Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə7/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   2   3   4   5   6   7   8   9   10   ...   23

14

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

I. AZƏRBAYCAN ReSPUBLİKASINDA MİQRASİYA PROSeSLƏRİ: 

TeNDeNSİYALAR VƏ xÜSUSİYYƏTLƏR 

(köməkçi mənbələrin nəzərdən keçirilməsi)

1.1. SSRİ-nin süqutundan sonra baş verən miqrasiya mərhələləri və axınları

1991-ci ildən bu günədək Azərbaycanda müxtəlif miqrasiya axınları müşahidə olunmaqdadır: 

xarici/daxili, daimi/müvəqqəti, qanuni/qeyri-qanuni. Azərbaycanın müstəqilliyi dövründə (1991-ci 

ildən bu günədək) baş verən miqrasiya proseslərini mahiyyətcə 3 mərhələyə bölmək olar.

12

 

1990-1995-ci illəri əhatə edən 1-ci mərhələ ermənilərin və azərbaycanlıların yerdəyişmələrinə 



təsir etmiş Dağlıq Qarabağ münaqişəsi səbəbindən etnik xarakter daşıyan məcburi miqrasiya dövrü 

kimi təsvir oluna bilər. Sovet İttifaqının dağılması və bununla əlaqədar baş verən iqtisadi çətinliklər 

milliyətcə rusların, yəhudilərin və digər milli azlıqların Azərbaycandan emiqrasiyasına təkan vermiş-

dir. Məhz bu səbəblərə görə miqrasiyanın 1-ci mərhələsi daimi miqrasiya prosesləri ilə xarakterizə 

olunur.

13

 



1996-cı  ildən  2000-ci  ilədək  baş  verən  miqrasiya  proseslərinin  2-ci  mərhələsi  ilk  növbədə 

iqtisadi amilllərin təsiri altında formalaşırdı. İşsizlik və əmək haqlarının aşağı olması çoxlu sayda 

azərbaycanlı miqrantın iş axtarışında qonşu ölkələrə üz tutmağa vadar edən əsas faktorlardır. 

Miqrasiyanın  3-cü  mərhələsi  2001-ci  ildən  bu  günədək  davam  edir.  Bu  dövr  emiqrasiya 

axınlarının stabilləşməsi tendensiyası ilə səciyyələndirilə bilər. Daha konkret desək, əldə olunmuş 

məlumatlar emiqrasiya axınının azalmasını nümayiş etdirir. Eyni zamanda, iqtisadi inkişaf və neft 

sektorunda artmaqda olan iqtisadi fəallıq immiqrasiya axınlarının intensivləşməsilə nəticələnmişdir. 

Tədricən Azərbaycan əcnəbi işçilərin təyinat ölkəsinə çevrilməkdədir.

14

 

Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi və onun iqtisadi fəallığı



15

12     


SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 

dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.27. 2013-cü il.

A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının sosial 

təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.5.Aprel 2012-ci il.

13     

SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 



dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.27. 2013-cü il.

14     


IREX, I. Qanquli “Azərbaycanda miqrasiya prosesləri: təyinat ölkəsinə keçid?” səh.1.Harvard Universiteti, 2010-cu 

il.


15     

2013-cü il iyulun 10-da baxılmış “http://www.azstat.org/publications/azfigures/2012/en/005en.shtml,” saytı.



Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi


15

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

1.2. emiqrasiyaya aid məlumatlar və statistik rəqəmlər

Azərbaycan Respublikasında emiqrasiyaya aid məlumatların mövcudluğu və etibarlılığı ilə bağlı 

müəyyən məhdudiyyətlər mövcuddur. Müxtəlif müəlliflər (A.Allahverənov, R.Əliyeva, E.Hüseynov 

və s.) Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim olunan rəqəmlərdə 

ölkədən gedən real axınların kifayət qədər əks olunmadığını qeyd edirlər, çünki bu rəqəmlər xaricə 

daimi yaşayış üçün getmək məqsədilə qeydiyyatdan çıxan şəxslərin sayını göstərir və bununla da 

xaricə işləmək üçün müvəqqəti emiqrasiya edən və daimi yaşayış yerlərindən qeydiyyatdan çıxma-

yanları nəzərə almırlar.

16

 AVROSTAT, İƏİT, BMT-nin Əhali Məsələləri üzrə Bölməsi və Dünya Ban-



kı kimi təşkilatların məlumat bazaları miqrasiya axınları haqqında alternativ informasiya mənbələri 

hesab  olunsa  da  bu  təşkilatlar  tərəfindən  təqdim  olunan  məlumatlarda  həmişə  müfəssəl  olmur  və 

əksər hallar da bir-birilə ziddiyyət təşkil edir.

Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi  tərəfindən  təqdim  olunan  rəsmi 

məlumatlara  əsasən  daimi  yaşayış  məqsədilə Azərbaycandan  xaricə  emiqrasiya  axınları  azalmaq-

dadır: 1990-cı ildə ölkəni bu məqsədlə 137.900 nəfər tərk etmişdirsə, 2011-ci ildə bu rəqəm 500-ə 

bərabər idi (Diaqram 1-ə baxın). Bu müddət ərzində Azərbaycanı tərk edərək xaricdə məskunlaşmış 

insanların sayı 448.700-ə bərabərdir.

Müvəqqəti miqrasiya miqrasiyanın ən geniş yayılmış formalarından biridir. Miqrasiyanın bu 

forması əsasən iqtisadi xarakter daşıyır və müxtəlif növlərdə, o cümlədən, ticarət məqsədilə miqrasi-

ya şəklində və qanuni və ya qanunsuz əmək miqrasiyası kimi baş verə bilər.

Müşahidə olunan kütləvi iqtisadi miqrasiya axınlarına baxmayaraq, Azərbaycan Respublikası-

nın xaricdə işləyən vətəndaşlarının sayı barədə dəqiq statistik məlumatlar bu ölkədə demək olar ki, 

mövcud deyil. Mövcud olan məlumatlar isə natamam xarakter daşıyır.

Dünya Bankının hesablamalarına əsasən 2010-cu il üçün Azərbaycandan getmiş emiqrantların 

sayı 1.432.600-ə bərabəridi (əhalinin 16.0%)

17

. Bu təşkilatın məlumatlarına görə Azərbaycan emiq-



Diaqram 1. xaricdə daimi yaşayış məqsədilə 

Azərbaycan Respublikasından emiqrasiya (min nəfər)

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

16     


SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 

dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”, səh.29-30. 2013-cü il və A. Allahverənov, R. Əliyeva, T. Sadıqov 

“Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının sosial təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”, 

səh.5. Aprel 2012-ci il.

17     


Dünya Bankı “Miqrasiya və pul köçürmələrinə dair 2011-ci il üzrə Faktlar Toplusu” səh.65.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə