Azərbaycandan kənarda iŞLƏYƏn və yaşayan azərbaycanli miqrantlarin azərbaycanda qalan həyat yoldaşlari və



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə3/23
tarix29.10.2017
ölçüsü0,53 Mb.
#7527
1   2   3   4   5   6   7   8   9   ...   23

6

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

CƏDVƏLLƏRİN SİYAHISI

Cədvəl 1. Azərbaycan Respublikasının əhalisi və onun iqtisadi fəallığı

Cədvəl 2. Azərbaycan Respublikasından Rusiya Federasiyasına miqrasiya (2008-2011-ci illər üzrə)

Cədvəl  3.  Xaricdəki  azərbaycanlı  miqrantların Azərbaycanda  qalan  həyat  yoldaşları  və  digər  ailə 

üzvlərinin qısa xarakteristikası

Cədvəl 4. Azərbaycanlı miqrantların Azərbaycandan getməsi və Azərbaycana qayıtması müddətləri

Cədvəl 5. Ərləri xaricə işləmək üçün getməzdən əvvəl və getdikdən sonra onların həyat yoldaşlarının 

məşğulluq vəziyyəti

Cədvəl 6. Miqrasiyanın ailəyə təsiri

Cədvəl 7. Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşlarının üzləşdikləri 

problemlər



7

AZƏRBA

YCANDAN KƏNARDA

 İŞLƏYƏN VƏ 

YAŞA

YAN 

AZƏRBA

YCANLI MİQRANTLARIN 

AZƏRBA

YCANDA

 QALAN HƏY

AT 

YOLDAŞLARI VƏ DİGƏR 

AİLƏ ÜZVLƏRİNİN VƏZİYYƏTİ

haqqında Tədqiqata dair Hesabat

xÜLASƏ

Azərbaycanda əmək miqrasiyası ilə bağlı müəyyən səciyyəvi xüsusiyyətlər müşahidə olunur. 

Mövcud miqrasiya proseslərində əsasən kişilər iştirak edirlər, qadınlar isə öz uşaqlarını böyütmək və 

onlara təhsil vermək, həmçinin ailənin yaşlı üzvlərinə baxmaq üçün ölkədə qalmalı olurlar. Kişilərin 

Azərbaycandan kənarda işləmək üçün miqrasiyasının əsas məqsədi ailənin maddi vəziyyətinin yax-

şılaşdırılmasından ibarətdir. Bu cür emiqrasiya xüsusən də bölgələrdə iş yerlərinin çatışmazlığından 

irəli gəlir və şübhəsiz istər əlaqədar miqrantlar, istərsə də onların ölkədə qalan ailələri üçün müəyyən 

risklər yaradır. 

Kişilər  işləmək  məqsədilə  xaricə  miqrasiya  etdikdə  onların  həyat  yoldaşlarının  üzərinə  ar-

tıq  mövcud  olanlarla  yanaşı  yeni  və  əlavə  vəzifələr  düşür.  Bu  sözügedən  miqrasiyanın  yalnız  bir 

aspektidir.  Miqrasiyanın  digər  daha  mürəkkəb  aspekti  xaricdəki  azərbaycanlı  miqrantların  ölkədə 

qalan ailələrilə əksər hallarda əlaqə saxlamamaları və nadir hallarda onlara baş çəkmələri faktı ilə 

əlaqədardır. Bundan başqa, bu cür miqrantların bəziləri Azərbaycanda qalan ailə üzvlərinə maddi 

yardım göstərmirlər. 

Ölkədə qalan ailələr üçün yararlı yardım vasitələri və konkret faktlara əsaslanan sosial müdafiə 

mexanizmlərini təklif etmək məqsədilə bu kateqoriyaya aid insanların konkret ehtiyaclarını öyrənmək 

lazımdır. Bununla əlaqədar olaraq, BMqT xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan 

həyat  yoldaşlarının  və  digər  ailə  üzvlərinin  hüquqlarının  müdafiəsi  işini  və  yaşayış  şəraitini  yax-

şılaşdırmaq

1

;  əlaqədar  hədəf  qrupunun  mövcud  vəziyyəti  barədə  qərar  qəbul  edənlər  tərəfindən 



məlumatların daha da yaxşı mənimsənilməsinə və onlarda müvafiq siyasətdəki mövcud boşluqlar 

haqqında biliklərin artırılmasına nail olmaq; sözügedən miqrantların Azərbaycanda qalan ailə üzvləri 

üçün hüquqi yardımın göstərilməsi işini təkmilləşdirmək və bu cür yardımdan istifadə yolları haqqın-

da bilikləri artırmaq məqsədilə müfəssəl bir tədqiqatın həyata keçirilməsinə nail olmuşdur.



Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan həyat yoldaşları və ailə üzvlərinin 

vəziyyətinə dair tədqiqat əsasında miqrasiyaya şərait yaradan həlledici amillərin iş yerlərinin çatış-

mazlığından  və  gündəlik  ehtiyacların  ödənilməsi  üçün  maddi  imkanların  mövcud  olmamasından 

ibarət olduğu müəyyən edilmişdir.

Miqrantların ev təsərrüfatları ilə bağlı profillərinin təhlili göstərir ki, kişilərin işlə bağlı miqrasi-

yası istər azsaylı, istərsə də çoxsaylı (4-6 nəfərdən ibarət) və eyni zamanda azsaylı və ya geniştərkibli 

ailələrə təsirsiz ötüşmür. Bu cür miqrantların böyük əksəriyyətinin

2

 yaşı 18-dən aşağı olan uşaqları 



var (56 ailədən 50-də) və həmin uşaqlar Azərbaycanda öz anaları ilə qalırlar.

Kişilərin  miqrasiya  prosesinin  çoxsaylı,  həm  müsbət,  həm  də  mənfi  fəsadları  mövcuddur. 

Müsbət məsələlər arasında bəzi miqrant ərlərin öz ailələri üçün pul köçürmələrinin əhəmiyyətini, 

həmçinin qadınların Azərbaycan cəmiyyətində səlahiyyətlərinin artırılmasını qeyd etmək olar. Mənfi 

fəsadlar isə daha müxtəlif xarakterlidir: ailə üzvlərilə əlaqələrin itməsi, bəzi miqrantlar tərəfindən öz 

ailə üzvlərinə heç bir maddi yardımın göstərilməməsi, ataların öz uşaqlarının təhsili və tərbiyəsində 

iştirak etməməsi, ərlə arvadın ayrı yaşaması və ya boşanması. 

1     


“Xaricdəki azərbaycanlı miqrantların Azərbaycanda qalan və ya Azərbaycanda tərk edilmiş həyat yoldaşlarından (ar-

vadları) və digər ailə üzvlərindən (uşaqları və yaşlı qohumları)” ibarət terminlər bu hesabatda bir-birini əvəz etməklə 

istifadə olunur. “Azərbaycnda qalan” termini nisbətən neytral xarakter daşıdığından hesabatda daha tez-tez istifadə olu-

nur. Qadınların heç də hamısının öz ərlərinin miqrasiyası ilə bağlı qərarın qəbul edilməsindən kənarda qalmadığını nəzərə 

alsaq  “Azərbaycanda  tərk  edilmiş”  termini  çox  mənfi  səslənir.  Eyni  zamanda  “tərk  edilmiş”  sözü  müvafiq  vəziyyəti 

həmişə düzgün əks etdirmir, çünki öz ərlərinin miqrasiya etməsi nəticəsində qadınların hamısının tərk edildiyini hesab 

etmək olmaz. Belə qadınların çoxu öz miqrant ərlərilə mütəmadi əlaqə saxlayırlar.

2     


Bu hesabatda “miqrant” termini adətən yaşadıqları ölkəni ən azı 3 aya tərk etmiş insanları nəzərdə tutur.


Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə