Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə9/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   5   6   7   8   9   10   11   12   ...   28

Hüquq və azadlıqların Konvensiya kataloqunda bu kateqoriyadan olan hüquqlar sırasına, həmçinin

nigahdan kənar doğulan uşaqların hüquqları da aid edilir. Konvensiyanın 8-ci maddəsinin əsas 

prinsiplərindən çıxış edərək Məhkəmə dövlətin nigahdan kənar doğulan uşaqların hüquqlarının 

qorunması məsələsini də önə çəkmişdir. Markis Belçikaya qarşı (1979-cu il) işdə Məhkəmə 

nigahdan kənar doğulan uşaqların ailənin digər üzvlərinə münasibətdə bərabər hüquqlu olmasını 

təsdiq etmişdir. Bu hüquqdan hər hansı formada geri çəkilmə Məhkəmə tərəfindən Konvensiyanın 

8-ci maddəsində nəzərdə tutulan ailə həyatına hörmət hüququnun pozulması kimi tövsif edilmişdir. 

Qeyd edilən məsələ Konvensiyanın tələbləri çərçivəsində Azərbaycan Respublikası 

Konstitusiyasında və müvafiq qanunvericilik aktlarında təsbit edilmişdir. 

 

Belə ki, Konstitusiyanın 34-cü maddəsinin üçüncü hissəsində birbaşa göstərilir ki, analıq, atalıq, 



uşaqlıq qanunla mühafizə edilir. Bundan əlavə, Ailə Məcəlləsinin 48-ci maddəsində göstərilir ki, 

nigahdan kənar doğulan uşaqlar həmin Məcəllədə nəzərdə tutulmuş qaydada atalıq müəyyən 

olunduqdan sonra valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nigahda olan 

valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Beləliklə, nigahdan kənar 

doğulan uşaqların hüquqları respublikamızın qanunvericiliyində Konvensiya və Məhkəmə 

təcrübəsinə tamamilə uyğun olaraq mühafizə edilir. 

 

 

 



2.2.5. Fikir, vicdan və din azadlığı  

 

Bu azadlıqlar "Siyasi və vətəndaşlıq hüquqları haqqında" Paktda (18-ci maddə) olduğu kimi



Konvensiyanın 9-cu maddəsində də bir yerdə verilmişdir. Bəri başdan qeyd edək ki, Azərbaycan 

Respublikasının Konstitusiyasında adını çəkdiyimiz beynəlxalq hüquq sənədlərindən fərqli olaraq, 

fikir azadlığı, vicdan və din azadlığı ilə deyil, söz azadlığı ilə bir maddədə verilmişdir. Söz azadlığı 

isə beynəlxalq hüquqi sənədlərdə, o cümlədən, Konvensiyada ayrıca maddədə təsbit edilib. Səbəb 

nədir? Məsələ burasındadır ki, Konvensiyanın mətni hazırlanarkən mütəxəssislər hər kəsin öz 

fikrində qalmaq hüququnu (fikir azadlığı) belə fikri ifadə etmək hüququndan (söz azadlığı) 

fərqləndirmişlər. Onların fikrinə görə həmin hüquqlar müxtəlif xarakter daşıyır. Belə ki, "əgər öz 

fikrinə malik olmaq azadlığı (fikir azadlığı) hər kəsin həyatının mənəvi tərəfinə aiddirsə, həmin 

fikirləri ifadə etmək azadlığı isə (söz azadlığı) hər kəsin həyatının içtimai tərəfinə aiddir"7. 

Konstitusiyanın mətnini hazırlayanlar, yəqin ki, fikir azadlığını söz azadlığına daha yaxın olduğu 

qənaətinə gəldiklərinə görə, onları bir maddədə əhatə etmişlər. 

 

Konvensiyanın 9-cu maddəsinin mətnində "fikir", "əqidə", "vicdan", "din" və s. anlayışlardan 



istifadə edilmişdir. Məhkəmə bu anlayışların insan həyatının mənəvi və intellektual fəaliyyətinin 

geniş spektrini əhatə etdiyinə görə bu növ petisiyaların analizi zamanı hər bir halda ətraflı 

yanaşmaya üstünlük verir. Məhkəmə təcrübəsində "dil" anlayışının "fikir" anlayışına daxil 

olmasından imtina edilmiş (1968-ci ildə Belçika linqvistik problemi işdə), "vicdan" və "əqidə" 

anlayışları arasında fərq qoyulmamışdır. 

 

         Bu sətirlər yazılan zaman ölkədə xarici dini sektaların fəaliyyətinin genişlənməsilə bağlı 



mətbuatda yayılan məlumatların narahatlıq doğurmasını nəzərə alıb, bəzi məsələlər üzərində geniş 

dayanmağı vacib hesab etdik. İnsan Hüquqları üzrə Avropa Komissiyası öz təcrübəsində belə 

qənaətə gəlmişdir ki, hər hansı bir dinə və ya əqidəyə etiqad etmək bir sıra hallarda Konvensiyanın   

9-cu maddəsinin birinci bəndinin müdafiəsi altına düşməyə bilər. Məsələn: Errousmit Böyük 

Britaniyaya qarşı (1978-ci il) işdə ərizəçi iddia etmişdir ki, onun Şimali İrlandiyada hərbi 

 

21




xidmətdən əqidə mülahizələrinə görə imtina etməklə bağlı əsgərlər arasında yaydığı vərəqələrə 

görə təqib və məhkum olunması qeyri-qanunidir və ərizəçi passifist əqidə daşıyıcısı olduğuna görə 

onun malik olduğu, Konvensiyanın 9-cu maddəsinin birinci hissəsində nəzərdə tutulan vicdan və 

əqidə azadlığı cavabdeh dövlət tərəfindən pozulmuşdur. Passifizmin Konvensiyanın 9-cu 

maddəsinin müdafiəsi altına düşməsini təsdiq edən Komissiya belə qənaətə gəlmişdir ki, vərəqələr 

yaymaq passifist əqidəsinə etiqad etməkdən kənara çıxır. Belə halda dövlətin milli təhlükəsizlik 

mənafeyi baxımından işə qarışması qanuna uyğun hesab edilmişdir. Bundan əlavə, 10180/82 saylı 

petisiya üzrə Komissiya belə nəticəyə gəlmişdir ki, şəxs bu və ya digər dinin praktikasına uyğun 

olmayan hərəkətlərə haqq qazandırmaq üçün din azadlığı müddüəsına istinad edə bilməz və yaxud 

şəxsin bu və ya digər dini azad şəkildə tərk etmək imkanı olduğu halda dövlətin həmin din üzrə 

tutduğu mövqeyə etiraz edə bilməz və s. 

 

Fikir azadlığı Konstitusiyanın 47-ci maddəsinin birinci və ikinci hissələrində, vicdan və din 



azadlığı isə 48-ci maddədə öz əksini tapmışdır. Bu normaların mətni Konvensiyanın müvafiq 

mətnini eynilə təkrarlamasa da, onun məzmununu özündə tam əks etdirmişdir. 

 

 

2.2.6. Təhsil hüququ 



 

 Konvensiyaya əlavə edilən 1 saylı Protokolun 2-ci maddəsində nəzərdə tutulan təhsil hüququ bir-

birilə əlaqəli olan aşağıdakı üç elementdən ibarətdir:  

1)heç kəs təhsil hüququndan məhrum edilə bilməz; 

 

2)dövlətə təhsil və tədris sistemində iştirakının xarakteri və həcmini müəyyən etməkdə tam 



səlahiyyətlər verilir; 

 

3)uşaqlarının təhsilinə münasibətdə valideynlərə onların əqidəsinə hörmət hüququna təminat verilir. 



 

Qeyd edilən müddəalara görə dövlət təhsil hüququnun həyata keçirilməsinə müdaxilə edə bilməz. 

Eyni zamanda, təhsil hüququnun 1 saylı Protokolun 2-ci maddəsinin birinci cümləsində neqativ 

formulə edilməsi dövləti fəal hərəkətlə müşaiyət olunan vəzifələrdən də azad edir. 

 

Təhsil hüququ ilə bağlı bir sıra məsələlərə Məhkəmə təcrübəsində aydınlıq gətirilmişdir. Keldsen, 



Busk Madsen və Pedersen Danimarkaya qarşı (1976-cı il) işdə Məhkəmə göstərmişdir ki, 

demokratik cəmiyyətin qorunub saxlanılması üçün təhsildə pluralist imkanlara təminat verilməlidir. 

Kempbell və Kozens Böyük Britaniyaya qarşı (1982-ci il) işdə Məhkəmə 1 saylı Protokolun 2-ci 

maddəsinin mətnində işlədilən "fəlsəfi əqidə" ifadəsinə "insan ləyaqəti" anlayışına zidd olmayan, 

"demokratik cəmiyyətdə" hörmətə layiq olan əqidə kimi izah vermişdir. Bununla bərabər, belə 

əqidə uşağın təhsil hüququ ilə ziddiyyət təşkil etməməlidir. Təhsil hüququ öz təbiətinə görə dövlət 

tərəfindən tənzimlənməni zəruri edir. Lakin belə tənzimlənmə həmin hüququn mahiyyətinə xələl 

gətirməməli, Konvensiyada və ya Protokollarda nəzərdə tutulan hüquqlara zidd olmamalıdır. 

Valideyinlər dövlətdən özünun dini və fəlsəfi əqidələrinə hörmət etməyi tələb edə bələrlər. "Dövlət 

təhsil sahəsində öz funksiyalarını yerinə yetirən zaman məktəb proqramlarına daxil edilən məlumat 

və biliklərin obyektiv, tənqidi və plüralist manera ilə tədrisinə nəzarət etməlidir. Dövlətə 

valideyinlərin dini və fəlsəfi əqidəsinə zidd olan doktrinaların (ideoloqiyaların) zorla qəbul 

etdirilməsinə cəhd göstərmək qadağan edilir, bu həmin çərçivədir ki, ondan kənara çıxmaq olmaz". 

Bununla Məhkəmə həm də bu istiqamətdə dövlətin məsulliyyətinin mahiyyətini təsvir etmişdir. 

 

 

22




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə