Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə28/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   20   21   22   23   24   25   26   27   28

Ərizəçini daxili vasitələrin tükənməsi şərtindən azad edən xüsusi şərait mövcud ola bilər. Məsələn, 

qanunsuz işğal, etnik təmizləmə, deportasiya və s. hallarda ərizəçinin öz hüquqlarının müdafiəsi 

üçün daxili vasitələrdən istifadə hüququnun praktiki olaraq qeyri-mümkün olması. Lakin, ərizəçinin 

Konvensiya haqqında hüquqi biliyinin olmaması, hüquqşünasın etinasız məsləhəti, ərizəçinin 

depressiya halında olması belə xüsusi şərait kimi qiymətləndirilə bilməz. 

 

Konvensiyanı ratifikasiya edən dövlətlərin daxili hüquq müdafiə vasitələri bir-birini 



təkrarlamadığından Məhkəmə təcrübəsində konkret dövlətə münasibətdə onun daxili hüquq 

müdafiə vasitələrinin nə vaxt tükənməsi fərdən müəyyən edilir. Məsələn, Azərbaycan 

Respublikasının qüvvədə olan qanunvericiliyinə görə, təkcə Məhkəmə yolu ilə üç hüquq müdafiə 

(birinci instansiya; apellyasiya; kassasiya və əlavə kassasiya) pilləsi nəzərdə tutulub. Bundan başqa, 

hələ Azərbaycan Respublikasının vətəndaşlarının Konstitusiya Məhkəməsinə şikayətlə bilavasitə 

müraciət etmək hüququnu nəzərdə tutulan respublika qanunvericiliyində müvafiq dəyişikliklərin 

edilməsi gözlənilir. Belə olan təqdirdə sual olunur: Respublikamıza münasibətdə dövlətdaxili 

hüquq müdafiə vasitələri nə vaxt tükənmiş hesab olunur? Bu suala yaxın gələcəkdə Məhkəmə 

Azərbaycan Respublikasına qarşı yönələn bu və ya digər fərdi şikayətə baxarkən özü aydınlıq 

gətirəcəkdir. 

 

Fərdi şikayət formasında Məhkəməyə müraciət etmənin altı aylıq vaxt məhdudiyyəti bir sıra 



səbəblərlə əlaqələndirilir. Bura hüquqi müəyyənliyə yardım, işlərin ağlasığan müddət ərzində 

baxılmasının təminatı, hökumət orqanlarının qeyri-müəyyənlikdən qorunması, yox ola biləcək 

dəlillərin müyəssərliyinin artırılması və s. aid edilir. 

 

Altı aylıq müddət daxili hüquq müdafiə vasitələri istifadə edilib tükənməsi zamanı hakimiyyət 



orqanları tərəfindən çıxarılmış son qərardan etibarən hesablanır. Bu zaman ərizəçinin belə qərardan 

nə vaxt xəbər tutması anı nəzərə alınır. 

 

Ölkə qanunvericiliyi ilə daxili müdafiə vasitələri nəzərdə tutulmayan işlər üzrə isə şikayət edilən 



hadisənin baş verməsindən altı ay ərzində Məhkəməyə müraciət edilməlidir. 

 

Məhkəmə anonim (imzalanmayan və ya düzgün imzalanmayan) ərizələri qəbul etmir. Müraciət 



ərizəçini tanıtmalıdır. Bununla yanaşı, ərizəçinin xahişilə onun adı məxvi saxlanıla bilər. Belə halda 

ərizəçinin adı Məhkəmə hesabatlarında onun adı və soyadının baş hərflərilə göstərilir. 

 

Məhkəmə icraatında mahiyyət etibarı ilə eyni şikayətə ikinci dəfə baxılması yolverilməz hesab 



edilir. Lakin, ərizə daxili hüquq müdafiə vasitələrinin tükənməməsi əsasında qəbulolunmaz elan 

edilibsə, onda ərizəçi həmin vasitələrin tükənməsindən sonra yenidən Məhkəməyə öz ərizəsini 

təqdim edə bilər. 

 

Şikayətin digər beynəlxalq instansiyada baxılması və ya həmin instansiyaların icraatında olması 



onun Məhkəmədə baxılmasına maneədir. Bu qayda Məhkəmə tərəfindən ciddi şəkildə tətbiq edilir. 

Məhkəmə Reqlamentinin 47-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, məhkəməyə təqdim edilən 

ərizədə şikayətin digər beynəlxalq instansiyaya təqdim edilib-edilməməsi haqqında mütləq qeyd 

olmalıdır. Əks təqdirdə, ərizə heç qeydiyyata alınmayacaqdır. Əgər belə müraciət etmə faktı 

icraatın sonrakı mərhələlərində müəyyən edilərsə, icraata dərhal xitam verilir. Deməli, vətəndaş 

BMT-nin İnsan Hüquqları Komitəsinə müraciət edibsə, analoji şikayətlə Məhkəməyə müraciət 

etmək hüququnu itirir. 

 

 



59


Fərdi şikayət aydın əsaslandırılmalı, kifayət qədər sübutları özündə ehtiva etməlidir. Şikayətin 

predmeti Konvensiyanın müddəalarının pozulması ilə bağlı olmalıdır. 

 

Şikayət ərizəsində xoşagəlməz və ya təhqiredici ifadələr işlədilməməlidir. Əks təqdirdə, belə hal 



ərizə vermək hüququndan sui-istifadə etmək kimi qiymətləndirilərək, ərizənin qəbul edilməməsinə 

səbəb olur. Eyni zamanda, fərdi şikayətdən siyasi təbliğat vasitəsi və ya reklam məqsədi ilə istifadə 

etmək kimi hallar da yol  verilməz hesab edilir. 

 

Konvensiyanın 35-ci maddəsinə görə yalnız yuxarıda sadalanan meyarlara cavab verən fərdi 



şikayət Məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 

 

Ümumiyyətlə, ərizənin Məhkəməyə təqdim edilməsindən sonra işin məhkəmədə gedişatını 2 



mərhələyə bölmək olar:  

1) ərizənin baxılmağa qəbul edilməsi. 

 

2) işə mahiyyətcə baxılması. 



 

Fərdi şikayətlə bağlı Məhkəməyə yazılan ilk məktub ərizəçini tanıtmalı və məktubda aşağıdakı 

məlumatlar mütləq öz əksini tapmalıdır:  

a) Şikayətin qısa xülasəsi; 

 

b) Konvensiya və ya protokollarla təmin edilən və pozulmuş hesab edilən hüquq və yaxud 



hüquqların göstərilməsi; 

 

c) Ərizəçinin istifadə etdiyi daxili hüquq müdafiə vasitələri; 



 

ç) Rəsmi dövlət orqanları tərəfindən həmin şikayətlə bağlı çıxarılan qərarların siyahısı. 

 

Bu zaman qərarın çıxarıldığı dəqiq tarix, onun qısa məzmunu və onu qəbul edən instansiya 



göstərilməlidir. Məktuba göstərilən sənədlərin əslinin deyil, sürətlərinin əlavə edilməsi məsləhət 

görülür, çünki bu sənədlər geri qaytarılmır. 

 

Ərizə məhkəmənin Dəftərxanasında qeydiyyata alınır və onun tələb olunan meyarlara cavab verib-



verməməsinin yoxlanılması üçün Seksiyaların birinə ötürülür. Məhkəmə Reqlamentinin 49-cü 

maddəsinə görə, Seksiyanın Sədri ərizənin öyrənilməsi üçün məruzəçi- hakimi təyin edir. Məruzəçi 

- hakim  Qrefye (Dəftərxana müdiri) vasitəsilə iş üzrə tərəflərə əlavə sənəd, məlumat və ya izahat 

təqdim etməsini təklif edə bilər. Bu zaman Məruzəçi-hakimin kimliyi gizli saxlanılır. 

 

Ərizə ilə ilkin tanış olan hakim onun qəbul edilib - edilməməsilə bağlı hesabatı Komitəyə təqdim 



edir. Komitə yalnız yekdil səslə ərizəni rədd edə bilər. Bu halda onun qərarı qətidir. Əgər 

Komitənin qərarı yekdil səs ala bilmirsə, onda ərizə öyrənilmə üçün Palataya göndərilir. Palata 

ərizəni dərhal qəbuledilməz hesab edə bilər və ya iş üzrə tərəflərə əlavə məlumatlar, faktlar, 

izahatlar verilməsini təklif edə bilər. Ərizənin qəbul edilməsi haqqında qərarı Palata çıxarır. 

 

Statistik məlumatlara görə, Məhkəməyə daxil olan fərdi şikayətlərin üçdə iki hissəsindən çoxu 



Komitə və Palatadan keçə bilməyərək qəbuledilməz hesab edilir. 

 

 



60


Ərizənin qəbul edilməsi haqında məlumatı fərdi şikayətçi aldıqdan sonra Məhkəmə 

Dəftərxanasından ona göndərilən şikayət ərizəsinin anket nümunəsini (formulyar və onun 

doldurulma qaydaları haqqında Təlimatla kitabın əlavə hissəsində  tanış ola bilərsiniz) doldurub 

Məhkəməyə təqdim etməlidir. Anket nümunəsinin məzmunu və onun doldurulma qaydaları adı 

çəkilən Təlimatda ətraflı şərh edilir. 

 

Məhkəmə tərəfindən fərdi şikayət qəbul olunmuş elan edildikdən sonra işin mahiyyətcə baxılması 



mərhələsi başlanır. Bu zaman fərdi şikayət cavabdehə təqdim olunur. Qeyd edildiyi kimi, 

Məhkəmədə cavabdeh qismində hər bir halda Avropa Şurasının üzvü olan və Konvensiyanı və ona 

aid Protokolları ratifikasiya edən dövlətlər çıxış edir. 

 

Cavabdeh Məhkəmə tərəfindən müəyyən edilən müddət ərzində fərdi şikayətlə bağlı öz mövqeyini 



yazılı şəkildə təqdim etməlidir. Konvensiyanın 38-ci maddəsinə görə, Məhkəmə işin gedişatının bu 

dövründə tərəfləri məsələnin dostcasına həllinə çağırır. Eyni zamanda, Məhkəmə öz təhqiqatını 

keçirir və sübutlar toplayır. Məhkəmə Reqlamentinin 42-ci maddəsinə görə, Məhkəmə işin halları 

ilə əlaqəli olan hər hansı bir sübutu toplaya bilər, şahid dəvət edə bilər, ekspert təyin edə bilər və s. 

İşin hallarını yerində yoxlanılması məqsədi ilə Məhkəmənin hakimləri, hətta, yerlərə ezam oluna 

bilər. Məhkəmə təhqiqatının səmərəli keçirilməsi üçün müvafiq dövlətlər zəruri köməklik 

göstərməlidirlər. 

 

Məhkəmənin tərəflərə təklif etdiyi "dostcasına tənzimləmə proseduru" səmərə verdikdə, Məhkəmə 



faktların qısa xulasəsini və nəticəsini əks etdirən qərar qəbul etməklə işi siyahıdan çıxarır. 

Məsələnin dostcasına həllinin Konvensiyanın ruhuna uyğun olması Məhkəmənin maraq 

dairəsindədir. Əgər işin belə həllinin ayrı-ayrı elementləri Konvensiyanın məqsəd və prinsiplərinə 

ziddirsə, onda bu, Məhkəmə tərəfindən qəbul edilmir. 

 

İş üzrə sübutların toplanması və işə mahiyyətcə baxılması Palata çərçivəsində həyata keçirilir. 



İşlərə onların hazırlıq səviyyəsindən asılı olaraq növbəlik qaydasında baxılır. Lakin, konkrekt 

şikayətin növbədən kənar baxılması haqqında da qərarın qəbul edilməsinə yol verilir (Məhkəmə 

Reqlamentinin 41-ci maddəsi). 

 

Məhkəmə dinləmələri, əgər istisna hal kimi digər qərar qəbul edilməyibsə, açıq keçirilir. Məhkəmə 



iclasına Palatanın Sədri və ya onun müavini sədrlik edir. Dinləmələr tərəflərin bərabərliyi və 

çəkişmə prinsipi əsasında həyata keçirilir. Bir qayda olaraq hər bir tərəf iki dəfə çıxış edir:  

1. şikayətin əsaslandırılması və qarşı tərəfin  etirazı; 

 

2. eşidilənlər haqqında mülahizələrin mübadiləsi. 



 

Məhkəmə Reqlamentinin 65-ci maddəsinə görə dinləmələrdə şahid, ekspert və digər  şəxslər iştirak 

edə bilərlər. 

 

Palatanın qərarı dinləmələrdən sonra bağlı qapı arxasında qəbul edilir. İş üzrə son qərarın qəbulu 



zamanı hakim bitərəf qala bilməz. Lehinə və əleyhinə verilən səslər bərabər olduqda isə, ikinci dəfə 

səsvermə keçirilir. Yenidən eyni nəticə alındıqda Sədrlik edənin səsi həlledici hesab olunur. 

 

Konvensiya və ya onun Protokollarının normalarının pozulduğunu müəyyən edən Məhkəmə yalnız 



bir sanksiya tətbiq edə bilər. O da cavabdehin üzərinə qoyulan, maddi və mənəvi ziyanın 

ödənilməsi ilə bağlı olan, Məhkəmənin qərarı ilə müəyyən edilən pul məbləğidir. Hüquq 

 

61



pozuntusunu müəyyən edən məhkəmə bir qayda olaraq Konvensiyanın 41-ci maddəsinə istinad 

edir. "Əvəzin ədalətli ödənilməsi" adlandırılan həmin maddədə deyilir ki, iştirakçı dövlətin daxili 

hüququ hüquqi pozuntunun nəticələrini yalnız qismən aradan qaldırılmasına imkan verirsə, 

"Məhkəmə zəruri halda zərərçəkən tərəfə əvəzin ədalətli ödənilməsini təyin edir". 

 

Yeri gəlmişkən, Məhkəmənin dövlətdaxili qanunvericilik aktını və ya hüquq normasını 



dəyişdirmək və ya belə dəyişikliyi tələb etmək, habelə işin halları ilə bağlı hər hansı digər 

hakimiyyət tədbirlərinin həyata keçirilməsini tələb etmək hüququ yoxdur. Məhkəmənin ərizəçinin 

tələbilə milli məhkəmələr tərəfindən çıxarılan hər hansı hökmü və ya qərarı ləvğ etmək səlahiyyəti 

də yoxdur. Eyni zamanda, Məhkəmə qərarının üzv-dövlətlər üçün məcburi presedent qüvvəsinə 

malik olması haqqında da söhbət gedə bilməz. Lakin dövlətə gələcəkdə tətbiq edilə biləcək maddi 

sanksiyalar baxımından Məhkəmə qərarının nəzərə alınması, milli qanunvericiliklərin onların təsiri 

nəticəsində təkmilləşdirilməsi təbii hesab edilməlidir. 

 

Palatanın qərarından narazı qalan istənilən tərəf üç ay müddət ərzində iş üzrə ciddi səbəblər olarsa, 



işin Böyük Palataya verilməsini tələb edə bilər. Böyük Palatanın beş hakimdən ibarət Komitəsi ( 

bəzən bunu Kollegiya da adlandırırlar ) tələbi qəbul edərsə, onda Böyük Palata qərar çıxarmaqla işi 

həll edir. Böyük Palatanın qərarı qətidir. Eyni zamanda, işin Böyük Palataya verilməsi tələbi ilə  

müşaiyət olunmayan və ya belə tələbin əsassız olması ilə müşaiyət olunan Palatanın qərarları da 

qətidir. 

 

Məhkəmənin qəti qərarları məcburi qüvvəyə malikdir: "Razılığa gələn Yüksək Tərəflər onların 



tərəf olduqları işlər üzrə Məhkəmənin yekun qərarına riayət etməyi öhdələrinə götürürlər" 

(Konvensiyanın 46-cı maddəsinin birinci hissəsi). 

 

Məhkəmənin qəti qərarları onların icrasına nəzarətin həyata keçirilməsi üçün Avropa Şurasının 



Nazirlər Komitəsinə göndərilir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

62




İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 

 

I. AZƏRBAYCAN RESPUBLİKASI AVROPA ŞURASININ TAM VƏ BƏRABƏRHÜQUQLU 



ÜZVÜDÜR. 

 

 



1. Bu fəslin hazırlanmasında müəllifin "Avropa Şurası və Azərbaycan" kitabından (Bakı, "QARR-

Poliqraf". 2001.səh.30-39) istifadə olunmuşdur. 

 

2. Sovet Evropı. Deətelğnostğ i rezulğtatı. İzdanie Sovet Evropı. 1998.s.6 



3. Ələsgərov M. Avropa Şurasının 50 illiyi və Azərbaycan. "Azərbaycan" qəzeti. 1999,11dekabr. 

 

4. "Zerkalo" qəzeti. 2000, 07 aprel. 



 

5. Səlimov H. İnsan hüquqlarının qorunması üçün Avropa mexanizmləri. Bakı, "İnam" Pluralizm 

Mərkəzi.2000.səh.16-22 

6. Zeynalov S. Əbilov A. Millətlərin öz müqəddəratını təyinetmə prinsipinin müasir 

aspektləri.//Qanun.1997, N4, s.22-24 

7. "İmpuls" qəzeti. 2000, 02 iyun. 

 

8. "Zerkalo" qəzeti. 2000, 28 iyun. 



 

9. "Zerkalo" qəzeti. 2000, 29 iyun. 

 

10. "Zerkalo" qəzeti. 2000, 10 noyabr. 



 

 

II. İNSAN HÜQUQLARI SAHƏSİNDƏ AVROPA STANDARTLARI VƏ AZƏRBAYCAN  



RESPUBLİKASININ QANUNVERİCİLİYİ. 

 

 



1. Quseynov L.Q. Konstituüiə Azerbaydjanskoy Respubliki, prava çeloveka, i mejdunarodnoe 

pravo. /Beynəlxalq hüquq. / 1998 ?1. s.32 

 

2. Pereterskiy İ.S. Tolkovanie mejdunarodnıx doqovorov. M.,1959. s.165-166 



 

3. Tumanov V.A. Evropeyskiy Sud po Pravam Çeloveka. M.2001. s.47 

 

4. Tumanov V.A. Göstərilən əsəri. s.18 



 

5. Alekseeva L.B., Juykov V.M., Lukaşuk İ.İ. Mejdunarodnıe normı o pravax çeloveka i 

primenenie ix sudami Rossiyskoy Federaüii (praktiçeskoe posobie). M. ,1996.s.16 

 

6. Quseynov L.Q. Qeyd edilən məqaləsi. Beynəlxalq hüquq jurnalı. ?1. səh.21 



 

7. Movçan A.P. Prava çeloveka i mejdunarodnıe otnoşeniə. M., 1982.s.103 

 

 

63




8. Donna Qomien. Kommentariy k "Evropeyskoy konvenüii o zahite prav çeloveka". Sovet 

Evropı.1995.s.83 

 

9. Risdal R. Problemı zahitı prav çeloveka v obcedinennoy Evrope / Zahita prav çeloveka v 



sovremennom mire/. M., 1993. s.122 

 

10. Ətraflı, bax: Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M.,t.2.s.525 



 

11. Daha ətraflı, bax: Ənnağı Hacıyev. Azərbaycanda assosasiyalar və sərbəst toplaşmaq 

azadlıqının konstitusion və hüquqi əsasları. /Azadlığın düsturu. Bakı.2001.səh.123-126 

 

12. Mark Djenis, Riçard Kgy, Gntoni Brgdli. Evropeyskoe pravo v oblasti prav çeloveka. Praktika i 



kommentarii. M.1997.s.256 

 

13. Daha ətrafl, bax: A.Əbilov, F.Əhmədov. Azərbaycan Respublikasında xaricilərin hüquqi 



vəziyyətinin əsasları /Beynəlxalq hüquq/. Bakı.1998.?1.səh.87-91 

 

14. Donna Qomien. Kommentariy k "Evropeyskoy Konvenüii o zahite prav çeloveka". Sovet 



Evropı.1995.s.21 

 

15. Alekseeva L.B. Juykov V.M. Lukaşuk İ.İ. Mejdunarodnıe normı o pravax çeloveka i 



primenenie ix sudami Rossiyskoy Federaüii (praktiçeskoe posobie). M.1996.s.140 

 

16. Bax: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin XVII fəsli  



 

17. Dj. L. Mgrdok. Statğə 5 Evropeyskoy Konvenüii po Pravam Çeloveka. Soveta Evropı.1994.s.13 

 

18. Dj. L. Mgrdok. Göstərilən əsəri. səh.15 



 

19. Avropa Şurası və məhkum. Bakı, 2001-ci il. səh. 13. 

 

20. Ataxan Əbilov. Avropa Şurası və Azərbaycan. Bakı, 2001. səh.72-73. 



 

21. Azadlığın düsturu. Bakı, 2001. səh 43. 

 

22. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M. 2000. T.1 s.151. 



 

23. Daha ətraflı, bax: Alekseeva L.B., Juykov V.M., Lukaşuk İ.İ. Mejdunarodnıe normı o pravax 

çeloveka i primenenie ix sudami Rossiyskoy Federaüii  (praktiçeskoe posobie). M.1996. s.133-134 

 



24. Gndrö Qrotrayan. Statğə 6 Evropeyskoy Konvenüii po Pravam Çeloveka. Sovet Evropı. 

1994.s.12. 

 

25. Avropa İnsan Hüquqları Məhkəməsinin Pullar Birləşmiş Krallığa qarşı 10.06.1996-cı il tarixli 



qərarı.//Reports. 1996-III. P. 792. 

 

26. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M. 2000.t.2 s.432 



 

64



 

27. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. M. 2000.t.2 s.470 

 

28. Donna Qomien. Göstərilən əsəri. səh.37 



 

29. G.Qrotrayan. Statğə 6 Evropeyskoy Konvenüii po Pravam Çeloveka. İzdatelğstvo Soveta 

Evropı. 1994.s. 31 

 

30. Alekseeva L.B., Juykov V.M., Lukahuk İ.İ. Göstərilən əsəri. səh.189 



 

31. Donna Qomien. Göstərilən əsəri. səh.41 

 

32. Adı çəkilən Konvensiyanın mətni, bax: İnsan hüquqları-Beynəlxalq müqavilələr toplusu. 



Bakı.1998.səh.164-175. 

 

33. Bax: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi 



 

 

III. AVROPA İNSAN HUQUQLARI MƏHKƏMƏSİ İNSAN HÜQUQLARI ÜZRƏ AVROPA 



KONVENSİYASININ MÜDAFİƏ MEXANİZMİDİR. 

 

 



 

1. 9 saylı Protokolun mətni, bax: Mejdunarodnıe aktı o pravax çeloveka. Sbornik dokumentov. 

M.1998. s.559 

 

2. Sovet Evropı. Deətelğnostğ i rezulğtatı. İzdanie Slujbı Obhestvennıx Otnoşeniy Sovet Evropı. 



1998.s.71 

 

3. Tumanov V.A. Göstərilən əsəri. səh.136 



 

4. Tumanov V.A.Göstərilən əsəri.s.65 

 

5. Mejdunarodnoe pravo. Uçebnik dlə vuzov. Otv. red. Q.V.İqnatenko i O.İ. Tiunov. M.2001.s.51 



 

6. Boquslavskiy M.M. Mejdunarodnoe çastnoe pravo. M.2001.s.166 

 

7. Evropeyskiy Sud po Pravam Çeloveka. İzbrannıe reşeniə. T.1.s.168 



 

8. E.Məmmədov, X.Məmmədov. Avropa Məhkəməsinə fərdi şikayət hüququ. "Azərbaycan" qəzeti. 

29 iyun 2001-ci il. 

 

 



 

65

Document Outline

  • www.kitabxana.net 
  • Milli Virtual Kitabxananın təqdimatında

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə