6. MÜASİr az-n əDƏBİ DİLİ. indd



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə1/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
  1   2   3   4   5   6   7   8   9   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454



SEÇİLMİŞ ƏSƏRLƏRİ
Müasir Azərbaycan
ədəbi dili
AFAD QURBANOV
I cild






Afad Qurbanov
(1929–2009)
Beynəlxalq və milli akademiyaların akademiki,
Azərbaycanın görkəmli dilçi alimi, türkoloq və
ictimai xadim, müasir Azərbaycan Əlifbasının müəllifi və
Azərbaycan Onomastika Elmi Məktəbinin banisi



Azərbaycan Milli Elmlər Akademiyasının Prezidentinin
121 saylı 07 mart 2019-cu il tarixli sərəncamı ilə çap olunur.
Afad Qurbanovun “Seçilmiş əsərləri“ toplusunun
hazırlanması üzrə məsul şəxslər:
Akademik İsa Həbibbəyli
Akademik Kamal Abdullayev
Akademik Nizami Cəfərov
Akademik Möhsün Nağısoylu
Akademik Yaqub Mahmudov
Afad Qurbanov. Müasir Azərbaycan ədəbi dili. I cild (2 cilddə).
Bakı, 2019. 464 səh.
Kitabda Azərbaycan dili, onun tarixi, forma və üslub-
ları qısa şəkildə izah edilir. Bunlarla bərabər, Azərbaycan 
ədəbi dilinin fonetik sistemi, lüğət tərkibi və onlara aid 
linqvistik xüsusiyyətlər geniş şərh olunur. Həmçinin müa-
sir Azərbaycan dilinin orfoepiya, yazı, qrafika və orfoqrafi-
ya məsələləri də elmi-nəzəri əsasda aydınlaşdırılır.
Əsərdən müəllim və tələbələr, aspirant və dissertant-
lar, mətbuat və nəşriyyat işçiləri, radio və televiziya əmək-
daşları, eləcə də Azərbaycan ədəbi dilinin qayda-qanunları 
ilə maraqlananlar faydalana bilər.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfin-
dən təsdiq edilmişdir. Təkmilləşdirilmiş 5-ci nəşr.
ISBN 9 789952 835816
© Azərbaycan Milli Elmlər Akademiyası, 2019
www.afadgurbanov.az


5
Hər bir dilin elmi cəhətdən tədqiq olunmasının və 
praktik şəkildə öyrənilməsinin böyük əhəmiyyəti vardır. 
Dil çox mürəkkəb xüsusiyyətlərə, dərin və gizli sirlərə ma-
likdir. Bütün bu cəhətləri öyrənildikdə dil insan həyatında 
fikrin ifadəsi üçün daha qüvvətli vasitəyə çevrilir. Dilə dair 
geniş məlumat və bilik əldə etmək sayəsində hər bir kəs 
ayrı-ayrı məsələləri daha dəqiq ifadə etmək imkanı əldə 
edir.
Respublikamızda Azərbaycan dilinin elmi və praktik 
cəhətdən hərtərəfli öyrənilməsinə böyük əhəmiyyət verilir. 
Ölkəmizdə Azərbaycan dilinin tədqiqi üçün geniş şərait və 
imkan yaradılmışdır. Başqa bir sıra dillər kimi, Azərbaycan 
dili də XX əsrdə xüsusi tədqiqat obyekti olmuş, dərindən 
tədqiq edilməyə, geniş dairədə öyrənilməyə başlanılmış-
dır. Hazırda bu dil elmi şəkildə Azərbaycan Milli Elmlər 
Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda, ali 
məktəblərin nəzəri kafedralarında tədqiq olunur, orta və 
ali məktəblərdə tədris edilərək şagirdlər, tələbələr tərəfin-
dən mənimsənilir.
1
Ali məktəblərdə Azərbaycan dilinin tarixi, onun inki-
şaf dövrləri, dialektləri və müasir vəziyyəti öyrənilir.
Ömrünü elmə sərf edən insan
heç vaxt ölmür.

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə