6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə10/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   6   7   8   9   10   11   12   13   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

4. Rus dilinə keçən sözlər: arbuz (qarpız), anbar, başlıq, 
sarafan, kalpak, saray, utyuq (ütü), kazak, sazan, almaz, 
kamış (qamış), karaul (qarovul), barsuk (porsuq), tuman, 
karandaş, aşuq (aşıq), çerdak (çardaq), sunduk (sandıq), iz-
yum (üzüm).
5. Gürcü dilinə keçən sözlər: qonaq, qoçaq, körpə, keçəl, 
ocaq, otaq, pul, manat, papaq, polad, toxa, çəkmə, çomaq, 
çolaq, ciyər, çəkic, şüşə, şəkər, yaraq, dolma, çığırtma və s.
Azərbaycan dilindən gürcü dilinə keçmiş sözlər 
müxtəlif sahələrə aid olaraq həm ədəbi, həm də danışıq 
dilində işlədilir.
Azərbaycan dili yuxarıda qeyd olunan dillərin əksə-
riyyətinin lüğət tərkibinin inkişafında həm mənbə, həm 
də vasitəçi dil olmuşdur. Başqa şəkildə desək, Azərbaycan 
dili həm öz sözlərini vermiş, həm də başqa dillərdən söz 
almaqda həmin dillər üçün vasitəçilik etmişdir. Bu dilin 
1
Ş.Sədiyev. Ləzgi dilində Azərbaycan sözləri, Nizami adına Ədəbiyyat və Dil İnstitutunun 
əsərləri, X, 1957.


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
19
vasitəsilə gürcü dilinə yüzlərlə ərəb və fars mənşəli sözlər 
daxil olmuşdur: məsələn, adət, adam, bina, qələm, dəzgah, əl-
bəttə, əfsus, zər, kef, mürəbbə, mütəkkə, mismar, məsləhət, pən-
cərə, pərvanə, reyhan, saat, surət, ustad, ümid, fikir, xatir, həkim, 
cəllad və s.
Azərbaycan dili qonşuluqda olan dillərin lüğət tərki-
bini zənginləşdirdiyi kimi, onların qrammatik quruluş-
larının təkmilləşməsinə də təsir göstərmişdir. Məsələn, 
Azərbaycan dilindən ləzgi dilinə sözlərlə yanaşı, bir sıra 
şəkilçilər də keçmişdir. Belə bir vəziyyət Azərbaycan dili-
nin geniş təsir dairəsinə malik olduğunu göstərir.
Azərbaycan dilinin başqa dillərə müsbət təsiri hal-ha-
zırda da davam edir. Bunu təkcə Dağıstan dillərində yox, 
qonşuluqda olan başqa dillərdə də görmək olur. Ümumiy-
yətlə, yad dillərə keçmiş Azərbaycan sözləri həmin dillərin 
lüğət tərkibinin ayrılmaz ünsürünə çevrilmişdir.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə