Erməni millətçiləri tarixin müxtəlif
mərhələlərində mifik “Böyük Ermənistan”
ideyasını gerçəkləşdirmək məqsədilə soy-
daşlarımıza qarşı etnik təmizləmə, depor-
tasiya və soyqırımları həyata keçirmişlər.
Azərbaycan xalqının başına gətirilən ən
dəhşətli faciələrdən biri də 100 il bundan
əvvəl - 1918-ci ilin mart-aprel aylarında
Bakı Sovetinin mandatı altında fəaliyyət
göstərən daşnak-bolşevik silahlı dəstələ-
ri tərəfindən xüsusi qəddarlıqla törədil-
miş kütləvi qırğınlardır. Həmin günlərdə
Bakı şəhərində, habelə Bakı quberniya-
sına daxil olan digər şəhər və qəzalarda
on minlərlə dinc sakin məhz etnik və dini
mənsubiyyətinə görə qətlə yetirilmiş, ya-
şayış məntəqələri dağıdılmış, mədəniyyət
abidələri, məscid və qəbiristanlıqlar yer-
lə-yeksan edilmişdir. Sonrakı dövrlərdə
daha da azğınlaşan erməni millətçiləri
qeyri-insani əməllərini davam etdirmiş,
Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan,
İrəvan və digər bölgələrdə kütləvi qətllər,
talanlar və etnik təmizləmələr həyata ke-
çirmişlər.
Azərbaycan Xalq Cümhuriyyətinin
hökuməti ermənilərin törətdikləri ağır
cinayətlərin araşdırılması üçün Fövqəla-
də İstintaq Komissiyası yaratmış, komis-
siyanın üzə çıxardığı həqiqətlərin xalqın
yaddaşında hifz edilməsi və dünya ic-
timaiyyətinə çatdırılması üçün bir sıra
tədbirlər görmüşdür. Lakin Xalq Cüm-
huriyyətinin süqutundan sonra bu proses
dayandırılmış, baş verənlərin sona qədər
təhqiq edilməsinin və ona müvafiq si-
yasi-hüquqi qiymət verilməsinin qarşısı
alınmışdır. Yalnız 80 il sonra - 1998-ci
il martın 26-da ümummilli lider Heydər
Əliyevin imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Azərbaycan Res-
publikası Prezidentinin Fərmanında hə-
min dəhşətli hadisələrə adekvat siyasi
qiymət verilmiş və 31 mart “Azərbay-
canlıların Soyqırımı Günü” elan edil-
mişdir.
Ötən 20 il ərzində aparılmış araşdır-
malar sayəsində çoxlu sayda yeni faktlar
və sənədlər toplanmış, Quba şəhərin-
də kütləvi məzarlıq aşkar olunmuşdur.
Üzə çıxmış tarixi faktlar 1918-ci ilin
mart-aprel aylarında və sonrakı dövrlər-
də erməni millətçilərinin həyata keçir-
dikləri qanlı aksiyaların coğrafiyasının
daha geniş və faciə qurbanlarının sayı-
nın qat-qat çox olduğunu sübut etmişdir.
Azərbaycan Respublikası Konsti-
tusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, erməni-bolşevik
silahlı dəstələrinin 100 il əvvəl azər-
baycanlılara qarşı törətdikləri bəşəri
cinayətlər barədə həqiqətlərin ölkə və
dünya ictimaiyyətinə daha dolğun çatdı-
rılması məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikası Pre-
zidentinin Administrasiyası 1918-ci il
azərbaycanlıların soyqırımının yüzün-
cü ildönümünə həsr olunmuş tədbirlər
planının hazırlanıb həyata keçirilməsini
təmin etsin.
2. Azərbaycan Respublikasının Mil-
li Məclisinə soyqırımın 100 illiyi ilə
bağlı xüsusi iclasın keçirilməsi tövsiyə
edilsin.
3. Azərbaycan Respublikasının Na-
zirlər Kabineti bu Sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2018-ci il.
Azərbaycan Respublikası Kons-
titusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, nəqliy-
yat, rabitə və yüksək texnologiyalar
sahəsində idarəetməni təkmilləş-
dirmək və Azərbaycan Respublika-
sının Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin fəaliy-
yətini təmin etmək məqsədi ilə qə-
rara alıram:
1. “Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologi-
yalar Nazirliyi haqqında Əsasnamə” təs-
diq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyası əsasında
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Na-
zirliyi yanında Dövlət Dəniz Agentliyi
yaradılsın.
3. Azərbaycan Respublikasının
Dövlət Mülki Aviasiya Administrasiya-
sı əsasında Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologi-
yalar Nazirliyi yanında Dövlət Mülki
Aviasiya Agentliyi yaradılsın.
4. “Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologi-
yalar Nazirliyinin strukturu” təsdiq edil-
sin (əlavə olunur).
5. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologi-
yalar Nazirliyi Aparatının işçilərinin say
həddi 190 ştat vahidi, Azərbaycan Res-
publikasının Nəqliyyat, Rabitə və Yük-
sək Texnologiyalar Nazirliyi yanında
Dövlət Avtomobil Nəqliyyatı Xidməti-
nin Aparatının və regional bölmələrinin
işçilərinin say həddi 145 ştat vahidi, o
cümlədən Xidmətin Aparatının işçiləri-
nin say həddi 100 ştat vahidi, Azərbay-
can Respublikasının Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ya-
nında Dövlət Dəniz Agentliyinin işçilə-
rinin say həddi 65 ştat vahidi, Azərbay-
can Respublikasının Nəqliyyat, Rabitə
və Yüksək Texnologiyalar Nazirliyi ya-
nında Dövlət Mülki Aviasiya Agentliyi-
nin işçilərinin say həddi 48 ştat vahidi,
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Na-
zirliyi yanında Elektron Təhlükəsizlik
Xidmətinin işçilərinin say həddi 18 ştat
vahidi, Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texno-
logiyalar Nazirliyi yanında İnformasiya
Texnologiyalarının İnkişafı Dövlət Fon-
dunun işçilərinin say həddi 12 ştat vahi-
di müəyyən edilsin.
6. Azərbaycan Respublikasının
Dövlət Dəniz Administrasiyasının ta-
beliyində olan Dəniz Üzgüçülüyünün
Təhlükəsizliyi Mərkəzi və Nəqliyyat və
Texniki-Təminat İdarəsi publik hüquqi
şəxs statusu ilə Azərbaycan Respublika-
sının Nəqliyyat, Rabitə və Yüksək Tex-
nologiyalar Nazirliyi yanında Dövlət
Dəniz Agentliyinin tabeliyinə verilsin.
7. Azərbaycan Respublikasının
Dövlət Mülki Aviasiya Administrasiya-
sının tabeliyində olan Mülki Aviasiyada
Uçuşların Təhlükəsizliyi üzrə Dövlət
Müfəttişliyi publik hüquqi şəxs Azər-
baycan Respublikasının Nəqliyyat, Ra-
bitə və Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Mülki Aviasiya Agentli-
yinin tabeliyinə verilsin.
8. Müəyyən edilsin ki, Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanın-
da Dövlət Dəniz Agentliyinin və Azər-
baycan Respublikasının Nəqliyyat, Ra-
bitə və Yüksək Texnologiyalar Nazirliyi
yanında Dövlət Mülki Aviasiya Agentli-
yinin direktorlarını Azərbaycan Respub-
likasının Prezidenti vəzifəyə təyin və
vəzifədən azad edir.
9. “Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi haqqında Əsasnamə-
nin təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il
10 iyun tarixli 880 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanun-
vericilik Toplusu, 2003, № 6, maddə
286; 2006, № 11, maddə 945; 2007, №
6, maddə 601; 2008, № 8, maddə 719,
№ 11, maddələr 969, 970; 2009, № 2,
maddə 64, № 12, maddə 983; 2011, № 2,
maddə 85; 2014, № 10, maddə 1186, №
12, maddə 1578; 2016, № 3, maddə 468,
№ 4, maddə 660; 2017, №1, maddə 59)
1-ci hissəsi ləğv edilsin.
10. “Azərbaycan Respublikası Ra-
bitə və Yüksək Texnologiyalar Nazir-
liyinin fəaliyyətinin təmin edilməsi və
“Azərbaycan Respublikasının Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi
haqqında Əsasnamənin təsdiq edilməsi
barədə” Azərbaycan Respublikası Pre-
zidentinin 2004-cü il 10 avqust tarixli
111 nömrəli Fərmanının ləğv edilməsi
haqqında” 2014-cü il 19 iyun tarixli 185
nömrəli Fərmanının (Azərbaycan Res-
publikasının Qanunvericilik Toplusu,
2014, № 6, maddə 635; 2016, № 6, mad-
də 1057, № 8, maddə 1384; 2017, № 5,
maddə 844) 1-ci, 2-ci və 3-cü hissələri
ləğv edilsin.
11. Azərbaycan Respublikasının Na-
zirlər Kabineti:
11.1. Azərbaycan Respublikası Pre-
zidentinin aktlarının bu Fərmana uyğun-
laşdırılması ilə bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan Res-
publikasının Prezidentinə təqdim etsin;
11.2. Azərbaycan Respublikası Na-
zirlər Kabinetinin normativ hüquqi akt-
larının bu Fərmana uyğunlaşdırılmasını
üç ay müddətində təmin edib Azərbay-
can Respublikasının Prezidentinə məlu-
mat versin;
11.3. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texno-
logiyalar Nazirliyinin təklifləri əsasında
onun strukturuna daxil olmayan tabeli-
yində olan qurumların siyahısını Azər-
baycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla bir ay müddətində təs-
diq etsin;
11.4. bu Fərmanın 6-cı hissəsində
nəzərdə tutulan publik hüquqi şəxslərin
nizamnamələrini və strukturlarını Azər-
baycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla bir ay müddətində təs-
diq etsin;
11.5. Azərbaycan Respublikası-
nın Nəqliyyat, Rabitə və Yüksək Tex-
nologiyalar Nazirliyi yanında Dövlət
Dəniz Agentliyinin və Azərbaycan
Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanın-
da Dövlət Mülki Aviasiya Agentliyinin
əsasnamələrinin layihəsini bir ay müd-
dətində hazırlayıb Azərbaycan Respub-
likasının Prezidentinə təqdim etsin;
11.6. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
bu Fərmana uyğunlaşdırılmasını nə-
zarətdə saxlasın və bunun icrası barədə
beş ay müddətində Azərbaycan Respub-
likasının Prezidentinə məlumat versin;
11.7. Azərbaycan Respublikası-
nın Dövlət Dəniz Administrasiyasının,
Azərbaycan Respublikasının Mülki
Aviasiya Administrasiyasının və on-
ların tabeliyində olan qurumların ba-
lanslarındakı əmlakın, müvafiq olaraq,
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazir-
liyi yanında Dövlət Dəniz Agentliyinin,
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Na-
zirliyi yanında Dövlət Mülki Aviasiya
Agentliyinin və onların tabeliyində olan
qurumların balanslarına verilməsini iki
ay müddətində təmin etsin;
11.8. Azərbaycan Respublikasının
2018-ci il dövlət büdcəsində Azərbay-
can Respublikasının Dövlət Dəniz Ad-
ministrasiyası və Azərbaycan Respubli-
kasının Mülki Aviasiya Administrasiyası
üçün nəzərdə tutulmuş vəsaitin, müvafiq
olaraq, Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və Yüksək Texnologi-
yalar Nazirliyi yanında Dövlət Dəniz
Agentliyinə və Azərbaycan Respublika-
sının Nəqliyyat, Rabitə və Yüksək Tex-
nologiyalar Nazirliyi yanında Dövlət
Mülki Aviasiya Agentliyinə ayrılması ilə
əlaqədar tədbirlər görsün;
11.9. bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
12. Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi mərkəzi icra hakimiy-
yəti orqanlarının normativ hüquqi aktla-
rının və normativ xarakterli aktların bu
Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 yanvar 2018-ci il.
26 yanvar 2018-ci il № 5-8 (9191)
BU SAYIMIZDA
Gəmiçiliyin elektron bilet xidmətindən
istifadə rahat və sərfəlidir
20 yanvar şəhidlərinin xatirəsi
böyük ehtiramla yad edildi
Yanvarın 18-də
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi”
Qapalı Səhmdar Cə-
miyyətində 20 Yanvar
faciəsinin 28-ci ildö-
nümünə həsr olun-
muş anım mərasimi
keçirilib.
Əvvəlcə Azərbaycanın müstəqilliyi,
ərazi bütövlüyü uğrunda canlarından
keçən şəhidlərimizin xatirəsi bir dəqiqə-
lik sükutla yad edilib.
dəniz nəqliyyatı ilə daşınan
yüklərin həcmi 43,7 faiz artıb
Azərbaycan
Xəzər Dəniz Gə-
miçiliyi gəmilə-
rinin istismarı və
sahil obyektləri-
nin fəaliyyəti nəti-
cəsində yaranan
neftli şlamların,
işlənmiş yağla-
rın, digər maye
və bərk tullantıların su mənbələrinə,
qrunta və havaya ekoloji mənfi təsir-
lərinin minimuma endirilməsini daim
diqqət mərkəzində saxlayır.
“müəssisələr öz əməkdaşlarına tibbi xidmətin
Göstərilməsini ya birbaşa, ya da tibbi sığorta
təşkilatları vasitəsilə həyata keçirə bilərlər”
“Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC
müştəriləri elektron bilet
xidmətindən istifadəyə
dəvət edir.
Prezident İlham Əliyev
2018 Formula 1 Azərbaycan
Qran Pri yarışının təşkili və
keçirilməsi ilə bağlı Azərbay-
can Respublikasına gələcək
əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər üçün viza
prosedurlarının sadələşdirilməsi haqqın-
da Sərəncam imzalayıb.
Ən vacib sığorta insan
həyatının sığortalanmasıdır.
Məhz buna görə dövlət tərə-
findən icbari tibbi sığortanın
tətbiqi üçün praktiki struk-
tur formalaşdırılıb.
Dəniz
nəqliyyatı ilə
2017-ci ilin
yanvar-dekabr
ayında daşınmış
yüklərin həcmi
8344,6 min ton
təşkil edib və əv-
vəlki ilin müvafiq
dövrünə nisbətən
43,7 faiz artıb. Yüklərin 48,7 faizini
neft yükləri təşkil edib.
səh. 3
səh. 6
axdG-də ətraf mühitə zərərin
vurulmaması üçün bütün
qabaqlayıcı tədbirlər Görülür
səh. 8
səh. 4
səh. 5
səh. 2
2018 formula 1 azərbaycan qran Pri yarışı ilə
əlaqədar viza Prosedurları sadələşdiriləcək
1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında
azərbaycan resPublikası Prezidentinin sərəncamı
azərbaycan resPublikasında nəqliyyat, rabitə və yüksək texnoloGiyalar sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında
azərbaycan resPublikası Prezidentinin fərmanı