Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   2   3   4   5   6   7   8   9   ...   28

Konstitusiyası da daxil olmaqla beynəlxalq hüquqa uyğun olmalıdır. Təqdirəlayiq haldır ki, ölkə 

Konstitusiyasında insan hüquqları üzrə beynəlxalq standartlara münasibətdə beynəlxalq hüquqla 

milli hüququn nisbəti məsələsi həmin tələblərə cavab verir. Azərbaycan Respublikası 

Konstitusiyasının 12-ci maddəsinin ikinci hissəsində birbaşa göstərilir ki, Konstitusiyada sadalanan 

insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə uyğun tətbiq edilir. Buradan belə bir nəticə çıxarmaq olar ki, Konstitusiyada insan və 

vətəndaş hüquqları və azadlıqları ilə bağlı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq 

müqavilələrə nisbətdə fərqli qaydalar müəyyən edilibsə, beynəlxalq müqavilənin norması tətbiq 

edilməlidir. 

 

İlk baxışdan Konstitusiyanın 12-ci maddəsinin ikinci hissəsi ilə 151-ci maddə arasında müəyyən 



ziddiyyətin olduğu görünə bilər. Elmi ədəbiyyatda haqlı olaraq qeyd edilir ki, hüquqi təfsirin 

məntiqinə görə Konstitusiyanın beynəlxalq hüquq üzərində üstünlüyünü nəzərdə tutan 151-ci 

maddə ümumi qaydanı ehtiva edir. 12-ci maddənin II hissəsi isə xüsusi hal üçün, ayrıca məsələ 

olmaqla yalnız insan hüquqları sahəsində mövcud olan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq 

müqavilələr üçün nəzərdə tutulub1. Bu hal üçün hüquqi texnikanın prinsipi olan "lex specialis 

derogat legi generalis" (xüsusi qanun umumi qanunu dəyişdirir) qaydası tətbiq edilir. Təbiidir ki, 

hər hansı bir məsələyə münasibətdə onu tamamilə və aydın şəkildə həll edən xüsusi qayda 

mövcuddursa, belə hallarda ümumi qaydaya müraciət etməyə ehtiyac qalmır2 . 

 

Əgər nəzərə alınsa ki, Konstitusiya ilə insan və vətəndaş hüquqlarının və azadlıqların təmin 



edilməsi dövlətin ali məqsədi kimi müəyyən edilib, onda məsələnin belə qoyuluşu təəccüb 

doğurmamalıdır. 

 

İnsan hüquqları sahəsində beynəlxalq standartların xüsusi statusa malik olması ölkə 



qanunvericiliyinin ona uyğunlaşdırılmasını zəruri edir. Digər tərəfdən, insan hüquqları sahəsində 

əsas Avropa standartlarını özündə ehtiva edən 1950-ci il İnsan Hüquqları haqqında Avropa 

Konvensiyası və ona əlavə edilən 1, 4, 6 və 7 saylı Protokolların müdafiə mexanizmi olan İnsan 

Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Məhkəmə) qərarları da üzv dövlətlər üçün 

məcburidir. 

 

Konvensiyanın 46-cı maddəsində deyilir: "Razılığa gələn Yüksək Tərəflər məhkəmənin onların 



tərəf olduqları hər hansı bir iş üzrə çıxardığı son qərarı yerinə yetirməyi öz öhdələrinə götürürlər". 

Konvensiya ilə müdafiə olunan hər hansı bir hüququn pozulması ilə bağlı şikayəti öyrənərkən 

Məhkəmə həmin iş üzrə cavabdeh qismində çıxış edən dövlətin daxili hüququn müvafiq normasına 

və məhkəmə praktikasına diqqət edir və Məhkəmənin həmin şikayət üzrə çıxardığı qərar bir növ 

daxili hüququn müvafiq normasının qiymətləndirilməsi kimi  qəbul edilir. 

 

 Beləliklə, Məhkəmə öz fəaliyyəti ilə də dövlətin daxili qanunvericiliyinin Konvensiyaya 



uyğunlaşdırılması istiqamətinə real təsirlər göstərir3. Əlbəttə, Məhkəmənin hər hansı dövlətdaxili 

hüquq normasını və ya qanunvericilik aktını ləğv etmək, onlara dəyişiklik etmək və ya digər 

hakimiyyət tədbirləri həyata keçirmək tələbi ilə çıxış etmək səlahiyyəti yoxdur. Lakin 

Konvensiyanın iştirakçısı olan dövlətlər Məhkəmənin qərarlarına ciddi yanaşır və öz 

qanunvericiliklərini Konvensiyaya və Avropa Məhkəməsinin praktikasına uyğunlaşdırmaqda 

maraqlıdırlar. 

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi kimi müdafiə mexanizminin təsir dairəsinə düşən insan 



hüquqları və azadlıqları Konvensiyanın "Hüquqlar və azadlıqlar" adlanan birinci bölməsində və 

 

12




qeyd edilən Protokolların üst-üstə on dörd maddəsində öz əksini tapmışdır. Konvensiyanın birinci 

bölməsinin cəmi on yeddi maddədən ibarət olmasını nəzərə alsaq, onda Konvensiyanın müdafiə 

mexanizminə daxil olan hüquq və azadlıqlar kataloqunun cəmi otuz bir maddədə öz əksini tapması 

nəticəsinə gəlirik. Konvensiya və ona əlavə edilən Protokollarla tanış olmayanlara ilk baxışdan elə 

gələ bilər ki, burada yalnız otuz bir hüquqdan söhbət gedir və Avropa Məhkəməsinin predmet 

səlahiyyəti yalnız bu otuz bir hüquqla bitir. Belə ki, Avropa Məhkəməsi qeyd edilən sənədlərdə 

nəzərdə tutulmayan hüquqların müdafiəsilə bağlı müraciəti qəbul etmir. Yeri gəlmişkən,  bu şərt 

Məhkəmə praktikasında "ratione materiae" adlanır. 

 

Əlbəttə, qeyd edilən hüquq və azadlıqların kataloqu otuz bir maddədə təsbit edilsə də, əslində 



onların sayı bununla  məhdudlaşmır, daha çoxdur. Belə ki, bir sıra maddələrdə bir neçə hüquq 

norması təsbit edilmişdir. Məsələn; Konvensiyanın "Şəxsi və ailə həyatına hörmət" adlanan 8-ci 

maddəsində həmin hüquqla yanaşı "yaşayış sahəsinin toxunulmazlığı", "yazışma sirrinə hörmət 

edilməsi" hüquqları da ifadə olunmuşdur. Yeri gəlmişkən, Azərbaycan Respublikasının 

Konstitusiyasında da "yazışma sirrinə hörmət" hüququ "şəxsi və ailə həyatının sirrini saxlamaq" 

hüququ ilə "şəxsi toxunulmazlıq hüququ" adı altında bir maddədə (maddə 32), "mənzil 

toxunulmazlığı" hüququ isə ayrıca maddədə (maddə 33) verilmişdir. 

 

    Bəzi maddələr Məhkəmə təcrubəsində verilən təfsir nəticəsində konkretləşdirilmiş, bir-biri ilə 



əlaqəsi şübhə doğurmayan bir neçə konkret hüquqdan ibarət olması göstərilmişdir. Eyni zamanda, 

müəyyən edilmişdir ki, birbaşa Konvensiyada nəzərdə tutulmayan, lakin onun məqsəd və 

mahiyyətindən irəli gələn hüquqlar da mövcuddur. Məsələn, məhkəmənin əlçatan, hamı üçün 

mümkün olmasına hüquq  ayrıca norma olmaq etibarılə birbaşa nəzərdə tutulmasa da, 

Konvensiyanın 6-cı maddəsinin ruhundan irəli gəlir. 

 

Konvensiyanın müdafiə mexanizminin təsir dairəsinə düşən hüquq və azadlıqların həcmi haqqında 



tam təsəvvür yaratmaqdan ötrü onların təsnifatının aparılması zərurəti vardır. Konvensiyanın 

özündə belə təsnifat aparılmamışdır. Hüquq ədəbiyyatlarında isə müxtəlif təsnifatlara rast gəlinir. 

Biz təsbit edilən hüquqlara daha aydınlıq gətirmək, onlar haqqında konkret təsəvvür əldə etmək 

məqsədilə nisbətən sadə və asan qavranıla bilən və məzmun baxımından bir-birinə yaxın olan 

hüquqları vahid qrupda cəmləşdirməyə imkan yaradan təsnifata üstünlük verdik. Həm də nəticədə 

oxucuda hüquq və azadlıqların Avropa kataloqu haqqında tam təsəvvür yaranar. Buna əsasən,  

həmin hüquq və azadlıqları üç qrupa bölürlər; 

 

 



1) şəxsi hüquqlar; 

 

2) siyasi və vətəndaşlıq hüquqları ; 



 

3) ədalətli məhkəmə təminatı  ilə bağlı hüquqlar4 . 

 

Şəxsi hüquqlara aşağıdakı hüquqlar aid edilir



 

 

1) yaşamaq hüququ; 



 

2) köləliyin və məcburi əməyin qadağan olunması; 

 

 

13




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə