Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə15/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   11   12   13   14   15   16   17   18   ...   28

icraatın Fransada ədalət mühakiməsi prinsiplərinə zidd olduğuna görə tələb Fransa məhkəməsi 

tərəfindən rədd edilir. Bir aydan sonra ərizəçi girov altında buraxılır. Bundan istifadə edən Fransa 

polisi onu İtaliyaya vermək məqsədilə gizli olaraq İsveçrə polisinə təhvil verir. İsveçrə polisi də öz 

növbəsində cinayətkarların verilməsi haqqında ikitərəfli müqaviləyə əsasən onu İtaliya hökumətinə 

ötürür. Ərizəçinin Fransa ərazisində həbsi və onun İsveçrə polisinə təhvil verilməsi Fransa 

məhkəməsi tərəfindən qeyri-qanuni hesab edilir. 

 

Avropa məhkəməsi də öz növbəsində 5-ci maddənin tələblərinə əsasən həbsin üsulunu və gizli 



ötürülməni qeyri-qanuni hesab etmiş və göstərmişdir ki, bu halda tutulma məhkəmənin qərarından 

yan keçmək məqsədilə deportasiyanın maskalanmış formasında həyata keçirilmiş və qanuni 

tutulma olmamışdır15. 

 

İndi isə Konvensiyanın 5-ci maddəsilə nəzərdə tutulan azadlıq və toxunulmazlıq hüququna qarşı 



yönələn qanuni halları qısa xarakterizə edək; 

 

 



a) Səlahiyyətli məhkəmə tərəfindən məhkum edildikdən sonra şəxsin qanuni tutulması 

 

 Burada söhbət səlahiyyətli məhkəmənin ittiham hökmünə əsasən, azadlıqdan məhrumetmədən 



gedir. "Səlahiyyətli məhkəmə" dedikdə icra hakimiyyətindən və işdə iştirak edən şəxslərdən asılı 

olmayan səlahiyyətli məhkəmə orqanı başa düşülməlidir. 

 

Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinə görə Azərbaycan Respublikasında 



məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə 

hakimiyyəti Konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş 

digər vasitələrlə həyata keçirilir. Məhkəmələrin səlahiyyətlərinin dəyişdirilməsi məqsədilə 

müəyyən olunmamış hüquqi üsulların tətbiq edilməsi və fövqəladə məhkəmələrin yaradılması 

qadağandır. 

 

Eyni zamanda, məhkəmə ittiham hökmü ilə azadlıqdan məhrumetmə növündə cəza təyin edərkən 



əmin olmalıdır ki, hər hansı digər cinayət hüquqi təsir tədbiri məhkumun islah olunması üçün 

kifayət etmir. Azərbaycan Respublikasının cinayət qanunvericiliyi bu tələbləri özündə əks etdirir 

(CM-nin müvafiq maddələri ). 

 

 



b) Məhkəmənin qanuni qərarına əməl etməməsinə görə və ya qanunla nəzərdə tutulan hər hansı 

öhdəliyin yerinə yetirilməsini təmin etmək məqsədilə şəxsin qanuni həbs olunması və ya tutulması  

 

Komissiya və Məhkəmə bu növ icazəli tutulmaya məhkəmə iclasına şahidin gətirilməsini, atalığın 



müəyyən edilməsi üçün testdən keçməni, psixi müayinəni təmin etmək məqsədilə aparılan 

tutulmaları aid edir. Məhkəmə, həmçinin göstərmişdir ki, hər hansı belə öhdəlik konkret olmalı və 

müəyyən xarakter daşımalıdır. Qeyd edilməlidir ki, bu müddəa müqavilə öhdəliklərinə şamil 

edilmir. Belə ki, 4 saylı Protokolun 1-ci maddəsinə görə "heç kim hər hansı müqavilə öhdəliyini 

yerinə yetirmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz". 

 

 



c) Şəxsin cinayət törətməsinə əsaslı şübhələr olduqda və yaxud onun tərəfindən hüquq pozuntusu 

törədilməsinin və ya əməli törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını almaqla əsaslı zərurət 

 

33



olduqda səlahiyyətli məhkəmə orqanının qarşısına gətirilməsi məqsədilə onun qanuni həbs 

olunması və ya tutulması 

 

 

Hazırda qüvvədə olan cinayət-prosessual qanunvericiliyə görə aşağıdakı proseduralar bu hala 



uyğun gəlir ; 

 

1. CPM-nin 148-ci maddəsinə görə, cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması. 



 

Qeyd edilməlidir ki, bu zaman Konvensiyanın müvafiq normasında işlədilən "əsaslı" ifadəsini 

buraxmaqla Azərbaycan qanunvericisi "tutulmanın" dairəsini bir qədər genişləndirmiş və bu da 

fikrimizcə, Konvensiyaya tam uyğun deyildir16. 

 

2. Azərbaycan Respublikasının CPM-nin 155.1-155.3-cü maddələrinin  tələbləri  əsasında tətbiq 



edilən həbs qəti imkan tədbiri. 

 

Müvafiq Avropa standartına görə hər hansı növ azadlıqdan məhrumetmə tutulmuş şəxsin məhkəmə 



qarşısına gətirilməsi məqsədi güdməlidir. Bu zaman azadlıqdan məhrum etmənin əsasları 

(Konvensiyanın 5-ci maddəsinin 1-ci hissəsinin "c" bəndində üç əsasdan söhbət gedir: 1) şəxsin 

cinayət törətməsində əsaslı şübhələr olduqda; 2) şəxs tərəfindən cinayət törədilməsinin qarşısını 

almağa əsaslı zərurət olduqda; 3) şəxsin cinayət törətdikdən sonra qaçıb gizlənməsinin qarşısını 

almağa əsaslı zərurət olduqda); prosedura; müddət; tutulmuş və həbs olunmuş şəxslə davranma 

məsələlərinə xüsusi diqqət yetirilir. 

 

 

 



ç) Yetkinlik yaşına çatmamış şəxsin tərbiyəvi nəzarət məqsədilə qanuni qərar əsasında tutulması və 

ya səlahiyyətli orqanın qarşısına gətirilməsi üçün qanuni tutulması. 

 

Burada yetkinlik yaşına çatmayan şəxsin tutulma imkanı iki halla əlaqələndirilir:  



1) onların nəzarətsiz qalması;  

2) hüquq pozuntusu törətməsi. 

 

Azərbaycan qanunvericisi yetkinlik yaşına çatmayan şəxslərin toxunulmazlıq hüququna xüsusi 



diqqət yetirmiş, onların tutulması və ya həbs edilməsinin, onlar barəsində cinayət-prosessual 

icraatının xüsusi qaydalarını müəyyən etmişdir. CPM-də bu məsələyə ayrıca fəsil (fəsil 50) həsr 

edilmişdir. CPM-nin 434-cü maddəsində deyilir ki, həbs qətiimkan tədbiri yetkinlik yaşına 

çatmayan şəxs barəsində müstəsna tədbir kimi və mümkün qədər qısa müddət ərzində tətbiq 

olunmalıdır. 433-cü maddədə isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin tutulması zamanı 

bu barədə dərhal onun valideynlərinə və digər qanuni nümayəndələrinə məlumat verilməlidir. 

 

Yetkinlik yaşına çatmayan şəxslərin tutulması və həbsilə bağlı Azərbaycan Respublikasının 



qanunvericiliyi prinsip etibarı ilə müvafiq Avropa standartlarına cavab verir. 

 

Konvensiyanın 5-ci maddəsinin birinci hissəsinin "d" bəndində göstərilən "tərbiyəvi nəzarət" 



məqsədilə əlaqədar Məhkəmə göstərmişdir ki, "tərbiyəvi nəzarətin" zəruriliyinə istinad etmək 

uşağın həbs edilməsinə əsas vermir. 

 

 

34




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə