Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə14/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

30

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Diaqram 11. Pul köçürmələrinin müvafiq ailələr tərəfindən istifadəsi

Sözügedən ailələrin böyük əksəriyyəti pul köçürmələrini cari, o cümlədən, kommunal xərclərin, 

bəzən borcların, tibbi xərclərin, uşaqların təhsil haqlarının ödənilməsinə, mənzil/ev təmiri üçün və s. 

məsələlərə sərf edir (Diaqram 11-ə baxın). Sözügedən ailələrin az bir hissəsinin pul köçürmələrini 

cari xərclərdən başqa digər işlər üçün istifadə etməməsi hansısa konkret qənaətə gəlməyə imkan 

vermir.


Tədqiqat nəticəsində əldə olumuş məlumatlar başqa ölkələrdən, məsələn, Moldovadan, Uk-

raynadan, Gürcüstandan olan kişi miqrantlarla müqayisədə azərbaycanlı miqrantların öz ailələrinin 

maddi vəziyyətini yaxşılaşdırmaq üçün az kömək etdiyini göstərir.

55

  Başqa ölkələrdən olan miqrant 



ailələri ev və ya torpaq sahəsi almaq və yaxud öz biznesini qurmaq üçün pul toplamağı bacardığı 

halda, tədqiqatda iştirak etmiş azərbaycanlı ailələlərindən heç biri belə bir imkana malik deyildi.

Sorğuda  iştirak  etmiş  qadınların  söylədiklərinə  əsasən  35  halda  onların  ailələrinin  maddi 

vəziyyəti qonşu ailələrin vəziyyətindən pisdir, 9 ailədə vəziyyət dəyişməz olaraq qalıb, yalnız 1 ailə 

maddi vəziyyətinin yaxşılaşdığını bildirib, 11 qadın isə mövcud vəziyyəti qiymətləndirməkdə çətinlik 

çəkib. Müvafiq olaraq ailədə uşağın olub-olmamasından asılı olmayaraq miqrasiya, demək olar ki, 

bütün ailələrə mənfi təsir göstərmişdir (Diaqram 12-ə baxın). Miqrant ailələrin maddi vəziyyətinin 

pisləşməsi ailə başçısının miqrasiya etməzdən əvvəl kənd təsərrüfatı işlərindən əldə etdiyi gəlirinin 

sonradan göndərdiyi pul köçürmələrinin məbləğindən yüksək olması ilə izah olunur.

55     


L. Barbone, M. Bonç-Osmolovskiy, M. Luecke “Şərq Tərəfdaşlığı Ölkələrindən əmək miqrasiyası: inkişaf yolu və 

daha yaxşı nəticələr üçün siyasət variantları” CASE, 2013-cü il.


31

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Ölkələrin  çoxunda  vətəndə  qalan  ailələrə  pul  köçürmələri  göndərməklə  maddi  köməkliyin 

göstərilməsilə yanaşı, bəzi mallardan ibarət bağlamalar göndərməklə ailələrin iqtisadi vəziyyətinin 

də  yaxşılaşdırılması  geniş  yayılmış  bir  təcrübədir.  Lakin  bağlamalar  göndərmək  təcrübəsi 

Azərbaycandan olan miqrantlara xas deyil. 56 miqrantdan yalnız 4-ü vətəndə qalan ailələrinə bağ-

lamalar göndərirdi. Hətta belə bağlamalar da müntəzəm olaraq göndərilmir – qadınlardan biri ayda 

1 dəfə, digəri bir neçə aydan bir bağlamalar aldığını qeyd etsələr də, başqa qadınlar nadir hallarda 

bağlama aldıqlarını bildirmişdirlər. Evə göndərilən bağlamalar adətən uşaqlar üçün geyim əşyaları, 

ayaqqabılar və ya məktəb ləvazimatlarından ibarət olur.

2.5. Kişilərin miqrasiyasının öz həyat yoldaşları üçün fəsadları

Məşğulluq

Kənd  yerlərində  yaşayan  qadınlar  onların  həyat  yoldaşları  ölkədən  getdikdən  sonra  ikiqat 

çətinliklərlə üzləşirlər. Onlar torpaq sahəsindəki işlərin çoxunu əsasən əllə görməklə yanaşı, çox-

saylı ev işlərini və vəzifələri də həyata keçirməli olurlar. Bundan başqa, kənd yerlərində yaşayan 

və işləyən qadınlar onlara kömək edə biləcək infrastrukturun olmamasına da uyğunlaşmalı olurlar 

–uşaq bağçaları ya yox səviyyəsindədir və ya çox bərbad vəziyyətdədir, məktəb yaşında olan uşaqlar 

üçün məktəbdən sonra müxtəlif fəaliyyətlər təklif edən dərnəklər isə mövcud deyil.

Xaricdəki miqrantların vətənində qalan həyat yoldaşlarının böyük əksəriyyətinin (53 qadın) 

şəxsi ehtiyacları üçün kifayət qədər vaxtı qalmır, çünki onlar həmişə ailənin digər üzvlərinə baxır-

lar və ev işlərilə məşğul olurlar. Qadınlar öz həyat yoldaşlarına görə darıxırlar və uşaqların tərbiyə 

olunmasında kişilərin dəstəyinə ehtiyac duyurlar.

Tədqiqatdan  irəli  gələn  nəticələr  ərlərin  xaricə  getməsi  faktının  vətəndə  qalan  qadınların 

məşğulluq vəziyyətinə də müəyyən dərəcədə təsir etdiyini göstərir. Ağır maddi vəziyyət sorğuda 

iştirak etmiş və əri vətəndə olduğu zaman evdar qadın statusuna malik 5 qadını iş axtarmağa məcbur 

etmişdir. Bir qadın iş tapmağa nail olmuşdur. Bu isə qadınlar üçün məşğulluq imkanlarının aşağı 

səviyyədə olmasını sübuta yetirir (Cədvəl 5-ə baxın).



Diaqram 12. xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan ailələrinin 

qonşu ailələrlə müqayisədə maddi vəziyyəti 


32

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

Cədvəl 5. Ərləri xaricə işləmək üçün getməzdən əvvəl və getdikdən sonra onların 

həyat yoldaşlarının məşğulluq vəziyyəti

Lakin əmək haqlarının çox aşağı olması səbəbindən qadınların işlə təmin olunması faktı ailənin 

tələbatı ilə bağlı bütün problemləri həll etmir. Mütəxəssislər bəzi qadınların öz ailələrini saxlamaq 

üçün əlavə işlərlə məşğul olmağa məcbur olduqlarını vurğulamışdır: “məsələn, müəllimə işləyən qa-



dın öz ailəsini saxlaya bilməz, çünki onun əməkhaqqı çox azdır. Belə olduqda o, evdə uşaqlara fərdi 

dərs verməklə ailəsinin gəlirini artırır” (II_E5 saylı mütəxəssis).

Bir sıra miqrantlar tərəfindən ailələri üçün göstərilən yardımın qeyri-stabil xarakter daşıma-

sı qadınları hətta yeni peşələr üzrə iş axtarmağa məcbur edir. Yaranan çətinliklər onların dərzi, aş-

baz, xadimə və ya dayə kimi işləmələrinə gətirib çıxarır. Bəzi mütəxəssislər kişilərin Azərbaycandan 

xaricə işləməyə getmələri faktının onların həyat yoldaşları üçün aşağıda sadalanan müsbət hallarla 

nəticələndiyini vurğulamışdır:

(i) Qadınların ailədəki rolunun artması: onlar ailə büdcəsinin xərclənməsi, ev təsərrüfatının, 

torpaq sahəsinin, ailə işlərinin, uşaqların tərbiyə olunma prosesinin və s. məsələlərin idarə olunması 

üzrə əsas nəzarəti öz üzərlərinə götürürlər;

(ii) Qadınlar üçün məşğulluq imkanlarının artması;

(iii) Gender bərabərliyinə aid məsələləri nəzərə almaqla qadınların xüsusilə kənd icmalarında 

qərar qəbul etmə prosesində iştirak etməsi;

(iv)  Qadınların  yeni  ailə  başçısı  olması  nəticəsində  onlara  cəmiyyətdəki  münasibətin 

dəyişməsi.

Əgər bu həqiqətən də belədirsə, kişilərin işləmək məqsədilə xaricə miqrasiyası onların həyat 

yoldaşlarında özünə inam hissinin, səlahiyyətlərinin və icmadakı iştirak səviyyəsinin artmasına şərait 

yaradır. Lakin bizim tədqiqatda məhdud sayda qadınların iştirak etməsi bu cür faktları üzə çıxarmadı.

Sağlamlıq

Miqrasiya miqrantlar və onların vətəndəki ailələri üçün çoxsaylı problemlər yaradır. Bu cür 

problemlərdən biri miqrantların və onların ailə üzvlərinin, xüsusən də həyat yoldaşlarının səhhətinin 

pisləşməsilə əlaqədardır. Tədqiqatda iştirak etmiş qadınlar öz səhhətlərini “pis” (28 nəfər) və ya “çox 



pis” (6 nəfər) kimi qiymətləndirdiyi halda, 17 qadın səhhətinin “qənaətbəxş”, 5-i isə “yaxşı” oldu-

ğunu bildirmişdir. 56 qadından heç biri öz səhhətindən tam razı deyil. Onların səhhətinə yaş da təsir 

göstərir: yaşı 46-dan yuxarı olan qadınların çoxu öz səhhətlərinin “pis” və ya “çox pis” olduğunu 

bildirmişlər (Diaqram 13-ə baxın). Yaşı 28-dən 35-dək olan və səhhətlərinin “pis” və ya “çox pis” 

olduğunu bildirən qadınların hamısı kənd yerlərində yaşayır və orta hesabla 1-2 uşaq böyüdür.

Vətəndə qalan qadınların çoxu öz həyat yoldaşlarının seksual sədaqətsizliyin qurbanına çevrilə 

bilər.  Tədqiqat  zamanı  görüşələrdə  iştirak  etmiş  mütəxəssislər  miqrant  ərlərin  öz  ailələrinə  dəri-

zöhrəvi xəstəliklərinin “gətirilməsinə” görə məsuliyyət daşıdıqlarını bildirmişdirlər: “qadınlar gine-



koloji problemlərlə üzləşməklə yanaşı, öz miqrant ərləri vasitəsilə infeksion xəstəliklərə də yoluxur-

lar” (II_E1 saylı mütəxəssis). 


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə