Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə9/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

18

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

hissəsi isə (1%-dən az) biznesdə sərmayə kimi istifadə olunur.

28

 Tədqiqatın bəzi hissələrində ölkədə 



qalan miqrant ailələri üzvlərinin pul köçürmələrindən asılılığı

29

 və pul köçürmələrinin yoxsulluğun 



azaldılmasındakı rolu qeyd olunur.

30

 



1.4. Miqrasiya sahəsində aparılmış əvvəlki tədqiqatlar

Qeyd etmək lazımdır ki, bu günədək Azərbaycanda miqrasiya ilə bağlı məhdud sayda tədqiqat 

aparılıb. Son bir neçə il ərzində Azərbaycandan miqrasiya ilə bağlı tədqiqatların ümumi həcminin 

artması faktına baxmayaraq, bu sahədə məlumat çatışmazlığı hələ də hiss olunmaqdadır. Axır vaxt-

lar aparılmış tədqiqatlardan bir neçəsi Azərbaycanda son zamanlar baş verən iqtisadi dəyişikliklərə 

xüsusi diqqət yetirir: neft sektorunun inkişafı və immiqrasiya axınının artımı;

31

 ölkə üzrə əmək ba-



zarı və emiqrasiyanın təsiri altında olan sosial inkişaf tendensiyaları və miqrasiyanın həssas qruplara 

(qadınlara, uşaqlara, yaşlılara, münaqişə nəticəsində öz yerlərini tərk etmiş qaçqınlar və məcburi 

köçkünlərə və s.) təsiri;

32

 miqrasiya proseslərinin, siyasətlərinin, planlarının dəyəri və faydası və 



əmək bazarının tendensiyaları.

33

 



Mövcud  tədqiqatlar  diqqəti  itələyici-cəlbedici  amillər  nöqteyi-nəzərindən  miqrasiya 

proseslərinin səbəblərinə yönəldir. Bu baxımdan itələyici amillər arasında iqtisadi amilləri, maddi 

vəziyyəti yaxşılaşdırmaq istəyini, işsizliyin yüksək səviyyədə olmasını, tanışların və ya qohumların 

xaricdə yaşamasını, həmçinin Dağlıq Qarabağdakı münaqişəni qeyd etmək olar. Bununla yanaşı, 

etnik  və  sosial  amillər  də  mövcuddur.

34

  Cəlbedici  amillər  təyinat  ölkəsindən  asılı  olaraq  dəyişir. 



Məsələn, Rusiya Federasiyası ilə bağlı cəlbedici amillər şəxsi və cəmiyyətdaxili əlaqələrdən, istifadə 

olunan  ümumi  danışıq  dilindən,  ümumi  tarixdən  və  vizasız  rejimdən  ibarətdir.

35

  Türkiyəyə  aid 



cəlbedici amilləri təyinat ölkəsinə getmək və bu ölkədə qalmaq üçün sadə şərtlərlə (sadələşdirilmiş 

viza rejimilə) və iki ölkə arasında tarixi, sosial və mədəni oxşarlıqlarla xarakterizə etmək olar. Eyni 

zamanda, mədəni və dil oxşarlıqları türk miqrantların çoxluq təşkil etdikləri Almaniyaya miqrasiya 

üçün cəlbedici amillər arasında qeyd olunur.

36

 

1.5. Miqrantların profilləri



Əməkçi miqrantların profillərinə aid rəsmi məlumatlar mövcud deyil. Azərbaycandan gedən 

miqrantların profillərinə dair də dəqiq məlumatlar əldə etmək çətindir. Mövcud məlumatlar isə yal-

nız daimi yaşayış üçün başqa ölkəyə qanuni şəkildə miqrasiya etmiş insanlar haqqında informa-

siyanı  özündə  əks  etdirir.  2009-2011-ci  illər  ərzində  xaricdə  məskunlaşmış  qanuni  emiqrantların 

sayı ilə bağlı məlumatların təhlili bu cür emiqrantlar arasında qadınların üstünlük təşkil etdiyini 

göstərir (müvafiq olaraq 2009-cu ildə 55%, 2010-cu ildə 56% və 2011-ci ildə 52%).

37

 Bu faiz nisbəti 



əhalinin ümumi sayında qadınlarla kişilərin faiz nisbətilə müqayisədə bir qədər yüksəkdir (2009-cu 

ildə əhalinin 51%-i qadınlar, 49%-i isə kişilər təşkil edirdi). Emiqrantların çoxu (82%) əsasən 25-29 

və 30-34 yaşları arasındadır və əksəriyyəti (59%) şəhər yerlərindəndir.

38

28     



V. Rüstəmov “Mərkəzi və Cənubi Qafqazda beynəlxalq miqrantların pul köçürmələrinə dair tədqiqat – Azərbaycanda 

beynəlxalq miqrantların pul köçürmələrinə və yoxsulluğa aid Ölkə Hesabatı”. Asiya İnkişaf Bankı, 2007-ci il.

29     


BMQK, V. Tişkov, Z. Zayinçkovskaya, Q. Vitkovskaya “Keçmiş Sovet İttifaqı respublikalarında miqrasiya”, səh.27-

28. 2005-ci il

30     


A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının so-

sial təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı””, səh.18. Aprel 2012-ci il.

31     


IREX, I. Qanquli “Azərbaycanda miqrasiya prosesləri: təyinat ölkəsinə keçid?” Harvard Universiteti. 

32     


A. Allahverənov, R. Əliyeva, T. Sadıqov “Mərkəzi və Şərqi Avropada miqrasiyanın və kənd-şəhər miqrasiyasının so-

sial təsiri. Azərbaycan üzrə Ölkə Hesabatı”. Aprel 2012-ci il.

33     


SİAM, A. Allahverənov, E. Hüseynov “Avropa Birliyi və Şərq Tərəfdaşlığı Ölkələri arasında əmək miqrasiyasının 

dəyəri və faydası: Azərbaycan üzrə Ölkə Hesabatı”. 2013-cü il.

34     


BMqT “Vətəndən qürbətə: miqrasiyanın motivləri, marşrutları və metodları” 2001-ci il.

35     


IREX, I. Qanquli “Azərbaycanda miqrasiya prosesləri: təyinat ölkəsinə keçid?”, səh.2. Harvard Universiteti.

36     


“Cənubi Qafqazda miqrasiya prosesləri: Azərbaycan, Ermənistan, Gürcüstan”, səh.19. 2008-2009-cu illər.

37     


2013-cü il iyulun 10-da baxılmış “http://www.stat.gov.az/source/demoqraphy/indexen.php.” saytı.

38     


Müvafiq məlumatlar 2011-ci il üzrə hesablanmışdır.


19

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

39     


SİAM, L. Barbone, M. Kahanes, K. Tsimmermann “Şərq Tərəfdaşlığı Ölkələrindən Avropa İttifaqına miqrasiya /daha 

yaxşı gələcək üçün variant”, səh. 30. 

40     


Estoniya Qadın Tədqiqatları və Resurs Mərkəzi, İnsanların Harmonik İnkişafı Cəmiyyəti və TASO Fondu “Cənubi Qaf-

qazda miqrasiya prosesləri: Azərbaycan, Ermənistan, Gürcüstan. 2008-2009-cu illər üzrə sosioloji tədqiqatın nəticələri.” 

Z. Demendjiyeva “Beynəlxalq miqrasiyaya aid icmallar”. Praqa, 2010-cu il.

41     

“Cənubi Qafqazda miqrasiya prosesləri: Azərbaycan, Ermənistan, Gürcüstan”, səh.30. 2008-2009-cu illər

42     


QTRM, Ə. Süleymanov “Əmək miqrasiyasının Azərbaycan ailə təsərrüfatına təsiri”. 

43     


BMTİP  “Azərbaycan Respublikasında insan inkişafı haqqında Hesabat 2007. Azərbaycanda gender münasibətləri: 

meyllər və cəhdlər”, səh.52.

44     


QTRM, Ə. Süleymanov “Əmək miqrasiyasının Azərbaycan ailə təsərrüfatına təsiri”, səh.11.

Əmək miqrasiyası axınlarında isə kişilər çoxluq təşkil edirlər. Ən son hesablamalara əsasən 

əməkçi miqrantların 85%-i kişilərdir.

39

 Üç Cənubi Qafqaz ölkəsində (Azərbaycanda, Gürcüstanda 



və  Ermənistanda)  aparılmış  və  ev  təsərrüfatlarına  aid  tədqiqatlar  da  bu  faktı  aşkar  etmişdir.

40

  Ev 



təsərrüfatlarına  aid  tədqiqatlar  Cənubi  Qafqazdan,  o  cümlədən,  Azərbaycandan  miqrasiya  axın-

larının əsasən kişilərdən ibarət olduğunu nümayiş etdirir; miqrasiya edən kişilər ölkədə qalanlarla 

müqayisədə daha yaşlı və az ixtisaslıdırlar. Kişilərin miqrasiyası gender “ənənələrilə” izah olunur 

və bu ənənələrə əsasən kişilər ailə başçısı hesab olunurlar. Ailə başçısı və onun oğlanları daha çox 

miqrasiyaya meyllidirlər. Konkret olaraq Azərbaycana gəldikdə miqrasiya prosesləri öz başlanğıcını 

əsasən kəndlərdən götürür, çünki böyük şəhərlərdə nisbətən çox iş imkanı mövcuddur. 

Azərbaycandan gedən miqrantların böyük əksəriyyəti xaricdə müvafiq rəsmi müqavilələri ol-

madan işləyirlər. Miqrasiya dövrü orta hesabla 3,6 il davam edir. Tədqiqatlar zamanı əldə olunmuş 

bəzi məlumatlara əsasən bu qəbul edən ölkələrin əmək bazarlarında “kölgə” sektorunun hökmranlığı 

ilə, əmək miqrasiyasına aid mövcud normativ hüquq səhəsindəki uyğunsuzluqlarla və əmək bazarla-

rındakı sui-istifadələrlə izah olunur.

41

 



1.6. Əmək miqrasiyasının ailələrə təsiri

Aparılmış tədqiqatların çox az bir sayı nəsillərə və ailə strukturlarına aid dəyişiklikləri ön plana 

çəkərək əmək miqrasiyasının azərbaycanlı ailələrə təsiri məsələlərinə xüsusi diqqət yetirir.

42

 Nata-



mam ailələrin sayının çoxalması, ailədaxili əlaqələrdə baş verən mühüm dəyişikliklər, ərlə arvadın 

ayrı yaşaması və boşanma hallarının artması, həmçinin uşaqların təhsilində baş verən dəyişikliklər 

səbəbindən  miqrasiya  3-4  nəsildən  formalaşmış  ailələrin  qısa  bir  zaman  ərzində  2  və  ya  hətta  1 

nəsillik ailələrə sürətlə çevrilməsinə gətirib çıxarmışdır. Bunun nəticəsində son bir neçə il ərzində 

azərbaycanlı ailələrin modeli dəyişmişdir. Ər-arvaddan və nikaha daxil olmamış uşaqlardan ibarət 

azsaylı ailələrdə yaşayan azərbaycanlıların sayı artmaqdadır. Geniştərkibli ailələrin sayı isə, xüsusən 

şəhər yerlərində azalmaqdadır. Müvafiq olaraq ailənin tərkibi də dəyişir. 2009-cu ildə həyata keçiril-

miş əhalinin siyahıya alınmasına əsasən 4 və ya daha çox uşaqdan ibarət ailələrin sayı ailələrin ümu-

mi sayından kənd yerlərində 11,0%, şəhər yerlərində isə 8,3% təşkil edirdi (1999-cu ildə aparılmış 

əhalinin siyahıya alınmasına görə bu rəqəmlər müvafiq olaraq 20,1% və 13,5%-ə bərabər idi).

43

 

Cənab  Əbülfəz  Süleymanov  tərəfindən  həyata  keçirilmiş  tədqiqatda  əmək  miqrasiyasının 



azərbaycanlı  ailələrə  təsiri  vurğulanır.  Qadınların  əksəriyyəti  evdar  olduğundan  ərləri  tərəfindən 

göndərilən pul köçürmələrindən asılı vəziyyətə düşürlər. Bununla yanaşı, bir sıra qadınlar (28%) həyat 

yoldaşları xaricə getdikdən sonra düşdükləri vəziyyətə uyğunlaşa bilmirdilər və müvafiq QHT-lərin 

yardımı və dəstəyi sayəsində düşdükləri vəziyyətdən çıxa bilmişdirlər.

44

 Eyni zamanda, öz ərlərinin 



miqrasiyası işləyən qadınları işdən çıxaraq özlərini ev işlərinə və uşaqlarının təhsilinə həsr etməyə 

məcbur etmişdir.

Qadının xaricə gedən həyat yodaşını müşayiət etməmək və Azərbaycanda qalmaq qərarı adətən 

onun analıq vəzifəsilə, bəzi hallarda isə həyat yoldaşının onu va ya bütün ailəsini özü ilə xaricə apar-

maq istəyində olmaması ilə izah olunur. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə