Cavad Cavadlı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/28
tarix25.06.2018
ölçüsü5,01 Kb.
#50983
1   2   3   4   5   6   7   8   9   ...   28

 
25 
Bunu duyanlar bilir, mənası çox dərində. 
Qanun kitabı varmış demə sevənlərin də!.. 
 
Bu görüş o zamandan aralıqda sərkidi, 
Əsgərlik illərində İnqilab çox bərkidi. 
 
Komandir var qayğıkeş, komandir var necə tərs, 
Riyaziyyat fənnindən zabitlərə dedi dərs. 
 
Əvəzini qaytarmaq! Bu da bir ləyaqətdi. 
Zabitlər müəllimə xizək sürmək öyrətdi. 
 
İnqilabın ömründə bu ağlına gəlməzdi
İndi xizək üstündə uzaq yerləri gəzdi. 
 
Min yol yıxıldı, durdu qarın, buzun içində, 
Barmaqla göstərildi ordumuzun içində. 
 
Uzatmayaq mətləbi, uzun sözün qısası. 
Azərbaycanlı əsgər oldu xizək ustası. 
 
İnqilab olsa belə el-obadan uzaqda, 
Bircə kəlmə də hələ bilən yoxdur bu haqda. 
 
Bunun nə eşidəni, nə də görəni olub. 
Hüsülü kəndinin də xizək sürəni olub... 
 
Hər bir günü keçirdi intizarda, təşvişdə, 
Romantika əsasdır heç demə hərbi işdə. 
 
Əsgərlikdir öyrədən doğma təbiəti də
Vətənə sevgini də, düşmənə nifrəti də!.. 
 
Öyrəndikcə həvəslə hərb elmini dərindən
Komandir şadlanırdı onun əməllərindən. 
 
Gördüyü işlər onun orduya yayılırdı, 
Cəsur, igid, fədakar bir əsgər sayılırdı. 
 
 
 
 
 


 
26 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İ.Nadirlinin əsgərlik illəri. 
 
 
Vıborq şəhəri, 1963-ci il 
 
Könlündən çox keçsə də, gəlməz idi gümanı, 
Bir mükafat olaraq gedib gördü 
İmanı
*

 
Salındığı ərazi Uzaq Şərqdə ən ucqar
İlin hər bir ayında cövlan edər boran, qar. 
 
Adı İman olsa da, gedər-gəlməz şəhərdi. 
Onu düşünmək belə dərddi, qəmdi, rqəhərdi. 
 
Məşəqqətli cəhənnəm ondan çox-çox geriydi, 
Ölümə tən tutulan ağır sürgün yeriydi. 
 
                                                 
*
 İman – Uzaq Şərqdə sürgün şəhəri 


 
27 
"Gedər-gəlməz" – deyirdi ellər onun adına, 
Qara nöqtə qoymuşdu çoxunun muradına. 
 
İman şəhəri haqda əfsanələr bilirdi, 
Necə izah edim ki, nələr, nələr bilirdi. 
 
Oradan ərşə çatmış çox dərdlər, çox amanlar, 
Bu sözləri kitabdan oxumuş bir zamanlar. 
 
O torpaqda nə qədər soydaşımız yatıbdır, 
Zəka sahiblərinin bəxt ulduzu batıbdır. 
 
Qara damğalı qalıb hələ də alınları, 
Görəsən kim axtarıb pozacaqdır onları?! 
 
Yarasını göynətdi İman şəhəri onun, 
Yaman artıb-çoxaldı qəmi, qəhəri onun. 
 
Günlər necə mənalı, günlər necə qaynardı, 
Hər gün başında bir cür gənclik sevdası vardı. 
 
Əsər edə bilmirdi boran ona, qar ona, 
Qol verir, qanad verir şirin xəyallar ona. 
 
Qaqarinin kosmosu ilk dəfə fəth etməsi
Səma gəmilərinin Marsa, Aya getməsi. 
 
İnqilabın qəlbində fırtınalar qopardı, 
Şirincə bir xəyaldan min təskinlik tapardı. 
 
Qəlbindəki arzular böyüyür yavaş-yavaş, 
Ürəyindən keçirdi: "Kosmonavt olaydım kaş!" 
 
Diləklər elə çılğın, sabahı tez oyatdı. 
Bu arzular qəlbində min təlatüm qopartdı. 
 
Göylərdə qartal kimi qanadını açardı, 
Aydan Marsa uçardı, Marsdan Aya uçardı. , 
 
Arzusuz insan qəlbi qar-boranlı bir qışdı, 
İnqilabın özü də arzudan yaranmışdı. 
 
Külüng versən əlinə dağı, daşı qoparar, 


 
28 
Uzaqdan baxan hər kəs ona həsəd aparar!.. 
 
Kürəyi var düz, enli, uca boyu, qaməti, 
Bədəni möhkəm, sağlam, riyaziyyat - sənəti!.. 
 
Kosmonavtlıq yaraşır onun istedadına. 
Bu haqda məktub yazdı 
Xruşşovun
*
 adına. 
 
Düşünmədən, bilmədən bu mətləbin dalını, 
Nəzərə də çatdırdıtərcümeyi-halını. 
 
O illərdə bunları alırdılar nəzərə, 
Xəyalında canlandı min-min gözəl mənzərə. 
 
Gecələri yatmayıb gözlədi gündüzləri. 
Çox intizar içində yolda qaldı gözləri. 
 
Cavabsız qoyulmazdı bir əskərin məktubu
Çoxlarının qəlbində tufan qoparmışdı bu. 
 
Azərbaycan oğlunun bu qərarı, həvəsi 
Diksindirdi nə qədər bədxahı, bədnəfəsi. 
 
Gözləməkdən ürəyi min yol boşaldı, doldu. 
Ona verilən cavab şifahi cavab oldu!.. 
 
Onu adi zabit yox, bir general çağırdı. 
Sirindən-sifətindən lap zəhrimar yağırdı. 
 
İnqilabın qəlbində görünməz hallar oldu, 
Çox qəribə, əcayib sorğu-suallar oldu... 
 
"Nədir fikrin, məramın bu cür məktub yazmaqda?" 
Belə bir sualı heç verməz idi axmaq da!.. 
 
Bilməzdim bu qədər də ağırmış daşım mənim, 
Əhvalını pozmadı əsgər qardaşım mənim. 
 
Ürəyindən keçəni söylədi bir aramla, 
Əskərlərə xas olan hünərlə, ehtiramla: 
                                                 
*
 Xruşşov – Sov.İKP MK-nin baş katibi 


 
29 
―Sağlamam, idmançıyam, həm də riyaziyyatçıyam. 
Kosmonavt olmağın da həsrətiyəm, acıyam!.. 
 
Səmadan səsi gəlsin qoy bizim də millətin...‖ 
 
...İnqilab bilmir bunun həlli müşkül, çox çətin. 
 
EIə bil ki, general qəfil dara çəkildi, 
Gözləri İnqilabın gözlərinə dikildi. 
 
Gözlərinin içinə düz dikərək gözünü. 
Gizlədə də bilmədi ürəyinin sözünü: 
 
―Məgər bilməyirsən ki, soy kökün sənin türkdür? 
Sən götürə bilməzsən - bu yük çox ağır yükdür. 
 
Dilbilməz bir cavandım mən sənin bu yaşında, - 
İstehzayla güldü də: - boş xülya var başında!.. 
 
Millətlərlə ordunun sırası dola bilər, 
Kosmosunsa sahibi bir millət ola bilər!..‖ 
 
İnqilabın beynində gurladı ildırımlar, 
Sanki yolunu kəsdi keçilməz sıldırımlar. 
 
Beynəlmiləl andımız bizim hardadır, hanı! 
Yenidən öyrənməyə başladı əlifbanı!.. 
 
"Türkdən olmaz kosmonavt!" "Türkdən olmaz kosmonavt!" 
Az qaldı durub boğsun generalı bu saat. 
 
Heyvərəyə cavab ver, ya ağır təhqirə döz. 
İnqilab dərk etdi ki, xeyir verməz başqa söz. 
 
Min-min dəmir pərdəni göz önünə gətirdi. 
Bircə anın içində akademiya bitirdi!. 
 
Qurulubdur cəmiyyət yağlı yalanlar üstdə, 
Mürgüləyib yatırıq əfı ilanlar üstdə... 
 
Ovxarlı qılınc kimi sıyrılmışdı qınından, 
Güclə döndü geriyə generalın yanından. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə