətidir: 
İstedadlar millətin mənəvi sərvətidir. 
 
O, çox sevir, söz desin şairin sözü haqda, 
Xoşlamayır tərifi heç zaman özü haqda. 
 
Adı, sanı, şöhrəti tutsa da yeri, göyü, 
Xeyirxahlıqla bağlı insanın böyüklüyü. 
 
Nisgillinin qəlbinə məlhəm olmaq savabdır. 
Eləsini sorsanız, bilin o İnqilabdır!.. 
 
Rayonun ucqarında Zar adında kənd vardı, 
Çox yoxsul bir daxmada Seyidəli yaşardı. 
 
Bilmirəm ki, nə təhər mətləb üstünə gələk. 
Nə zülmü var etmişdi ona amansız fələk. 
 
Gözlərini açandan dünya ona dar idi. 


 
67 
Elə doğulan vaxtdan şikəstliyi var idi. 
 
O, sözə başlayanda yanar bir dağ olardı. 
Ona qulaq asanın qəlbi dağ-dağ olardı. 
 
Xanəndə Yaqubun da ona yanmışdı canı, 
İnqilaba demişdi, qəbul etsin oğlanı... 
 
Doğmaların içində heç demə oğlan yaddır. 
Əsl zəka sahibi, böyük bir istedaddır. 
 
Bələd olan azsa da soy kökünə, əslinə, 
Ünvanı gedib çıxır əsl seyid nəslinə. 
 
İnqilab bu təklifdən xəyala daldı xeyli. 
İlk görüşdən Əliyə artdı marağı, meyli. 
 
...Budur, onlar bir səhər üz-üzə dayanıbdır. 
Sanki yatmış duyğular yuxudan oyanıbdır. 
 
Saatlar gəlib ötdü söz-sözü çəkə-çəkə, 
Bu adi görüş deyil - bir dünyalıq mərəkə. 
 
İnqilabın özü də şeir, sənət sevərdi, 
Sənətkarın bir dərdi elə onun da dərdi. 
 
Tutduğu vəzifə də çoxdan çıxmışdı yaddan. 
Mübahisə uzandı dildən, ədəbiyyatdan. 
 
Məktəb görməyən gəncin özü bir məktəb idi. 
Fikirləri fəlsəfə, ruhu coşqun təb idi. 
 
Bütün bunlarla birgə tale acı ki, acı, 
Bilsəniz necə çoxdu Əlinin ehtiyacı. 
 
Gənc olsa da, bilirdi məqamını, yerini, 
Dilinə də almadı ehtiyacın birini. 
 
Bu görüş necə gözəl, necə səmimi oldu. 
Qəhərdən İnqilabın gözləri yaşla doldu. 
 
Bu haqda söz açmağa çatmaz gücüm, qüdrətim, 
Ata-ana yanında Əli yetimdi, yetim... 


 
68 
Qəmlə dolub ürəyi, ağlar olubdur gözü. 
Ömründə bir dəfə də görməyib məktəb üzü. 
 
Azərbaycan məktəbi bəllisə də aləmə, 
Əlləri dəyməmişdi nə dəftər, nə qələmə. 
 
Ancaq təbiət ona hər şeyi pak veribdir. 
Hər şeydən öncə tanrım ağıl, idrak veribdir. 
 
Veribdir ən müqəddəs, ülvi diləklər ona. 
Əlifbanı öyrədib göydə mələklər ona. 
 
Adicə bir xəyala dalması da nə dərin, 
Xislətinə keçibdir xisləti mələklərin. 
 
Bütün yer, göy dağılar toxunsan qüruruna. 
Günəş həsəd aparır zəkasının nuruna. 
 
Əli böyüyüb, çatıb iyirmi iki yaşa, 
Əlilsə də, nə qədər arzusu yetib başa. 
 
Gəl bu sözə, əmələ insanları inandır, 
Biliyinin önündə bilicilər yalandır. 
 
Zəkasının gücüylə elm öyrənib dərindən. 
Alim kimi söz açır dünya elmlərindən. 
 
Muğamatdan danışsa sənətkarlar qalar mat. 
Ona heyran olubdur kənddə bütün camaat. 
 
Dədəm Qorqud boyundan sıyrılan bir ozandır. 
Nə gözəl söz istəsən ünvanına qazandır. 
 
Azərbaycan dilinin qüdrətindən söz açır, 
Füzuli dünyasının fıtrətindən söz açır. 
 
Elə danışır heç kəs elə danışa bilməz. 
Bu vəhyin sahibiylə kimsə yarışa bilməz. 
 
Onun kimi bilən yox qədim ədəbiyyatı, 
Sözlərilə açılır ərş ilə kürşün qatı. 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə