6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə8/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   4   5   6   7   8   9   10   11   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

türkcə:
 
 
azərbaycanca:
Tamburam dildir benim 
Tamburam dildir mənim,
Dilim bülbüldür benim 
Dilim bülbüldür mənim,


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
15
Yarımden ayrilali 
 
Yarımdan ayrılalı
Her günüm yildir benim. 
Hər günüm ildir mənim.
* * *
Ar ol da bala gel
Arı ol da, bala gəl,
Bülbül olup dala gel,
Bülbül olub dala
1
 gəl,
Beni baştan çıkardın,
Məni başdan çıxardın,
Sen de biraz yola gel.
Sən də bir az yola gəl.
Nümunədən göründüyü kimi, türk və Azərbaycan 
sözlərində fərqlər, əsasən, fonetik cəhətdəndir. Məna və 
məzmun hər iki dildə eyni səviyyədə başa düşülür.
AZƏRBAYCAN DİLİNİN TARİXİNƏ DAİR
§4. Hər bir dilin tarixi həmin dildə danışan xalqın ta-
rixi ilə sıx bağlı olur. Azərbaycan dilinin tarixi də xalqımı-
zın tarixi ilə əlaqədar olaraq onun kimi çox qədimdir.
Azərbaycan dili hazırkı inkişaf səviyyəsinə birdən-birə çat-
mamışdır. Bu, bir sıra əsrlərin məhsuludur. İlk dövrlərdə başqa 
dillər kimi, Azərbaycan dilinin də lüğət tərkibi kasıb, qrammatik 
quruluşu isə bəsit olmuşdur. Lakin xalqımız tarixən inkişaf et-
dikcə dilimizin səs sistemi tədricən səlisləşmiş, lüğət tərkibi 
zənginləşmiş və qrammatik quruluşu təkmilləşmişdir.
Tarixdə humanist, sülhsevər, mehriban və xeyirxah 
xalq kimi məşhur olan, uzun əsrlər boyu həm onu əhatə 
edən qonşularla, həm də bütün digər xalqlarla dostluq
qardaşlıq münasibətlərində yaşayan Azərbaycan xalqı ta-
rixin müxtəlif dövrlərində bir sıra işğalçılarla üz-üzə gəl-
mişdir. VII əsrdən başlayaraq Azərbaycana ərəb işğalçıları, 
1
Dal sözü budaq deməkdir. Azərbaycan şivələrində də bu sözə rast gəlmək olur.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
16
sonralar isə fars, monqol və başqaları basqın etmişlər. Bu 
yadellilərin məqsədi xalqımızı və eləcə də onun dilini tarix 
meydanından çıxarmaq idi.
Lakin Azərbaycan xalqı bütün tarix boyu bu mənfur 
işğalçılarla amansız mübarizə apararaq öz varlığını qoru-
duğu kimi, doğma dilini də mühafizə edib saxlamışdır.
İşğalçıların arzu və əməllərinin əksinə olaraq, Azər-
baycan dilində sənət əsərləri yaradılır və dilimiz yavaş-ya-
vaş ədəbi zə min əsasında formalaşıb inkişaf edirdi. Yadel-
lilərin təqibinə bax mayaraq, XIII əsrdə Həsənoğlu, XIV 
əsr də Nəsimi və başqa sə
nət karlarımız Azərbaycan dilində 
gözəl əsərlər yazıb-yaratmışlar.
Həmin dövrlərdə (assimilyasiya dövründə) Azərbay-
can dili nəinki öz müstəqilliyini qoruyub saxlamış, eyni 
zamanda “...öz həyatilik və sabitliyini sübut etmiş, hətta 
öz növbəsində ərəb və xüsusilə fars dilinə də təsir göstər-
mişdir)
1
.Bu təsir sonralar təkcə həmin dillərə deyil, başqa 
bir sıra dillərə də olmuşdur.
Bütün tarix boyu öz orijinallığını mühafizə edib saxlayan 
Azərbaycan dili get-gedə inkişaf edərək XIX əsrdə milli dilə 
çevrilmişdir. Bu dövrdə Azərbaycan dilinin müstəqilliyinə 
qarşı olan mübarizə daha da kəskinləşmişdir. Lakin dövrün 
qabaqcıl adamları və bütün xalq dilin milli varlığını qorumağa 
başlamışdır. Həmin dövrdə böyük mütəfəkkir M.F.Axundov 
dilimizin çox qadir və poetik vüsətə malik bir dil olduğunu 
həm nəzəri, həm də əməli olaraq sübut etməyə çalışmışdır.
XIX əsrin sonu, XX əsrin əvvəllərində burjua millət-
çiləri Azərbaycan dilinin varlığını inkar etməyə cəhd et-
mişlər. Onlar yaratdıqları mətbuat (“Füyuzat”) vasitəsilə 
Azərbaycan dilini qədir-qiymətdən salmağa, onu mey-
1
Pənahi Makulu. Azərbaycan sözləri fars dilində. Nizami adına Ədəbiyyat və Dil İnstitutu-
nun əsərləri, VI, 1954, səh. 171.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
17
dandan çıxarmağa can atmışlar. Belə bir dövrdə Azərbay-
canın görkəmli maarifpərvərləri, inqilabçı demokratları 
mübarizəyə qalxmışlar. XX əsrin böyük sənətkarlarından 
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev və baş-
qaları dilimizin milli orijinallığı uğrunda ciddi mübarizə 
aparmış və bu məsələdə xalqa düzgün istiqamət vermişlər.
Azərbaycan dilinə qarşı aparılan mürtəce xarakterli mü-
ba rizələr, əsasən, XX əsrin 20-ci illərinə qədər davam etmişdir.
Həmin illərdən sonra xalqımız, dilimiz haqqında olan 
mürtəce uydurmaların ləğv edilməsi, dilimizin çiçəklənmə-
si, sürətlə inkişafetmə mərhələsi başlandı. Bütün sahələrdə 
olduğu kimi, dil sahəsində də inkişaf üçün geniş imkanlar 
yarandı. Azərbaycan dilinin lüğət tərkibi, qrammatik quru-
luşu, üslubları, bəlkə də, min ilə bərabər bir inkişaf yolu keç-
di. Hazırda dilimiz öz inkişafını daha sürətlə davam etdirir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə