Azərbaycan respublikasi təhs I l naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ


FƏSİL I. SATIŞ VƏ ONUN İDARƏ EDİLMƏSİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix30.04.2023
ölçüsü1,35 Mb.
#107764
1   2   3   4   5   6   7   8   9   ...   26
şəxsi satış

FƏSİL I. SATIŞ VƏ ONUN İDARƏ EDİLMƏSİ 
 
1.1. Satışın və onun idarə edilməsinin mahiyyəti və məzmunu 
İxtiyari məhsulun istehlak xüsusiyyətləri, faydalı olması yalnız onun 
istehlakında həyata keçir. Hətta istehlakçılar tərəfdən alınmayan yaxud istehlak 
olunmayan (istifadə olunmayan), bir sözlə realizəsi mümkünsüz olan yüksək 
keyfiyyətli məhsulların istehsal olunması bütün növ resursların səmərəsiz şəkildə sərf 
olunmasından başqa bir şey deyil. Bunun üçün də istehsal olunan məhsulların 
istehsalçıdan istehlakçıya, istehsal məntəqəsindən istehlak məntəqəsinə çatdırılması, 
aralıq məntəqələrdə saxlanması, növlərə ayrılması, qablaşdırılması həyata keçirilməli 
və bu kimi sair əməliyyatlar yerinə yetirilməlidir. Bu əməliyyatlar məhsulların satışı 
və satış sistemi vasitəsilə yerinə yetirilir.
Məhsulların satışı dedikdə məhsul axınlarının formalaşdırılması və istelakçıya 
istiqamətləndirilməsi məqsədilə istehsalçı müəssisə tərəfindən həyata keçirilən 
tədbirlər və ya fəaliyyət başa düşülür. Məhsulların satışı məhsul satışa və ya 
göndərilməyə hazır olduğu andan başlayır son istehsalçı və ya istifadəçi onu aldığı 
anda başa çatır. Deməli, məhsulların satışı məhsulların istehsalçı müəssisələrdən həm 
son istehlakçılara, həm də işgüzar istehlakçılara çatdırılmasında iştirak edən bütün 
aralıq məntəqlərdə yerinə yetirilən əməliyyatları – sifarişlərin qəbulu və işlənməsini, 
məhsulların göndərilmə üçün hazırlanmasını, göndərilməsini və nəql edilməsini, 
aralıq məntəqələrdə həyata keçirilən bütün növ əməliyyatları, ehtiyatların idarə 
edilməsini və s. nəzərdə tutur. 
Məhsulların satışı satış sistemi tərəfindən həyata keçirilir. Satış sistemi dedikdə 
məhsulların istehsalçı müəssisədən son istehlakçıya çatdırılmasında iştirak edən 
bütün təşkilat və müəssisələrin (istehsalçının müvafiq satış xidməti də daxid olmaqla) 
məcmusu başa düşülür. Başqa sözlə desək, satış sistemi biləvasitə məhsulların salqı-
satqısı həyata keçirən vasitəçiləri (topdansatış və pərakəndə ticarət müəssisələrini
istehsalçı müəssisədlərinin satış xidmətini, ticarət və sənaye agentlərini, nəqliyyat və 
anbarları və bu əməliyyatlarda iştiirak edən müvafiq müəssisə və təşkilatları) əhatə 
edir. Satış sistemini aşağıdakı şəkildəki kimi təsvir etmək mümkündür (1.1 saylı 



şəkil). 
Məhsulların satışının, xüsusən də vasitəçilər vasitəsilə satışın meydana 
çıxmasının ən səbəbi məhsulların istehsalı ilə istehlakının məkan, zaman və çeşid 
etibarı ilə üst-üstə düşməməsidir. Belə ki, hər hansı bir məhsul növü müəyyən bir 
məntədə müəyyən bir zaman kəsiyidə istehsal edilir və tam amilə fərqli bir məkanda 
tamamilə fərqli bir zaman kəsiyində istehlak edilir. Bu isə həmin məhsulların istehsal 
məntəqələrindən istehlak məntəqələrinə daşınmasını və bu istehlak və satış prosesinin 
fasiləsizliyinin və ahəngdarlığının təmin edilməsi üçün istehlak və satış 
məntəqələrində müəyyən miqdar satış ehtiyatlarının yaradılmasını tələb edir. Bundan 
başqa hər bir istehlakçı, xüsusən də fərdi istehlakçılar çoxlu sayda çeşiddə məhsul 
istehlak edir. Məhsul istehsalçıları isə istehlakçılar tərəfindən istehlak edilən 
məhulların çeşidi ilə müqayisədə çox məhdud çeşiddə məhsul istehsal edilir. Belə 
olan halda istehlakçılar üçün həmin məhsulları ayrı-ayrı istehsalçılardan almaq 
iqtisadi cəhətdən srfəli deüildir və ya ümumiyyətlə mümkün deyildir. Satış prosesi 
məhz istehlakçılara lazım olan çeşddə məhsul təklif etmək imkanı yaradır. 
Bunun sayəsində məhsulların satışının təşkili məkan, zaman və çeşid
M
ə
hsullar
ı
n xari
c

ö
lk
ə
l
ə
rd
ə
istehsal v
ə
istehlak
ı
M
ə
hsullar
ı

ö
lk
ə
daxilind
ə
istehsal
ı
Hasiledi
c
i s
ə
naye 
sah
ə
l
ə
ri 
Emaledi
c
i s
ə
naye 
sah
ə
l
ə
ri
Topdansat
ı ş
ti
c
ar
ə

İri təsərrüfatlar
D
ö
vl
ə
t (
ic
timai) 
istehlak 
P
ə
r
ak
ə
nd
ə
sat
ı ş
ti
c
ar
ə
ti 
P
ə
paknd
ə
sat
ı ş
ti
c
ar
ə
ti 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə