Baki universitetiNİn xəBƏRLƏRİ



Yüklə 152,76 Kb.
Pdf görüntüsü
tarix20.09.2017
ölçüsü152,76 Kb.
#627


 

141 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Sosial-siyasi 

elmlər seriyası   

 

2013 

 

 

 

 

 

 

 

 

UOT 159.9:316.37  

 

HƏRBÇİ FƏALİYYƏTİNDƏ PSİXOLOJİ MÜŞAYİƏTİN 

XÜSUSİYYƏTLƏRİ 

 

E.İ.ŞƏFİYEVA 

Bakı Dövlət Universiteti 

shafiyeva@ mail.ru 

 

Məqalədə öncə psixoloji müşayiət anlayışı, onun məqsəd və vəzifələri araşdırılır. Hərb-

çi  fəaliyyətində  psixoloji  müşayiətin  əsas  istiqamətləri  sırasında  psixoprofilaktika,  psixo-

diaqnostika,  psixoloji  korreksiya,  psixoloji 

məsləhət,  psixoterapiya  təhlil  edilir,  həmçinin 

mürəkkəb təlim-döyüş şəraitində psixoloji müşayiət texnologiyası məsələsi araşdırılır. 

 

Açar  sözlər:  psixoloji  müşayiət,  psixoloji  müşayiətin  istiqamətləri,  hərbçilərin  psixo-

gigiyena 

və  psixoprofilaktikası,  hərbi  sistemdə  psixodiaqnostikanın,  psixoloji  korreksiyanın, 

psixoloji 

məsləhətin,  psixoterapiyanın  xüsusiyyətləri  və  əhəmiyyəti,  psixoloji  müşayiət 

texnologiyası  



 

Psixoloji 

müşayiət  anlayışı,  onun  məqsəd  və  vəzifələri.  Psixoloji 

müşayiət insana çətinlikdən, mürəkkəb xidməti, təlim-döyüş mühitindən uzaq-

laşmaq yox, şüurlu, məsuliyyətli, müstəqil seçim edib qərar qəbulu imkanları 

üçün 


şərait yaratmaqdır. Müasir dövrdə informasiya bolluğu şəraitində onları 

insanın  qavraması,  dərk  etməsi,  tez  və  düzgün  qərar  qəbulu  prosesi  xeyli 

çətinləşmişdir. İnsan beyninin imkanları geniş olsa da, onun psixikasının belə 

sürətlə  və  operativ  fəaliyyəti  üçün  müəyyən  iş  aparılmalı,  bilik,  bacarıq  və 

vərdişlər  aşılanmalıdır.  İstənilən  hərbi-əməliyyat  tapşırığının  icrası  hərbçidən 

müəyyən emosional gərginlik, məsuliyyət hissi yaranmasını, orqanizmin bütün 

gücünün 

səfərbərliyini,  təhlil,  tərkib  və  ümumiləşdirmə  kimi  fikri  əməliyyat-

ların köməyilə qərar qəbulunu, görüləcək işin icrasını tələb edir. Bu prosesin 

səhvsiz, fəsadsız və uğurlu getməsində psixoloq həm məsləhətçi, həm köməkçi, 

həm də ekspert kimi hərbçinin yanında olmalıdır. Bu hərbi psixoloji xidmətin 



 

142 


vəzifəsidir.  Lakin  bu  heç  də  o  demək  deyil  ki,  psixoloq  hərbçinin  əvəzinə 

fəaliyyət göstəməlidir.  

Etimoloji  olaraq  «

müşayiət»  birgə  hərəkət  etmə,  yardımçı  olma,  çətin-

likləri dəf etməkdə başqasına köməklik göstərməkdir. İzahlı lügətdə müşayiət 

etmək  –  kiminləsə  birgə  olmaq,  ona  yoldaşlıq  etmək  kimi  verilmişdir. 

Müşayiət-iki  şəxsin  görüşü  və  müəyyən  yolu  yoldaşlı,  birgə  keçməsidir. 

Deməli, bu anlayış özündə müəyyən məkan və zamanda ümumi yolun: 1) qət 

olunması; 2) birgə fəaliyyət və qarşılıqlı təsir; 3) təhlükədən müdafiə və yardım 

kimi 


halları cəmləyir. 

Psixoloji 

müşayiət həyatın müxtəlif mərhələlərində çətinlikləri olan hərb-

çilərin  gizli  daxili  ehtiyatlarının, imkanlarının  qabiliyyətinin axtarılmasına  və 

bunlara  istinad 

etməklə  şəxsin  özünüdərkinin  inkişafına,  düzgün  qarşılıqlı 

münasibətlərinin  yaranmasına,  ümumilikdə  insanın  şəxsi  resurslarını  (imkan-

larını) aktivləşdirməyə xidmət edir (19).  

Hər bir konkret halda psixoloji müşayiətin vəzifələri yardım göstərilənin 

şəxsiyyətinin xüsusiyyətləri ilə müəyyən olunur. 

 

İnsanın gücünə, şüuruna, qabiliyyətinə və imkanlarına inam və ümumi-



likdə,  humanist  münasibət  çərçivəsində  birgə  iş  psixoloji  müşayiətin  əsas 

prinsipidir. 

İnsanın  gündəlik  real  həyatına  bağlılıq,  prosesuallıq,  şəraitin  iştirakçıları 

arasında xüsusi münasibət psixoloji müşayiətin əsas səciyyəsidir (5, 12). 

 

Beləliklə,  hərbçi  fəaliyyətində  psixoloji  xidmətin  əsasını  təşkil  edən 



psixoloji 

müşayiətin əhəmiyyətini və rolunu belə ümumiləşdirmək olar:  

1.  Hərbi  işlərin  bir  çox  mürəkkəb  növlərinə  cəlb  olunan  şəxslər  xüsusi 

qabiliyyət və xarakter əlamətlərinə malik olmalıdırlar. Onların seçimində psi-

xoloji 

müşayiətin bir istiqaməti olan psixodiaqnostikadan istifadə olunmalıdır. 



Psixodiaqnostikada mövcud metodikalar (

sorğular, testlər, proyektiv şəxsiyyət 

və biblioqrafik metodikalar və s.) vasitəsilə bu seçim aparılmalıdır (1, 2). Hərbi 

yönümlü  tədris  müəssisələrində  təhsil  alan,  ixtisaslaşma  və  ixtisasartırma 

kurslarına cəlb olunan şəxslər bu yolla seçilməlidir. 

2.  Hərbi  fəaliyyət  mürəkkəb  şəraitdə  keçdiyindən  hərbçinin  psixoloji 

müşayiəti  onların  işinin  uğurunu  təmin  edir.  Hərbçi  mütəxəssis-psixoloqların 

tövsiyələrindən  və  ya  yiyələndikləri  müəyyən  psixoloji  üsullardan  istifadə 

etdikdə keçirdikləri təlim-döyüş və əməliyyat tədbirləri uğurlu olur (1, 2). 

3. Hərbçinin fəaliyyəti bilavasitə insanla ünsiyyətdən ibarət olduğundan 

onlar insan 

psixologiyasına çox yaxşı bələd olmalıdırlar. İnsan psixologiyasına 

müəyyən bələdlik onda xidməti fəaliyyəti dövrü, yəni həyat təcrübəsilə yaranır 

və  güzəran  səviyyəsində  ancaq  onun  həyatda  gördüklərinə  əsaslandığından 

məhdud  imkanlara  malik  olur.  Psixoloji  müşayiətin  aşıladığı  bacarıq  və 

vərdişlər isə elmi-psixoloji biliklərə əsaslandığından bütün həyati situasiyalar-

da 

və  xidməti  fəaliyyət  tədbirlərində  düzgün  istiqamət  göstərməyə  qadirdir. 



Psixoloji 

qanunauyğunluqlardan,  psixoloji  müşayiətin  müəyyən  istiqamət-

lərindən istifadə etdikdə hərbçinin apardığı tədbirin icrasında uğurlar olur.  



 

143 


4. Hərbçi mürəkkəb təlim, döyüş və əməliyyat şəraitində həm keçirdiyi 

tədbirlərdən əvvəl, həm müəyyən hadisələr zamanı, həm də tədbirlərdən sonra 

ne

cə  davranmaları,  stresə  qarşı  davamlı  olmaları  ilə  bağlı  mütəxəssis-psi-



xoloq

ların məsləhətlərinə uyğun emosional, ruhi vəziyyətini korreksiya etdikdə 

səhvsiz və uğurlu fəaliyyət göstərir (1, 2). Müasir dövrdə hərbçi fəaliyyətində 

belə iş mexanizmi günün tələbinə çevrilmişdir və dünyada geniş tətbiq olunur. 

5.  Hərbçi  psixoloji  müşayiət  vasitəsilə  fəaliyyətində  olan  müəyyən 

çətinlikləri, ruhi vəziyyəti ilə bağlı problemləri tez aradan qaldırmağa qadir olur. 



Psixoloji 

müşayiətin əsas istiqamətləriTəhsil müddəti kursant şəxsiyyə-

tinin  formalaşmasında  psixoloji  müşayiət  5  istiqamətdə  həyata  keçirilə  bilər: 

psixoprofilaktika,  psixodiaqnostika,  psixoloji  korreksiya,  psixoloji 

məsləhət, 

psixoterapiya. 

1. Psixoprofilaktika – ruhu qoruma 

mənası verir, normal insanlarda psixi 

və  fiziki  gərginlik,  kəskin  psixi  zədə  reaksiyaları  nəticəsində  yaranan  sinir-

psixi,  psixosomatik 

xəstəliklərin  yaranmasının  qarşısını  almağa  yönəlmiş 

psixoloji 

yardımdır.  Münaqişələrin  tənzimlənməsi,  qrupda  münasib  psixoloji 

iqlimin 

qorunmasında psixoprofilaktik tədbirlər vacibdir (11). 

Psixogigiyena  - 

şəxsiyyətin  psixi  xüsusiyyətlərinin  inkişafına,  həyat  və 

əmək  şəraitinin  yaxşılaşdırılmasına,  şəxsiyyətlərarası  münasibətlərin  düzgün 

qurulmasına,  ətraf  aləmin  zərərli  təsirlərinə  qarşı  psixikanın  müqavimətini 

artıran  optimal  şəraitin  yaradılması  hesabına  insanın  psixi  sağlamlığının 

qorunması tədbirləridir (13). 

Psixoprofilaktika 

və psixogigiyenanın vəzifələri: 

xidmət  dövrü  hərbçilərdə  psixi  pozuntuların  və  əsəb-psixi  gərginliyin 



yaranma 

səbəblərini  öyrənmək  və  qabaqlayıcı  tədbirlər  vasitəsilə  qarşısını 

almağa yönəlmiş tösiyələr hazırlamaq; 

hərbçilərdə psixi gərgin halı erkən dövrdə müəyyənləşdirmək; 



hərbçilərə gərgin, stress vəziyyəti yerindəcə yaşayıb qurtarma ilə bağlı 

vərdişlər  aşılamaq,  səthi  psixi  pozuntusu  olanları  ambulator  şəraitdə  müalicə 

etmək və nəzarətdə saxlamaq; 

əmək və döyüş qabiliyyətini artırmaq üçün fiziki və psixi yükün düzgün 



bölünməsi ilə bağlı tövsiyələr hazırlamaq; 

təhsil  dövrü  və  peşə  fəaliyyəti  zamanı  yüksək  psixoemosional  gər-



ginliyin 

qarşısını almaq;  

stresdən  sonrakı  pozuntusu  (posttravmatik stress sindromu)  olan 



hərbçilərin tibbi-psixoloji reabilitasiya və psixoloji korreksiyasını aparmaq; 

hərbçilərə  psixogigiyena  və  psixoprofilaktikanın  onlar  üçün  aktuallıq 



kəsb edən məsələləri ilə bağlı maarifləndirici bilik vermək. 

Hərbi  sistemdə  psixoprofilaktikanın  müəyyən  meyarlara  görə  təsnifatı 

mövcuddur: 

tədbirlərin xarakterinə görə - sosial-iqtisadi və tibbi; 



səviyyələrinə görə – dövlət, ictimai və fərdi; 




 

144 


gücünə görə – rəhbərlik, tibbi xidmət, psixoloqlar, psixofizioloqlar və 

şəxsi heyətlə iş üzrə şöbə tərəfindən aparıla bilər (7). 

İlkin psixoprofilaktika insanın orqanizminə və psixi vəziyyətinə, zərərli 

təsirləri öyrənməyə və psixi xəstəliklərin qarşısını almağa yönəlmiş tədbirlər-

dən ibarətdir. 

Bu  zaman  psixi

kanın  neqativ  təsirlərə,  stresslərə  müqaviməti  artır  və 

xəstəliklərin  qarşısı  alınır.  Bunun  üçün  ilk  növbədə  sosial-iqtisadi  və  məişət 

şəraitinin,  istirahətin  təşkili,  xidməti  fəaliyyətin  düzgün  aparılması  kimi 

məsələlər həll olunmalıdır.  

İkinci psixoprofilaktika artıq müşahidə olunan psixi gərginliyin, davranış 

pozuntusunun neqativ 

fəsadlarının qarşısını almağa yönəlmiş tədbirlərin aparıl-

masıdır. Bu zaman tibbi xidmətin və psixoloqun gücündən istifadə edilməlidir. 

Üçüncü  psixoprofilaktika 

xəstəliklərin  xroniki  xarakter  almasının  və 

əlilliyin  neqativ  sosial  fəsadlarının  qarşısını  almağa  yönəlmiş  tədbirlərdən 

ibarətdir. Bu işi tibbi xidmətin mütəxəssisləri reallaşdırmalıdır (3). 

2.  Psixodiaqnostika  -  (yunanca  psycho-ruh,  diaqnosticos-

dərk  etməyə 

qadir, gnoseos–

dərketmə) şəxsiyyətin fərdi-psixoloji xüsusiyyətlərinin, qiymət-

li 


dəyərləri,  yönəlişləri,  maraqları,  motivasiya  və  emosional-iradi  xüsusiy-

yətləri,  sinir  sisteminin  və  temperamentin  xüsusiyyətləri,  psixi  proseslərin 

inkişaf səviyyəsinin tədqiqi və qiymətləndirilməsidir (6). 

Psixodiaqnostikada 

istifadə  edilən  metodlar  çox  müxtəlifdir.  Psixi  pro-

ses


lərin  (duyğu,  qavrayış,  diqqət,  hafizə,  təfəkkür,  təxəyyül,  emosional-iradi 

pro


seslər)  diaqnostikası  üçün  çoxsaylı  metodlar  mövcuddur.  Sorğu,  müxtəlif 

test


lər, proyektiv metodlarla şəxsiyyətin tədqiqi metodları psixologiyada geniş 

tətbiq olunur. Onlar xidməti fəaliyyəti dövrü hərbçilərin ünsiyyətdə olduqları 

şəxslərin  psixi  proseslərinin  inkişaf  səviyyəsinin,  şəxsiyyət  xüsusiyyətlərinin, 

psixi  xas

sələrinin müəyyən edilməsi üçün vacibdir (14, 16). Nəticədə hərbidə 

əməliyyat tapşırıqlarının icrası zamanı səhvləri minimuma endirmək mümkün-

dür. 

Belə psixodiaqnostik işin aparılması mütəxəssis psixoloqun funksiyasıdır. 



Belə  psixodiaqnostik  çəkiyə  malik  üsüllardan  biri  müşahidə  zamanı  insanın 

bədən dili və ya zahiri əlamətlərinə görə şəxsin fərdi xüsusiyyətlərinin təyini-

dir.  Psixoloqlar

ın tez tez təkrarlamağı sevdikləri bir fikir var: kimin necə bir 

adam oldu

ğunu bilmək istəyirsənsə, onun üzünə (üz qırışlarına, qaşlarına, göz-

lərinə, burnuna, ağzına, dodaqlarına, qulaqlarına, gülüşünə) diqqətlə bax. 

3. Psixoloji korreksiya - (yunanca psycho-ruh, 

latınca corrigo-düzəltmək, 

yönəltmək) psixikanın bu və ya digər sahələrinə məqsədyönlü psixoloji təsirdir. 

Psixokorreksiya 

zamanı  fərdin  hərtərəfli  fəaliyyət  və  inkişafını  təmin  etmək 

məqsədilə onun psixikasının göstəricilərinin normal həddə çatdırılmasına nail 

olunur. 


Mütəxəssis  psixoloqların  istifadə  etdiyi  psixokorreksiya  üsulları  çox 

olsa  da


,  hərbçi  onların  bəzilərindən  sərbəst  istifadə  edə  bilər.  Bu  baxımdan 

musiqi 


terapiyası, artterapiya, proyektli rəsm və s. metodlar səmərəlidir (4, 9). 

Musiqi terapiyas

ında musiqidən bir korreksiya vasitəsi kimi istifadə olu-

nur. Musiqi terapiyas

ının  çoxsaylı metodlarına tam bir varlıq kimi baxılır və 



 

145 


t

əsirin  əsas, aparıcı  amili  sayılır. Musiqi terapiyası  həm də  digər korreksiya 

üsullar

ını musiqi ilə tamamlayaraq, bu üsulların effektliyini artırır. Emosional 



d

əyişikliklər, qorxu, hərəki və  dil pozuntuları, psixosomatik xəstəliklər, dav-

ran

ış pozğunluğu zamanı musiqi terapiyasından geniş istifadə olunur. II Dünya 



müharib

əsindən sonra musiqi ilə  müalicə  müxtəlif psixi pozuntuların müali-

c

əsində geniş tətbiq edilmişdir. O iki istiqamətdə müəyyənləşdirilir: 1) Ame-



rika m

əktəbi; 2) İsveç məktəbi. 



Amerika musiqi terapiyas

ı- empirik-klinik istiqamətə malikdir. Bu, əsas 

etibaril


ə  müxtəlif forma və  tərkibli musiqinin göstərdiyi kliniki effektin 

t

əsiridir. Bunun əsasında musiqinin “müalicəvi” kataloqu tərtib edilir. Öz 



növb

əsində  bu, musiqi farmakologiyasıdır və  tərkibində  müalicəvi təsirin iki 

t

ərəfi ayırd edilir: stimullaşdırıcı və sedativ. Psixoanaliz tərəfdarları musiqinin 



t

əsirini maraq dairəsinə nüfuz ilə izah edirlər. Musiqinin effektinin izahı üçün 

istifad

ə edilən “katarsis” anlayışına onlar prinsipcə başqa məna verirlər. Musiqi 



yaln

ız emosional gərginliyi azaldan və  ya aradan qaldıran vasitə  deyildir, o 

h

əmçinin seksual enerjinin xaric olması üçün bir kanaldır. 



İsveç  məktəbi-psixologiyanın dərinliyinə  girərək, belə  hesab edir ki, 

musiqi terapiyas

ının korreksiya işində  mərkəzi rolu kənara  çəkilməlidir, belə 

ki, musiqi öz spesifik xüsusiyy

ətlərinə görə, şəxsiyyətin dərin qatlarına nüfuz 

edir. Alt

şuler pasientlərdə  bir sıra psixoloji dəyişikliklər kəşf etmişdir: belə 

musiqinin t

əsirindən yaranmış adekvat vəziyyət “musiqi terapiyasının izoprin-

sipi” adland

ırılmışdır. Belə  ki, xəstə  ilə  söz qıtlıgı  yaranan zaman onunla 

kontakt


ı  bərpa etmək məqsədilə  və  pasientin emosional tonusunu aradan 

qald


ırmaq  üçün uyğun musiqi seçılır. Başqa sözlə  desək, depressiya zamanı 

yava


ş, sakit musiqinin, oyanıq vəziyyətdə ikən-bərk və sürətli templi musiqinin 

ifas


ı  məqsədəuyğun sayılır. Musiqi terapiyasının tarixi bu prinsipin praktiki 

t

ətbiqi  üçün  çoxlu sayda misallara malikdir. Musiqi proqramının düzgün 



seçimi-musiqi terapiyas

ının açar faktorudur. Müştəri ilə kontakta girməsi üçün 

musiqi onun emosional v

əziyyətinə uyğun gəlməlidir 



Artterapiya. Artterapevtik t

əsirin vacib üsullarından biri aktiv təsəvvür 

üsuludur. Burada iki 

əsas ünsür bir-biri ilə üzləşir: şüurlu və şüursuz; onlar bir-

biri il

ə  affektiv qarşılıqlı  təsir vasitəsilə  barışdırılır. Artterapevtik korreksiya 



t

əsiri insana özünüifadə  və  özünürealizə  etməkdə  praktiki olaraq məhdudiy-

y

ətsiz imkanlar yaradır,  öz “Mən”ini dərk etməkdə  və  təsdiq etməkdə  ona 



köm

ək edir. Korreksiya mexanizminin digər imkanlarından biri kimi, hər iki 

t

ərəfin nümayəndəsinin fikrincə, yaradıcılıq prosesi meydana  çıxır, reallıq, 



əvvəllər tədqiqatlardan gizlədilən, yeni münasibətləri təcəssüm etdirən hallar 

anlad


ılır. Artterapiya kifayət qədər geniş  yayılmış, 1960-cı  ildə  Amerikada 

Amerika Artterapevtik Assossiyasiyas

ı təşkil edilmişdir. Buna oxşar qurumlar 

h

əmçinin İngiltərə, Yaponiya, Hollandiyada da yaradılmışdır. Artterapiya həm 



əsas, həm də  köməkçi metod kimi tətbiq edilə  bilər. Onun hər iki metodunu 

xarakteriz

ə edən iki təsir mexanizmini göstərmək lazımdır: 



 

146 


I mexanizm ondan ibar

ətdir ki, incəsənət xüsusi simvolik formada konf-

liktli, z

ədələnmiş  vəziyyəti rekonstruksiya edir və  onun həllini subyektin 

kreativ qabiliyy

əti əsasında tapır. 



II  mexanizm  t

əbiətin estetik reaksiyaları  ilə  bağlıdır. Bu bağlılıq təsiri 

əziyyətli, ağrılı  affektdən ləzzət, həzzverici hala qədər” dəyişməyə  imkan 



yarad

ır. 


R

əsm çəkmək (proyektli rəsm)-yaradıcılıq aktıdır. O, hərbçiyə (kursanta) 

özünü  tan

ımasına, fikir və hisslərini açıq şəkildə bildirməsinə, güclü həyəcan 

v

ə konfliktlərdən azad olmasına, özünün özü olmasına, arzu və ümidlərini sər-



b

əst  şəkildə  ifadə  etməsinə  şərait yaradır. Bu, təkcə  onun  ətrafındakı  sosial 

h

əqiqətləri dərk etməsində  özünü  biruzə  vermir, həm də  bu  həqiqətlərin 



modell

əşməsini, ona olan münasibətləri əks etdirir. Bəzi alimlər rəsm çəkməyə 

orqanizmin t

əkmilləşmə  proqramının yerinə  yetirilməsi yollarından biri kimi 

bax

ırlar. Rəsm  çəkmək hərəki-hissi koordinasiyanı  inkişaf etdirir. Digər 



f

əaliyyət növləri ilə müqayisədə o daha layiqli yer tutur. Bu, onunla izah olunur 

ki, o, bir çox psixi prosesl

ərin uzlaşmış iştirakını tələb edir. Rəsm prosesi həm 

d

ə  konkret bədii  təfəkkürlə  əlaqələndirilir: burada əsas güc beynin sağ 



yar

ımkürəsinə düşür. Mücərrəd məntiqlə əlaqələndirilən fəaliyyətə beynin sol 

yar

ımkürəsi cavabdehlik daşıyır. Rəsm-orqanizmin vacib funksiyaları  olan 



görm

ə, hərəkət koordinasiyası, danışıq, düşüncə  və  sairənin hər birini ayrı-

ayr

ılıqda nəinki inkişaf etdirir, həmçinin onları  bir-biri ilə  uzlaşdırır.  Rəsm 



çəkərkən, insan öz hisslərinə, arzularına, gələcəyə inamına geniş yer verir, öz 

münasib


ətlərini müxtəlif vəziyyətlərdə  yenidən qurur, bir sıra qorxuducu, 

xo

şagəlməyən və  zədələyici obrazlara ağrısız yanaşır. Beləliklə, rəsm-psixi 



g

ərginliyin, stres hallarının aradan götürülməsi  üçün, nevroz və  qorxuların 

korreksiyas

ı üçün geniş istifadə olunur. 

4.  Psixoloji 

məsləhət - (yunanca psycho-ruh, latınca consulo –müzakirə 

etmək, qayğısına qalmaq, düşünmək) insanı vacib psixoloji məlumatlarla təmin 

edir 


və psixoloqla ünsiyyət nəticəsində həyati çətinlikləri dəf etmək və konkret 

şəraitdə uğurlu yaşaması üçün imkan yaradır (17). 

 

Psixoloji məsləhət praktik psixologiyanın xüsusi sahəsidir və mütəxəsis 



psixoloqlar tərəfindən  psixoloji  yardıma  ehtiyacı  olan insana  kömək  məqsədi 

daşıyır, yəni:  

 1)  psixoloji 

təsir hər bir fiziki və psixi sağlam olan həyatdakı psixoloji 

problemlərin həllinin mövcudluğuna inanan insanlara göstərilir; 

2) 


insanın  (məsləhətə  gələn  normal  inkişafa  malik,  lakin  müvəqqəti 

stress,  psixi 

sarsıntı  keçirən  şəxs  ola  bilir)  problemlərin  həlli  məsləhət  xa-

rakterli olub

, sağlam düşüncəyə və həyat təcrübəsinə əsaslanır; 

3) probleminin 

həllinə  inanan  şəxsə  professional  və  mənəvi  kömək 

göstərilməsi; 

4) 

psixoloji  məsləhəti  digər  psixoloji  yardım  üsulları  ilə  əlaqələndirilir 



(16). 

Psixoloji 

məsləhətin vəzifələri aşağıdakılardır: 



 

147 


a) məsləhət zamanı problemin məzmununu tam aydınlaşdırmaq; 

b)  şəxsə  onun  probleminin  məzmunu  və  ağırlıq  dərəcəsi  haqqında 

məlumat vermək; 

c) 


qısa  müddət  ərzində  problemin  həllinə  yönələn  metod  və  üsullar 

seçm


ək; 

ç) şəxsi öz probleminin həllinə istiqamətləndirmək; 

d) öz probleminin həlli mərhələsinə çatan əlavə əlavə kömək göstərmək. 

Məsləhət zamanı ünsiyyətin xüsusiyyətləri. Adətən şəxsə onunla ünsiy-

yətdən razılıq və ya narazılığı bildirmək üçün kiçik kəlmələrlə danışaraq başa 

salmaq olar. Belə sözlər onun söhbətini davam etdirməsinə şərait yaradır. Məs: 

”Davam edin!”, “Bəli başa düşürəm!”, ”Bəli anlayıram!” M-mm!”,”Aha”. Bu 

sözlərin hərfi mənasına nəzər salsaq, belə məna verir:  

”Davam edin! Mən sizin yanınızdayam və sizi diqqətlə dinləyirəm !”  



Bu yanaşma şəxsin həyəcanlanmasının qarşısını alır.  

Məsləhətçi  şəxsi  sakitləşdirmək  üçün,  adətən,  aşağıdakı  sözlərdən  isti-

fadə edir :  

-

”Çox yaxşı !”, “Buna görə narahat olmayın!”  



-

“Siz düzgün hərəkət etmisiniz!”  

-

”Vaxtaşırı hər kəs özünü belə hiss edir! ”  



-“Bu, asan olmayacaq!”  

-

“Mən əmin deyiləm, yalnız düşünürəm ki, siz cəhd edə bilərsiniz ! “  



Psixoloji 

məsləhətin məqsədinin müəyyənləşdirilməsi: psixoloji məsləhət 

psixologiya 

praktikasında  peşə  kimi  psixoterapiyadan  ayrılmış  nisbətən  yeni 

bir 

sahə  hesab  olunur.  Bu  peşə  klinik  pozuntuları  olmayan,  lakin  psixoloji 



kömək axtaran insanların tələbatlarına əsasən meydana çıxmışdır. Ona görə də, 

psixoloji 

məsləhətə gündəlik xidməti və xidmətdənkənar həyatda çətinliklərlə 

üzləşən  hərbçilər  müraciət  etməlidir.  Həqiqətdə  problemin  spektri  genişdir: 

xidmətdə çətinliklər (işdən narazı qalmaq, rəhbərlik və həmkarlarla konfliktdə 

olma, 


işdən  çıxarılmaq  ehtimalının  olması,  əməliyyat  tapşırıqlarının  icrası 

zamanı  ünsiyyət  çətinlikləri, ehtiyata  və  ya  təqaüdə  çıxma  ilə  bağlı  yaranan 

problemlər və s.), şəxsi həyatın normal qurulmaması və ailədə çəkişmələr, özü-

nəinamın  və  özünəhörmətin  olmaması,  qərarların  qəbul  edilməsində  çətinlik 

çəkmək, şəxsiyyətlərarası münasibətlərin yaradılmasında çətinliklər və s. Psi-

xoloji 


məsləhətin predmetinin qeyri-müəyyənliyi onun tərifinin müxtəlifliyndə 

öz 


əksini tapır. Məsləhət-şəxsiyyətlərarası münasibətlərin yaradılması, şəxsiy-

yətin  təkmilləşməsi,  ailə,  nigah,  peşə  karyera  ilə  problemlərin  həllinə  və 

qərarların  qəbul  edilməsinə  istiqamətlənmiş  prosedurlar  toplusudur.  H.Bruks 

və B.Stefirre (1979) məsləhətin daha geniş tərifini təklif etmişlər. «Məsləhət – 

ixtisas

laşmış  konsultantla  kliyentin  elə  peşəkar  münasibətidir  ki,  o,  adətən 



«

şəxsiyyət-şəxsiyyət»  kimi  təqdim  olunur,  lakin  bəzən  orada  iki  nəfərdən  də 

çox adam 

iştirak edir». Məsləhətin məqsədi- şəxsə onun həyatında baş verən-

ləri  anlamağa,  emosional  və  şəxsiyyətlərarası  münasibətlər  zəminində  olan 



 

148 


problemlərin  həllinin  şüurlu  şəkildə  seçilməsi  əsasında  qarşıya  qoyulmuş 

məqsədə çatmaqda köməklik göstərməkdir.  

 

Məsləhət  kontaktı  dinamikdir.  Bu  zaman  bir  adam  digərinə  pozitiv 



istiqamətdə inkişafa yönəlmiş özünün potensialını aktuallaşdırmaq üçün daxili 

resursdan istifad

ə etməyə kömək edir. 

 

Bu kontaktın bir neçə xüsusiyyətlərini göstərmək olar: 



A. Emosiona

llıq:  (kontakt  koqnitiv  deyil,  emosionaldır):  o,  şəxsin 

yaşantılarının tədqiqi kimi başa düşülür. 

B. İntensivlik: belə kontakt səmimi münasibətlərin qarşılıqlı mübadiləsi 

kimi başa düşülür. O, intensiv ola bilməz. 

C. Dinamiklik: 

şəxs dəyişən zaman kontaktın xüsusiyyəti dəyişir. 

Ç. 


Məxfilik: məsləhətçinin vəzifəsi şəxs haqqında məlumatı yaymamaqdır. 

D. 


Dəstək vermək: şəxsə daimi dəstək sabitliyi təmin edir. 

E. Xeyirxahlıqşəxsin psixoloji problemlərini həll etmək üçün məsləhət 

kontaktını səmərəli edən davranış (10). 

5.  Psixoterapiya  -  (yunanca  psycho-  ruh, 

latınca  therapeia-müalicə) 

peşəkar  fəaliyyətin  xüsusi  növü  olub,  xüsusi  müəssisələr  tərəfindən  psixoloji 

xarakterli 

çətinlikləri dəf etmək üçün şəxsiyyətlərarası qarşılıqlı təsir və digər 

psixoloji 

vasitələrlə aparılır (13). 

Oyun terapiyas

ı  və  psixodram-hərbçinin  xidməti  və  xidmətdənkənar 

həyatında  rastlaşdığı  problemləri  yenidən  oynamaqla  onlara  bu  çətinlikləri 

aradan qaldırmağa, həlli çətin olan məsələlərin həlli yollarının araşdırılmasına 

nəlmiş  psixoterapevtik  təsir  metodudur.  Bu  metod  formalaşmaqda  olan 



hərbçilərin (kursantların) şəxsiyyətinin inkişafına böyük təsir göstərir. Adətən 

hərbçilərlə aparılan oyunlar qrupda aparılan psixoterapiyada və sosial-psixoloji 

treninql

ərdə  xüsusi məşğələlər, tapşırıqlar  şəklində  olur, qrup iştirakçıları 

aras

ında yaxın münasibətlərin yaradılmasına köməklik edir, gərginliyi azaldır, 



ətraf mühitdə  həyəcan və  qorxunu aradan qaldırır,  özünüqiymətləndirməni 

art


ırır, davranışın müxtəlif anlarında özünü yoxlamaq qabiliyyətini yüksəldir, 

sosial 


əhəmiyyətli nəticələrin qorxusunu aradan götürür (20). 

Psixoterapiyada oyunlar

ın səciyyəvi xüsusiyyəti-onun iki planlı olmasın-

dad


ır, yəni dram sənətinə  xas olan istənilən kollektiv oyunda saxlanılan 

elementl


ər toplusudur: 

1. Oyunçu real oyununu yerin

ə yetirir. Bu oyun çox vaxt konkret, qeyri-

standart m

əsələlərin həlli ilə əlaqədar olan hərəkətlərdən ibarət olur. 

2. Bu, f


əaliyyətdəki bir sıra anlardır ki, onlar şərti xarakter daşıyır. Bu 

anlar cavabdehlik da

şıyan real məqamdan uzaqlaşmağa gətirib çıxarır. 

İki  planlı  oyunlar inkişafın səmərəliliyindən asılıdır.  Kursantların  məş-

ğələ  oyunlarında psixokorreksiya effekti iştirakçılar  arasında yaranan müsbət 

emosional kontakt zaman

ı  baş  verir. Oyun-neqativ emosiyaları, qorxu və 

h

əyəcanı,  özünə  inamsızlığı  korreksiya  edir  və  ya  aradan  qaldırır, uşaqların 



ba

şqaları  ilə  münasibətdə  olmasını  və  beləliklə, onlar arasında yaranan təsir 

diapazonunu art

ırır.  



 

149 


Psixoterapiyada  psixodramdan 

istifadə  olunur. Psixodram-rollu oyunu 

t

əqdim edən, qrupla iş  metodudur. Onun gedişatında  dramlaşdırılmış 



improvizasiyadan qrup i

ştirakçılarının daxili aləminin öyrənilməsi üsulu kimi 

istifad

ə edilir, şəxs üçün vacib problemlərlə əlaqədar olan hisslərin gizli ifadəsi 



üçün 

şərait yaradılır. Psixodram oyun prinsipinə əsaslanır (18). 

Korreksiya metodu kimi dramdan istifad

ə  etmək 1892-1974-cü illərdə 

ya

şamış Yakob Levi Moreno tərəfindən aparılan eksperimentin nəticəsi kimi I 



Dünya müharib

əsi qurtardıqdan sonra qəbul edilmişdir. Bu eksperiment “gizli 

te

atr”  adını  almışdır.  Moreno  ilk  dəfə  olaraq, oyun metodikasının  terapevtik 



potensialı haqqında fikirlər irəli sürmüşdür. Moreno həmçinin Vyana parkların-

da oynayan u

şaqların  fantaziyalarına  da  diqqət yetirmişdir. Morenonun 

fikirl


ərinə görə, təsir metodu kimi psixodram ideyası o vaxt yaranmışdır ki, ona 

teatrından olan bir nəfər aktyor nişanlısı ilə münasibətlərdəki problemlər haq-

qında  danışıbmış.  Truppanın  təkidi ilə  Moreno aktyoru (öz  şəxsi problemləri 

il

ə  birgə) səhnəyə  çıxarmış  və  bunu rol  şəklində  nümayiş  etdirmişdir.  Öz 



metodikasını  yaradaraq,  Moreno  belə  qərara  gəlmişdir ki, müxtəlif rollar ifa 

ed

ən insan təbii oyun qabiliyyətinə malik olur, realist və qeyri-realist həyat rol-



larını təcrübədən keçirmək imkanı əldə edir, öz şəxsi problemləri və konflikt-

l

əri üzərində yaradıcılıqla işləyir. İnsan  müxtəlif rolları ifa etdikdə və ya ya-



şadığı durumların gedişində, onunla digər iştirakçılar arasında həqiqi emosio-

nal 


əlaqə yaranır. 

Psixodramda insana el

ə bir qəhrəmanın rolu verilir ki, oyunun mövzusu 

onun probleml

ərini həll etmiş  olsun. Beləliklə, o öz hisslərini psixoloji 

improvizasiya istiqam

ətində  sərbəst ifadə  edə  bilir, digər aktyorlar isə  onun 

real h


əyatındakı əsas personajların rolunu ifa edirlər. 

Təlim  prosesində  kursant  və  digər  hərbçilərlə  rollu  oyunlardan  ibarət 

treninq

lərin keçirilməsi də əhəmiyyətlidir. Belə ki, onlar xidməti fəaliyyətləri 



zamanı  rastlaşdıqları  problem  situasiyaları,  əməliyyat  tapşırıqları  və  ya 

cəlbetmə  prosesində  olan  müəyyən  vəziyyətləri  təsvir  edirlər.  Bu  situasiyalar 

süjetli oyun 

olduğundan psixoloq-müəllim kursantlar arasında rolları bölüşdürür. 

Eyni  situasiya  bir 

neçə  dəfə  oynanılır  və  hər  dəfə  buradakı  rolları  müxtəlif 

kursantlar  ifa  edir. 

Nəticədə  hər  bir  situasiyada  olan  hər  bir  rol  üçün  bir  neçə 

alternativ 

davranış  xətti  müşahidə  olunur.  Sonda  psixoloq-müəllim  rollu  oyun 

nəticəsində yaranmış bütün alternativ davranışdan hansının nə dərəcədə düzgün, 

şəraitə uyğun olması ilə bağlı ümumiləşmələr edir.  

Oyun müt

əxəssisi-həyatda incə bir varlıq olmalıdır. Kursantın (digər hərb-

ç

ilərin) şəxsiyyətinə müraciət edərkən o, bu şəxslərin işlərinə qarışmır, onu öy-



r

ətmir, əksinə ona tam sərbəstlik verir (hisslərin ifadəsində) və onun şəxsi fəa-

liyy

ətinin idarə edilməsinə təbii yolla çalışır (15). Bu mütəxəssisin daha səmərəli 



i

ş  aparması  üçün o, aşağıdakı  göstəricilərə  malik olmalıdır: kifayət qədər 

obyektiv olmal

ıdır (bu, kursantın sərbəst olması üçün vacibdir); zirək və çevik 

olmal

ıdır (bu, istənilən qəfil hadisələrə  hazır olmaq və  bu hadisələrə  uyğun-



la

şmaq üçün vacibdir); hər bir yeniliyi asanlıqla qəbul etmək üçün düzgün is-




 

150 


tiqam

ət götürməlidir; kursantı (dinləyicini) bir şəxs kimi qəbul etməli, onun təc-

rüb

ələrini qiymətləndirməlidir;  onunla  rəftarında səmimi olmalıdır;  kursantla 



ünsiyy

ətdə  olarkən  öz real şəxsi aləmindən uzaqlaşmalı  və  onun  real həyatına 

daxil olmal

ıdır; kursanta onun keçmişdə yaşadığı anları yadına salmamalıdır. 

Yax

şı oyun terapevti özünün buraxdığı səhvləri etiraf etməli, bir az həlim 



olmal

ı, şəxsi işlərindəki qeyri-dəqiqliyi aşkar etməlidir. Onun şəxsi fədakarlığı 

spontan reaksiyalar

ın hər bir anda baş  verəcək yaradıcılıq ifadəsini göstərə 

bilm

əlidir. Oyun terapevti səmimi, mehriban, işgüzar olmalı, kursantı düzgün 



q

əbul etməli və  başa düşməlidir. Oyun terapevtinin hansı  yaş  qrupu ilə 

i

şləməsindən asılı olmayaraq o, şəxsin daxili aləmini anlamalı, öz hisslərini ona 



bildirm

əməli və  emosional problemləri həll etməlidir. Bu işdə  onun bilik və 

bacar

ığı özünü göstərir. O, həmçinin kursant üçün əhəmiyyətsiz olmamalı və 



onun inam

ını qazanmalıdır (18). 

Hər bir psixoloji müşayiət istiqaməti özünəməxsus vasitələri ilə fərqlənir. 

Nis


bətən az standartlaşdırılmış istiqamət psixoloji məsləhət və psixoterapiya-

dır. Çünki burada hər konkret hal üçün psixoloqun yaradıcılığı və yeni fikirləri 

olur. 

Psixoloji 



müşayiət ilkin diaqnostika və təxmini iş mərhələsindən başlayır. 

İkinci  mərhələdə  diaqnostikanın  nəticələrindən  və  problemin  məzmunundan 

asılı olaraq müşayiətin müxtəlif forma və metrodları tətbiq edilir. Son mərhələ-

də-aparılan ümumi diaqnostika psixoloji müşayiətin səmərəli olmasını göstərir. 

Kursant 

və digər hərbçilərin fərdi və şəxsiyyət xüsusiyyətlərinin inkişaf 

göstəriciləri, onların motivasiya-tələbat sferası, maraq və yönəlişləri psixopro-

filaktik, 

məsləhət və korreksiya işinin təşkilinə imkan yaradır. 

Psixoloji 

müşayiət  modelləri  müxtəlifdir  və  diaqnostikanın  nəticələrinə 

əsasən qurulmalıdır. Diaqnostika nəticələrində hər bir şəxsin və ya bütövlükdə 

qrupun 

imkanları araşdırılır.  



Psixoloji 

müşayiət  şəxsiyyətin  inkişaf  və  özünüinkişaf  potensialının 

qorunması (bərpası) üçün şəraitin yaradılmasıdır. Nəticədə insan peşə borcunu, 

funksiya 

və vərdişlərini yüksək səviyyədə yerinə yetirir. 

Müəyyən  vaxtda  baş  verən  proses  kimi  müşayiətin  3  əsas  mərhələsi 

vardır: 

I. Diaqnostika (

izləmə) hərbçinin müraciət anında qarşılaşdığı problemin 

dəqiqləşməsi. Məqsəd qoymağa əsas verən həyati uğursuzluğunun səbəblərinin 

psixoloqla 

birlikdə  araşdırılması  və  psixoloji  dəstəyin  istiqamətinin  aydın-

laşması. 

II. 


Şəxsin nail olmaq istədiyi vəziyyətin obrazının yaradılmasına xidmət 

edən metodik vasitələrin seçilməsi və tətbiqi (uğurun təsəvvürdə yaradılması, 

ona nail 

olmanın reallığı). 

III. 

Peşə funksiyalarının uğurlu icrasına imkan yaradan psixoloji rahatlıq, 



ruhi sakitlik 

yaşamaq məqsədilə aralıq və son nəticələrin təhlili. 



Psixoloji 

müşayiət  texnologiyası.  Psixoloji  müşayiət  texnologiyası 

qarşılıqlı  əlaqədə  və  qarşılıqlı  asılı  5  mərhələli  (məqsədin  qoyulması,  işin 




 

151 


məzmununun  aydınlaşması,  təşkilati  məsələlərin  həlli,  əməliyyatın  icrası  və 

diaqnostika) sistem kimi 

nəzərdən keçirilməlidir.  

 1. Psixoloji 

müşayiət texnologiyasının məqsədi: yeni təlim şəraitinə kur-

sant 


və digər hərbçilərin optimal uyğunlaşması, təlim və imtahan stresslərinə 

dözümün 


formalaşması, özünütənzimləmə, pozitiv «mən»i formalaşdırmaq və 

s. 


inkişafetdirici  təlim  şəraitinin  yaradılması  vasitəsilə  psixi  sağlamlığın 

qorunmasıdır. Həmçinin məqsəd sistem formalaşdıran amildir və ona nail olma 

proqnozlaşdırılan,  diaqnostika  ediləndir.  Psixoloji  müşayiət  texnologiyasının 

məqsədi təlim prosesi iştirakçılarının stressogen amillərini minimuma endirən, 

psixi 

sağlamlığı möhkəmləndirən və qoruyan təlim mühitində psixoprofilaktik, 



inkişafetdirici,  təhlükəsiz  şəraitin  yaradılması  və  onların  yüksək  peşəkarlığa 

nail 


olmasıdır. 

Kursdan kursa 

keçdikcə kursantlar bir mərhələdən digərinə keçərək peşə 

təhsili  incəliklərinə  yiyələnirlər.  Bu  zaman  onlar  fərqli  sosial  situasiyalarda 

olur 

və müxtəlif amillərin psixi sağlamlığa təsirinə məruz qalırlar. Psixi sağlam 



şəxsiyyətin xüsusiyyətlərinə əsasən diaqnostik texnologiya məqsədləri qoyulur 

və təlim mərhələlərində müxtəlif olur:  

- yeni 

təlim şəraitinə kursantların optimal sosial-psixoloji uyğunlaşmasını 



təmin etmək; 

təlim  və  imtahan  stresslərinə  frustrasiya  tolerantlığı  (dözümü) 



formalaşdırmaq. Özünənəzarət və özünütənzimləmə üsullarını öyrətmə; 

- pozitiv «

mən» konsepsiyası formalaşdırmaq: peşə fəaliyyətinin düzgün 

icrasına yönəlmiş professional özünüdərk (8). 

 2.  Psixoloji 

müşayiət  texnologiyasının  məzmunu  məqsədə  uyğun 

kursant

ların gələcək professional fəaliyyətə psixoloji hazırlığını formalaşdıran 



həm nəzəri materialın, həm də praktik tapşırıqların cəmindən ibarətdir.  

 3. 


Məzmun  komponentinin  həyata  keçmə  forması  kimi  təşkilati 

komponent 

əsas rol oynayır. Bu komponent 2 aspektdə reallaşır:  

- kursantla

rın professional fəaliyyətə hazırlığının təşkili kimi;  

fərdi  və  qrupda  (treninqlərlə)  psixoloji  iş  vasitəsilə  kursantların  psixi 



sağlamlığının qorunması kimi.  

4.  Diaqnostika  komponenti  psixoloji  test, 

müşahidə  və  fəaliyyət 

məhsulunun  təhlili  vasitəsilə  məlumat  əldə  etmək  və  psixoloji  müşayiət 

texnologiyasının  sonrakı  işində  zəif  nöqtələrin  korreksiyasına  xidmət  edir. 

Kursant


ların şəxsiyyət xüsusiyyətlərini, şəxsiyyətlərarası münasibətlərdə iştirak 

edən  subyektlərin  təsir  mexanizmini,  onların  peşə  şüurunu,  motivasiyasını, 

stressə  davamlılıq  səviyyəsini,  öz  nailiyyətlərindən  razılıq  səviyyəsini  və  s. 

məsələlər araşdırılır.  

 5. 

Əməliyyat komponenti: 

peşə, bilik, bacarıq və vərdişlərin mərhələli mənimsənilməsini; 



- yeni 

təlim şəraitinə uyğunlaşmanı; 

mürəkkəb xidməti şəraitinə, stresə dözümü formalaşdırmanı; 




 

152 


- pozitiv «

mən»i nəzərdə tutan professional özünənəzarəti və özünüdərki 

nəzərdə tutur. 

Ümumilikdə,  son  illər  bütün  dünyada  hərbi-psixoloji  xidmət  sistemi 

əhəmiyyətli  yer  tutaraq  sürətlə  inkişaf  edir.  Bu  sistem  çərçivəsində  psixoloji 

müşayiətin  rolu  da  artmaqdadır.  İlk  növbədə,  psixoloji  müşayiətin  müəyyən 

istiqa

mətləri  hərbçi  peşəsinə  kadr  seçimində  geniş  istifadə  olunan  psixodiaq-



nostika 

metodlarından  (sorğular,  testlər,  klinik  söhbət,  müşahidə  və  eksperi-

mentlər)  ibarətdir. Yaşadığımız dövrdə münasibətlər sistemində olan dəyişik-

liklər,  münaqişələrdə  aqressiv  komponentin  xüsusi  çəkisinin  artması,  sosial 

mühitdə  stressogen  amillərin  çoxluğu  hərbçinin  psixikasına  mənfi  təsir  gös-

tərir.  Nəticədə  istər  xidməti,  istərsə  də  xidmətdənkənar  fəaliyyətdə  səhv 

hərəkətlər və sözlər müşahidə olunur. Psixoloji müşayiət vasitəsilə bu və digər 

arzuolunmaz 

proseslərin  qarşısını  almaq,  davranışı  korreksiya  etmək  və  ruhi 

sağlamlığı  bərpa  etmək  mümkündür.  Ona  görə  də,  hərbçilər  psixoloji 

müşayiətin  rol  və  vəzifələri,  onun  imkanları  ilə  bağlı  bilik  ehtiyatına  malik 

olmalı, həmçinin vacib olduqda onun imkanlarından istifadə etməklə uğursuz 

fəaliyyətdən özlərini sığortalamalıdırlar. 

 

ƏDƏBİYYAT

 

1.

 



Şəfiyeva E.İ. Zabit hazırlığının sosial-psixoloji məsələləri. Bakı: Elm, 2006, 332 s. 

2.

 



Şəfiyeva E.İ. Zabit hazırlığinda sosial-psixoloji metodların tətbiqi. Bakı: Elm, 2006, 164 s. 

3.

 



Ананьев В.А. Введение в психологию здоровья. СПб: Питер, 1998, 403 с. 

4.

 



Баева  И.А.  Тренинги  психологической  безопасности  в  образовании.  СПб:  Питер, 

2002


, 216 с. 

5.

 



Безулева Г.В. Психолого-педагогическое сопровождение профессиональной адапта-

ции  учащихся  и  студентов.  Монография.  М.:  НОУ  ВПО  Московский  психолого-

социальный институт. 2008, 168 с. 

6.

 



Бурлачук Л. Ф. Психодиагностика. Спб.: Питер, 2002. 352 с.  

7.

 



Вертий Ю.М. Пути совершенствования психологической службы в органах внутрен-

них дел. // Роль и место прикладной психологии в системе совершенствования под-

готовки и воспитания личного состава. Ростов-на-Дону; 1997, с. 134-142.  

8.

 



Изотова Е.И. Психологическая служба в образовательных учреждениях. М.: Акаде-

мия, 2007, 288 с. 

9.

 

Исурина  Г.  Л.  Групповые  методы  психотерапии  и  психокоррекции.  В  кн.: 



М.М.Кабанова, А.Е.Личко, В.М.Смирнова. «Методы психологической диагностики 

и коррекции в клинике». Л., 1983, с. 231-254.  

10.

 

Мэт  Р.  Искусство  психологического  консультирования.  М.:  Независимая  фирма 



«Класс», 1994. 

11.


 

Парыгин  Б.Д.  (ред.).  Практикум  по  социально-психологическому  тренингу.  СПб: 

Питер, 1994, 176с. 

12.


 

Плугина  М.И.  Психологическое  сопровождение  личностного  развития  препода-

вателей высшей школы. М.: Ставрополь, 2004, 200 с.  

13.


 

Психотерапевтическая  энциклопедия  /  Под  ред.  Б.  Д.  Карвасарского.  СПб:  Питер, 

2000

, 280 с.  



14.

 

Райгородский  Д.Я.  (редактор-составитель).  Практическая  психодиагностика.  Мето-



дика и тесты: Учебное пособие. Самара: Издательский Дом «Бахрах-М», 2005, 300 с.  

15.


 

Сыропятов  О.Г.  Медико-психологическое  сопровождение  специальных  операций 

M., 2013, 

270 с. 



 

153 


16.

 

Современные методы психологической экспресс-диагностики и профессионального 



консультирования. СПб.: Речь, 2006, 206 с. 

17.


 

Хухлаева  О.В.  Основы  психологического  консультирования  и  психологической 

коррекции. М., Академия, 2001 198 с. 

18.


 

Цзен Н.В., Пахомов Ю.В. Психотренинг: игры и упражнения. М., 1988, 272 с. 

19.

 

Bass 



В.М., Barett G.V. People, work and organizations: An introduction to industrial and 

organizational psychology. Boston, 1981. 

20.

 

Yalom I.D. Theory and Practice of Group Psychotherapy. Baste Books. 3 rd edition. 



(Clear, full and practical account.Essentially eclectic. 1986 

 

ОСОБЕННОСТИ ПСИХОЛОГИЧЕСКОГО СОПРОВОЖДЕНИЯ  



В ДЕЯТЕЛЬНОСТИ ВОЕННОСЛУЖАЩЕГО 

 

Э.И.ШАФИЕВА 

 

РЕЗЮМЕ 

 

В статье рассматривются понятие, цели и задачи психологического сопровожде-

ния в учебно-боевой и оперативной деятельности военнослужащих. При раскрытии ос-

новных направлений психологического сопровождения в деятельности военнослужащих 

анализируются  особенности  психопрофилактики,  психодиагностики,  психокоррекции, 

психологической консультации и психотерапии. В статье также рассматривается техно-

логия психологического сопровождения в сложных условиях учебно-боевой деятельнос-

ти военнослужащих.  



 

Ключевые  слова:  психологическое  сопровождение,  направления  психологичес-

кого сопровождения, психогигиена и психопрофилактика военнослужащих, oсобенности 

и  значение  психодиагностики,  психокоррекции,  психологическая  консультация,  психо-

терапии в военной системе, технология психологического сопровождения  

 

FEATURES OF PSYCHOLOGICAL  

ACCOMPANIMENT IN THE ACTIVITY OF SERVICEMEN 

 

E.I.SHAFIYEVA 

 

SUMMARY 

 

The article  deals with the  concept,  purposes and tasks of psychological  accompani- 



ment in training-battle and operational activity of a serviceman. The features of psychopreven-

tion, psychodiagnostics, psycho-  correction, psychological consultation and psychotherapy at 

disclosure of the main directions of psychological accompaniment in the activity of servicemen 

are analyzed.  The technology  of psychological accompaniment  in complicated conditions  of 

training-battle activity of servicemen in also considered is the article. 

 

Keywords:  psychological accompaniment,  the directions  of psychological accompani-

ment,  psychohygiene and psychoprevention of servicemen,  features and  importance  of 

psychodiagnostics, psychocorrection, psychological consultation and psychotherapy in military 

system, technology of psychological accompaniment. 

  



 

Yüklə 152,76 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə