Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə4/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   2   3   4   5   6   7   8   9   ...   28

1) hər hansı bir məhdudiyyət və şərt qoyulmadan Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara 

Komitəsilə məhkumların görüşməsinə təminat verən müqavilə imzalamaq

2) hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınan məhkumların işinə baxılması 

və onların azad edilməsi məsələsinə baxmaq; 

3) vəzifə borcunu yerinə yetirərkən insan hüquqlarını, o cümlədən, işgəncənin qadağan edilməsi ilə 

əlaqədar normaları pozan hüquq-mühafizə orqanlarının nümayəndələrini məhkəmə məsuliyyətinə 

cəlb etmək; 

4) söz azadlığına, kütləvi informasiya vasitələrinin və jurnalistlərin müstəqilliyinə təminat vermək, 

mətbuatın azadlığını məhdudlaşdıran inzibati tədbirlərdən istifadəni aradan qaldırmaq; 

5) milli televiziya kanalını müstəqil İcraçı Şura tərəfindən idarə olunan ictimai kanala çevirmək; 

6) üç il müddətində milli azlıqlar haqqında qanun qəbul etmək

Ən nəhayət, Azərbaycan Respublikasının üzərinə Avropa Şurasının Monitorinq Komitəsilə geniş 

əməkdaşlıq etmək öhdəliyi qoyulur. Belə monitorinqlərin keçirilməsinin əsas məqsədi üzv 

dövlətlərin öz üzərinə götürdüyü öhdəlik və vəzifələrə riayət etmə vəziyyətini öyrənmək təşkil edir. 

 

Bu arada AŞPA-nın Hüquqi Məsələlər və İnsan Hüquqları Komitəsinin Kiprdə keçirilən iclasında 



Azərbaycan Respublikasının bu nüfuzlu təşkilata üzv qəbul olunması məqsədə uyğun hesab 

edilmir7. 

 

Vəziyyətlə bağlı 27 iyun 2000-ci il tarixdə həmin Komitə ilə Azərbaycan parlamentinin nümayəndə 



heyətinin üzvləri arasında keçirilən görüşdə daha iki təklif səslənir; a) respublikada parlament 

seçkilərini vicdanla keçirmək; b) üç məhkumun - İ.Həmidov, Ə.Hümbətov və R.Qazıyevin 

məhkum olunmalarına dair cinayət işlərinə yenidən baxılması və onların azad edilməsi məsələsinə 

baxmaq. 


 

Nəhayət, respublikamızın AŞ-a üzvlüyü məsələsi 28 iyun 2000-ci il tarixdə keçirilən AŞPA-nın 

növbəti sessiyasında müzakirə edilir. Bu haqda çıxış edən deputatların əksəriyyəti "problemlər 

mövcuddur, lakin respublikada bu istiqamətdə xeyli iş görüldüyünə görə qəbul edilsin", səpkili 

fikirlərini bildiriblər. Deputatlardan Atkinson (Böyük Britaniya) ədalətli parlament seçkilərinin 

keçirilməsi tələbini, Yurgens (Niderland) həm ədalətli seçki, həm də yuxarıda adı çəkilən üç 

məhkumun buraxılması tələbini önə çəkir8. 

 

Uzun müzakirələrdən sonra Parlament Assambleyası, sessiyada iştirak edən 126 deputatdan 120 



lehinə, 5 bitərəf və 1 əleyhinə olmaqla, təşkilatın Nazirlər Komitəsinə Azərbaycan Respublikasının 

Avropa Şurasına üzv qəbul edilməsini tövsiyə edir9. 

 

AŞPA-nın sessiyası Avropa Şurasına üzv olmaq üçün Azərbaycanın öz üzərinə götürdüyü 



öhdəliklər paketini cüzi əlavə və dəyişikliklə "222 saylı Tövsiyə"  adı altında təsdiq edir. 

 

Əlavə olaraq həmin sənəddə 1998-ci ildən Azərbaycan Respublikasında ölüm cəzasının ləğvi 



yüksək qiymətləndirilir, kütləvi informasiya vasitələri haqqında, "Konstitusiya Məhkəməsi 

haqqında" Qanunlara, habelə bir sıra digər qanunlara əlavələr edilməsi, hakimlərin təyini 

proseduru, onların vəzifələrində qalma müddətləri məsələsinə yenidən baxılması və s. məsələlər 

tövsiyə olunur. 

 

09 noyabr 2000-ci il tarixdə keçirilən Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycan 



Respublikasının üzvlüyü məsələsinə baxılır. Nazirlər Komitəsi də öz növbəsində Azərbaycan 

Respublikasına beş bənddən ibarət Tövsiyələr Paketi təqdim edir10. 

 

9



 

Həmin sənəddə bölgənin demokratik inkişafı ilə bağlı mütəmadi olaraq monitorinqlərin keçirilməsi

Parlament seçkiləri zamanı beynəlxalq müşahidəçilərin müəyyən etdikləri pozuntularla bağlı, 

onların tənqidinə cavab verən hesabatın respublika hökuməti tərəfindən hazırlanması; bu məqsədlə 

monitorinq qrupunun yaradılması; AŞ-ın standartlarına müvafiq olaraq ölkə Konstitusiyasına bir 

sıra əlavə və dəyişikliklər edilməsi, "Seçkilər haqqında" və "KİV haqqında" Qanunların Avropa 

standartlarına uyğunlaşdırılması məqsədilə Venetsiya Komissiyasının kömək etməyə dəvət 

edilməsi, Ermənistanla birgə Azərbaycan dövlətinin Qarabağ probleminin dinc yolla 

nizamlanmasının intensivləşdirilməsi nəzərdə tutulur. 

 

Beləliklə, Nazirlər Komitəsi qəbul etdiyi qətnamə ilə Azərbaycan və Ermənistan respublikalarını 



eyni vaxtda təşkilata üzvlüyə dəvət edir. 41 ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi sessiyada 

bu məsələ ilə bağlı 30-a qədər nazir münasibət bildirir və onların hamısı məsələnin müsbət həllini 

dəstəkləyir. 

 

Reqlamentə görə Azərbaycana AŞPA-da altı yer verilir. 



 

Azərbaycan Respublikasının Avropa Şurasına qəbul edilməsi istər cəmiyyətimizdə demokratik

hüquqi, dünyəvi dövlət quruculuğu, istərsə də Azərbaycanın dövlət müstəqilliyinin əbədi və 

dönməz olması, onun ümumavropa ailəsinə inteqrasiyası istiqamətində mühüm mərhələdir. Əlbəttə, 

respublikamızın bugünkü reallığı Avropa standartlarına tam cavab verməsə də, Azərbaycan 

hökumətinin buna cəhd göstərməsi və onun AŞ tərəfindən təklif edilən tövsiyələrin yerinə yetirilmə 

niyyətini aydın ifadə etməsi alqışlanmalıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



10


II FƏSİL 

 

İNSAN HÜQUQLARI SAHƏSİNDƏ AVROPA STANDARTLARI VƏ AZƏRBAYCAN 

RESPUBLİKASININ QANUNVERİCİLİYİ 

 

 



2.1. İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasının 

Azərbaycan Respublikasının qanunvericilik sistemində yeri 

 

İnsan hüquqları sahəsində Avropa standartlarının əsas hissəsi İnsan Hüquqları və Əsas Azadlıqların 



Müdafiəsi haqqında 1950-ci il Avropa Konvensiyasında (bundan sonra Konvensiya və ya İnsan 

Hüquqları haqqında Avropa Konvensiyası) və ona əlavə edilən 1, 4, 6 və 7 saylı Protokollarda ifadə 

olunmuşdur. Biz bu fəsildə məhz adı çəkilən sənədlərdə özünün normativ əksini tapan standartlarla 

Azərbaycan Respublikasının qanunvericiliyini, ilk növbədə Azərbaycan Respublikasının 1995-ci 

ilin noyabrın 12-də qəbul edilmiş Konstitusiyasının II bölməsində sadalanan əsas insan və vətəndaş 

hüquqları və azadlıqlarla bağlı normaları müqayisəli analiz etməyi, nəticədə onların müəyyən 

etdikləri prinsiplərin üst-üstə düşüb-düşmədiyini  aydınlaşdırmağı və fərqli məqamları göstərməyi 

qarşıya məqsəd qoymuşuq. 

 

İnsan hüquqları sahəsində Avropa standartları müasir beynəlxalq hüququn tərkib hissəsidir. 



Azərbaycan Respublikasının qanunvericiliyində beynəlxalq hüquq normalarının yeri ilə bağlı 

məsələni araşdırmaq bu mənada əhəmiyyət kəsb edir. Beynəlxalq hüquqla dövlətdaxili (milli) 

hüququn qarşılıqlı əlaqəsi, onlar arasında (hüquqi qüvvəsi və tətbiqi ilə bağlı) münasibət məsələsi, 

bir qayda olaraq, hər bir dövlətin konstitusiyası ilə müəyyən edilir. Azərbaycan Respublikasının 

Konstitusiyasında da bu məsələ ilə bağlı bir necə müddəa vardır. 

 

Əvvəla, Konstitusiyanın "Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan aktlar" 



adlanan 148-ci maddəsinin II hissəsində göstərilir ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı 

beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib 

hissəsidir. 

 

İkincisi, beynəlxalq aktların hüquqi qüvvəsini təmzimləyən 151-ci maddədə qeyd edilir ki, 



Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlarla 

(Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) 

Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət 

yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. 

 

Göstərilən norma ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin 



respublikanın hüquq sisteminə daxil olan normativ aktların ierarxiyasında yeri müəyyən edilmişdir. 

Bu sistemdə beynəlxalq müqavilə hüquqi qüvvəsinə görə Konstitusiyadan və referendum yolu ilə 

qəbul edilmiş aktlardan sonra üçüncü yerdə durur. Konstitusiyanın qeyd edilən 148-ci və 151-ci 

maddələri Azərbaycan Respublikasının qanunvericilik sistemində beynəlxalq hüquq normalarının 

yeri haqqında kifayət qədər aydınlıq yaradır. Yeri gəlmişkən, məsələnin belə həlli müasir 

beynəlxalq hüququn tələblərinə tam şəkildə cavab vermir. Belə ki, istər müasir beynəlxalq hüquqda 

imperativ normalardan biri olan beynəlxalq öhdələkləri vicdanla yerinə yetirmə (pacta sunt 

servanda) prinsipi baxımından, istərsə də universal beynəlxalq saziş olan Beynəlxalq müqavilələr 

hüququ haqqında 1969-cu il Vyana Konvensiyasının 27-ci maddəsinə əsasən, habelə bir sıra digər 

beynəlxalq hüquq normalarının tələblərinə görə dövlətdaxili qanunvericilik tamamilə, yəni, ölkə 

 

11



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə