Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə5/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   2   3   4   5   6   7   8   9   ...   23

10

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Çox az sayda qadın bildirmişdir ki, onların ərləri gələcək planlarını qurarkən həmin qadın-

ların da fikrini soruşur. Qadınların çoxu öz ərlərinin gələcək niyyətləri barədə xəbərsizdir. Həmin 

qadınların böyük əksəriyyəti öz ərlərinin planları haqqında qohumlarından, tanışlarından və ya başqa 

mənbələrdən öyrənirlər və yalnız bəziləri bu barədə ərlərindən xəbər alırlar. 

Xaricdəki azərbaycanlı kişi miqrantların Azərbaycanda qalan həyat yoldaşları hətta bir neçə 

il ərzində heç bir məlumat almadıqda belə onlardan yalnız bəziləri ərlərindən artıq ayrı yaşadıqları-

nı və ya boşanmaq niyyətində olduqlarını bildirmişdir. Boşanma qadınlardan cəsarət tələb edən bir 

proses olduğundan, buna çox az sayda qadın əl atır, çünki onlar bunu etdikdən sonra bu cür əməlləri 

bəyənməyən icmanın təziyiqilə üzləşməli olacaqlar.

Aparılmış tədqiqat zamanı müəyyən olunmuşdur ki, kişilərin iş məqsədilə xaricə miqrasiyası, 

onlarla əlaqənin olmaması və vətəndə qalan ailə üzvlərinə heç bir maddi yardımın göstərilməməsi 

ailənin  çox  vacib  (iqtisadi,  psixoloji,  sosial  nəzarət)  funksiyalarına  mənfi  təsir  göstərərək  qadın-

larla yanaşı ailədəki uşaqları da əhatə edir. Ailənin birliyi və bütövlüyünü təmin etmək məqsədilə 

Azərbaycan  Respublikasında  işlənib  hazırlanan  müvafiq  miqrasiya  siyasətlərində  kişilərin  xaricə 

miqrasiyası nəticəsində onların ölkədə qalan ailələrinin vəziyyəti nəzərə alınmalıdır. Belə bir spesi-

fik qrupa aid ailələrin ehtiyacları əlaqədar miqrasiya siyasətlərinə daxil edilməlidir, çünki müəyyən 

şəraitdə bu qrup risk qrupuna çevrilə bilər və hal-hazırda müşahidə olunan ərlərin miqrasiya modeli 

uzunmüddətli mənfi fəsadlarla nəticələnə bilər ki, bu fəsadlar da indidən nəzərə alınaraq minimal bir 

səviyyəyə endirilməlidir. 

Müvafiq  sorğu  nəticəsində  əldə  olunan  məlumatlar  xaricdəki  azərbaycanlı  miqrantların 

Azərbaycanda qalan həyat yoldaşları və uşaqları üçün nəzərdə tutulmuş hər hansı bir formada sosial 

yardım və ya dəstəyin Azərbaycan Respublikasında hal-hazırda mövcud olmadığını nümayiş etdirir. 

Tədqiqat əsasında müəyyən olunmuşdur ki, indiki zamanda sözügedən miqrantların Azərbaycanda 

qalan həyat yoldaşları və uşaqları heç bir dövlət orqanı və ya QHT tərəfindən hədəfə götürülmüş 

xüsusi  bir  qrup  kimi  nəzərə  alınmır  və  bu  nöqteyi-nəzərdən  BMqT-nin Azərbaycan  Respublika-

sındakı  Nümayəndəliyi  tərəfindən  həyata  keçirilmiş  “Azərbaycandan  kənarda  işləyən  və  yaşayan 

azərbaycanlı miqrantların uzun müddət və ya mütəmadi əlaqə saxlamadıqları Azərbaycanda qalan 

həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti haqqında biliklərin artırılması və onların hazırki 

sosial-iqtisadi inkişafı ilə bağlı vəziyyətlərinin öyrənilməsi” Layihəsi bir müsbət istisnadır. 

Müvafiq qanunvericilik aktları nəzərdən keçirilərkən öz miqrant ərlərilə faktiki əlaqəsi olma-

yan qadınların daha çox üzləşdiyi problemlərin nikahın pozulmasına, atanın razılığı olmadan uşağın 

xaricə göndərilməsinə, ünvanlı sosial yardımlardan faydalanmaya və birgə mülkiyyət hüququndan 

istifadə etməyə aid məsələlərlə əlaqədar olduğu müəyyənləşdirilmişdir.

Tədqiqatdan irəli gələn tövsiyələr müəyyən edilmiş spesifik ehtiyaclara əsaslanaraq müvafiq qa-

nunvericilik aktlarına (Ailə Məcəlləsi) dəyişikliklərin edilməsi, bəzi müdafiə mexanizmlərinin tətbiq 

olunması (sözügedən ailələrin aidiyyəti sosial işçilər tərəfindən monitorinqi və qiymətləndirilməsi) 

və bu cür ailələrin üzvlərinə köməkliyin göstərilməsilə (məşğulluq məsələləri və hüquqi məsələlərlə 

bağlı məsləhətlərin verilməsi, zəruri təlim kurslarının keçirilməsi, tibbi konsultasiyaların göstərilməsi, 

sosial və/və ya psixoloji xidmətlərin təşkili və s.) əlaqədar bir sıra təklifləri özündə əks etdirir. Əmək 

miqrasiyası  davam  etməkdədir  və  bu  prosesin  mənfi  təzahürlərinə  Azərbaycan  Respublikasının 

mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, həmçinin QHT-lərin biganə qalmaması və eyni za-

manda ailələri qorumaq və bu cür miqrasiyanın mənfi fəsadlarını aradan qaldırmaq üçün bu təşkilatlar 

tərəfindən müvafiq tədbirlərin görülməsi çox vacibdir.



11

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

GİRİŞ

Miqrantların  və  onların  ailələrinin,  həmçinin  ölkələrin  davamlı  inkişafı  üçün  imkanlar  və 

eyni  zamanda  risklər  baxımından  miqrasiya Azərbaycan  Respublikası  üçün  bir  mürəkkəb  məsələ 

kimi qalmaqdadır. Bu günədək aparılmış tədqiqatlar miqrasiyanın çoxsaylı aspektlərini - miqrasi-

yanın profilləri və tendensiyalarını,

6

 əmək miqrasiyasının dəyəri və faydasını,



7

 emiqrasiyanın sosial 

təzahürlərini,

8

 əmək miqrasiyasının qadınlar və uşaqlar üçün fəsadlarını



9

 və s. əlaqədar məsələləri 

işıqlandırmışdır.

Əmək  miqrasiyasının  Azərbaycanda  qalan  miqrant  ailələrinə  təsiri  baxımından  bu  ölkədə 

müəyyən səciyyəvi xüsusiyyətlər müşahidə olunmaqdadır. Əsasən kişilər ailə başçısı kimi öz ailəsinin 

vəziyyətini yaxşılaşdırmaq məqsədilə xaricə üz tutduğundan əmək miqrasiyası prosesində böyük üs-

tünlük təşkil edirlər

10

, qadınlar isə uşaqların böyüməsi və təhsil almasına, həmçinin öz valideynlərinin 



qayğısına qalmasına məsuliyyət daşımaqda davam edirlər.

Azərbaycan cəmiyyətində çoxsaylı ailədaxili və dini adət-ənənələr müşahidə olunsa da aparıl-

mış bir sıra tədqiqatlar azərbaycanlı miqrantların xaricdə qaldıqları zaman əksər hallarda öz ailələrilə 

əlaqə  saxlamadıqlarını  və  bəzən  heç  bir  maddi  və  ya  iqtisadi  dəstək  göstərmədiklərini  ön  plana 

çəkmişdir.

11

 Bütün bunları nəzərə alaraq BMqT kişilərin miqrasiyasının mənfi fəsadlarını azaldaraq 



müsbət təzahürlərini artırmaq üçün bu cür miqrasiyanın ailənin digər üzvlərinə (qadınlara, uşaqlara 

və yaşlılara) təsirini müfəssəl şəkildə təsvir etmək məqsədini öz qarşısına qoymuşdur. 



Azərbaycandan  kənarda  işləyən  və  yaşayan  azərbaycanlı  miqrantların  uzun  müddət  və 

ya  mütəmadi  əlaqə  saxlamadıqları Azərbaycanda  qalan  həyat  yoldaşları  və  digər  ailə  üzvlərinin 

vəziyyətinə  dair  tədqiqat  sözügedən  şəxslərin  (qadınların,  uşaqların  və  yaşlıların)  vəziyyətini  və 

çətinliklərini öyrənmək və bu cür hədəf qrupuna aid olan insanların hüquqlarının müdafiəsi və on-

lara hüquqi yardımın göstərilməsi işinin təkmilləşdirilməsi istiqamətində dövlət orqanlarına kömək 

göstərmək məqsədi daşıyırdı.

Tədqiqat qarşısında aşağıda verilmiş konkret vəzifələr qoyulmuşdur:

  Azərbaycanda miqrasiyaya aid müvafiq köməkçi mənbələri, ədəbiyyatı və statistik məlumatları 



təhlil etmək;

  Xaricdəki  azərbaycanlı  miqrantların  Azərbaycanda  qalan  həyat  yoldaşlarının  və  digər  ailə 



üzvlərinin sosial-demoqrafik, iqtisadi və sosial xüsusiyyətlərini müəyyən etmək;

  Sözügedən ailələrdə mövcud vəziyyəti və miqrasiya təcrübəsini öyrənmək;



  Xaricdəki  azərbaycanlı  miqrantlar  tərəfindən  Azərbaycandakı  ailə  üzvlərinə  göndərilən  pul 

köçürmələrini və göstərilən yardımı qiymətləndirmək;

  Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarının ümumi vəziyyətini, 



ictimai əlaqələrini və səhhətilə bağlı vəziyyətini  təhlil etmək;

  Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan digər ailə üzvlərinin (uşaqların və yaş-



lıların) vəziyyətini və sosial inteqrasiya səviyyələrini təhlil etmək;

6     


BMqT “Azərbaycan Respublikasında miqrasiya prosesləri: ölkə üzrə profillər”. 2008-ci il.

7     


SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 

dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”. 2013-cü il.

8     


A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının sosial 

təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”. Aprel 2012-ci il.

9     


QTRM, Ə. Süleymanov “Əmək miqrasiyasının Azərbaycan ailə təsərrüfatına təsiri”.

10     


Estoniya Qadın Tədqiqatları və Resurs Mərkəzi, İnsanların Harmonik İnkişafı Cəmiyyəti və TASO Fondu “Cənubi 

Qafqazda  miqrasiya  prosesləri:  Azərbaycan,  Ermənistan,  Gürcüstan.  2008-2009-cu  illər  üzrə  sosioloji  tədqiqatın 

nəticələri”.

11     


QTRM, Ə. Süleymanov “Əmək miqrasiyasının Azərbaycan ailə təsərrüfatına təsiri”.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə