X a s I y y ə t n a m ə



Yüklə 12,38 Kb.
tarix22.11.2017
ölçüsü12,38 Kb.
#11322
növüXülasə

İlahiyyatçı Əkrəm Həsənov haqqında qısa xülasə

Əkrəm Bəhram oğlu Həsənov 05 İyun 1979-cu ildə Qubadlı rayonunun Çaytumas kəndində dünyaya gəlmişdir.

1986-cı ildə həmin kənddə orta məktəbi birinci sinifinə getmişdir.

1993-cü il 31 Avqust erməni işğalçıları tərəfindən Qubadlı rayonu tam mühasirəyə alınıb işğal olunan zamandan məcburi köçkün kimi Sumqayıt şəhərində məskunlaşmışdır.

Əkrəm Bəhram oğlu Həsənov 1994-cü ildə H. Z. Tağıyev adına Azərbaycan Mailiyyə İqtisad kollecinə daxil olmuş və 28 Yanvar 1998-ci ildə orada “Mühasibat uçotu, nəzarət və təsərrüfat fəaliyyətinin təhlili” ixtiası üzrə tam kursu bitirmişdir. Dövlət ixtisas komissiyasının qərarı ilə ona “Mühasib-iqtisadçı” ixtisası verilmişdir.

Əkrəm Bəhram oğlu Həsənov 1999-cu ildə Bakı Dövlət Universitetinə daxil olub və 2004-cü ildə həmin universitetin “ilahiyyat” ixtisası üzrə tam kursunu bitirmiş, dövlət imtahan komissiyasının 29.06. 2004-cü il tarixli qərarı ilə ona “ilahiyyatçı, ərəb-dili müəllimi” ixtisası verilmişdir. 16 fevral 2004-cü ildən AMEA Əlyazmalar institunun “Ərəbdilli əlyzamaların tədqiqi” şöbəsində böyük laborant kimi əmək fəaliyyətinə başlamışdır. 4 iyul 2005-ci ildə həmin şöbədə kiçik elmi işçi, 1 dekabr 2009-cu ildə isə müsabiqə yolu ilə elmi işçi vəzifəsinə keçmişdir.

Ə. B. Həsənov institutda fəaliyyətə başladığı gündən etibarən əlyazmaların katoloqlaşıdırlması, araşdırılması, təsviri sahəsində dövlət planına əsasən öhdəsinə düşən bütün işləri müvəffəqiyyətlə başa çatdırmış və institutda keçirilən bütün tədbirlərdə yaxından iştirak etmişdir.

Ə. B. Həsənov AMEA M. Füzuli adına Əlyazmalar institunun Gənc alimlər şurasının 16 dekabr 2005-ci il tarixli yığıncağında institutun Gənc Alimlər Şurasının sədri təyin olunmuş, 2011-ci ilə qədər gənc alimlərlə bağlı keçirilən bir çox konfranslarda, iclaslarda institutu təmsil etmişdir.

Ə. B. Həsənov 2008-2011-ci illərdə Azərbaycan Turizm institutunda “Dinşünaslıq” fənnindən saat hesabı dərs demişdir.

Ə. B. Həsənov 2006-cı ildən hal-hazıra qədər Tələbə Qəbulu Üzrə Dövlət Komitəsinin keçirdiyi bütün imtahanlarda nəzarətçi qismində iştirak edərək dövlət komitəsinin təyin etdiyi imtahan rəhbərləri tərəfindən yüksək qiymətləndirilmişdir.

Respublikanın qəzet və jurnallarında, internet səhifələrində ilahiyyatçı kimi məqalələr yazmış, müxtəlif mövzularda çıxışlar etmiş, bir çox mövzulardan danışmaq üçün dini ekspert kimi müxtəlif televiziya kanallarına, xüsusi ilə ATV, Space və İctimai televiziyaya qonaq qismində dəvət olunmuşdur. Bir çox radiolarda dini ekspert kimi, qonaq qismində islama aid müxtəlif mövzularda, aktual məsələlərdə iştirak edib müəyyən məsəələlərə münasibət bildirmişdir.

Ə. B. Həsənovun 2 Aprel 2007-ci ildə “Səlman əl-Farisinin erkən islam tarixində rolu” adlı namizədlik dissertasiyası təsdiq olunmuşdur. Misir alimi əs-Səxavinin “Ət-Təhsil vəl-bəyan fi siyaq qıssətis-seyyid Salman” əsəri əsasında işlənən bu mövzu ətrafında araşdırma aparan Ə.B. Həsənov mövzunu dərindən mənimsəmiş, mövzu ilə əlaqədər olaraq xaricdə və ölkəmizdə kifayət qədər elmi məqalələr dərc etdirmiş və konfranslarda məruzələrlə çıxış etmişdir. Bu elmi iş institutun “ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin 05 sentyabr 2012-ci il tarixli, 7 saylı İclasında müzakirə edilmiş və ilahiyyat üzərə fəlsəfə doktoru alimlik dərəcəsi almağa layiq görülmüşdür.

Ə. B. Həsənov elmi tədqiqat sahəsində bacarıqla çalışan əməkdaşdır. O, ilahiyyat, əlyazma irsimiz, klassik və dini ədəbiyyatımızın tədqiqinə dair onlarla elmi və elmi-kütləvi məqalənin müəllifidir. Onun yazıları BDU-nun “Dil və ədəbiyyat” toplusunda, “Orta əsr əlyazmaları və Azərbaycan tarixi problemləri” adlı elmi nəzəri konfrans materiallarında, “Filologiya məsələləri”, “Dövlət və din” adlı elmi nəşrlərində, Ukraniya Milli Elmlər Akadmeiyasının “Tileya”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Mədəniyyət dünyası” adlı elmi məcmuələrdə və s. mətbu orqanlarda işıq üzü görmüşdür.

Bir çox səviyyəli rəsmi saytlarda oxunaqlı və maraqlı məqalələri dərc edilir. Xüsusi ilə www.strategiya.az, www.din.az, www.islamevi.az, www.feqih.com, www.muselmanlar.com, www.azerimuslims.com, www.azerislam.com və s. kimi sanballı, elmi, səviyyəli, dini, ictimai saytlarda məqalələri dərc edilir və geniş auditoriyaya təqdim olunur.

Ə. B. Həsənov “Övladlarımıza namazı necə aşılamalyıq” adlı kitabı tərcümə edib, öz hesabına nəşr etdirmişdir.

Ə. B. Həsənov öz üzərində daim çalışan fəal bir əməkdaş kimi Əlyazmalar institutunun kollektivi arasında böyük hörmətə malikdir.






Yüklə 12,38 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə