Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə11/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

23

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

50     


QTRM, Ə. Süleymanov “Əmək miqrasiyasının Azərbaycan ailə təsərrüfatına təsiri”, səh.11.

Diaqram 4. Sorğu üçün seçilmiş ailələrin tərkibi

31 qadın öz evində, 14 qadın qayınata, 6 qadın öz valideyninin, 4 qadın qohumlarının evində, 1 

qadın isə kirayə götürdüyü evdə yaşayır. 

Həyat yoldaşları öz evində yaşayan kişilərin miqrasiya təcrübəsi ən uzun müddətlidir – bu cür 

kişilərin 12-i 3 ildən 10-u isə 4-ildən çoxdur ki, xaricdə işləyir. Eyni zamanda, öz evində yaşayan hər 

üç qadından biri onun həyat yoldaşı xaricdə olduğu zaman onunla əlaqə saxlamadığını bildirmişdir.

Həyat yoldaşının evində yaşayan qadınların həyat yoldaşlarının miqrasiya təcrübəsi nisbətən 

qısadır (9 ailədə 3 ilədək) və həmin kişilərdən 12-si vətəndə qalan öz arvadları ilə əlaqə saxlayır.

Kişilərdən bəziləri xaricdə ailənin digər üzvlərilə birlikdə işləyir (4 nəfər).

Sorğu  üçün  seçilmiş  ailələrin  böyük  əksəriyyətində,  50  ailədə  yalnız  1  nəfər  (ailə  başçısı) 

xaricdə işləyir. Yalnız 6 ailədə 1 nəfərdən çox adam vətəndən kənarda əmək fəaliyyətilə məşğuldur. 

Bu göstərici digər tədqiqatçılar tərəfindən verilmiş məlumatlarla üst-üstə düşür.

50

 

Tədqiqat zamanı toplanmış məlumatlar müsahibələrin keçirildiyi miqranta ailələrinin təxminən 



üçdə birində (56 ailədən 18-də) miqrantların xaricdə işlədiyi zaman vətəndə qalan ailələrilə əlaqə sax-

lamadıqlarını göstərir. Belə bir fakt mütəxəssislər tərəfindəndə təsdiqlənir və onlara əsasən xaricdə 

işləyən hayat yoldaşı ilə əlaqələrin itməsi və ya onun xaricdə olduğu zaman onunla ümumiyyətlə 

danışmaması  Azərbaycanda  geniş  yayılmış  bir  məsələdir:  “qadınların  ən  azı  10%-i  öz  miqrant 



ərlərilə əlaqələri itirirlər” (II_E1 saylı mütəxəssis – Əlavə 1-ə baxın); “Ehtimal edirəm ki, miq-

rant ailələrinin təxminən 30%-i xaricdə işləyən ailə başçıları ilə əlaqələri və ya həmin miqratnlar 

ümumiyyətlə vətəndəki ailələrini “itiriblər.”” Hətta bəzən əlaqələr mövcud olanda və ya həyat yol-

daşı evə pul göndərən də belə evə qayıtmır” (II_E5 saylı mütəxəssis).

Tədqiqat zamanı aparılmış görüşlərdə iştirak edən bəzi mütəxəssislərə əsasən miqrant ərlərin 

öz həyat yoldaşları ilə əlaqənin itirməsi səbəbi “təşkil olunmuş nikahlarla” əlaqədardır. “Rusiyada 

işləmiş kişilər geri qayıdırlar və qadınla ailə qururlar. Onlardan bəziləri bir-birlərini heç görmürlər 

və ya yalnız bir dəfə görüşürlər və evlənmək qərarına gəlirlər. Əksər hallarda isə həmin qadınları 

kişilərin qadın ailə üzvləri tapırlar… Bu isə ən böyük problemdir, çünki ər arvadın bir-birilə heç 

bir bağlılığı olmur”(II_E2 saylı mütəxəssis). Dini adət-ənənələrdə Azərbaycandan olan miqrantla-

rı gəldiyi təyinat ölkələrində ailə qurmağa məcbur edən həlledici səbəblərdəndir. Bu cür qərarların 

qəbul edilməsinə sosial-iqtisadi amillər və mənşə ölkəsinin kənd yerlərində müvafiq infrastrukturun 

olmaması da təsir göstərir. Təyinat ölkələrinin cəlbedici xüsusiyyətləri, məsələn, hərtərəfli inkişaf et-




24

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

miş infrastruktur, geniş məşğulluq imkanları, həmçinin ictimai təzyiqlərdən və dini adət-ənənələrdən 

azad həyat tərzi miqrantları öz vətənlərindəki ailələrini atmağa vadar edir.

Öz  ölkəsində  ailəsi  olduğu  halda  xaricdə  yeni  ailə  qurmaq Azərbaycandan  olan  miqrantlar 

arasında geniş yayılmış təcrübədir “əksər hallarda, təcrübədə isə bütün hallarda, onların xaricdə 

ikinci  ailəsi  olur”  (II_E5  saylı  mütəxəssis).  Mütəxəssislərə  əsasən,  tərk  olunmuş  ailələr  arasında 

bu fenomen daha çox az və orta gəlirli ailələrə, həmçinin orta və aşağı gəlirli təbəqələrin nümayən- 

dələri nə xasdır, çünki kişilərin öz vətənlərində qalmaq üçün az səbəbi qalır.

2.2.Kişilərin miqrasiya təcrübəsi və onların xaricdəki vəziyyəti

Tədqiqat  üçün  seçilmiş  ailələrdə  kişilərin  iş  məqsədilə  xaricə  miqrasiyası  təcrübəsində 

müddət çox vacib bir göstəricidir və orta hesabla 13 ildən 20 ilədək bir müddətdən və ya daha 

uzun müddətdən ibarətdir. Sorğu zamanı toplanmış məlumatlar 7 nəfərin SSRİ-nin dağılmasından 

əvvəl 3 aydan çox bir müddət ərzində Azərbaycandan kənarda işlədiyini, 22 nəfərin 1991-1999-cu 

illər ərzində xaricdə işləməyə başladığını, 22 nəfərin isə 2000-ci ildən etibarən xaricdə işlədiyini 

göstərir (Diaqram 5-ə baxın). 

Miqrantların  həyat  yoldaşları  tərəfindən  verilən  məlumatlara  görə  həmin  miqrantların  bö-

yük  əksəriyyəti  (50  nəfər)  hal-hazırda  Rusiya  Federasiyasında  işləyir,  başqa  ölkələrdə  isə  əmək 

fəaliyyətilə məşğul olanların sayı azdır: 2 nəfər Ukraynada, 2 nəfər Qazaxıstanda, 2 qadın isə həyat 

yoldaşlarının işlədikləri ölkələrin adını bilməmişdir. Bu rəqəmlər Azərbaycandan gedən miqrantla-

rın seçdiyi təyinat ölkələrilə bağlı hansısa dəyişiklikləri özündə əks etdirmir – Rusiya Federasiyası 

bir çox miqrantın üstünlük verdiyi təyinat ölkəsidir.

Rusiya Federasiyasına miqrasiya axınının yüksək səviyyədə olması birgə tarix amili, məşğulluq 

imkanlarının müxtəlifliyi və miqrantların rus dilini bilmələrilə izah olunur.

Qadınların çoxu (32 nəfər) nikaha daxil olduqdan sonra həyat yoldaşlarının neçə dəfə xaricə 

getməsilə bağlı dəqiq rəqəm söyləyə bilməmişdir, çünki bu dəfələrlə təkrarlanmışdır, 14 qadın isə 

həyat yoldaşıının 2-4 dəfə xaricdə olduğunu bildirmişdir.Yalnız 8 qadın öz həyat yoldaşının ilk dəfə 

miqrasiya etdiyini bəyan etmişdir (Diaqram 6-a baxın).Tədqiqat üçün seçilmiş ailələrin çoxu üçün 

miqrasiya uzunmüddətli və daimi reallıqdır, qəbul edilmiş həyat tərzidir.

Azrbaycan Respublikasının

Müstqilliyindn

vv

l

Diaqram 5. Kişilərin nikahdan sonra ilk dəfə xaricə getməsi (illər üzrə)




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə