Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə6/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   2   3   4   5   6   7   8   9   ...   28

3) şəxsi toxunulmazlıq hüququ; 

 

4) yaşayış sahəsinin toxunulmazlığı hüququ;  



 

5) yazışmanın toxunulmazlığı; 

 

6) telefon danışıqlarına qeyri-qanuni qulaq asılmasının qadağan edilməsi



 

7) öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın yayılmasının qadağan edilməsi

 

8) Avropa Məhkəməsinə fərdi şikayətin verilməsinə maneçiliyin qadağan edilməsi; 



 

9) nigah hüququ; 

 

10) ailə həyatına hörmət hüququ; 



 

11) ər-arvadın hüquq bərabərliyi

 

12) nigahdan kənar doğulan uşaqların hüquqları; 



 

13) fikir, vicdan və din azadlığı; 

 

14) təhsil hüququ; 



 

15) əmlakından maneəsiz istifadə hüququ; 

 

16) mülkiyyətin qeyri-qanuni özgəninkiləşdirilməsinin qadağan olunması. 



 

Konvensiya və ona əlavə edilən Protokollarda nəzərdə tutulan siyasi və vətəndaşlıq hüquqlarına 

aşağıdakı hüquqlar daxildir; 

 

1) fikrini ifadə etmək hüququ (söz azadlığı); 



 

2) məlumat almaq və yaymaq hüququ;  

 

3) dinc yığıncaqlar və nümayiş hüququ



 

4) sosial, irqi, milli, dini ədavətin təbliğinin qadağan olunması; 

 

5) həmkarlar İttifaqları da daxil olmaqla  assosiasiyaları azad yaratmaq hüququ; 



 

6) dövri olaraq azad seçki hüququ; 

 

7) sərbəst hərəkət etmək və yaşayış yeri seçmək hüququ; 



 

8) dövlətə öz vətəndaşlarını sürgün etməyin qadağan edilməsi; 

 

9) vətəndaşa öz dövlətinin ərazisinə gəlməyə qadağanın yolverilməzliyi; 



 

14



 

10) xaricilərin kollektiv şəkildə köçürülməsinin qadağan edilməsi; 

 

11) xaricinin köçürülməsi zamanı prosessual təminatlar; 



 

12) ekstradasiya hallarında təminatlar; 

 

Üçüncü qrupa-ədalətli məhkəmə təminatı ilə bağlı hüquqlara aşağıdakılar aiddir:  



 

1) şəxsin həbs və ya tutulma zamanı dərhal həbsin və ya tutulmanın qanuniliyi haqqında məsələyə 

baxmaq üçün hakim qarşısında dayanmaq hüququ; 

 

2) şəxsin qeyri-qanuni həbs və ya tutulma zamanı kompensasiya hüququ; 



 

3) ibtidai istintaq dövründə kifayət qədər əsaslar olmadan şəxsin həbsdə saxlanmasının qadağan 

edilməsi; 

 

4) həbsdə olan şəxslə qeyri-insani və yaxud insan ləyaqətini alçaldan rəftarın qadağan edilməsi; 



 

5) müqavilə öhdəliklərini yerinə yetirməməyə görə azadlıqdan məhrum etmənin qadağan edilməsi; 

 

6) maneəsiz olaraq məhkəməyə müraciət etmək hüququ



 

7) müstəqil və təmənnasız məhkəmə hüququ; 

 

8) məhkəmə prosesində tərəflərin bərabərliyinə və çəkişmə prinsipinə təminat hüququ; 



 

9) məhkəmə prosesinin açıq olmasına hüquq; 

 

10) ağlasığan müddətdə məhkəmə təhqiqatına hüquq; 



 

11) təqsirləndirilən şəxsin müdafiə hüququ, o cümlədən, maddi vəsaiti imkan verməyəndə belə, 

müdafiənin təyin edilməsinə hüquq

 

12) prosesin aparıldığı dili bilmədikdə haqqı ödənilməyən tərcüməçi xidmətindən istifadə hüququ; 



 

13) təqsirsizlik prezumpsiyası; 

 

14) dinc dövrdə ölüm cəzasının qadağan edilməsi; 



 

15) eyni cinayətə görə təkrar məhkum olunmanın qadağan edilməsi; 

 

16) yeni cinayət qanununun və ya cəzanı ağırlaşdıran qanunun geriyə şamil edilməsinin qadağan 



olunması; 

 

17) hökmün və ya cəza tədbirinin yuxarı məhkəmə instansiyasında yenidən baxılmasına hüquq; 



 

18) məhkəmə səhvləri zamanı kompensasiyaya hüquq; 

 

15



 

Beləliklə, sadalanan hüquqlar Konvensiyanın hüquq və azadlıqlar kataloqunu təşkil edir. İndi isə 

bunların bir qisminin məzmunu ilə tanış olub, onları Azərbaycan qanunvericiliyinin müvafiq 

normaları ilə müqayisə edək. 

 

 

2.2. Şəxsi hüquq və azadlıqlar 



 

2.2.1. Yaşamaq hüququ 

Konvensiyanın hüquq və azadlıqlar kataloqu bu hüquqla başlayır (2-ci maddə). Orada deyilir:  

1. Hər kəsin yaşamaq hüququ qanunla qorunur. Cəzalandırılması qanunla nəzərdə tutulmuş 

cinayətin törədilməsinə görə məhkəmə tərəfindən çıxarılan ölüm hökmünün icrasından başqa, heç  

kəs həyatdan məhrum edilə bilməz. 

 

2. Mütləq zəruri olan, aşağıdakı məqsədlərlə güc tətbiqi nəticəsində həyatdan məhrumetmə bu 



maddənin pozulması kimi qiymətləndirilmir; 

 

a) hər hansı bir şəxsin qanunsuz zorakılıqdan müdafiəsi üçün



 

b) qanuni həbsin həyata keçirilməsi və ya qanuni əsaslarla tutulmuş şəxsin qaçıb getməsinin 

qarşısının alınması üçün; 

 

c) iğtişaşın və ya qiyamın yatırılması məqsədi ilə qanuna müvafiq görülən tədbirlər zamanı.         



 Yaşamaq hüququndan kənar digər hüquqlar təsəvvür edilməzdir. Həmin hüququn təsbit olunduğu 

Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsi dörd hissədən ibarətdir. Birinci 

hissədə yaşamaq hüququ təsbit olunub. İkinci hissədə yaşamaq hüququnun toxunulmazlığı ilə bağlı 

istisnalar göstərilib. Bura dövlətə silahlı basqın zamanı düşmən əsgərinin öldürülməsi, məhkəmənin 

qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının icrası və qanunla nəzərdə tutulmuş digər 

hallar aid edilir. Üçüncü və dördüncü hissələrdə isə bu istisna hallarının interpretasiyası verilmişdir. 

Dördüncü hissənin mətnindən çıxış etsək, belə nəticəyə gələ bilərik ki, qanunvericilik "qanunla 

nəzərdə tutulmuş digər hallara" aşağıdakıları aid edir:     

1) zəruri müdafiə; 

 

2) son zərurət; 



 

3) cinayətkarın yaxalanması və tutulması; 

 

4) həbsdə olanın həbs yerindən qaçmasının qarşısının alınması; 



 

5) dövlətə qarşı qiyamın yatırılması və ya dövlət çevrilişinin qarşısının alınması; 

 

6) fövqəladə və hərbi vəziyyət zamanı səlahiyyətli şəxsin verdiyi əmrin yerinə yetirilməsi



 

7) ölkəyə silahlı basqın edilməsi. 

 

İstər Konvensiyanın, istərsə də Konstitusiyanın müvafiq maddələrində ölüm hökmü ilə bağlı 



nəzərdə tutulan müddəalar sonradan həmin sənədlərə edilən əlavələrlə bağlı öz qüvvəsini 

dayandırmışdır. Bildiyimiz kimi, 28 aprel 1983-cü il tarixdə qəbul edilən Ölüm cəzasının ləğv 

 

16



Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə