Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə3/28
tarix14.02.2018
ölçüsü0,54 Mb.
#26965
1   2   3   4   5   6   7   8   9   ...   28

Regional Hakimiyyətləri Konqresinin nümayəndə heyəti isə 1999-cu ilin dekabrında keçirilən ilk 

bələdiyyə seçkilərini müşahidə etmişdir. 

 

Bundan əlavə, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası ilə əməkdaşlığı çərçivəsində 



Parlament Assambleyasının sədrləri Azərbaycana səfərlər etmiş və çoxsaylı görüşlər keçirmişlər. 

 

Respublikanın Avropa Şurasına üzv olma prosesində daha çox 2000-ci il öz dramatikliyi ilə yadda 



qalacaqdır. İlin əvvəlində Avropa Şurası Parlament Assambleyasının Siyasi Komitəsinin 

Azərbaycan üzrə məruzəçisi Jak Bomelin hazırladığı Azərbaycanın Avropa Şurasına üzv olmaqdan 

ötrü Tovsiyələr Paketi respublika içtimaiyyətinə təqdim edilir4. 

 

Tövsiyələr Paketini, onu yerinə yetirmək şərtilə, dövlət başçısı, Baş Nazir, Milli Məclisin sədri, 



aparıcı müxalifət partiyalarının liderləri imzalayırlar. İlkin variantda on yeddi bənddən ibarət olan 

həmin sənəddə Azərbaycan Respublikasının yaxın gələcəkdə Avropa standartlarına 

uyğunlaşdırılması məqsədilə yerinə yetirilməsi nəzərdə tutulan tədbirlər, o cümlədən, Dağlıq 

Qarabağ problemi ilə bağlı AŞ-ın mövqeyi açıqlanmışdır5. 

 

Sənədin 13-cü bəndində deyilir ki, AŞPA Azərbaycan Respublikasından müəyyən öhdəliklərin 



qəbul olunmasını xahiş edir. Həmin öhdəliklər xarakter etibarı ilə beş qrupa bölünür. Öhdəliklərin 

birinci qrupunda  yaxın vaxt ərzində Azərbaycanın qoşulmalı olduğu Avropa Konvensiyaları 

sadalanmış və qoşulma müddətləri göstərilmişdir. Söhbət aşağıdakı Konvensiyalardan gedir:  

1) qəbul edilmə ərəfəsində 2 və 11 saylı Protokollarla əlavələr edilmiş İnsan Hüquqları üzrə Avropa 

Konvensiyasını,  onun 1, 4, 6 və 7 saylı Protokollarını imzalamaq və bir il ərzində həmin sənədləri 

ratifikasiya etmək; 

2) qəbul edildikdən sonra bir il ərzində İşgəncə və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və 

cəza növlərinin qarşısının alınması haqqında Avropa Konvensiyasını və onun protokollarını 

imzalamaq və ratifikasiya etmək

3) qəbul edildikdən sonra bir il ərzində Milli Azlıqların Müdafiəsi Haqqında Çərçivə Sazişini 

imzalamaq və ratifikasiya etmək; 

4) qəbul edildikdən sonra bir il ərzində Regional və ya Milli Azlıqların Dilləri Üzrə Avropa 

Xartiyasını imzalamaq və ratifikasiya etmək; 

5) qəbul edildikdən sonra iki il ərzində Sərhədyanı Əməkdaşlıq Haqqında Avropa Konvensiyasını 

və onunla bağlı Protokolları, habelə cinayət işləri üzrə qarşılıqlı yardım, "çirkli pulların" 

"yuyulmasını", cinayətkarlıqla əldə edilən gəlirlərin həbsi və müsadirəsı, məhkumların verilməsi 

haqqında Avropa Şurası Konvensiyalarını imzalamaq və ratifikasiya etmək, həmçinin, bu 

Konvensiyaların əsas prinsiplərinin tətbiqinə başlamaq

6) qəbul edildikdən sonra iki il ərzində Avropa Sosial Xartiyasını imzalamaq, qəbul edildikdən 

sonra üç il ərzində onu ratifikasiya etmək və Xartiyanın prinsiplərinə uyğun siyasətin həyata 

keçirilməsi üçün dərhal səy göstərmək; 

7) qəbul edildikdən sonra bir il ərzində Korrupsiya ilə mübarizə üzrə Cinayət Hüququ 

Konvensiyasını imzalamaq və ratifikasiya etmək; 

8) qəbul edilmə ərəfəsində Avropa Şurasının imtiyaz və immunitetləri haqqında Baş Razılaşmanı 

və onun protokollarını imzalamaq və qəbul edildikdən sonra bir il ərzində ratifikasiya etmək. 

 

Dağlıq Qarabağ konflikti ilə bağlı olan öhdəliklərin ikinci bölümündə konfliktin sülh yolu ilə həlli 



üçün səyləri davam etdirmək,  beynəlxalq və daxili mübahisələri beynəlxalq hüququn prinsiplərinə, 

o cümlədən, Avropa Şurasına üzv dövlətlərin üzərinə qoyulan öhdəliklərə uyğun olaraq aradan 

 

7



qaldırmaq, qonşuları hər hansı formada zor tətbiq etmək yolu  ilə hədələməkdən birdəfəlik imtina 

etmək tövsiyə olunur. 

 

Bununla əlaqədar olaraq bir sıra ziddiyyətli məqamlar ortaya çıxır. 



 

Əvvəla, müasir beynəlxalq hüquqda zor tətbiq etməklə hədələmək aşağıdakı iki hal istisna olmaqla 

qadağan olunur: 1) qarşı tərəfin silahlı hücumu zamanı özünümüdafiə məqsədilə; 2) sülhə təhlükə 

olduqda və ya təcavüz aktı zamanı BMT Təhlükəsizlik Şurasının qərarı ilə (BMT Nizamnaməsinin 

39, 42, 51-ci maddələri). Birinci istisna hücuma məruz qalan tərəfin preroqativasına daxildir və hər 

bir halda onun bundan istifadə etməsi beynəlxalq hüquqa uyğundur. Fikrimizcə, AŞ tərəfindən 

təklif edilən öhdəliyin belə qeyd-şərtlə imzalanması daha məqsədə müvafiq olardı. İkinci istisnaya 

gəldikdə isə, qeyd etmək  vacibdir ki, qonşu dövlət tərəfindən torpaq işğalı hər bir halda təcavüz 

aktıdır. Lakin indiyə kimi Azərbaycan Respublikasının xarici siyasət idarəsinin passivliyi üzündən 

BMT Təhlükəsizlik Şurası bunu təcavüz aktı kimi tanımamışdır. 

 

Digər ziddiyyətli məqam beynəlxalq hüququn prinsiplərilə bağlıdır. Dağlıq Qarabağ konflikti ilə 



bağlı erməni tərəfi millətlərin öz müqəddaratını təyin etmə prinsipinə, Azərbaycan tərəfi isə 

dövlətlərin ərazi bütövlüyü prinsipinə istinad edir. Əvvəla, beynəlxalq münasibətlər tarixində bu iki 

prinsipin kolliziyası zamanı həmişə dövlətlərin ərazi bütövlüyü prinsipinə üstünlük verilməsi ilə 

bağlı çoxsaylı presedentlər mövcuddur. Digər tərəfdən, müasir beynəlxalq hüquq özünün 

prinsiplərindən geri çəkilməyərək millətlərin öz müqəddəratının təyin etməsinin dövlətin ərazi 

bütövlüyünü qorumaq şərtilə və onun çərçivəsində realizasiyasının mümkünlüyü üzərində dayanır. 

ATƏT-in Lissabon sammitinin Dağlıq Qarabağ konflikti ilə bağlı qəbul etdiyi sənəddə də 

məsələnin məhz bu cür qoyuluşu öz əksini tapmışdır. Beləliklə, müasir beynəlxalq hüquq 

millətlərin öz müqəddəratını təyin etmə hüququnu inkar etmədən, onu dövlətlərin ərazi bütövlüyü 

və insanların əsas hüquq və azadlıqlarına hörmət prinsipləri ilə məhdudlaşdırır6. 

 

Əlbəttə, Azərbaycan Respublikasının xarici siyasət idarəsi öz üzərinə düşən funksiyaları layiqincə 



yerinə yetirəcəyi halda AŞ-ın Dağlıq Qarabağ konfliktinə bu mövqedən yanaşacağı şübhə 

doğurmur. 

 

Üçüncü qrup öhdəliklər dövlətdaxili qanunvericiliyin təkmilləşdirilməsilə bağlı olan məsələlələri 



əhatə edir. Orada göstərilir ki, seçkilər haqqında qanunvericilik, o cümlədən, "Mərkəzi Seçki 

Komissiyası Haqqında" və "Milli Məclisə Seçkilər Haqqında" Qanunlar, əvvəlki seçkilərdə iştirak 

edən beynəlxalq müşahidəçilərin tövsiyələri nəzərə alınmaqla, yenidən işlənilsin; növbəti bələdiyyə 

seçkilərinə qədər Avropanın Yerli və Regional Hakimiyyətləri Konqresinin tövsiyələrinə əsasən 

yerli özünüidarə orqanları haqqında qanunvericiliyə dəyişikliklər edilsin; qanunvericilik 

hakimiyyətinin icra hakimiyyətinə münasibətdə müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində 

islahatlar davam etdirilsin, parlamentə, hökumət üzvlərinə sorğu ilə müraciət etmək hüququndan 

istifadəyə şərait yaradılsın; qəbul edildikdən sonra altı ay ərzində Avropa Şurası ekspertlərinin 

rəyinə uyğun Cinayət Prosessual Məcəlləsi, bir il ərzində ombudsman haqqında, korrupsiya ilə 

mübarizə haqqında qanunlar, iki il ərzində isə korrupsiya ilə mübarizə üzrə dövlət proqramı qəbul 

edilsin. 

 

Öhdəliklərin dördüncü blokunda insan hüquqları ilə bağlı aşağıdakı məsələlərin tezliklə həll 



edilməsi tələbi qoyulurdu; 

 

 



8


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə