Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə8/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   4   5   6   7   8   9   10   11   ...   28

Komissiya və Məhkəmə belə halları Konvensiyanın 8-ci maddəsinin pozulması kimi 

qiymətləndirməklə yanaşı, həm də 8-ci maddənin ikinci hissəsinə əsasən belə hüquqların həyata 

keçirilməsinə qanuna uyğun müdaxilənin bir forması kimi göstərilən "qanunla nəzərdə tutulma" 

vəziyyətinə aydınlıq gətirmişdir. Belə ki, yuxarıda adı çəkilən işlər üzrə cavabdeh dövlətlər 

şikayətçilər üzərinə qoyulan gizli müşahidələri, o cümlədən, telefon danışıqlarına qulaq asılmasının 

və şəxsi həyatlarıyla bağlı məlumatların toplanmasının dövlətdaxili qanunlar çərçivəsində həyata 

keçirildiyinə istinad etmişlər. Məhkəmə istinad edilən dövlətdaxili normaların ciddi şəkildə qeyri-

müəyyən xarakter daşıdığını göstərmiş və aşağıdakıları qeyd etmişdir: "İcra hakimiyyəti üçün 

qeyri-məhdud səlahiyyət sferası müəyyən edən normalar hüququn aliliyi prinsipinə ziddir. Bundan 

irəli gələrək aparılan tədbirlərin hüquqa uyğunluğu baxımından qanunda hakimiyyət orqanlarına 

verilən belə səlahiyyətlərin həcmi və onun həyata keçirilmə qaydaları aydın müəyyən edilməlidir. 

Nəticədə ayrı-ayrı şəxslərə münasibətdə özbaşınalıqlardan adekvat müdafiə təmin olunacaqdır". 

 

Məhkəmə Xuviq Fransaya qarşı (1990-cı il) və Kruslin Fransaya qarşı (1990-cı il) işlərdə də Fransa 



qanunvericiliyini eyni baxış-bucaq altında təhlil edərək analoji qərar qəbul etmiş, dövlətdaxili 

qanunvericiliyin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan qanunçuluq haqqında tələbə 

cavab vermədiyini göstərmişdir. 

 

Konvensiyanın 8-ci maddəsinin müdafiəsi altına düşən göstərilən hüquqlar Azərbaycan 



Respublikası Konstitusiyasının 31, 32, və 33-cü maddələrində təsbit edilmişdir. 

 

Konstitusiyanın bir neçə maddəsində bu hüquqların nəzərdə tutulması təsadüfi deyildir. Müstəqil 



Azərbaycan Respublikasının Konstitusiyası Konvensiyadan çox-çox sonra - 1995-ci ildə qəbul 

edilmiş, keçən müddət ərzində hüquq və azadlıqların beynəlxalq kataloqu genişlənmiş və orada öz 

yerini tapan, təkmilləşən bütün hüquqlar demək olar ki, müəyyən çatışmazlıqlarla Konstitusiyada 

öz əksini tapmışdır. Şəxsin həyatına, fiziki və mənəvi sağlamlığına, mülkiyyətinə, mənzilinə qəsd 

etməyi, ona qarşı zor işlətməni qadağan edən 31-ci maddə "təhlükəsiz yaşamaq hüququ" adı altında 

formula edilmişdir. Mütəxəssislərin fikrinə görə, Azərbaycan qanunvericiliyi, hətta, insan 

hüquqlarının beynəlxalq kataloqundan da irəli getmiş və orada birbaşa öz ekvivalentini tapmayan 

"təhlükəsiz yaşamaq hüququnu" müəyyən etmişdir6. Düzdür, "təhlükəsiz yaşamaq hüququ" 

formuluna beynəlxalq hüquqi sənədlərdə rast gəlinməsə də, maddənin mətnində öz ifadəsini tapan 

məsələlər əslində Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan hüquqların hüquqi texnika 

baxımından neqativ formada təqdimatıdır. Bununla kifayətlənməyən Azərbaycan qanunvericisi 

Konstitusiyanın sonrakı 32 və 33-cü maddələrində həmin hüquqların daha geniş şəkildə pozitiv 

tərtibatda verilməsinə də ehtiyac duymuşdur. 

 

Konvensiya ilə Konstitusiyanın müvafiq normalarının müqayisəli təhlilinin nəticəsi kimi 



aşağıdakıları göstərmək olar; 

 

Birincisi, Konstitusiyada bu hüquqlar daha konkret göstərilmiş və tam şəkildə verilmişdir;  



İkincisi, Konvensiyadan fərqli olaraq Konstitusiyada "yaşayış sahəsi" anlayışı deyil, "mənzil" 

anlayışından istifadə edilsə də, əslində bu anlayışlar təcrübədə eyni cür təfsir edilməlidir; 

 

Üçüncüsü, Konstitusiya Konvensiyadan irəli gedərək göstərilən hüquqların həyata keçirilməsinə 



qanuna uyğun müdaxilənin daha məhdud dairəsini müəyyən etmişdir. 

 

 



19


Fikrimizcə, belə müdaxilənin forması kimi Konstitusiyada nəzərdə tutulan "qanunla nəzərdə tutulan 

hallar" məsələsinə aydınlıq gətirilən zaman Məhkəmənin yuxarıda qeyd edilən mövqeyi 

baxımından çıxış etmək lazımdır. 

 

 



 

2.2.4. Nigaha daxil olmaq hüququ 

 

 Konvensiyanın 12-ci maddəsində təsbit olunan bu hüququn faktiki realizasiyası zamanı 



münasibətlərin tənzimlənməsi dövlətdaxili qanunvericiliyin üzərinə qoyulur. Məsələnin belə 

qoyuluşu təbii hesab edilməlidir. Konvensiyanın qüvvədə olduğu ərazini nəzərdən keçirsək onun 

Rusiya və Türkiyə kimi dövlətlərin hesabına, hətta, Asiya qitəsinin də xeyli hissəsini əhatə 

etdiyinin şahidi olarıq. Bu ərazidə 800 milyondan artıq əhali və onların təmsil etdiyi yüzlərlə xalq 

yaşayır. Nigah və ailə məsələlərinin hər bir xalqın milli, mədəni, tarixi, dini ənənələrilə sıx bağlı 

olduğuna görə məsələnin belə qoyuluşu təsadüfi deyildir. 

 

Azərbaycan Respublikasının qanunvericiliyi qeyd edilən standarta tamamilə uyğundur. 



Konstitusiyamızın 34-cü maddəsində nigahın maddi şərtləri göstərilmişdir. Orada deyilir ki, hər 

kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır, nigah könüllü razılıq 

əsasında bağlanılır və heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Bütün bu məsələlər Avropa 

standartları ilə milli adət-ənənələrimiz qarşılıqlı şəkildə nəzərə alınmağla 28 dekabr 1999-cü ildə 

qəbul edilən və 01 iyun 2000-ci ildə qüvvəyə minən Azərbaycan Respublikasının  Ailə 

Məcəlləsində hərtərəfli tənzimlənir. 

 

 Ər və arvadın hüquq bərabərliyi Konvensiyaya əlavə edilən 22 noyabr 1984-cü il tarixli 7 saylı 



Protokolun 5-ci maddəsində nəzərdə tutulub. Orada deyilir ki, ər və arvad nigaha daxil olarkən, 

nigahda olma dövrü ərzində və nigahın pozulması (boşanma) ilə əlaqədar öz aralarındakı və onlarla 

uşaqları arasındakı münasibətlərə görə bərabər mülki hüquqi məsuliyyət daşıyırlar. Bu maddə 

dövlətlərə uşaqların mənafeyinin qorunması üçün zəruri olan tədbirlərin görülməsinə mane olmur. 

 

Konvensiyanın mətnində də ayrı-seçkiliyi qadağan edən xüsusi maddə vardır. Həmin maddədə 



biləvasitə ər-arvaddan söhbət getməsə də, hər halda cinsi ayrı-seçkilik qadağan olunur. Əgər nəzərə 

alsaq ki, belə ayrı-seçkilik Konvensiya ilə yalnız orada təsbit edilmiş hüquq və azadlıqlardan 

istifadə zamanı qadağan edilir, onda bu maddənin müstəqil formulə edilməsinin zəruriliyini dərk 

etmiş olarıq. 

 

Ər və arvadın hüquq bərabərliyinə insan hüquqlarının əsas prinsiplərindən biri olan bərabərlik 



hüququnun tərkib hissəsi kimi baxmaq lazımdır. Bu prinsip Azərbaycan Respublikası 

Konstitusiyasının 25-ci maddəsində hərtərəfli təsbit edilmişdir. Orada hamının qanun və məhkəmə 

qarşısında bərabərliyi, kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olması, dövlətin heç bir 

əlamətdən, o cümlədən, cinsindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə 

təminat verməsi və insan və vətəndaş hüquqlarını və azadlıqlarını cinsi... mənsubiyyətə görə 

məhdudlaşdırmanın qadağan olunması kimi məsələlər öz əksini tapmışdır. Həmçinin,  

Konstitusiyanın 34-cü maddəsinin dördüncü bəndində ər və arvadın hüquqlarının bərabərliyi xüsusi 

vurğulanmışdır. Bundan əlavə, göstərilməlidir ki, 7 saylı Protokolun 5-ci maddəsi eynilə 

Konstitusiyada nəzərdə tutulmasa da, həmin məsələlər hərtərəfli və analoji qaydada Azərbaycan 

Respublikasının Ailə Məcəlləsində təsbit edilmişdir. 

 

 

20




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə