Dövlət Statistika Komitəsinin Turizm statistikası sektoru tel. 438-81-76



Yüklə 281 Kb.
səhifə1/18
tarix31.12.2021
ölçüsü281 Kb.
#81604
  1   2   3   4   5   6   7   8   9   ...   18
x001



--




Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 31 mart 2011-ci il tarixli 8/13 nömrəli sərəncamı ilə təsdiq edilmişdir.


AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT STATİSTİKA KOMİTƏSİ

Turizmin növləri, turistlərin yerləşdirilməsi və xərclərinin təsnifləşdirilməsinə dair metodoloji izahlar

Bakı-2011

Turizmin növləri, turistlərin yerləşdirilməsi və xərclərinin təsnifləşdirilməsinə dair metodoloji izahlar

Turizm statistikasının inkişafı və ona tələbat

Turizm insanların öz daimi yaşayış yerlərinin hüdudlarından digər yerlərə hərəkətləri ilə əlaqədar sosial, mədəni və iqtisadi hadisələri əks etdirir. Turizm iqtisadiyyata, təbiətə antropogen mühitə və səfər edilən məkanın yerli əhalisinə, həmçinin səfər edənlərin özlərinə əsaslı təsir göstərir. Bu cür zəncirvari-təsiredici amillər, həmçinin ölkələr arasında iqtisadi-mədəni əlaqələrin genişlənməsi, gediş-gəliş proseduralarının yüngülləşdirilməsi (bəzən bu sahədə inzibati nəzarətin götürülməsi) turizmə geniş formada yanaşmanı tələb edir və turizmin inkişafına, idarə edilməsinə və nəzarətinə zərurət yaradır.

İqtisadiyyatın digər sahələrində olduğu kimi, turizm sənayesinin mövcud səviyyəsi, turizm infrastrukturu, turizmin iqtisadiyyatda xüsusi çəkisi və s. barədə məlumatların əldə edilməsi bu sahədə statistik müşahidələri aparmadan qeyri-mümkündür. Digər sahələrdən fərqli olaraq turizmin statistik müşahidəsi zamanı müəyyən çətinliklər meydana çıxır. Bu hər şeydən əvvəl turizm məhsulunun müxtəlif növ fəaliyyət sahələrində formalaşması ilə əlaqədardır. BMT-nin müəyyənləşdirdiyinə görə turizm sənayesinə turistlər üçün mal və xidmətlərin yaradılması istiqamətində istehsal və qeyr-istehsal formada fəaliyyətlərin məcmusu daxildir. Sahələrarası xarakter, mövcud çoxölçülü əlaqələr turizm sənayesini mürəkkəb sosial-iqtisadi sistem kimi səciyyələndirir. Bu cür yanaşma turizmin iqtisadiyyatın bütün sahələrinə maksimum təsirini öyrənməyə əsas yaradır, lakin bu zaman dəqiq iqtisadiyyat sərhədini müəyyənləşdirmək olmur.

Turizmə dair statistik göstəricilərin digər milli statistika sistemləri və beynəlxalq statistika sistemi ilə müqayisəliliyinin və uyğunluğunun təmin edilməsi üçün ilk növbədə təsnifatların və təriflərin eyniliyini təmin etmək lazımdır. Bunun üçün aşağıda qeyd olunan məsələlərə diqqətlə yanaşma tələb olunur:



  • “turizm” anlayışına “səyahət” anlayışının alt kateqoriyası kimi baxılması;

  • turist səfərləri və turistlər (ziyarətçilər) anlayışlarının konseptual əsaslarının yaxşılaşdırılması;

  • turizmin müxtəlif növlərinin müəyyənləşdirilməsi;

  • “adi yaşayış mühiti” anlayışının müəyyənləşdirilməsi;

  • turist axınlarının əlverişli ölçülməsi üsulları üzrə tövsiyələrin verilməsi.

Turizmə dair göstəricilərin çox hissəsi fiziki formada əks olunur və bu da ziyarətçilərin axınının ölçülməsi ilə əlaqədardır.

Yüklə 281 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə