Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə10/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   ...   6   7   8   9   10   11   12   13   ...   28

Azərbaycan Respublikasının Konstitusiyasında bu hüquq 42-ci maddədə normativ təsbitini 

tapmışdır. Konstitusiya Konvensiyadan fərqli olaraq dövlətin üzərinə müəyyən pozitiv öhdəliklər 

qoyur. Belə ki, həmin maddənin ikinci hissəsində deyilir: "Dövlət pulsuz icbari ümumi orta təhsil 

almaq hüququnu təmin edir". Azərbaycan qanunvericisi artıq dövlətin üzərinə hər bir kəsə pulsuz 

icbari ümumi orta təhsil almaq hüququnu təmin etmək vəzifəsini qoyur. Bu vəzifənin öhdəsindən 

böyük maddi texniki bazaya və muasir səviyyəli kadr potensialına malik olmaqla gəlmək olar. 

Bundan əlavə Konstitusiyanın 42-ci maddəsinin dördüncü hissəsinə görə maddi vəziyyətdən asılı 

olmayaraq istedadlı şəxslərin təhsilini davam etdirməsinə də dövlət zəmanət verir. Əlbəttə, 

Konvensiyanın təhsil hüququ ilə bağlı müəyyən etdiyi çərçivəni pozitiv formada aşmaq yalnız 

alqışlanmalıdır. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, Konstitusiyanın 42-ci maddəsinin ikinci və 

dördüncü hissələrinə əsasən dövlətin üzərinə götürdüyü vəzifələri yerinə yetirməməsilə əlaqədar 

hallar Konvensiyanın müdafiə mexanizminin təsir dairəsinə düşmür və Avropa Məhkəməsində 

icraatın predmeti ola bilməz. 

 

Konstitusiyanın 42-ci maddəsinin beşinci hissəsində isə deyilir: "Dövlət minimum təhsil 



standartlarını müəyyən edir". Bu normanı necə başa düşmək lazımdır?      

Belə standartlar vətəndaşlar üzərinə vəzifələr qoya bilərmi? Göstərmək lazımdır ki, dövlət 

tərəfindən müəyyən edilən təhsil standartları Konvensiyaya uyğun olmalıdır. Məsələn: dövlət 

vətəndaşları üzərinə məcburi ibtidai təhsil almaq  vəzifəsini qoya bilər. 10233/83 saylı petisiyaya 

baxarkən Komissiya dövlətin belə hüquqa malik olmasını tanımışdır. 

 

 



 

2.2.7 Mülkiyyətin müdafiəsi 

 

 Konvensiyaya 20 mart 1952-ci il tarixli 1 saylı əlavə Protokolun 1-ci maddəsində hər bir fiziki və 



hüquqi şəxsin mülkiyyət hüququ təsbit olunmuşdur. Həmin maddədə mülkiyyət hüququnun iki 

mühüm elementi xüsusi vurğulanır; 

 

1)hər bir şəxs öz əmlakından maneə olmadan istifadə hüququna malikdir; 



 

2)heç kəs öz əmlakından məhrum edilə bilməz. 

 

Konvensiyanın bir sıra digər maddələrində olduğu kimi, bu maddədə də mülkiyyət hüququnun 



dövlət tərəfindən məhdudlaşdırılmasının qanuni əsasları müəyyən edilmişdir. Dövlət şəxsi 

"cəmiyyətin mənafeyi naminə və qanunda nəzərdə tutulan şərtlərlə", mülkiyyət hüququndan 

məhrum edə bilər. Dövlət, həmçinin, "ümumi mənafelərə uyğun olaraq mülkiyyətin istifadə 

olunmasına nəzarətin həyata keçirilməsi üçün zəruri hesab etdiyi qanunların yerinə yetirilməsini, və 

ya müxtəlif cərimə, vergi və s. ödənişlərin ödənilməsini təmin etmək üçün tədbirlər görə bilər. 

 

Qeyd edilən maddənin mətnində "mülkiyyət" anlayışından deyil, "əmlak" anlayışından istifadə 



edilib. Bundan əlavə, orada yalnız əmlakdan istifadə hüququnun müdafiəsi bütövlükdə mülkiyyət 

hüququnun məhdud şəkildə müdafiəsi kimi başa düşülməməlidir. Komissiya və Məhkəmə 

mülkiyyət hüququ ilə bağlı bir sıra işlərə baxarkən "əmlak" və "istifadə hüququ" anlayışlarına geniş 

təfsir vermişdir. Məsələn: Mellaxer və digərləri Avstriyaya qarşı (1989-cu il) işdə ərizəçi iddia 

etmişdir ki, icarə müqaviləsinə əsasən, icarə haqqı almaq mülkiyyət hüququnun tərkib hissəsi olsa 

da əmlakdan istifadə hüququndan fərqlidir. Bununla razılaşmayan məhkəmə göstərmişdir ki, icarə 

 

23



müqaviləsi bağlamaq hüququ mülkiyyət hüququnun tərkib hissəsidir və həmin mülkiyyətə sahiblik 

hüququnun aspektidir8. 

 

Azərbaycan Respublikasında mülkiyyət hüququna konstitusion dərəcə verilmişdir. Konstitusiyanın 



29-cu maddəsinin birinci hissəsində hər kəsin mülkiyyət hüququna malik olması təsbit edilmişdir. 

Həmin maddənin ikinci hissəsinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və növündən 

asılı olmayaraq mülkiyyət hüququ qanunla qorunur. Avropa standartından fərqli olaraq 

Konstitusiyanın mülkiyyət hüququ ilə bağlı normaları mülkiyyətçinin mənafeyinin qorunması 

baxımından daha mütərəqqidir. Dövlətin əmlak hüquqlara geniş müdaxilə etmək imkanlarını 

nəzərdə tutan Konvensiyaya 1 saylı əlavə Protokolun 1-ci maddəsindən fərqli olaraq 

Konstitusiyada mülkiyyət hüququna qanunauyğun müdaxilənin imkan dairəsi xeyli məhduddur. 

Belə ki, Konstitusiyanın 29-cu maddəsinin dördüncü hissəsində deyilir: "Heç kəs məhkəmənin 

qərarı olmadan mülkiyyətdən  məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. 

Dövlət ehtiyacları və içtimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız 

qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər". Nəzərə almaq lazımdır ki, 

Konstitusiyanın bu maddəsi müvafiq Avropa standartından fərqli olaraq yalnız fiziki şəxslərə şamil 

edilir. 

 

 



 

2.2.8. Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə mane olmanın qadağan edilməsi 

 

 Konvensiyanın 34-cü maddəsində Avropa Məhkəməsinə fərdi şikayət vermək hüququ təsbit 



edilmişdir. Belə şikayətin verilməsinə mane olmanın qadağan edilməsi hər şeydən əvvəl həmin 

hüququn təminatı şərtlərindən biri kimi göstərilməlidir. Bildiyimiz kimi, Məhkəmədə çavabdeh 

qismində yalnız Avropa Şurasının üzvü olan və Konvensiyanı ratifikasiya edən dövlət çıxış edir. 

Təbii ki, heç bir dövlət Avropa Məhkəməsi qarşısında cavabdeh qismində çıxış etməkdə maraqlı 

deyildir. Ümumiyyətlə, Konvensiya qüvvəyə minənə qədər belə halların tarixdə baş verməsinə 

qeyri-adi hadisə kimi baxılırdı. Təsadüfi deyil ki, bəzi alimlər dövlətlərin Məhkəmə qarşısında 

cavabdeh qismində çıxış etməsini möcüzə adlandırırlar9. 

 

Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə mane olan tərəf kimi, bir qayda olaraq, dövlət 



çıxış edir. Konvensiya ilə belə hərəkətlərin qadağan edilməsinə baxmayaraq məhkəmə təcrübəsində 

bu növ işlərə də təsadüf edilmişdir. Məsələn: Kurd Türkiyəyə qarşı (1998-ci il) və Petr Rumıniyaya 

qarşı (1998-ci il) işlərdə Məhkəmə belə hüquq pozuntusunun mövcud olması qənaətinə 

gəlmişdir10. 

 

Beynəlxalq məhkəmələrə müraciət etmək hüququ və bu hüququn təminatı kimi onun həyata 



keçirilməsinə mane olmanın qadağan edilməsi Azərbaycan Respublikasının qanunvericiliyində də 

öz əksini tampışdır. Məsələn: Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsində 

deyilir ki, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını 

müdafiə etmək hüququ vardır. Avropa Məhkəməsinə fərdi şikayət hüququ nəinki qanunla qadağan 

edilməyib, əksinə Konstitusiyanın 148-ci maddəsinə əsasən qanunvericiliyimizin tərkib hissəsi olan 

Konvensiya ilə nəzərdə tutulub. Bundan əlavə, belə hüquq bir sıra sahəvi qanunvericilik aktlarında 

birbaşa nəzərdə tutulub. Məsələn,  Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 16-

cı maddəsində deyilir: "Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə 

müvafiq olaraq tərəflər, habelə işdə iştirak edən digər şəxslər, bu Məcəllədə nəzərdə tutulan hüquqi 

 

24




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə