Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə1/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
  1   2   3   4   5   6   7   8   9   ...   28


www.kitabxana.net

  

Milli Virtual Kitabxananın təqdimatında 

 

 



Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan 

 

Hazırlayanı: Ataxan Abilov 

 

"Cəmiyyət və Hüquq" İctimai Birliyi 

E-maıl: ataxanabilov@mail.com 

 

 

Kitab Avrasiya Fondu Yardımı ilə Hazırlanıb 

www.efazerbaijan.org 

 

 

İçindəkilər: 

 

Ön söz  


 

I fəsil 


 

 Azərbaycan Respublikası Avropa Şurasının tam və bərabər- hüquqlu üzvüdür   

 

II fəsil 



 

İnsan hüquqları sahəsində Avropa standartları və Azərbaycan Respublikasının qanunvericiliyi   

 

2.1. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının 



Azərbaycan Respublikasının  qanunvericilik sistemində yeri 

 

 



2.2. Şəxsi hüquq və azadlıqlar  

 

2.2.1. Yaşamaq hüququ 



 

 

2.2.2. Köləliyin və məcburi əməyin qadağan edilməsi 



 

2.2.3. Şəxsi və ailə həyatına hörmət hüququ 

 

 

2.2.4. Nigaha daxil olmaq hüququ və tərəflərin hüquq bərabərliyi 



 

 

2.2.5. Fikir, vicdan və din azadlığı 



 

 

2.2.6. Təhsil hüququ 



 

1



 

2.2.7. Mülkiyyətin müdafiəsi 

 

 

2.2.8. Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə mane olmanın qadağan edilməsi 



 

 

2.3. Vətəndaşlıq və siyasi hüquq və azadlıqlar 



 

 

2.3.1. Söz azadlığı (ifadə etmək hüququ) 



 

2.3.2. Dinc yığıncaqlar və nümayiş azadlığı 

 

 

2.3.3. Assosiasiyalar azadlığı və ya birləşmək hüququ 



 

 

2.3.4. Azad seçki hüququ 



 

2.3.5. Hərəkət azadlığı 

 

 

2.3.6. Xaricilərin hüquqları 



 

2.4. Ədalətli Məhkəmə təhqiqatı ilə bağlı hüquqlar   

 

2.4.1. Azadlıq və toxunulmazlıq hüququ 



 

2.4.2. Ədalətli məhkəmə hüququ 

 

2.4.3. İşgəncələrin qadağan edilməsi 



 

 

III fəsil 



 

 Avropa İnsan Hüquqları Məhkəməsi İnsan Hüquqları haqqında Avropa Konvensiyasının müdafiə 

mexanizmidir 

 

 



3.1. Avropa İnsan Hüquqları Məhkəməsi daim təkmilləşən mexanizmdir (tarixi aspektlər) 

 

 



3.2. Məhkəmənin tərkibi və quruluşu 

 

 



3.3. Məhkəmənin yirisdiksiyası 

 

 



3.3.1. Məsləhətçi rəylər  

 

3.3.2. Dövlətlərarası işlər 



 

 

3.3.3. Fərdi şikayətlər  



 

İstifadə olunmuş ədəbiyyat  

 

 

 



2


KİTABDA İŞLƏDİLƏN BİR SIRA SÖZ VƏ ŞƏRTİ İŞARƏLƏR ALTINDA 

AŞAĞIDAKILAR BAŞA DÜŞÜLMƏLİDİR 

 

 



Konvensiya  - İnsan hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il  Avropa 

Konvensiyası 

 

Məhkəmə - Avropa İnsan Hüquqları Məhkəməsi 



  

Komissiya - Avropa İnsan Hüquqları Komissiyası 

 

AŞ - Avropa Şurası 



 

Konstitusiya - Azərbaycan Respublikasının 12 noyabr 1995-ci ildə qəbul olunmuş Konstitusiyası 

 

CM - Azərbaycan Respublikasının Cinayət Məcəlləsi 



 

CPM - Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi 

 

MM - Azərbaycan Respublikasının Mülki Məcəlləsi 



 

MPM - Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 

 

CİM - Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

3



ÖN SÖZ 

 

Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaqla onun bir sıra konvensiyalarına, o cümlədən 



İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Konvensiyasına qoşulmuşdur. 

Konvensiya Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Avropa Şurasına üzv 

olma ərəfəsində - 25 yanvar 2001-ci ildə Strasburqda imzalanmış və 25 dekabr 2001-ci ildə 

Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edilmişdir. Ratifikasiya haqqında 

Qanun dövlət başçısı tərəfindən imzalandıqdan sonra, 10 mart 2002-ci ildə Milli Məclisin rəsmi 

orqanı olan "Azərbaycan" qəzetində çap olunmuşdur. Azərbaycan Respublikası tərəfindən İnsan 

Hüquqları haqqında Konvensiyanın ratifikasiya edilməsilə bağlı sənəd Avropa Şurasının Baş 

Katibinə təqdim edilmiş və 15 aprel 2002-ci ildə depozitə edilmişdir. Həmin tarixdən etibarən 

respublikamızın yurisdiksiyası altında olan hər bir şəxsin Avropa İnsan Hüquqları Məhkəməsinə 

Konvensiya ilə müəyyən edilmiş şərtlər daxilində müraciət etmək hüququ yaranmışdır. 

 

Bununla əlaqədar olaraq ölkə ictimaiyyətinin Strasburq məhkəməsinə marağı artmışdır. Lakin 



cəmiyyətimizdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi və ona müraciət etməklə bağlı hüquqi 

maarifləndirmə günün tələbləri səviyyəsindən geri qalır. Mövcud şəraitdə  İnsan Hüquqları üzrə 

Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzinin təşəbbüsü ilə hüquqşunas Ataxan Əbilov 

tərəfindən  hazırlanan və oxucuların ixtiyarına verilən "Avropa Məhkəməsi və Azərbaycan" kitabı 

hüquqşunaslarla yanaşı, sıravi vətəndaşlarımıza da bu işdə yardımcı olacaqdır.  

Ümid edirik ki, "Avropa Məhkəməsi və Azərbaycan" kitabı Avropa Məhkəməsi, onun fəaliyyət 

mexanizmi, Məhkəməyə müraciətetmə qaydaları haqqında, Azərbaycan Respublikası 

qanunvericiliyinin müvafiq Avropa standartları ilə müqayisəli analizi, Azərbaycan Respublikasının 

Avropa Şurasına üzv olarkən öz üzərinə götürdüyü öhdəliklərini təhlili və s. bu kimi məsələlərlə 

ətraflı tanış olmaqda oxucuların köməyinə gələcək, bu istiqamətdə mövcud olan hüquqi 

informasiya boşluğunu az-çox aradan qaldıracaqdır. 

 

Kitabda yuxarıda qeyd etdiyimiz məsələlərin hüquqi təhlili və təfsiri ilə yanaşı, bir sıra mühüm 



sənədlərlə, o cümlədən Avropa Şurasının Nizamnaməsilə (ixtisarla), İnsan Hüquqları və Əsas 

Azadlıqların Müdafiəsi haqqında Konvensiya və ona əlavə edilən 1, 4, 6, 7 saylı Protokollarla, 

Avropa Məhkəməsinə müraciət etmək üçün ərizə blankı və onun doldurma qaydası haqqında 

Təlimatla, Konvensiyanın ratifikasiyası zamanı Azərbaycan Respublikasının etdiyi qeyd-şərt və 

verdiyi Bəyanatların mətnlərilə də tanış ola bilərsiniz. 

 

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə Müraciətetmə Mərkəzi kitabın işıq üzü görməsinə görə 



maliyyə yardımı ayıran ABŞ-ın Avrasiya fonduna dərin minnətdarlığını  bildirir. Bu təşkilat və 

Mərkəzimiz haqqında qısa məlumatla kitabın sonunda tanış ola bilərsiniz. 

 

 

                                                              Natiq Abdullayev 



 

 

 

 

 

 

 

 

 

4




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə