Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə8/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

16

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

rantlarının 60%-nin əsas təyinat ölkəsi Rusiya idi, bu ölkədən sonra isə Ukrayna, Qazaxıstan, İsrail, 

Almaniya və Türkiyə gəlir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi də Rusiyanın 

Azərbaycandan gedən miqrantlar üçün əsas təyinat ölkəsi olduğunu təsdiqləyib.

Rusiya  Federasiyasının  Federal  Dövlət  Statistika  Xidmətinin  məlumatına  əsasən  bu  ölkədə 

Azərbaycandan olan miqrantların sayı 20.000-dən çoxdur və Rusiyadan vətənə qayıdanların sayı isə 

maksimum 1.800 nəfər təşkil edir. Bu məlumatlara əsasən 2011-ci ildə Azərbaycan miqrantlarının 

yalnız 5,6%-i Rusiya Federasiyasından vətənə qayıtmışdır (Cədvəl 2). 

AVROSTAT-a əsasən Aİ dövlətləri arasında Almaniya Azərbaycan vətəndaşlarını qəbul edən 

əsas ölkədir və 2010-cu ildə  Azərbaycan Respublikasının 15.509 vətəndaşı bu ölkədə yaşayırdı.

19

 

BMT-nin  Əhali  Məsələləri  üzrə  Bölməsinin  məlumatına  əsasən  isə  bu  rəqəm  daha  böyükdür  və 



təxminən 23.000-ə bərabərdir. Azərbaycandan olan miqrantların sayına aid rəqəmlərdəki fərqi bö-

yük ehtimalla belə bir faktla izah etmək olar ki, AVROSTAT-ın məlumat bazası yalnız Almaniyanın 

immiqrasiya orqanlarının diqqət mərkəzində olan qanuni və qanunsuz miqrantlar haqqında informa-

siyanı özündə əks etdirir və Almaniyada çalışan digər qanunsuz  miqrantların ümumi sayını nəzərə 

almır. 

İƏİT-nin məlumat bazasına görə artıq Türkiyə də azərbaycanlı miqrantlar üçün əsas təyinat 



ölkəsidir. Statistik məlumatları və rəsmiləşdirilmiş yaşayış icazələrinin sayını nəzərə alsaq, 2000-

2009-cu illər ərzində 115.000 azərbaycanlı Türkiyəyə gedərək bu ölkədə 1 aydan çox müddət ərzində 

qalmaq üçün müvafiq yaşayış icazəsi əldə etmişdir.

20

 İƏİT tərəfindən təqdim olunan məlumatlar 



Dövlət Statistika Komitəsinin məlumatları ilə müqayisədə daha etibarlı görünsə də ehtimal olunur ki, 

bu rəqəmlər də azərbaycanlı miqrantların sayını dəqiq əks etdirmir.

21

 Bunu belə bir faktla izah etmək 



olar ki, İƏİT tərəfindən təqdim olunan məlumatlar yaşayış icazəsi əldə etmək məqsədilə təqdim 

olunan  ərizələrin  sayına  əsaslanır, Azərbaycan  Respublikasının  vətəndaşları  isə  bəzən Türkiyədə 

qaldıqları müddət ərzində bu cür icazə əldə etmək üçün bir neçə dəfə ərizələrlə müraciət edirlər. Bu 

baxımdan, yaşayış icazəsi üçün təqdim olunmuş ərizələrin sayından asılı olaraq bəzi əməkçi miq-

rantlar İƏİT-in məlumat bazasında bir dəfədən çox qeydiyyata alına bilərlər.

Azərbaycandan xaricə əmək miqrasiyası əsasən bazar ticarətilə əlaqələndirilir. Miqrantların 

əmək fəaliyyətilə məşğul olduğu ikinci vacib bir sahə inşaat sektorudur, bundan sonra isə nəqliyyat 

və kommunikasiya sektorlarını qeyd etmək olar.

22

 

1.3. Pul köçürmələri



Əmək miqrasiyası mənşə ölkələrinə müxtəlif yollarla təsir edərək adətən işçi qüvvəsinin azal-

ması və eyni zamanda, miqrantlar tərəfindən müvafiq pul köçürmələrinin göndərilməsilə nəticələnir.

Azərbaycan  Respublikasının  Mərkəzi  Bankına  əsasən  pul  köçürmələrinin  ümumi  məbləği  2000-

Cədvəl 2. Azərbaycan Respublikasından Rusiya Federasiyasına miqrasiya (2008-2011-ci illər üzrə) 

18

Mənbə: Rusiya Federasiyasının Federal Dövlət Statistika Xidməti

18     


2012-ci il sentyabrın 15-də baxılmış “www. gks.ru/bgd/regl/bl12-107” saytı.

19     


SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 

dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.32. 2013-cü il.

20     


Yuxarıda qeyd olunmuş ədəbiyyat, səh.32.

21     


A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının so-

sial təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.5. Aprel 2012-ci il.

22     


“Cənubi Qafqazda miqrasiya prosesləri: Azərbaycan, Ermənistan, Gürcüstan”, səh.15. 2008-2009-cu illər.


17

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

ci  ildəki  57  mln. ABŞ  dollarından  2005-ci  ildə  490  mln. ABŞ  dollarına,  2010-cu  ildə  isə  1.338 

mln. ABŞ  dollarına  qədər  artmışdır.

23

  Qonşu  ölklələrlə  müqayisədə Azərbaycan  Respublikasına 



göndərilən pul köçürmələri ÜDM-in çox az bir hissəsini təşkil edir. Lakin Beynəlxalq Valyuta Fon-

dunun (BVF) 2011-ci il üzrə məlumatların da qeyd olunur ki, Azərbaycan Respublikasına göndərilən 

pul köçürmələri bu ölkənin ÜDM-in 3% təşkil edir, bu göstərici isə dünya üzrə orta səviyyədən 

(4,5%) çox az olmasa da, Yaxın Şərq və Mərkəzi Asiya regionunun bir sıra ölkələrilə müqayisədə 

həddindən artıq azdır (Tacikistan – ÜDM-in 33%, Qırğızıstan – 31%, Ermənistan – 10%) (Diaqram 

2-ə baxın). Gürcüstana göndərilən pul köçürmələri 2000-ci ildə ÜDM-in 6%-i təşkil edirdisə, 2011-

ci ildə bu rəqəm 11%-ə bərabər idi, Ermənistanda bu rəqəmlər həmin müddət ərzində müvafiq olaraq 

10%-dan 13%-ə artmışdır, Azərbaycanda isə həmin dövrdə  5%-dən 3%-ə enmişdir.

24

 

Pul  köçürmələrinin  əsas  hissəsi  Rusiya  Federasiyasından  göndərilir.  Rusiya  Bankının 



məlumatına  əsasən  2011-ci  ildə  Rusiyadan  Azərbaycana  ümumilikdə  976  mln.  ABŞ  dolları 

məbləğində pul köçürmələri olmuşdur.

25

 

2011-ci il üzrə rəsmi statistikada göstərilir ki, Azərbaycanda pul köçürmələri ailə gəlirinin orta 



hesabla 2,8%-i təşkil edir (2,7% - şəhər və 2,8% - kənd yerlərində).

26

 Lakin Dünya Bankının 2008-ci 



il üzrə yaşayış səviyyəsinin qiymətləndirilməsi tədqiqatına əsasən bilavasitə pul köçürmələrini alan 

ailələrdə həmin köçürmələr ailə gəlirinin təqribən 28%-i təşkil edir. Kənd/şəhər kontekstində pul 

köçürmələrinin ailə gəlirində faiz nisbəti şəhərlə müqayisədə kənd yerlərində daha yüksək rəqəmlə 

ifadə olunur: 30% - kənd və 25% şəhər yerlərində. Eyni zamanda, tədqiqat göstərir ki, Azərbaycanda 

pul köçürmələrini alanların 61% işsizlərdi və onların 52%-ni qadınlar təşkil edir.

27

 Pul köçürmələrinin 



böyük bir hissəsi miqrant ailələrinin aşağı səviyyədə olan gəlirlərinin artırılması üçün, çox az bir 

23    


SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 

dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.43. 2013-cü il.

24    


SİAM, L. Barbone, M. Kahanes, K. Tsimmermann “Şərq Tərəfdaşlığı Ölkələrindən Avropa İttifaqına miqrasiya /daha 

yaxşı gələcək üçün variant”, səh. 27-28. 2013-cü il.

25    


http://news.day.az/economy/333700.html

26    


2012-ci il sentyabrın 11-də baxılmış “http://www.azstat.org/statinfo/budget_households/en/index.shtml#” saytı.

27    


SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 

dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.45. 2013-cü il.

Diaqram 2. Mənşə ölkələrinə göndərilən pul köçürmələri (ÜDM-ə faiz nisbəti)

Mənbə: BVF “Dünya iqtisadiyyatının inkişaf perspektivləri”, 2011-ci il.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə