6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


DİL HAQQINDA ÜMUMİ MƏLUMAT



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə5/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   2   3   4   5   6   7   8   9   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

DİL HAQQINDA ÜMUMİ MƏLUMAT
§1. Dil cəmiyyətin varlığı, onun təşəkkülü və inkişafı 
üçün çox zəruri olan bir vasitədir. Cəmiyyətdə dilin başlıca 
rolu onun əsas ünsiyyət vasitəsi olmasındadır.
İnsanlar düşündüklərini və dərk etdiklərini dil vasitə-
silə ifadə edirlər. Dil fikrin ifadə aləti kimi təzahür etdiyinə 
görə beynin fəaliyyəti olan təfəkkürlə sıx əlaqədardır. Dil 
ilə təfəkkür eyni vaxtda və eyni mənbədən yarandıqları 
üçün vəhdət təşkil edir. Lakin buna baxmayaraq, dil ilə 
təfəkkür heç də eyniyyət təşkil etmir.
Bunların hər birinin özünəməxsus fərqli cəhətləri var-
dır. Bu fərqlərin ən başlıcası odur ki, dil lüğəvi və qramma-
tik vahidlərdən istifadə edir. Təfəkkür üçün istifadə mən-
bəyi məfhumlar və hökmlərdir.
Təfəkkürün ifadə vasitəsi olan dil ictimai hadisədir. 
Bu, digər ictimai hadisələrlə də əlaqədardır. Lakin dil heç 
də bütün cəhətləri ilə başqa ictimai hadisələrə oxşamır. 
Onun özünəməxsus xüsusiyyətləri vardır. Dilin başlıca sə-
ciyyəvi əlaməti ondan ibarətdir ki, o, bir neçə ilin, yaxud 
müəyyən bir dövrün məhsulu olmayıb, əsrlər boyu yaranır 
və inkişaf prosesi keçirərək get-gedə formalaşır, zənginlə-
şir. Həmçinin dil yarandığı zamandan etibarən xidmət et-
diyi cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan bü-
I. GİRİŞ


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
11
tün üzvlər üçün eyni dərəcədə ünsiyyət vasitəsi olur. Buna 
görə də dil ictimai xarakterə malikdir.
Dil xalqın tarixi ilə üzvi surətdə əlaqədar olur, çünki 
dil ancaq cəmiyyət daxilində təşəkkül tapır. Dili yaradan 
xalqdır. Elə buna görə də dilin taleyi onu yaradan xalqın 
taleyi ilə bağlı olur. Hər bir xalq ünsiyyət üçün öz dilini 
yaratdıqdan sonra onu tarix boyu qoruyur və inkişaf etdi-
rir. Azərbaycan xalqı da hələ uzaq keçmişdə öz ana dilini 
yaratmışdır. Xalqımızın yaratdığı həmin dilə hal-hazırda 

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə