Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə7/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   2   3   4   5   6   7   8   9   10   ...   28

edilməsinə aid olan 6 saylı Protokolun 1-ci maddəsinə əsasən ölum cəzası ləğv edilir və heç kəs 

ölüm cəzasına və ölümə məhkum edilə bilməz. Demokratik yolu seçmiş Azərbaycan 

Respublikasında da ölüm cəzası hələ Azərbaycan Respublikası Avropa Şurasına üzv olana qədər 

ləğv edilmişdir. Bununla əlaqədar olaraq 10 fevral 1998-ci il tarixdə qəbul edilən Azərbaycan 

Respublikasının Qanunu ilə müvafiq qanunvericilik aktlarında dəyişikliklər edilmişdir. 

 

Konstitusiyada nəzərdə tutulan digər istisnalara gəldikdə isə, Konvensiya ilə müqayisədə onlardan 



yalnız biri - fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi 

müvafiq standarta uyğun gəlmir və həmin çərçivədən kənara çıxır. Düzdür, Konstitusiyada bu, 

insana qarşı silah işlədilməsində icazə kimi təqdim edilir. Əslində bunun nəticəsində insanın 

həyatdan məhrum edilməsi labüddür. 

 

Yerdə qalan istisnalar isə, fikrimizcə, Konvensiyada təsbit edilən müvafiq normaya uyğundur. Belə 



ki, "zəruri müdafiə", "son zərurət" və "ölkəyə silahlı basqın edilməsi" halları Konvensiyanın 2-ci 

maddəsinin 2-ci hissəsinin "a" bəndində nəzərdə tutulan "qanunsuz zorakılıqdan müdafiə" halı 

kimi; "cinayətkarın yaxalanması və tutulması" və "həbsdə olanın həbs yerindən qaçmasının 

qarşısının alınması" halları müvafiq normanın "b" bəndində əksini tapan "qanuni həbsin həyata 

keçirilməsi və ya qanuni əsaslarla tutulmuş şəxsin qaçıb getməsinin qarşısının alınması" kimi; 

"dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması" halı isə müvafiq 

normanın "c" bəndində göstərilən "iğtişaşın və ya qiyamın yatırılması məqsədi ilə qanuna müvafiq  

görülən tədbirlər" kimi tövsif  edilməlidir.   

  

2.2.2. Köləliyin və məcburi əməyin qadağan edilməsi 



 

Bu məsələ Konvensiyanın 4-cü maddəsilə tənzimlənir. Orada köləlik və məcburi əmək qadağan 

edilməklə yanaşı, "məcburi əmək" anlayışı ilə əhatə olunmayan hərəkətlər də sadalanmışdır. 

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində də məcburi əməyin qadagan edilməsi 

ilə bağlı norma mövcuddur. Həmin maddənin III və  IV hissələrində deyilir ki, heç kəs zorla 

işlədilə bilməz, əmək müqavilələri sərbəst bağlanmalıdır, heç kəs əmək müqaviləsi bağlamağa 

məcbur edilə bilməz. Düzdür, Konstitusiyada "köləlik" anlayışına rast gəlinmir. Lakin, köləliyin 

qadağan olunması birbaşa bu sənədin ruhundan irəli gəlir. Təqdirəlayiq haldır ki, Konstitusiya

hətta, Konvensiyadan irəli gedərək "məcburi əmək" anlayışı ilə əhatə olunmayan, lakin ona oxşar 

olan hərəkətlərin məhdud dairəsini müəyyən etmişdir. Belə ki, Konvensiyada belə hal kimi 

göstərilən (4-cü maddənin 3-cü hissəsinin "d" bəndi) "adi vətəndaşlıq vəzifələrinə daxil olan hər 

hansı bir iş və ya xidmət" Konstitusiyanın 35-ci maddəsinin V bəndində sadalanan bu növ 

hərəkətlərin siyahısında yoxdur. 

 

 



2.2.3. Şəxsi və ailə həyatına hörmət hüququ 

 

Bu hüquq Konvensiyanın 8-ci maddəsilə tənzimlənir. Yuxarıda qeyd edilən hüquq və azadlıqların 



kataloqunda sadalanan aşağıdakı hüquqların pozulması zamanı məhz bu maddəyə istinad etmək 

lazımdır: şəxsi həyata hörmət hüququ; ailə həyatına hörmət hüququ; yaşayış sahəsinin 

toxunulmazlığı hüququ; yazışma sirrinə hörmət hüququ; telefon danışıqlarına qeyri-qanuni qulaq 

asmanın qadağan edilməsi; öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatların 

yayılmasının qadağan edilməsi. 

 

 



17


Bəzi ədəbiyyatda qeyd edilən hüquqları "hörmət hüququ" ifadəsi altında birləşdirirlər5. 

Konvensiyanın müdafiə mexanizmləri olan İnsan Hüquqları üzrə Avropa Komissiyası 

(Komissiyanın fəaliyyətinə 01 noyabr 1999-cu ildən etibarən xitam verilmişdir) və İnsan Hüquqları 

üzrə Avropa Məhkəməsinin təcrübələrində bu hüquq Konvensiyanın 8-ci maddəsinin ikinci bəndi 

nəzərə alınmaqla təfsir edilir. Orada göstərilir ki, dövlət orqanları müəyyən əsaslar istisna olmaqla, 

bu hüququn həyata keçirilməsinə qarışa bilməz. İlk baxışdan bu norma dövlət üzərinə bu hüququn 

həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərdən çəkinmək vəzifəsinin (hərəkətsizlik) qoyulması 

kimi başa düşülə bilər. Lakin Komissiya və Məhkəmə öz təcrübəsində dövlətin qarşısında duran 

vəzifələrdən çıxış edərək bu hüququn həyata keçirilməsini təmin etmək üçün dövlətdən müəyyən 

fəal hərəkətləri görməyi də zəruri hesab etmişlər. 

 

Məsələn, Markis Belçikaya qarşı işdə (1979) Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan ailə 



həyatına hörmət hüququnun pozulması ilə bağlı Məhkəmə aşağıdakı rəyə gəlmişdir: "Dövlət 

özünün hüquq sistemində mövcud ailə əlaqələrinə tətbiq edilən qaydalar müəyyən edən zaman elə 

hərəkət etməlidir ki, maraqlı şəxslərə normal ailə həyatı yaşaması üçün imkan yaransın". Eyri 

İrlandiyaya qarşı işə (1979 ) baxarkən də Məhkəmə belə qərara gəlmişdir ki, Konvensiyanın 8-ci 

maddəsinin ikinci hissəsində şəxslərin şəxsi və ailə həyatının dövlət orqanlarının özbaşına 

hərəkətlərindən qorunmasından söhbət getsə də, bu norma nəinki belə hərəkətlərdən çəkinməyi 

tələb edir (neqativ öhdəlik), həm də dövlətin üzərinə şəxsi və ailə həyatına həqiqi hörmət etmək 

üçün pozitiv öhdəliklər qoyur. 

 

Beləliklə, bu normanın təfsiri zamanı dövlət orqanlarının qeyd edilən hüquqa müdaxilə etməsinə 



qoyulan qadağa ilə yanaşı dövlətin pozitiv öhdəliklər daşıması da əsas götürülür. 

 

Komissiya və Məhkəmə təcrübəsində Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan bir sıra 



terminlərə də aydınlıq gətirilmişdir. Məsələn: Komissiyanın Osterveyk Belçikaya qarşı işi ilə bağlı 

hazırladığı hesabatda "şəxsi həyata hörmət hüququna" aşağıdakı şəkildə anlayış verilmişdir: "Şəxsi 

həyata hörmət hüququ şəxsi həyata hüquqdur, öz arzularına müvafiq olaraq yaşamaq hüququdur

belə həyatın aşkarlanmasından müdafiə hüququdur...Bura, həmçinin, şəxsiyyət kimi özünü inkişaf 

və realizə etmək üçün digər şəxslərlə, xüsusən, emosional həyat sferasında münasibətlər qurmaq və 

saxlamaq hüququ da daxildir. Komissiya, eyni zamanda, şəxsi  hüququn həyata keçirilməsinin 

hədlərilə bağlı parametrləri də müəyyən etmişdir. Bryuqellon və Şeyten AFR-ə qarşı işdə (1977-ci 

il) göstərilir ki, şəxsi həyata hörmət tələbi ayrı-ayrı şəxslərin öz şəxsi həyatını içtimai həyatla 

qarşılıqlı əlaqədən və ya digər qorunan maraqlarla sıx əlaqədən üstün tutma həddində avtomatik 

məhdudlaşır. 

 

Qeyd edilməlidir ki, Konvensiyanın 8-ci maddəsinin təsir dairəsinə düşən telefon danışıqlarına 



qeyri-qanuni qulaq asmanın və öz razılıgı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın 

yayılmasının qadağan edilməsilə bağlı məsələlər bilavasitə həmin maddənin mətnində nəzərdə 

tutulmamışdır. Komissiya və Məhkəmə tərəfindən verilən təfsir nəticəsində belə hallar 8-ci 

maddədə nəzərdə tutulan hüquqların pozulması kimi qiymətləndirilmişdir. Klass və digərləri AFR-

ə qarşı (1978-ci il) və Meloun Böyük Britaniyaya qarşı (1984-cü il) işlərdə ərizəçilər onlar 

barəsində qaldırılan cinayət işinin istintaqı zamanı üzərilərində qoyulan gizli müşahidələr, o 

cümlədən telefon danışıqlarına qulaq asılması, şəxsi həyatları ilə bağlı məlumatların toplanılması 

haqqında şikayət etmiş və bununla da 8-ci maddədə nəzərdə tutulan hüquqların pozulmasını iddia 

etmişlər. 

 

 



18


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə