Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə4/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   2   3   4   5   6   7   8   9   ...   23

8

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Miqrant ərlərin uzun müddət ərzində əlaqə saxlamaması azərbaycanlı ailələr üçün xüsusi bir 

çətinlikdir. Yalnız miqrantların bəziləri Azərbaycanda qalan ailə üzvlərilə adətən mobil və ya adi tele-

fon vasitəsilə müntəzəm olaraq əlaqə saxlayırlar. Azərbaycanlı miqrantlar elektron poçtdan, “Skype”-

dan, sosial şəbəkələrdən müxtəlif səbəblərə və əsasən də onların ailələrində kompüter və internetə 

çıxış olmadığına görə istifadə etmirlər. İnformasiya texnologiyaları dövründə əlaqələrin olmaması və 

ya bu əlaqələrin çox nadir hallarda yaradılması miqrantların rabitə xidmətləri üçün ödənişlər etmək 

iqtidarında və yaxud Azərbaycanda qalan ailə üzvlərilə əlaqə saxlamaq istəyində olmadıqlarını nü-

mayiş etdirir. Bunun nəticəsində qadınlar öz miqrant ərlərinin vəziyyəti, xüsusən də onların harada 

yaşaması və işləməsi barədə çox bəsit məlumatlara malik olurlar. 

Azərbaycan qadınlarının üzləşdiyi digər bir problem, xüsusilə, kənd yerlərində onların üzərinə 

düşən çoxsaylı ağır fiziki işlərlə əlaqədardır. Qadınlar ev təsərrüfatlarını təkbaşına idarə etməli olur-

lar. Onlar sırf qadınlara xas olan işləri görməklə yanaşı, adətən kişilər tərəfindən aparılan işlərin necə 

görüldüyünü, ailə büdcəsinin idarə olunmasını və ictimai əlaqələrin saxlanmasını öz ərlərinin yoxlu-

ğunda öyrənməli və çoxsaylı qərarlar qəbul etməli olurlar. Yaranmış vəziyyət qadınları öz üzərlərinə 

yeni bir vəzifəni, qərar qəbul etmək vəzifəsini götürməyə məcbur etməklə icma üzvləri arasında on-

ların statusunu artırır. Lakin miqrant ərlərin qohumları tərəfindən artan nəzarət, bununla yanaşı yerli 

icma tərəfindən göstərilən psixoloji təzyiq tək yaşayan qadınlara qarşı nəzakətsiz münasibətin hələ də 

mövcud olduğunu göstərir.

Tədqiqat  nəticəsində  əldə  olunmuş  məlumatlar  xaricdəki  azərbaycanlı  miqrantların 

Azərbaycanda  qalan  ailələrinin  sosial-iqtisadi  vəziyyətinin  ağır  olduğunu  göstərir:  bu  cür  ailələr 

öz  əsas  gündəlik  ehtiyaclarını  ödəmək  üçün  maddi  vəsaitin  çatışmazlığından  əziyyət  çəkirlər.

Tədqiqatda iştirak etmiş ailələrin böyük əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayır

3

 



(Rəsmi məlumatlara əsasən

4

 2012-ci ildə Azərbaycan üzrə yaşayış minimumu 108 manat, həmçinin 



əmək qabiliyyətli əhali üçün 116, pensiyaçılar üçün 84 və uşaqlar üçün 87 manat təşkil etmişdir).

Tədqiqatda iştirak etmiş qadınların yalnız dörddə biri uşaqlarının qıdalandırılması üçün heç nə əldə 

edə bilməmələrindən ibarət bir vəziyyətlə rastlaşmadığını bildirdiyi halda, digər qadınlar hər həftə 

və ya hər ay və yaxud ildə bir neçə dəfə bu cür vəziyyətə düşdüklərini bəyan etmişdilər. Bu həmin 

qadınların öz miqrant ərlərindən demək olar ki, heç bir maddi yardım almaması faktı ilə izah olunur. 

Tədqiqat  zamanı  aparılan  sorğuda  iştirak  etmiş  56  ailədən  yalnız  22-də  qadınlar  xaricdə  işləyən 

ərlərindən pul köçürmələri aldıqlarını bildirmişdirlər. Bu köçürmələrin məbləği 3-300 manat ara-

sında dəyişdiyindən sorğuda iştirak etmiş hər ailəyə orta hesabla 98 manat düşür. Bəzi, xüsusilə 

qadınların işləmədiyi ailələrdə pul köçürmələri ümumi ailə gəlirinin 100%-i, digər ailələrdə isə üçdə 

birini təşkil edir. Tədqiqat zamanı gəlir səviyyəsi sıfıra bərabər olan ailələrə də rast gəlmək olardı. 

Eyni zamanda, qeyd olunmalıdır ki, bəzi kişi miqrantlar Azərbaycanda qalan ailə üzvlərinə pul 

göndərsələr də, bu mütəmadi xarakter daşımır. Sorğu ilə əhatə olunmuş miqrantların yarısı ildə bir və 

ya iki dəfə, üçdə biri bir neçə aydan bir, qalanları isə hər ay evə pul göndərir. 

Pul köçürmələri müvafiq ailə tərəfindən əsasən gündəlik ehtiyacların ödənilməsi üçün istifadə 

edilir və çox az bir hissə tibbi xidmətlərin göstərilməsinə və uşaqların təhsilinə sərf olunur. Öz ailələrinə 

barat və bağlamaların göndərilməsi Azərbaycandan olan miqrantlara xas deyil: yalnız dörd miqrant 

Azərbaycanda qalan ailə üzvlərinə müəyyən mallar göndərir. Bütün bunların nəticəsində baş vermiş 

miqrasiya müvafiq miqrant ailələrinin yaşayış səviyyəsini əhəmiyyətli dərəcədə dəyişmir. Ölkə üzrə 

digər ailələrlə müqayisədə xaricdəki miqrantların Azərbaycanda qalan ailələri çox az rahatlıqlara və 

ev ləvazimatlarına malikdirlər.

3     

Tədqiqat zamanı aparılan müsahibələrdə iştirak etmiş qadınların yarısından çoxunun aylıq gəliri mövcud yaşayış mi-



nimumunun təxminən 25%-ə bərabər idi. Bu faiz nisbəti 2012-ci ildə Azərbaycan Respublikasında adambaşına düşən 

yaşayış minimumu (http://en.apa.az/news/181046) və aparılan müsahibələrdə iştirak etmiş ailələr tərəfindən barəsində 

məlumat verildiyi aylıq əmək haqqı əsasında hesablanmışdır.

4     


http://en.apa.az/news/181046.


9

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Pul köçürmələri məbləğinin az olması və bu köçürmələrin nadir hallarda baş verməsi qadınları 

ailələrindən kənarda iş axtarmağa məcbur edir, lakin onların savadsızlığı və ya hansısa peşə bacarıq-

larının olmaması işə düzəlmələrinə ciddi şəkildə maneçilik edir. Tədqiqat öz ailəsini maddi cəhətdən 

təmin etmək məqsədilə iş axtarmaq üçün hər on qadından birinin evdar qadın kimi qalmaq istəmədiyini, 

lakin yalnız bir qadının əmək müqaviləsi əsasında işə götürüldüyünü müəyyən etmişdir. 

Azərbaycanda  qalan  qadınların  üzləşdiyi  əsas  problemlərdən  biri  belə  bir  faktdan  ibarətdir 

ki, bəzi miqrant ərlər Azərbaycanda boşanmadan məskunlaşdıqları təyinat ölkəsində yeni ailə qur-

mağa  müyəssər  olurlar.  Sorğuda  iştirak  etmiş  ekspertlər  hesab  edirlər  ki,  bu  problemin  kökünü 

Azərbaycanda  mövcud  olan  və  sözügedən  miqrantların  anaları  tərəfindən  “razılaşdırılmış  nikah-

larda”,  adət-ənənələrdə  və  dini  baxışlarda  axtarmaq  lazımdır.  Digər  səbəblər  bu  cür  miqrantların 

məskunlaşdığı təyinat ölkələrində müşahidə olunan sosial-iqtisadi şəraitlə - daha yaxşı məşğulluq 

imkanları ilə, onların adət-ənənələrdən azad olan cəmiyyətdə yaşamaları ilə, onlara yaxın qohumlar 

tərəfindən təzyiqlərin azalması və s. ilə əlaqədardır. 

Qadınların böyük əksəriyyəti miqrasiyanın ailədaxili əlaqələri dağıdan bir element olduğunu 

əminliklə qeyd edir, baxmayaraq ki, bu proses, nisbətən az dərəcədə ailənin maddi imkanlarının yaxşı-

laşmasına da şərait yaradır. Həmin qadınlar xaricə getmiş insanlara yaxın ola bilməmələri səbəbindən 

miqrasiyanı  onlara  əzab-əziyyət  gətirən  bir  fenomen  kimi  qələmə  verirlər.  Miqrasiya  onların  heç 

kimlə bölüşmək istəmədikləri mənfi bir təcrübənin əmələ gəlməsinə gətirib çıxarır. 

Miqrasiya və əlaqələrin olmaması sözügedən miqrantların Azərbaycanda qalan həyat yoldaşları 

ilə yanaşı, uşaqlarına da mənfi təsir göstərir, çünki onların ata dəstəyi və münasibətinə ehtiyacı var. 

Eyni zamanda, belə uşaqlardan bəziləri əvvəllər ev təsərrüfatlarında onların atalarına məxsus olmuş 

vəzifələri öz üzərlərinə götürürlər (kənd təsərrüfatı işlərilə məşğul olma, mal-qaraya baxma, iş tapma 

və s.). Bu isə təhsilə, oyuna və istirahətə ayrılan vaxtın azalmasına gətirib çıxarır. Bununla əlaqədar 

olaraq,  bu  cür  ailələrdən  olan  uşaqlar  təhsildə  yaxşı  nailiyyətlər  əldə  etmək  və  ya  gələcək  sosial 

fəallıqları üçün təhsildən lazımı qaydada faydalanmaq üçün nisbətən az imkanlara malik olurlar.

5

 

Aparılmış  sorğu  nəticəsində  əldə  olunan  məlumatlar  xaricdəki  azərbaycanlı  miqrantların 



Azərbaycanda qalan həyat yoldaşlarının bəzilərinin yaşlı ailə üzvlərinə də baxdığını nümayiş etdirir. 

Əksər hallarda ailənin yaşlı üzvləri belə qadınlara kömək edir (ev işlərini görür, ailəyə maddi yardım 

edir, uşaqlara baxır və s.) və ya bəzən həmin qadınlar onlara kömək edirlər. Nadir hallarda ailənin 

yaşlı üzvləri Azərbaycanda qalan müvafiq ailələrə heç bir köməklik göstərmirlər. 

Azərbaycana xas olan digər vacib bir məsələ gender bərabərliyi ilə qəbul olunmuş əlaqədar qa-

nunlar arasında mövcud olan uyğunsuzluqlarla və insanların çox ləng dəyişən mentalitetilə əlaqədardır.

Gender bərabərliyi və qadınların hüquqları kontekstində Azərbaycan Respublikası qadınların hüquq-

larının müdafiə olunması, həmçinin gender ayrı-seçkiliyinin bütün formalarını ləğv etməklə və bərabər 

imkanlar yaratmaqla gender bərabərliyinin təmin edilməsi məqsədi daşıyan tədbirləri nəzərdə tutan 

mühüm addımlar atmışdır (“Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haq-

qında” Konvensiya,“Qadınların siyasi hüquqları haqqında” Konvensiya, “Nikaha daxil olma, nikaha 

daxil olmaq üçün minimal yaş həddi, nikahların qeydə alınması haqqında” Konvensiya, “Gender (kişi 

və qadınların) bərabərliyinin təminatları haqqında” Qanun kimi hüquqi sənədlər qəbul edilmişdir). 

Lakin faktiki olaraq gender bərabərliyi xüsusən də kənd yerlərində müşahidə olunmur.

Bir çox halda mövcud stereotiplər qadınların hüquqlarının pozulması ilə nəticələnir. Ailədaxili 

və dini adət-ənənələr gender siyasətinin həyata keçirilməsi istiqamətində, xüsusilə də qadınlara bö-

yük təsir göstərən kənd icmalarında əsas maneələrdən hesab olunur. 

5     


Burada sosial dəyişiklik anlayışı insanların cəmiyyətdə tutduğu mövqelərində baş verən dəyişikliyi (bir işdən başqa 

işə, bir sosial qrupdan və ya təbəqədən digərinə keçmə), həmçinin ailələr daxilində nəsillərin statusunda müşahidə olunan 

dəyişiklikləri özündə əks etdirir. Bu cür dəyişiklik şaquli (insanların bir sosial-iqtisadi səviyyədən daha yüksək və ya aşa-

ğı səviyyəyə keçməsi) və ya üfqi şəkildə (eyni sosial səviyyədə olan bir mövqeydən digərinə keçid) baş tuta bilər.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə