Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   2   3   4   5   6   7   8   9   ...   23

4

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

MİNNƏTDARLIQ

Bu  Hesabat  “Azərbaycanda  gender  tədqiqatlarına  dəstək”  Proqramı  əsasında  Birləşmiş 

Millətlər  Təşkilatı  İnkişaf  Proqramının  (BMTİP)  maliyyə  dəstəyilə  BMqT  tərəfindən  həyata 

keçirilmiş“Azərbaycandan kənarda işləyən və yaşayan azərbaycanlı miqrantların uzun müddət və ya 



mütəmadi əlaqə saxlamadıqları Azərbaycanda qalan həyat yoldaşları və digər ailə üzvlərinin vəziyyəti 

haqqında  biliklərin  artırılması  və  onların  hazırki  sosial-iqtisadi  inkişafı  ilə  bağlı  vəziyyətlərinin 

öyrənilməsi” Layihəsinin məntiqi nəticəsidir. BMqT tərəfindən bu cür, həddindən artıq əhəmiyyətli 

layihənin həyata keçirilməsi BMTİP-in müfəssəl töhfələri və dəstəyilə mümkün olmuşdur. Layihənin 

icrası  nəticəsində  həyata  keçirilmiş  tədqiqata  dair  hesabat  müvafiq  hədəf  qruplarının  vəziyyətini 

faktlar əsasında nümayiş etdirir və ehtiyacı olan əlaqədar qadın və uşaqların yaşayış şəraitinə təsir 

edən problemlərin təxirəsalınmaz və praktiki həlli istiqamətində istifadə edilə biləcək hüquqi yardım 

vasitələrini özündə əks etdirir.

BMqT tədqiqatda iştirak etmiş hər bir qadınla əməkdaşlığı yüksək qiymətləndirir və onlara 

dəstək vermiş yerli icra hakimiyyəti orqanlarına və bələdiyyələrə təşəkkür edir. Onların töhfələri və 

dəstəyi olmadan bu hesabatın ərsəyə gəlməsi qeyri-mümkün idi.

Sonda  biz  öz  dəyərli  təcrübələrini,  rəylərini  və  tövsiyələrini  əsirgəlməmiş  Qafqaz Tədqiqat 

Resurs Mərkəzindən (QTRM-Azərbaycan) xanım Yuliya Əliyevaya, Gender və İnkişaf Məsələləri 

üzrə  konsultant  xanım  Aysel  Vəzirovaya,  BMTƏF-in  Azərbaycan  Respublikasındakı  Ölkə 

Nümayəndəliyindən xanım Bəhicə Əliyevaya və Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyətindən 

(RİQC) xanım Şəhla İsmayıla xüsusi minnətdarlığımızı bildiririk.

BMqT sözügedən tədqiqatın hədəf qruplarına aid şəxslərin hüquqlarının müdafiəsi işinin bun-

dan sonra da əhəmiyyətli dərəcədə təkmilləşdirilməsini təmin etmək məqsədilə əlaqədar sahələrdə və 

münasib tədbirlərlə bağlı növbəti müfəssəl tədqiqatlar keçirmək arzusundadır.



5

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

DİAQRAMLARIN SİYAHISI

Diaqram 1. Xaricdə daimi yaşayış məqsədilə Azərbaycan Respublikasından emiqrasiya (min nəfər)

Diaqram 2. Mənşə ölkələrinə göndərilən pul köçürmələri (ÜDM-ə faiz nisbəti)

Diaqram 3. Tədqiqatda iştirak etmiş qadınların inzibati rayonlar üzrə bölgüsü

Diaqram 4. Sorğu üçün seçilmiş ailələrin tərkibi

Diaqram 5. Kişilərin nikahdan sonra ilk dəfə xaricə getməsi (illər üzrə)

Diaqram 6. Kişilərin nikahdan sonra 3 aydan çox müddətə xaricə getmə hallarının sayı

Diaqram 7. Xaricdə işləyən azərbaycanlı miqrantın öz ailə üzvləri ilə son dəfə nə vaxt əlaqə  

saxladığı hallar

Diaqram 8. Öz ailəsi ilə əlaqələr kontekstində miqrant tərəfindən evə göndərilən pul köçürmələri

Diaqram 9. Xaricdəki azərbaycanlı miqrantlar tərəfindən Azərbaycanda qalan ailələrinə pulların 

hansı tezliklə göndərilməsi

Diaqram 10. Tədqiqatda iştirak etmiş ailələrin gəlir səviyyəsi

Diaqram 11. Pul köçürmələrinin müvafiq ailələr tərəfindən istifadəsi

Diaqram 12. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan ailələrinin qonşu ailələrlə 

müqayisədə maddi vəziyyəti

Diaqram 13. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarının səhhətilə 

bağlı vəziyyət (yaş qrupları üzrə)

Diaqram 14. Azərbaycanlı miqrantların həyat yoldaşlarının xaricə getmə səbəbləri

Diaqram 15. Azərbaycanda qalan qadınların xaricdəki azərbaycanlı miqrant ərlərinin qohumları ilə 

münasibətlərinin səviyyəsi

Diaqram 16. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan uşaqlarının doğum illəri üzrə 

bölgüsü

Diaqram 17. Xaricə nə vaxt getməsindən asılı olaraq orada işləyən azərbaycanlı miqrantların öz 



uşaqları ilə hansı dərəcədə maraqlanması

Diaqram 18. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları tərəfindən öz 

uşaqlarının sağlamlıq səviyyəsinin qiymətləndirilməsi

Diaqram 19. Keçmiş bir il ərzində anaların öz uşağını/uşaqlarını qidalandıra bilməməsi və ya gündə 

bir dəfə qidalandırma halları

Diaqram 20. Ailənin yaşlı üzvləri tərəfindən göstərilən kömək

Diaqram 21. Ailənin yaşlı üzvlərinin maddi vəziyyətinin sorğuda iştirak edən qadınlar tərəfindən 

təsvir edilməsi

Diaqram 22. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları tərəfindən 

miqrasiya təzahürlərinin qiymətləndirilməsi

Diaqram 23. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarına əsasən 

əlaqədar ailələrin gələcək planları

Diaqram 24. Xaricdəki azərbaycanlı miqrantların planları barədə onların Azərbaycanda qalan həyat 

yoldaşlarının məlumatlı olması

Diaqram 25. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları üçün tələb 

olunan yardım




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə