Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

36

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Sorğuda  iştirak  etmiş  qadınlardan  21-i  onların  həyat  yoldaşları  tərəfindən  uşaqların  həyatı, 

məktəbdəki nailiyyətləri və üzləşdikləri problemlərinə mütəmadi olaraq maraq göstərildiyini bəyan 

etmişdir. 5 miqrant bunu vaxtaşırı edir, 6-ı onların yalnız necə olduqlarını soruşur, qalan 18-i isə 

ümumiyyətlə  uşaqları  barədə  soruşmur.  Tədqiqat  zamanı  əldə  olunmuş  məlumatlar  miqrantların 

xaricdə nə qədər çox qalmasından asılı olaraq uşaqları ilə o qədər az maraqlandığını göstərir (Diaq-

ram 17-ə baxın). Xaricdə olduğu zaman həyat yoldaşları ilə əlaqə saxlamayan kişilərin bir qismi (32 

nəfərdən 13-ü) 11 ildən 20 ilədək və ya daha çox müddət ərzində nikahda olmasına baxmayaraq öz 

uşaqlarının vəziyyət ilə maraqlanmırdı (14 nəfərdən 12-i).

Analar uşaqlarının səhhətinin onların səhhətindən daha yaxşı olduğunu bildirmişdir. Onlardan 

15-i uşaqlarının sağlamlıq vəziyyətini “yaxşı”, 17-si “qənaətbəxş”, 6-sı “pis”, 1-i isə “çox pis” kimi 

qiymətləndirmişdir. 11 qadın hər bir uşağın fərqli vəziyyətdə olduğunu qeyd etmişdir (Diaqram 18-ə 

baxın).

Xaricdə  işləyən  ataların  vətəndə  qalan  uşaqlarından  bəzilərinin  son  12  ayda  məktəbə 



getməməsindən ibarət hallara da rast gəlmək mümkün idi. Məktəbli yaşında uşaqları olan 40 qa-

dından 9-u belə hallar barədə danışmışdır. Bu uşaqların məktəbə getməməsi səbəbi onların səhhəti  

(5 qadın bu səbəbi qeyd etdi), məktəb ləvazimatlarının, o cümlədən, məktəbli formasının olmaması 

(5 qadın), digərləri paltarlarının və ayaqqabının olmaması, həmçinin uşaqların ev işlərində köməklik 

göstərməsi  zərurətilə  əlaqədar  idi.  Məktəbə  getməmək  halları  xüsusən  məktəbli  yaşında  olan  2-3 

uşağın böyüdüyü ailələrə xas idi.

Kişilərin xaricə işləməyə getməsindən sonra uşaqların üzərinə yeni vəzifələrin düşməsi xüsusi 

diqqət kəsb edən bir məsələdir. Tədqiqat zamanı əldə olunmuş məlumatlar göstərir ki, ataların xaricə 

işləməyə getməsindən sonra 15 uşaq onların ev təsərrüfatları ilə bağlı bəzi işlərini öz üzərinə götür-

müşdür, 10 uşaq həyətdə kənd təsərrüfatı işlərilə məşğul olurdu, 7 uşaq mal-qaraya baxırdı, 3 uşaq qa-

zanc əldə etmək üçün işləməyə başlamışdır, 1 uşaq isə meyvə-tərəvəz satırdı. 17 uşağın hansısa işləri 

görmək üçün yaşı çox az idi, digər 18 uşaqdan isə ataları ölkədən getdikdən sonra məsuliyyətlərinin 

artırılması  tələb  olunmurdu.  Bütün  bunların  nəticəsində  təhsilə,  oyuna  və  istirahətə  ayrılan  vaxt 

azalmışdır. Belə olduqda sözügedən ailələrdən olan uşaqların təhsildə yaxşı nəticələr əldə etməsi və 

gələcək ictimai faəllığı üçün diqqəti əsasən təhsilə yönəltməyi az ehtimal olunandır.

Diaqram 18. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları tərəfindən öz 

uşaqlarının sağlamlıq səviyyəsinin qiymətləndirilməsi 



37

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Kişilərin xaricdə işlədiyi zaman onların ailələrinin yoxsulluqda, o cümlədən, heç bir yardım 

olunmadan yaşamasını nəzərə alaraq demək olar ki, hər 4 ailədən biri aclıqdan əziyyət çəkirdi. Belə 

ailələrdən olan qadınlar öz uşağını/uşaqlarını qidalandırmaq üçün heç nəyin olmadığını və ya onu/

onları yalnız gündə 1 dəfə yedizdirə bildiklərini və bu cür vəziyyətlərin tez-tez yarandığını qeyd 

etmişdirlər (Diaqram 19-a baxın). Bu kimi vəziyyətlər əsasən 2 və ya çox uşaqlı ailələrdə yaranır.

Hal-hazırda Azərbaycanda kişilərin ölkədən getməsi faktının onların həyat yoldaşları ilə qalan 

uşaqlarına təsiri məsələlərinə xüsusi diqqət yetirən tədqiqatlar çox az saydadır. Bununla əlaqədar ola-

raq, biz miqrasiyanın uşaqlara təsirinin bəzi aspektlərinə diqqət yetirmək istərdik. İlk növbədə həmin 

uşaqlar natamam ailədə böyüyüdüyündən bu onların şəxsiyyətinə mənfi təsir göstərir. İkinci aspekt 

ondan ibarətdir ki, bu uşaqlar ev işlərində və ailənin maddi təminatının ödənilməsində öz analarına 

kömək etməli olduğundan onların təhsilə, oyunlara və istirahətə vaxtı az qalır. Bunun nəticəsində 

xaricdəki miqrantların vətənində qalan ailələrdən olan uşaqlar daha tez işləməyə başladığından təhsil 

prosesindən kənarda qalırlar. Bu cür ailələr öz uşaqlarının onlara daha böyük ictimai fəallıq təmin 

edəcək ali təhsil almaq istəklərinə müvafiq şərait yarada bilmirlər. 

Tədqiqat  zamanı  görüşlərdə  iştirak  etmiş  bir  sıra  mütəxəssis  uşaq  əməyi  və  uşaqların  istis-

marı sahələrində araşdırmalar aparmışdır. Bu araşdırmalarda ailə büdcəsinə işə getməklə köməklik 

göstərmək  üçün  uşaqların  məktəbi  atmağa  məcbur  edilməsi  hallarına  rast  gəlmək  mümkündür: 



“Mən atası Rusiyaya getdikdən sonra həyətdəki qoyunlara baxmalı olduğundan artıq 1-2 ildir ki 

məktəbə getməyən 15 yaşlı qızın əhvalatı barədə bəhs edən konfransda iştirak etmişdim” (II_E2 saylı 

mütəxəssis). Cəlilabad rayonu kişilər xaricə işləməyə getdikdən sonra mövcud əmək qüvvəsinin əsas 

hissəsini təşkil edərək kənd təsərrüfatı işlərini aparan qadın və uşaqların daha çox müşahidə olunduğu 

rayon kimi qeyd edilir: “… və siz qadınlardan həyat yoldaşlarının harada olduğunu soruşanda onla-



rın Rusiyada və ya Bakıda olduğunu eşidirsiniz...” (II_E4 saylı mütəxəssis).

Kişilərin xaricə getməsinə cavab olaraq vətəndə qalan uşaqlarda aqressivliyin artmasını da is-

tisna etmək olmaz. Bəzən bu uşaqlar cəmiyyətdə qəbul olunmuş normalardan kənara çıxan və ya 

hətta ziddiyyətli davranış nümayiş etdirərək müəyyən risk qrupunu da təşkil edirlər: “kişinin xaricdə 



olduğu ailələrin çoxunda axşam evə gələrək uşağa “Sən bunu səhv etmisən” deyən və ya “Bunu nə 

üçün etmisən?” sualını verən bir böyük yoxdur. Bəzi hallarda ata hətta uşağını cəzalandırır da… 

Bütün bunlar baş vermədikdə uşaq nəzarətdən çıxır. Bu uşaqlar təxminən 13-14 yaşa çatdıqda spirtli 

içkilər qəbul etməyə və siqaret çəkməyə başlayırlar. Onlar bilirlər ki, anaları həddindən artıq məşğul 

Diaqram 19. Keçmiş bir il ərzində anaların öz uşağını/uşaqlarını qidalandıra bilməməsi 

və ya gündə bir dəfə qidalandırma halları 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə