Azərbaycan respublikasi təhs I l naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 1,35 Mb.
Pdf görüntüsü
səhifə2/26
tarix30.04.2023
ölçüsü1,35 Mb.
#107764
1   2   3   4   5   6   7   8   9   ...   26
şəxsi satış

Problemin öyrənilməsi səviyyəsi.
Satışın idarə edilməsinin ümumi problemləri 
marketiqə və ticarətin idarə edilməsinə aid ədəbiyyatda bu və ya digər dərəcədə öz 
əksini tapmışdır. Bundan əlavə xarici ölkə mütəxəssisləri Q. C. Boltun, R. L. 
Spironun, U. C. Stentonun, Q. A. Riçin və başqalarının, ölkə alimləri K. Paşayevin, İ. 
Feyzullayevin, Ş. Əsgərovun və başqaların əsərlərində satışın idarə edilməsi 



problemləri tədqiq edilmişdir. Lakin satışın idarə edilməsində kommunikasiya 
metodlarının tətbiqi məsələsi ölkəmizdə xüsusi tədqiqat predmeti olmamışdır. 
Tədqiqatın məqsəd və vəzifələri.
Magistr dissertasiyasında satışın vəzifə və 
funksiyalarının öyrənilməsi və satışın idarə edilməsində kommunikasiya metodlarının 
tətbiqinin müasir vəziyyətinin təhlili və qiymətləndirilməsi, satışın idarə edilməsində 
kommunikasiya metodlarının tətbiqin təkmilləşdirilməsinə dair təkliflərin 
hazırlanması qarşıya məqsəd kimi qoymuşdur. 
Tədqiqatın obyekti.
Tədqiqat obyekti kimi Azərbaycan Respublikasının sənaye 
və ticarət müəssisələri seçilmişdir. 
Tədqiqatın predmeti.
Tədqiqatın predmeti ölkəmizdə satışın idarə edilməsində 
kommunikasiya 
metodlarından 
istifadə 
edilməsinin 
müasir 
vəziyyətinin 
qiymətləndirilməsi və onun təkmilləşdirilməsi problemləri təşkil edir. 
Tədqiqatın elmi-nəzəri əsasları.
Tədqiqatın elmi-nəzəri əsasını kassik və 
müasir iqtisa nəzəriyyələr, satışın idarə edilməsinə elmi-nəzəri yanaşmalar və prktiki 
tövsiyələr təşkil edir.
Tədqiqatın informasiya təminatı.
Tədqiqat aparılarkən Azərbaycan Dövlət 
Statistika Komitəsinin və ölkə müəssisəlinin məlumatlarından, həmçinin xüsusi 
ədəbiyyatdan istifadə edilmişdir. 
Tədqiqatın elmi yeniliyi.
Tədqiqat işinin elmi yeniliklərinə: 
- satışın idarə edilməsində kommunkasifya metodlarının yeri və rolunun 
qiymətlndirilməsini; 
- iri istehlakçılarlarla kontaktların yaradılması və satışın həyata keçirilməsi 
məqsədilə funksiyalararası komandanın və ya marketinq üzrə briqadaların 
yaradılmasını; 
- elektron mağazanın yaradılmasının əsaslandırılmasını; 
- inteqrasiya edilmiş marketinq kommunikasiyasının yaradılması və tətbiq 
edilməsi üzrə təklifləri; 
- reklam kampaniyalarının təşkilində istehlakçı auditoriyasının xüsusiyyətlərinin 
nəzərə alınmasının zəruriliyini; 
- reklamın uzun müddət ərzində həyata keçirilməsinin, lakin onun tezliyinin 



azaldılmasının daha məqsədəuyğun olduğunun əsaslandırılmasını aid etmək olar. 

Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə