6. MÜASİr az-n əDƏBİ DİLİ. indd


ÜMUMXALQ AZƏRBAYCAN DİLİNİN



Yüklə 9,04 Mb.
Pdf görüntüsü
səhifə11/275
tarix03.06.2022
ölçüsü9,04 Mb.
#88604
1   ...   7   8   9   10   11   12   13   14   ...   275
6. MÜASİR AZ-N ƏDƏBİ DİLİ maket Sayfa-454

ÜMUMXALQ AZƏRBAYCAN DİLİNİN
TƏRKİB HİSSƏLƏRİ
§6. Hər xalqın və millətin ancaq bir dili olur. Həmin 
dil o xalq və ya millətin ümumi dili olduğu üçün buna 
ümumxalq dili deyilir. Məsələn, Azərbaycan ümumxalq 
dili, rus ümumxalq dili, türkmən ümumxalq dili, qazax 
ümumxalq dili və s.
Ümumxalq dili çox geniş anlayışdır. Belə ki, ümum-
xalq dili dedikdə, xalqın bütün dil vasitə və formalarının 
məcmusu nəzərdə tutulur. Dildə hər nə varsa, bunların ha-
mısını ümumxalq dili əhatə edir.
Öz inkişafının müəyyən mərhələsinədək Azərbay-
can dili vahid tərkibli ümumxalq dili formasında olmuş-
dur. Lakin sonralar bu dilin tərkibində bir-birindən az-çox 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
20
fərqlənə bilən qollar əmələ gəlmişdir. Bu qollar, başlıca 
olaraq, cəmiyyət üzvlərinin dildən nə dərəcədə istifadə 
edə bilməsi ilə əlaqədar yaranmışdır.
Məlumdur ki, hər bir xalq və ya millətin bütün üzvlə-
ri ümumxalq dilindən eyni şəkildə, eyni qaydada istifadə 
edə bilmirlər. Məsələn, ziyalılar, xüsusən alim və yazıçılar 
dildən daha məharətlə istifadə etməyə meyil göstərirlər. 
Onlar ümumxalq dilinin söz və ifadələrini, qayda-qanun-
larını daha da cilalayır və daha mükəmməl şəklə salırlar. 
Lakin cəmiyyətin başqa zümrəsi isə dildən, bir növ, xam 
şəkildə istifadə edir.
Bu deyilənlərə görədir ki, müasir Azərbaycan ümum-
xalq dili tərkibcə iki qola ayrılır: 1) ədəbi danışıq, yaxud 
ədəbi dil, 2) qeyri-ədəbi danışıq, yaxud danışıq dili.
Bu şərti bölgüdə “ədəbi dil” və “danışıq dili” məf-
humlarını eyni zamanda dilin “tərkib tərəfləri” də adlan-
dırmaq olar.
Ümumxalq dilinin iki qola ayrıldığını M.Qorki çox 
gözəl şərh etmişdir: “Dilin ədəbi və xalq dili deyə ikiyə bö-
lünməsi yalnız onu göstərir ki, necə deyərlər, bir “xam” dil 
var, bir də sənətkarlar tərəfindən işlənilmiş dil”
1
.
Ümumxalq dilinin iki qola ayrılmasını şərti mənada 
başa düşmək lazımdır, çünki yuxarıda qeyd edildiyi kimi, 
hər xalqın bir neçə deyil, ancaq bir dili olur. Elə buna görə 
də Azərbaycan ədəbi dili dedikdə bir dili, Azərbaycan da-
nışıq dili dedikdə isə başqa bir dili düşünmək olmaz. Bun-
ların hər ikisinin əsası eynidir.
1
M.Qorki. Ədəbiyyat haqqında, Bakı, 1950, səh. 106-107. 


M Ü A S İ R A Z Ə R B A Y C A N Ə D Ə B İ D İ L İ
21

Yüklə 9,04 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   275




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə