Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə2/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   2   3   4   5   6   7   8   9   ...   28

I FƏSİL 

 

AZƏRBAYCAN RESPUBLİKASI AVROPA ŞURASININ TAM VƏ BƏRABƏRHÜQUQLU 

ÜZVÜDÜR 

 

Avropa Şurası hökumətlərarası beynəlxalq təşkilatdır. Onun üzvləri suveren Avropa dövlətlərdir. 



İnsan hüquqlarını, parlament demokratiyasını və hüququn aliliyi prinsipini  müdafiə etmək və 

möhkəmləndirmək, təşkilatın üzvü olan dövlətlərin sosial və hüquqi sahədəki uğurlarına əsaslanan 

ümumavropa razılaşmaları bağlamaq, ümumi ideya və prinsiplərin müdafiəsi və həyata keçirilməsi 

naminə Avropa dövlətlərinin böyük birliyinə nail olmaq, onların iqtisadi, sosial tərəqqisinə kömək 

göstərmək təşkilatın başlıca məqsədidir. Avropa Şurası hazırda qitədə 43 dövləti birləşdirən ən 

yaşlı siyasi təşkilat hesab edilir. 

 

AŞ 05 may 1949-cü ildə 10 Avropa dövlətinin: Belçika, Böyük Britaniya, Danimarka, İrlandiya, 



İsveç, İtaliya, Lüksemburq, Hollandiya, Norveç və Fransanın imzaladıqları "Avropa Şurasının 

Nizamnaməsi"nə əsasən təsis edilib. 

 

Avropa Şurası, milli müdafiə məsələləri istisna olmaqla, Avropa cəmiyyətinin bütün mühüm 



məsələlərini diqqətdə saxlayır. Onun iş proqramı aşagıdakı fəaliyyət sferaları əhatə edir: insan 

hüquqları, kütləvi informasiya vasitələri, hüquq sahəsində əməkdaşlıq, sosial və iqtisadi məsələlər

səhiyyə, təhsil, mədəniyyət, bəşəri irs, idman, gənclər, yerli demokratiya, sərhədyanı əməkdaşlıq, 

ətraf mühit, regional planlaşdırma və s. 

 

1989-cu ildən etibarən Avropa Şurası özünün əsas fəaliyyətini post-kommunist Avropa 



dövlətlərində demokratiyanın müdafiəsi istiqamətində qurmuşdur. Bu məqsədlə Mərkəzi və Şərqi 

Avropa ölkələrinə orada iqtisadi yenidənqurmaya paralel olaraq - siyasi, qanunvericilik və 

konstitusion islahatların Avropa Şurasının standartlarına uyğun olaraq həyata keçirilməsinə yardım 

edilir. 


 

Avropa Şurasını obrazlı olaraq "Avropa dövlətləri ailəsi" adlandırırlar. Azərbaycan Respublikasının 

30 avqust 1991-ci il tarixli Dövlət Suverenliyinin Bərpası Haqqında Bəyannamə və Azərbaycan 

Respublikasının 18 oktyabr 1991-ci il tarixli Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı kimi 

tarixi sənədlərlə müstəqilliyini elan etmiş suveren Azərbaycan Respublikasını Avropa dövlətləri 

ailəsində görmək respublikamızın hər bir sadə vətəndaşının arzusu olmuşdur. 

 

Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilata üzv olmaq gənc Azərbaycan Respublikasının 



həyatında mühüm hadisədir1. Azərbaycanın dövlət müstəqilliyi əldə edildikdən az sonra respublika 

rəhbərliyi Avropa Şurasına üzv olmaq təklifilə çıxış etmiş və bu barədə təşkilata məktubla müraciət 

etmişdir. Keçən müddət ərzində dövlətimiz qarşıya qoyulan məqsədə doğru addım-addım 

irəliləmişdir. 

 

Əlbəttə, uzun müddət totalitar rejim şəraitində yaşayan cəmiyyətimizin Avropa Şurasına 



inteqrasiyası heç də rahat olmamış, ciddi hüquqi və siyasi islahatların həyata keçirilməsi və ya buna 

cəhd edilməsi nəticəsində baş vermişdir. 

 

Hələ 1993-cü ildə Avropa Şurasına üzv dövlətlərin rəhbərlərinin və hökumət başçılarının Vyanada 



keçirilən yüksək səviyyədə görüşündə təşkilatın üzvlərinin genişləndirilməsi məsləhət 

görülmüşdür2. Bundan irəli gələrək Parlament Assambleyası 1994-cü ildə Avropa Şurasının 

 

5



genişləndirilməsi haqqında 1247 saylı tarixi tövsiyələrini qəbul etmişdir. Həmin sənəddə birbaşa 

göstərilir ki, Avropa ilə mədəni əlaqələri nəzərə alınaraq bu barədəki niyyəti aydın ifadə olunmaq 

şərtilə Azərbaycan Respublikası Avropa Şurasına üzv olmaq haqqında xahişlə müraciət edə bilər. 

 

28 iyun 1996-cı il tarixdə Avropa Şurasının Parlament Assambleyası tərəfindən Azərbaycan 



Respublikasına "Xüsusi dəvət olunmuş qonaq" statusu verilir. Az sonra, 13 iyul 1996-cı ildə 

Avropa Şurası Nazirlər Komitəsi sədrinin Bakıya səfəri zamanı Azərbaycan təşkilata daxil olmaq 

xahişilə ona müraciət etmişdir. Prosedur qaydalarına müvafiq olaraq Avropa Şurasının Nazirlər 

Komitəsi 11 sentyabr 1996-cı il tarixli qətnaməsilə təşkilatın Parlament Assambleyasını bu 

məsələyə münasibət bildirməyə çağırmışdır. 

 

Avropa Şurasına üzv olmaq barədə vəsatət qaldırmış Azərbaycan Respublikasının bu təşkilatın 



standartlarına uyğunluğunu araşdırmaq məqsədilə AŞ Parlament Assambleyasının üç Komitəsi - 

Siyasi Məsələlər Komitəsi, Hüquqi məsələlər və İnsan Hüquqları Komitəsi və Üzv olmayan 

Avropa ölkələrilə Əlaqələr Komitəsi 1996-cı ilin payızında Azərbaycan üzrə məruzəçilər təyin 

etmişlər. Bundan başqa, Avropa Şurasının Parlament Assambleyasının Bürosu məsələ ilə əlaqədar 

hüquqşünaslardan ibarət İnsan Hüquqları Komissiyasının nümayəndə qrupu təşkil etmişdir. 

 

Bu müddət ərzində Azərbaycan Respublikasının Avropa Şurası ilə əməkdaşlığı bir sıra məsələlər 



üzrə genişlənməyə başlamışdır3. 

 

"Xüsusi dəvət olunmuş qonaq" statusunda Azərbaycanın nümayəndə heyəti Avropa Şurasının 



Parlament Assambleyasının fəaliyyətinin müxtəlif sahələrində və hökumətlərarası əməkdaşlıq və 

kömək proqramı çərçivəsində ayrı-ayrı komitələrin işində iştirak etmişdir. 

 

Azərbaycan Respublikası Prezidentinin 8 iyul 1996-cı il tarixli Sərəncamı ilə Avropa Şurası və 



Azərbaycan Respublikası arasında əməkdaşlıq proqramını həyata keçirmək məqsədilə tədbirlər 

planı müəyyən edilmişdir. Azərbaycan Respublikası parlamentinin nümayəndə heyəti ilk dəfə 

olaraq Avropa Şurası Parlament Assambleyasının 1996-cı il payız sessiyasında iştirak etmişdir. 

Azərbaycan qısa müddət ərzində təşkilatın bir sıra konvensiyalarına, o cümlədən, Avropa 

Mədəniyyət Konvensiyasına, Arxeoloji İrsin Mühafizəsi Haqqında Avropa Konvensiyasına, Birgə 

Kino İstehsalı Haqqında Avropa Konvensiyasına, Avropanın Canlı Təbiətin və Təbii sərvətlərin 

Mühafizəsi haqqında Konvensiyaya və s. qoşulur. Bu dövrdə Azərbaycan parlamenti tərəfindən 

insan hüquqlarına və əhalinin geniş kütlələrinin mənafelərinə mühüm təsir göstərə biləcək bütün 

qanunvericilik aktlarının layihələri Avropa Şurasının hüquqi ekspertizasından keçirilmək üçün 

göndərilir və oradan alınan səmərəli təkliflər qanunların qəbulu zamanı istifadə edilməyə başlanılır. 

Məsələnin belə qoyuluşu Azərbaycan Respublikasının qanunvericiliyinin Avropa standartlarına 

uyğunlaşdırılması prosesini sürətləndirmişdir. 

 

Azərbaycan Respublikasının Milli Məclisinində qısa müddət ərzində "Polis haqqında", "Əməliyyat-



axtarış fəaliyyəti haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında" və s. qanunların, habelə 

Cinayət, Cinayət-Prosessual, Mülki, Mülki-Prossessual Məcəllələrin layihələri Avropa Şurasının 

tövsiyələri əsasında hazırlanır və qəbul edilir. 

 

Avropa Şurasının Parlament Assambleyasının nümayəndə heyəti Azərbaycan Respublikasında 



1995-ci ilin noyabrın 12-də keçirilən parlament seçkilərini, 1998-ci ilin oktyabrında keçirilən 

prezident seçkilərini, 2000-ci ilin noyabrında keçirilən parlament seçkilərini, Avropanın Yerli və 

 

6



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə