Azərbaycan respublikasi təhs I l naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə26/26
tarix30.04.2023
ölçüsü1,35 Mb.
#107764
1   ...   18   19   20   21   22   23   24   25   26
şəxsi satış

 
REFERATI 
Dissertasiya işi “Müəsisələrdə satışın təşkilinin təkmilləşdirilmə istiqamətləri” 
adlanır. Tədqiqat işi giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.
Girişdə tədqiqatın aktuallığı, məqsədi və vəzifələri, obyekti və predmeti, nəzəri 
praktik əhəmiyyəti, informasiya bazası və strukturu göstərilmişdir.
Mövzunun aktuallığı. Satışın idarə edilməsi müəyyən nəticələrə: satışın 
həcminin və (və ya) bazar payının artırılmasına, məhsulun bazara çıxarılmasına və s. 
nail olması məqsədilə istehlakçılarla kontaktların yaradılmasına və onları məhsulun 
alınmasına inandırmağa yönəldilmiş birbaşa və ikitərəfli prosesdir. Məhsulun ictimai 
faydalılığı, onun cəmiyyətə lazım olan bir məhsul kimi sosial etiraf edilməsi yalnız 
onun realizə edilməsi, satılması nəticəsində baş verir. Hətta ən keyfiyyətli məhsul 
realizə edilmədikdə həmin məhsulun istehsalı resursların səmərəsiz sərf edilməsindən 
başqa bir şey deyildir. Bununla əlaqədar olaraq satışın idarə edilməsinin 
təkmilləşdirilməsinə həmişə xüsusi diqqət yetirilmiş, iqtisadiyyatın inkişafına uyğun 
olaraq satış metodları daima təkmilləəşdirilmiş, daha mütərəqqi və yeni satış 
metodları tətbiq edilmiş və satış heyətinin vəzifə və funksiyaları daima dəyişmişdir. 
Hal-hazırda məhsulların satışı prosesində funksiyalararası komandalar və ya 
marketinq üzrə briqadalar yaradılır. Bütün bunların nəticəsində ənənəvi olaraq 
istehsal edilmiş məhsulların aqressiv satış metodları ilə satışı həyata keçirən satıcılar, 
satış heyəti alıcılara, istehlakçıya satınalmalarda məsləhət verən, onlara müəyyən 


90 
köməkliklər göstərən menecerlərə, funksiyalararası komandanın və ya marketinq üzrə 
briqadaların kapitanına çevrilmişlər. Bütün bunlar satışın idarə edilməsinin 
təkmilləşdirilməsini, o cümlədən satışın idarə edilməsində kommunikasiya 
metodlarının tətbiq edilməsini tələb edir.
Mövzunun aktuallığını müəyyən edən digər amil kommunikasiya və informasiya 
texnologiyalarının inkişafı ilə ələaqədar olaraq interaktiv marketinqin geniş tətbiqi və 
elektron mağazanın yaradılmasıdır. Belə ki, baş veoən bu mütərəqqi dəyişikliklər 
satışın idarə edilməsində kommunikasiya metodlarının tətbiq edilməsini və onun 
təkmilləşdirilməsini ön plana keçirir.
Problemin öyrənilməsi səviyyəsi. Satışın idarə edilməsinin ümumi problemləri 
marketiqə və ticarətin idarə edilməsinə aid ədəbiyyatda bu və ya digər dərəcədə öz 
əksini tapmışdır. Bundan əlavə xarici ölkə mütəxəssisləri Q. C. Boltun, R. L. 
Spironun, U. C. Stentonun, Q. A. Riçin və başqalarının, ölkə alimləri K. Paşayevin, İ. 
Feyzullayevin, Ş. Əsgərovun və başqaların əsərlərində satışın idarə edilməsi 
problemləri tədqiq edilmişdir. Lakin satışın idarə edilməsində kommunikasiya 
metodlarının tətbiqi məsələsi ölkəmizdə xüsusi tədqiqat predmeti olmamışdır. 
Tədqiqatın məqsəd və vəzifələri. Magistr dissertasiyasında satışın vəzifə və 
funksiyalarının öyrənilməsi və satışın idarə edilməsində kommunikasiya metodlarının 
tətbiqinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi, satışın idarə edilməsində 
kommunikasiya metodlarının tətbiqin təkmilləşdirilməsinə dair təkliflərin 
hazırlanması qarşıya məqsəd kimi qoymuşdur. 
Tədqiqatın obyekti. Tədqiqat obyekti kimi Azərbaycan Respublikasının sənaye 
və ticarət müəssisələri seçilmişdir. 
Tədqiqatın predmeti. Tədqiqatın predmeti ölkəmizdə satışın idarə edilməsində 
kommunikasiya 
metodlarından 
istifadə 
edilməsinin 
müasir 
vəziyyətinin 
qiymətləndirilməsi və onun təkmilləşdirilməsi problemləri təşkil edir. 
Tədqiqatın elmi-nəzəri əsasları. Tədqiqatın elmi-nəzəri əsasını kassik və müasir 
iqtisa nəzəriyyələr, satışın idarə edilməsinə elmi-nəzəri yanaşmalar və prktiki 
tövsiyələr təşkil edir.
Tədqiqatın informasiya təminatı. Tədqiqat aparılarkən Azərbaycan Dövlət


91 
Statistika Komitəsinin və ölkə müəssisəlinin məlumatlarından, həmçinin xüsusi
ədəbiyyatdan istifadə edilmişdir. 
Tədqiqatın elmi yeniliyi. Tədqiqat işinin elmi yeniliklərinə: 
- satışın idarə edilməsində kommunkasifya metodlarının yeri və rolunun 
qiymətlndirilməsini; 
- iri istehlakçılarlarla kontaktların yaradılması və satışın həyata keçirilməsi 
məqsədilə funksiyalararası komandanın və ya marketinq üzrə briqadaların 
yaradılmasını; 
- elektron mağazanın yaradılmasının əsaslandırılmasını; 
- inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması və tətbiq 
edilməsi üzrə təklifləri; 
- reklam kampaniyalarının təşkilində istehlakçı auditoriyasının xüsusiyyətlərinin 
nəzərə alınmasının zəruriliyini; 
- reklamın uzun müddət ərzində həyata keçirilməsinin, lakin onun tezliyinin 
azaldılmasının daha məqsədəuyğun olduğunun əsaslandırılmasını aid etmək olar. 
Tədqiqatın praktiki əhəmiyyəti. Magistr dissertasiyasında verilən təkliflərin 
praktikada tətbiq edilməsi satışın idarə edilməsində kommunikasiya metodlarının 
tətbiqinin genişlənməsinə və onun effektliliynin yüksəldilməsinə səbəb olacaqdır. 
Tədqiqat işinin quruluşu. Magistr dissertasiyası giriş, üç fəsil, nəticə və 
təkliflərdən ibarətdir. 
Magistr dissertasiyasının giriş hissəsində mövzunun aktuallığı, öyrənilmə 
səviyyəsi, onun məqsəd, vəzifələri və predmeti izah edilmiş, elmi yenilikləri 
verilmişdir. 
«Satış və onun idarə edilməsi» adlanan I fəsildə satışın vəzifə və funksiyaları, 
onun idarə edilməsinin mahiyyəti və məzmunu açılmış, satışın idarə edilməsində 
istifadə edilən kommunikasiya metodları və onların spesifisik xüsusiyyətləri izah 
edilmişdir. 
İkinci fəsildə – «Saıtşın idarə edilməsində kommunikasiya metodlarından 
istifadə edilməsinin müasir vəziyyətinin tətdqiqi» adlanan fəsildə isə satışın idarə 
edilməsində istifadə edilən kommunikasiya metodlarının müasir vəziyyəti təhlil 


92 
edilmişdir. Təhlil nəticəsində aşkar edilmişdir ki, ölkəmizdə satışın idarə edilməsində 
ən çox istifadə edilən kommunikasiya metodu reklamdır. Bununla yanaşı 
kataloqlardan, kuponlardan, məhsulların pulsuz paylanmasından və nümayişlərindən, 
ictimaiyyətlə əlaqədən və digər kommunikasiya metodlarından da istifadə edilir. 

Üçüncü fəsildə – «Satışın idarə edilməsində kommunikasiya metodlarının 


tətbiqinin təkmilləşdirilməsi istiqamətləri» - satışın idarə edilməsində kommunikasiya 
metodlarının tətbiqinin təkmilləşdirilməsinə dair təkliflər: iri istehlakçılarla 
kontaktların yaradılması və satışın həyata keçirilməsi məqsədilə funksiyalararası 
komandanın və ya marketinq üzrə briqadaların yaradılması; elektron mağazanın 
yaradılması; inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması və tətbiq 
edilməsi; 
reklam 
kampaniyalarının 
təşkilində 
istehlakçı 
auditoriyasının 
xüsusiyyətlərinin nəzərə alınmasının zəruriliyi; reklamın uzun müddət ərzində həyata 
keçirilməsinin, lakin onun tezliyinin azaldılmasının daha məqsədəuyğun olduğu öz 
əksini tapmışdır. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə