6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə4/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   2   3   4   5   6   7   8   9   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

XII. Leksikoqrafiya. Lüğət, onun tipləri və tərtib qayda-
ları haqqında məlumat verilir. Bundan sonra Azər-
baycan dilinə aid lüğətlərdə söz və ifadələrin necə 
izah edildiyi aydınlaşdırılır.
XIII. Derivatologiya. Ədəbi dildəki sözyaratma yolların-
dan və onların xüsusiyyətlərindən bəhs olunur.
XIV. Morfologiya. Sözlər məna, forma və vəzifələrinə 
görə qruplaşdırılaraq onların dəyişilməsi qaydaları 
öyrədilir.
XV. Sintaksis. Söz birləşmələri, sintaktik əlaqələr, cüm-
lələr, onların quruluş və növləri izah olunur.
XVI. Durğu işarələri. Durğu işarələrinin növlərindən, iş-
lənmə yeri və qaydalarından bəhs edilir.
* * *
İkicildliyin bu kitabında morfologiyaya qədər olan 
bəhslər izah edilir. Proqramın tələbinə uyğun olaraq 
“Giriş”də Azərbaycan dilinin tarixi, onun inkişafı, forma və 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
9
xüsusiyyətləri haqqında yığcam xülasə verilmişdir. Bundan 
sonra ayrı-ayrı bölmələrdə dilin fonetik və lüğəvi xüsusiy-
yətləri şərh edilmişdir. Bütün bölmələr və bunlara aid olan 
hissələr bir-biri ilə qarşılıqlı əlaqədə izah olunmuşdur.
Əsər yazılarkən dünya dilçiliyinin nailiyyətlərindən 
istifadə edilmişdir. Bu və ya digər bir məsələni əyani ola-
raq göstərmək üçün misallar həm yazılı ədəbiyyatdan
həm də folklor nümunələrindən seçilmişdir.
Bu kitabın bir sıra bölmələri müasir ədəbi dilimizin az 
tədqiq olunmuş sahələrinə həsr edildiyindən, şübhəsiz ki, 
nöqsansız deyildir. Müəllif əsərin gələcək nəşrinin daha da 
təkmilləşməsinə dair xeyirxah tənqidi qeydlərini göstərən 
yoldaşlara qabaqcadan öz razılığını bildirir.
İkicildliyin çapa hazırlanan II kitabında Azərbaycan 
ədəbi dilinin morfologiya, sintaksis və durğu işarələrinə 
dair məsələlərin şərh edilməsi nəzərdə tutulmuşdur.


10

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə