Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə23/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   15   16   17   18   19   20   21   22   23

53

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

(i) boşanma, əmlak bölgüsü və s. məsələlərlə bağlı hüquqi məsləhətlərin verilməsi;

(ii) qadınların məşğulluq imkanlarını artıracaq təlim kurslarının keçirilməsi (kompüter və dil kurs-

ları və s.);

(iii)  iqtisadi  sahədə  məsləhətlərin  verilməsi,  xüsusən  də  imkanların  artırılması,  iş  təklif  etməklə 

köməkliyin  göstərilməsi,  habelə  qadınların  biznes  qurması  və  sahibkarlıq  fəaliyyətinə  cəlb 

olunması məqsədilə onlarda konkret biznes bacarıqlarının inkişaf etdirilməsi;

(iv) tibbi məsləhətlərin verilməsi;

(v)  çətin maddi vəziyyətdə olan ailələr üçün sosial yardımların və xidmətlərin göstərilməsi;

(vi) psixoloji xidmətlərin təşkili;

(vii) heç də az əhəmiyyət kəsb etməyən məlumatlandırma kampaniyalarının keçirilməsi.

Bu cür ailələrin vəziyyətinin monitorinqi xüsusi bir problemdir. Belə ailələr və onların icma 

səviyyəsindəki vəziyyəti barədə dəqiq faktlar mövcud deyil. Bununla əlaqədar olaraq həmin ailələr 

barədə daha məlumatlı olmaları tələb olunan və onların dəstəklənməsi üçün çox sayda icma üzvlərini 

səfərbər etməyi bacaran yerli icra hakimiyyəti orqanları birmənalı şəkildə vacib rol oynamalıdırlar. 

Eyni zamanda, həmin orqanlar bu cür ailələr haqqında kifayət qədər informasiya təqdim etmək iqti-

darında olmalıdırlar.



54

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

YeKUN VƏ TÖVSİYƏLƏR

Azərbaycanda müşahidə olunan mövcud miqrasiya axınları son onilliklər ərzində ümumiyyətlə 

regionun  və  konkret  olaraq  ölkənin  iqtisadi,  sosial  və  siyasi  sistemində  baş  verən  dəyişikliklər 

nəticəsində cərəyan edən həddindən artıq mürəkkəb bir prosesdir. Bu eyni zamanda bütün dünyada 

baş verən qloballaşma prosesinin bir təzahürüdür. Miqrasiya prosesləri ailənin bir özəykimi bütövlü-

yü və eyni zamanda, sosial birliyi üçün müəyyən problemlər yaradır. 

Aparılmış tədqiqat kişilərin işləmək məqsədilə xaricə miqrasiyası və onların vətəndə qalan ailə 

üzvlərilə əlaqələrin olmaması və öz ailələrinə maddi kömək etməməsi nəticəsində həmin ailələrin 

qadınlarla yanaşı uşaqlar üçün də vacib olan bir sıra funksiyalarına mənfi təsirin göstərildiyini üzə 

çıxarmışdır: 

  Ailənin iqtisadi funksiyası. Azərbaycandan olan ailələrdə qadınların böyük bir hissəsi işsiz-



dir və onlar əsasən evdar qadınlardır. Qadın işsiz olduqda onun miqrant əri tərəfindən maddi 

köməkliyin göstərilməməsi uşaqlarının rifahını təmin etməyə imkan vermir. 

  Partnyorlar, o cümlədən, ailə daxilində valideynlərlə uşaqlar arasında mövcud olan bərabərliyə, 



hörmətə  və  məhəbbətə  əsaslanan  emosional  dəstəyi,  təhlükəsizliyi,  müdafiəni  və  qarşılıqlı 

dəstəyi təmin edən psixoloji funksiya. Xaricdə işləyən kişilər öz uşaqları və həyat yoldaşları ilə 

əlaqə saxlamırlar və bu öz növbəsində ailə daxilində emosional sarsıntılara, artan gərginliyə və 

stressə gətirib çıxarır.

  İrsən  alınmış  dəyərlərdən  irəli  gələn  və  qadınlarla  uşaqların  şəxsi,  alınmış  və  intim 



xüsusiyyətlərini formalaşdıran mənsubiyyət və vahidlik hissini təmin edən özünəməxsusluq 

funksiyası. Faktiki olaraq bütöv ailədən məhrum olunmuş uşaqlar yaşadıqları ailəyə uyğunlaş-

malı olurlar.

  Uşağın ona qayğının göstərilməsini və onun böyüməsini təmin etməli olan hər iki valideyni 



vasitəsilə cəmiyyətə uyğunlaşması ilə əlaqədar funksiya. Uşaqlar öz atalarından heç bir tərbiyə 

almırlar. 

Nə qədər ki, yerdəyişmələri stimullaşdıran səbəblər mövcuddur, o qədər də miqrasiya prosesləri 

baş verəcək. Bununla əlaqədar olaraq bu məsələni və bu səbəbləri nəzərə almaq vacibdir. Bu baxım-

dan sözügedən kateqoriyaya aid qadın və uşaqlara ünvanlı yardım göstərmək, ailə özəyini və onun 

dəyərlərini müdafiə etmək məqsədilə müvafiq sosial strategiyalar tələb olunur. 

Ailənin  birliyi  və  bütövlüyünü  təmin  etmək  məqsədilə Azərbaycan  Respublikasında  işlənib 

hazırlanan müvafiq miqrasiya siyasətlərində kişilərin xaricə miqrasiyası nəticəsində onların ölkədə 

qalan ailələrinin vəziyyəti nəzərə alınmalıdır. Belə ailələrin ehtiyacları müxtəlif siyasətlərə (miqra-

siya, gender bərabərliyi və ailənin müdafiəsi, sosial təminat və s.) daxil edilməlidir, çünki müəyyən 

şəraitdə həmin ailələr risk qrupuna çevrilə bilərlər və hal-hazırda müşahidə olunan ərlərin miqrasiya 

modeli uzunmüddətli mənfi fəsadlarla nəticələnə bilər ki, bu fəsadlar da indidən nəzərə alınaraq mi-

nimal bir səviyyəyə endirilməlidir.

Azərbaycan  kişilərinin  iş  üçün  xaricə  miqrasiyasının  mənfi  təsirini  azaltmaq  və  onların 

vətəndə qalan ailə üzvlərinin üzləşdiyi çətin vəziyyətlərinin öhdəsindən gəlmək məqsədilə toplanmış 

məlumatlar aşağıda təsvir olunmuş tövsiyələritəqdim etmək imkanı verir:

 

MƏRKƏZİ İCRA HAKİMİYYƏTİ ORQANLARI ÜÇÜN:

-  Ehtiyacı  olan  ailələri  müəyyənləşdirmək  və  qiymətləndirmək,  həmçinin  “ölkədə  qalan  ailə” 

kateqoriyasını əhalinin həssas təbəqəsi kimi tanımaq məqsədilə xüsusi vasitələr tətbiq etmək;

-  Uşaqların  böyüdülməsi  və  tərbiyələndirilməsində  iştirak  etməkdən  ibarət  atalıq 

vəzifəsindən boyun qaçıran kişilərin məsuliyyətə cəlb edilməsi üçün konkret mexanizmləri 

müəyyənləşdirmək;




55

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

-  Miqrantla  onun  həyat  yoldaşı  arasında  faktiki  əlaqələrin  olmamasına  dair  faktların  mövcud 

olduğu hallarda nikahın pozulması və əmlak bölgüsü üçün mexanizmləri özündə əks etdirən 

qanunvericilik bazasını təkmilləşdirmək.

-  Müvafiq  çətinliklərlə  üzləşən  ailələrin  Əmək  və  Əhalinin  Sosial  Müdafiəsi  Nazirliyi 

tərəfindən  digər  aidiyyatı  dövlət  və  qeyri-dövlət  orqanları  ilə  birgə  müəyyənləşdirilməsi  və 

qiymətləndirilməsi mexanizmlərini inkişaf etdirmək;

-  Xüsusən kənd yerlərində işlə təmin olunmuş qadınların sayının artmasına şərait yaradan və iq-

tisadi sahədə qadınların səlahiyyətlərinin artırılması ilə bağlı (təhsil, yeni iş yerləri üzrə)  proq-

ramları işləyib hazırlamaq;

-  Faktlara əsaslanan müdafiə proqramları işləyib hazırlamaq və xaricdəki azərbaycanlı miqrant-

ların Azərbaycanda qalan ailə üzvlərinin ehtiyaclarına uyğun müvafiq (işə düzəltmə, hüquqi 

məsləhət, o cümlədən, məhkəmədə hüquqi yardım, tibbi məsləhətlər, ailə konsultasiyaları və s.) 

xidmətlər göstərmək;

-  Müxtəlif  məlumat  kampaniyaları,  o  cümlədən,  təhsil  müəssisələrində  müvafiq  proqramlar 

vasitəsilə Azərbaycan cəmiyyətində gender bərabərliyini təşviq etmək.



YERLİ İCRA HAKİMİYYƏTİ ORQANLARI ÜÇÜN:

- Sosial sektorda işləyən əməkdaşlar ehtiyacı olan müvafiq ailələri müşahidə edərək onlara aid fakt-

ları qeydə almalı və onları mövcud sosial xidmətlərə istiqamətləndirməlidirlər;

- İqtisadi çətinliklərlə üzləşən müvafiq ailələr üçün icmada yaşayan digər ailələr tərəfindən yardım 

nəzərdə tutan dəstəkverici mexanizmləri inkişaf etdirmək;

-  İcma  səviyyəsində  qərarlar  qəbul  edərkən  gender  bərabərliyinə  şərait  yaratmaq  və  qadınların 

rəyini nəzərə almaq.

BEYNƏLXALQ TƏŞKİLATLAR VƏ QHT-lər ÜÇÜN: 

- Bütün qadınları, o cümlədən, sözügedən qadınları informasiya ilə və məsləhətlərlə (telefonla və 

ya on-layn rejimində) təmin edən mərkəzlər yaratmaq;

- Qadınlara hüquqi yardım göstərən xidmətlər yaratmaq; bu cür xidmətlərə ehtiyacı olan qadınlar 

tərəfindən müraciətlərin sayını artırmaq məqsədilə;

-  Həssas  qruplar,  o  cümlədən,  müvafiq  qadınlar  üçün  icmadaxili  məsləhət  xidmətlərini  inkişaf 

etdirmək;

- Xaricdəki miqrantların vətəndə qalan ailələrilə əlaqə saxlamaq imkanlarını yaratmaq;

- Xaricdəki miqrantların vətəndə qalan ailələrinə təsir edən məsələlərə dair məlumatlandırma kam-

paniyalarını KİV-lərlə və vətəndaş cəmiyyəti təşkilatları ilə birgə həyata keçirmək;

- Aşağıda sadalanan məsələlərə aid tədqiqatlar aparmaq:

(i) ailə başçılarının miqrasiyasının uşaqlar üçün (psixoloji, sosial, tərbiyəvi, inkişaf, sağlamlıq 

və s.) fəsadları;

(ii) xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan yaşlı ailə üzvlərinin vəziyyəti;

(iii) Azərbaycandan olan əməkçi miqrantların təyinat ölkələrində, xüsusən, Rusiya Federasiya-

sında vəziyyəti;

(iv) daxili miqrasiyanın ailələrə və icmalara təsiri;

(v) həyat yoldaşlarının miqrasiyası səbəbindən ölkədə qalan və boşanmış qadınların müqayisəli 

təhlili;

(vi) Azərbaycanın kənd və şəhər yerlərində qadınların şəxsi və ictimai həyatda hüquqları;

(vii) Azərbaycan ailələrində dəyişikliklərə müvafiq dövlət siyasətlərinin cavab reaksiyası;

(viii) Azərbaycanda gender siyasətlərinin səmərəliliyi;




56

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

- Qadınların iqtisadi sahədə səlahiyyətlərinin və icma tərəfindən qərar qəbul etmə proseslərindəki 

rolunun artırılmasına dair konkret proqramlara başlamaq;

- Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarını əhatə edən qadınlar 

üçün sahibkarlıq proqramlarını işləyib hazırlamaq;

- Müxtəlif proqramlar, o cümlədən, uşaqlar, qadınlar və s. üçün nəzərdə tutulmuş təhsil proqramla-

rı vasitəsilə Azərbaycan cəmiyyətində gender bərabərliyini təşviq etmək.

DIASPOR TƏŞKİLATLARI ÜÇÜN:

- Xaricdəki azərbaycanlı miqrantların ölkədə qalan ailələrinə, bu ailələrin əlaqəyə və maddi dəstəyə 

olan  ehtiyaclarına,  o  cümlədən,  uşağın  tərbiyə  olunmasında  atanın  iştirakına  aid  məsələlərlə 

bağlı məlumatlandırma kampaniyalarını keçirmək.

- Xaricdəki miqrantlarla onların vətənindəki ailələri arasında əlaqə saxlamaq üçün imkanlar ya-

ratmaq.



57

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

ƏDƏBİYYAT

Asiya İnkişaf Bankı, V. Rüstəmov “Mərkəzi və Cənubi Qafqazda beynəlxalq miqrantların pul 

köçürmələrinə dair tədqiqat – Azərbaycanda Beynəlxalq miqrantların pul köçürmələrinə və yoxsullu-

ğa aid Ölkə Hesabatı”. 2007-ci il.

A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-

şəhər miqrasiyasının sosial təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”. Aprel 2012-ci il.

R. Əfəndiyev “Azərbaycanda miqrasiya məsələlərinə aid məlumatların toplanması”. CARIM 

East, 2011-ci il

S. Rumyansev “Post-sovet Azərbaycandadiaspor quruculuğu”. CARIM East, 2011-ci il.

L. Barbone, M. Bonç-Osmolovskiy, M. Luecke “Şərq Tərəfdaşlığı Ölkələrindən əmək miqrasi-

yası: inkişaf yolu və daha yaxşı nəticələr üçün siyasət variantları” CASE, 2013-cü il.

L. Barbone, M. Kahanes, K. Tsimmermann “Şərq Tərəfdaşlığı Ölkələrindən Avropa İttifaqına 

miqrasiya /daha yaxşı gələcək üçün variant”. SİAM, 2013-cü il. 

Ə. Süleymanov “Əmək miqrasiyasının Azərbaycan ailə təsərrüfatına təsiri”. QTRM.

Z. Demendjiyeva “Beynəlxalq miqrasiyaya aid icmallar”. 2010-cu il.

V. Tişkov, Z. Zayinçkovskaya, Q. Vitkovskaya “Keçmiş Sovet İttifaqı respublikalarında miqra-

siya”. BMQK, 2005-ci il. 

BMqT “Vətəndən qürbətə: miqrasiyanın motivləri, marşrutları və metodları”. 2001-ci il. 

BMqT “Azərbaycan Respublikasında miqrasiya prosesləri: ölkə üzrə profillər”. 2008-ci il.

I. Qanquli “Azərbaycanda miqrasiya prosesləri: təyinat ölkəsinə keçid?” IREX. Harvard Uni-

versiteti, 2010-cu il.

Estoniya Qadın Tədqiqatları və Resurs Mərkəzi, İnsanların Harmonik İnkişafı Cəmiyyəti və 

TASO Fondu “Cənubi Qafqazda miqrasiya prosesləri: Azərbaycan, Ermənistan, Gürcüstan. 2008-

2009-cu illər üzrə sosioloji tədqiqatın nəticələri”. 2010-cu il.

Dünya Bankı “Miqrasiya və pul köçürmələrinə dair Faktlar Toplusu”. 2011-ci il. 

BMTİP “Azərbaycan Respublikasında insan inkişafı haqqında Hesabat 2007. Azərbaycanda 

gender münasibətləri: meyllər və cəhdlər”. 2007-ci il.

USAID “USAID üçün gender qiymətləndirilməsi/Qafqaz/Azərbaycan”. 2004-cü il.

F.Vadean, M. Piraçia “Dairəvi miqrasiya və ya həmişəlik qayıdış: miqrasiyanın müxtəlif forma-

larını nə müəyyən edir?” Kent Universiteti, İqtisadi Sənədlərin Müzakirəsi Fakültəsi. KDPE 09/12, 

2009-cu il.

A. Vəzirova “Pilot ərazidə kənd və rayon yerlərində yaşayan qadınların ehtiyaclarının və ma-

raqlarının dəyərləndirilməsi. İctimai və iqtisadi həyatda iştirak”. 2011-ci il.

Qanunvericilik sənədləri:

2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf 

Dövlət Proqramı. 

Azərbaycan Respublikasının Məşğulluq Strategiyası (2006-2015-ci illər).

Azərbaycan Respublikasının “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunu.

Azərbaycan Respublikasının “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” 

Qanunu.



58

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

“Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi

Statistik məlumatlar:

AQUPK-nın 2013-cü il iyulun 29-da baxılmış “http://www.scfwca.gov.az.” saytı.

Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin  2013-cü  il  iyulun  10-11-də  və  

sentyabrın 11-də baxılmış saytı: 

“http://www.stat.gov.az/source/demoqraphy/indexen.php.”,  

“http://www.azstat.org/publications/azfigures/2012/en/005en.shtml”, 

“http://www.azstat.org/statinfo/budget_households/en/index.shtml#”,  

“http://www.stat.gov.az/source/budget_households/indexen.php”. 

Rusiya  Federasiyasının  Dövlət  Statistika  Xidmətinin  2012-ci  il  sentyabrın  15-də  baxılmış 

“http://www.gks.ru/bgd/regl/bl12-107.” saytı.



59

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

ƏLAVƏ

Əlavə 1. Görüşlər keçirilmiş mütəxəssislər haqqında məlumat

No.

Təşkilatın adı

Hal-hazırda tutduğu vəzifə Müvafiq sahədəki 

təcrübə

II_E1 Vətəndaşların Əmək Hüquqlarının 

Müdafiə Liqası

Hüquqşünas

20 il

II_E2 Qafqaz Tədqiqat Resurs Mərkəzi – 



Azərbaycan

Baş Proqram rəhbəri

11 il

II_E3 Müstəqil konsultant



Gender və İnkişaf Məsələləri 

üzrə beynəlxalq konsultant

-

II_E4 BMTƏF-in Azərbaycan Respubli-



kasındakı Ölkə Nümayəndəliyi

Proqram analitiki (Gender)

10 il

II_E5 Rasional İnkişaf uğrunda Qadınlar 



Cəmiyyəti

Sədr


11 il


60

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

QeYD:



AZƏRBAYCANDAN KƏNARDA İŞLƏYƏN VƏ YAŞAYAN AZƏRBAYCANLI

MİQRANTLARIN AZƏRBAYCANDA QALAN HƏYAT YOLDAŞLARI VƏ

DİGƏR AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

BMT-nin İnkişaf Proqramı

Azərbaycan Respublikası,

Bakı şəhəri, AZ1001,

BMT-nin 50 illiyi adına küç. 3

Tel.:      +994 12 498 98 88

Faks:

+994 12 492 24 91



E-poçt: receptionist@un-az.org

az.undp.org

www.

BMqT-nin Azərbaycan



Respublikasındakı Nümayəndəliyi

Azərbaycan Respublikası, Bakı şəhəri, AZ 1069,

Yaşar Hüseynov küç. 18

Tel:


+994 12 4659071/72

Faks:


+994 12 4659073

E-poçt: iombaku@iom.int



www.iom.int, www.iom.az

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə