Azərbaycan respublikasi təhs I l naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix30.04.2023
ölçüsü1,35 Mb.
#107764
1   2   3   4   5   6   7   8   9   ...   26
şəxsi satış

Tədqiqatın praktiki əhəmiyyəti.
Magistr dissertasiyasında verilən təkliflərin 
praktikada tətbiq edilməsi satışın idarə edilməsində kommunikasiya metodlarının 
tətbiqinin genişlənməsinə və onun effektliliynin yüksəldilməsinə səbəb olacaqdır. 
Tədqiqat işinin quruluşu.
Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və 
təkliflərdən ibarətdir. 
Magistr dissertasiyasının giriş hissəsində mövzunun aktuallığı, öyrənilmə 
səviyyəsi, onun məqsəd, vəzifələri və predmeti izah edilmiş, elmi yenilikləri 
verilmişdir. 
«Satış və onun idarə edilməsi» adlanan I fəsildə satışın vəzifə və funksiyaları, 
onun idarə edilməsinin mahiyyəti və məzmunu açılmış, satışın idarə edilməsində 
istifadə edilən kommunikasiya metodları və onların spesifisik xüsusiyyətləri izah 
edilmişdir. 
İkinci fəsildə – «Saıtşın idarə edilməsində kommunikasiya metodlarından 
istifadə edilməsinin müasir vəziyyətinin tətdqiqi» adlanan fəsildə isə satışın idarə 
edilməsində istifadə edilən kommunikasiya metodlarının müasir vəziyyəti təhlil 
edilmişdir. Təhlil nəticəsində aşkar edilmişdir ki, ölkəmizdə satışın idarə edilməsində 
ən çox istifadə edilən kommunikasiya metodu reklamdır. Bununla yanaşı 
kataloqlardan, kuponlardan, məhsulların pulsuz paylanmasından və nümayişlərindən, 
ictimaiyyətlə əlaqədən və digər kommunikasiya metodlarından da istifadə edilir. 

Üçüncü fəsildə – «Satışın idarə edilməsində kommunikasiya metodlarının 


tətbiqinin təkmilləşdirilməsi istiqamətləri» - satışın idarə edilməsində kommunikasiya 
metodlarının tətbiqinin təkmilləşdirilməsinə dair təkliflər: iri istehlakçılarla 
kontaktların yaradılması və satışın həyata keçirilməsi məqsədilə funksiyalararası 
komandanın və ya marketinq üzrə briqadaların yaradılması; elektron mağazanın 
yaradılması; inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması və tətbiq 
edilməsi; 
reklam 
kampaniyalarının 
təşkilində 
istehlakçı 
auditoriyasının 
xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyi; reklamın uzun müddət ərzində həyata 
keçirilməsinin, lakin onun tezliyinin azaldılmasının daha məqsədəuyğun olduğu öz 
əksini tapmışdır. 




Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə