Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   2   3   4   5   6   7   8   9   ...   23

12

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

  Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarının milli qanun-



vericiliyə əsasən hüquqi vəziyyətini araşdırmaq;

  Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvləri üçün 



nəzərdə tutulmuş siyasətdə və sosial müdafiə proqramlardakı boşluqları müəyyənləşdirmək;

  Müvafiq siyasət hazırlayanlar üçün strateji tövsiyələr təqdim etmək və müdaxilə tədbirləri təklif 



etmək.

Tədqiqat nəticəsində hazırlanmış hesabat Azərbaycan Respublikasının müvafiq yerli və mərkəzi 

orqanlarına, Parlament üzvlərinə, Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinə, beynəlxalq 

təşkilatlara (BMqT, BMTİP, BMTƏF, YUNİSEF və s.), həmçinin xaricdəki azərbaycanlı miqrantların 

Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin inkişafı imkanlarının yaxşılaşdırılma-

sında, hüquqlarının qorunmasında və sosial müdafiəsində maraqlı olan bütün tərəflərə ünvanlanıb. 

Tədqiqat ərləri xaricə miqrasiya etmiş qadınlar, həmçinin xaricdəki azərbaycanlı miqrantların 

Azərbaycanda qalan həyat yoldaşları və uşaqlarına aid səciyyəvi hüquqi məsələlərlə məşğul olan 

müxtəlif mütəxəssislərə məxsus rəylərin toplanması və təhlili vasitəsilə həyata keçirilmişdir.



13

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

TƏDQİQATIN MeTODOLOGİYASI

Tədqiqatın məqsədlərinə nail olmaq üçün ərləri miqrant olan və Azərbaycanda qalan qadın-

larla  əlaqədar  mövcud  statistik  məlumatların,  ədəbiyyatın  və  digər  müvafiq  köməkçi  mənbələrin 

təhlilindən, keyfiyyət və kəmiyyət metodları vasitəsilə əsas empirik məlumatların toplanmasından və 

milli qanunvericiliyin təhlilindən ibarət çoxşaxəli metodoloji yanaşmadan istifadə etmək qərarı qəbul 

olunmuşdur.

Tədqiqatın aparılmasına iki ekspert cəlb olunmuşdur: beynəlxalq ekspert tədqiqat metodologi-

yasının işlənib hazırlanmasına, sorğu-anketlərinin tərtib olunmasına, mütəxəssislərlə ətraflı görüşlərin 

və əlaqədar qadınlarla fokus qruplarda müzakirələrin aparılması işinin istiqamətləndirilməsinə, top-

lanmış  köməkçi  və  əsas  məlumatların  (sorğu,  mütəxəssislərlə  aparılmış  ətraflı  görüşlər  və  fokus 

qruplarda keçirilmiş müzakirələr nəticəsində) təhlil edilməsinə, həmçinin yekun hesabatın yazılma-

sına məsuliyyət daşıyırdı; milli ekspert isə müvafiq hədəf qrupuna aid şəxslərin sosial-iqtisadi hü-

quqlarının  müdafiəsinə  və  onlara  müvafiq  hüquqi  yardımın  göstərilməsinə  aid  qanunvericilik  ba-

zasının nəzərdən keçirilməsinə cavabdeh idi və ondan tədqiqatla əhatə olunan uşaq və qadınların 

sosial-iqtisadi problemlərinin öyrənilməsi istiqamətində köməkliyin göstərilməsi xahiş olunmuşdur. 

BMqT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi öz üzərinə ümumi əlaqələndirici funksi-

yasını götürmüşdür: sorğu aparanların təlimatlandırılması və nəzərdə tutulmuş bölgələrdə sorğunun 

əlaqələndirilməsi. 

Əsas  ətraflı  informasiya  sorğu  anketləri  vasitəsilə  toplanmışdır.  Həmin  sorğu  anketləri 

icma  rəhbərlərilə  keçirilən  məsləhətləşmələr  zamanı  (BMqT-nin  Azərbaycan  Respublikasında-

kı  Nümayəndəliyinin  ilk  əlaqələri)    müəyyənləşdirilmiş  müvafiq  qadınlarla  BMqT  əməkdaşları 

tərəfindən aparılmış standart “üz-üzə” müsahibələr zamanı tətbiq edilmişdir. Tədqiqat zamanı sorğu 

ilə nümunə kimi 200 müvafiq qadının əhatə olunması nəzərdə tutulsa da, məlumatlar Azərbaycan 

Respublikasının yalnız 6 rayonunu (Şəki, Yardımlı, Masallı, Şəmkir, Lənkəran və Goranboy) və 

4  şəhərini  (Bakı,  Sumqayıt,  Mingəçevir  və  Naftalan)  təmsil  edən  ümumilikdə  56  respondentdən 

əldə  edilmişdir.  Tədqiqatın  həyata  keçirilməsi  zamanı  əsas  çətinliklərdən  biri  yerli  orqanlar-

la  əməkdaşlıqdan  ibarət  idi. Yerli  icra  hakimiyyəti  orqanlarının  əksəriyyəti  əməkdaşlığa  açıq  və 

aidiyyəti  miqrant  ailələrinə  köməklik  göstərmək  üçün  BMqT  ilə  birgə  işləməyə  hazır  idi,  lakin 

bəziləri belə ailələr barədə heç bir məlumata malik olmadıqlarını bildirərək bu işdə əməkdaşlıqdan 

yayınırdı.  

Əldə  olunmuş  statistik  məlumatların  11  aidiyyəti  mütəxəssislə  ətraflı  görüş  və  sözügedən 

miqrantların həyat yoldaşları ilə 4 fokus qrup müzakirələrin aparılması zamanı toplanmış ətraflı in-

formasiya ilə əlavə edilməsi planlaşdırılırdı. Lakin yuxarıda izah olunan çətinliklərə görə müxtəlif 

təşkilatları, vətəndaş cəmiyyətini və elmi dairələri təmsil edən yalnız 5 mütəxəssislə ətraflı görüş 

keçirilmişdir, hökumət təşkilatlarının nümayəndələri isə bu prosesdə iştirak etməmişdir (Əlavə 1-ə 

baxın: Görüşlər keçirilmiş mütəxəssislər haqqında məlumat).



TƏDQİQATLA BAĞLI MƏHDUDİYYƏTLƏR

Tədqiqatla bağlı müəyyən məhdudiyyətlər mövcud idi ki, bunlar da müvafiq vəziyyətin əldə 

olunmuş  nəticələr vasitəsilə  ölkə  səviyyəsində dolğun  şəkildə əks  etdirilməsi ilə əlaqədar idi.  Bu 

müvafiq qadınlardan informasiyanın toplanması zamanı yaranan çətinliklərlə izah oluna bilər, çünki 

bir sıra yerli icra hakimiyyəti orqanı sözügedən ailələrin mövcud olduğunu etiraf etmək istəmirdi. 

Eyni zamanda, əlaqədar hədəf qrupuna aid məlumatlar və ya statistik rəqəmlər yerli və mərkəzi icra 

hakimiyyəti  orqanları  tərəfindən  toplanmadığından  və  saxlanmadığından  rəsmi  məlumatlardan  da 

istifadə qeyri-mümkün idi.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə