▸ Aparılası seçki qutusunun vasitəsilə səsvermə seçkilər günü saat



Yüklə 258,71 Kb.
Pdf görüntüsü
tarix07.11.2018
ölçüsü258,71 Kb.
#79040


▸  Aparılası  seçki  qutusunun  vasitəsilə  səsvermə  seçkilər  günü  saat

09:00-da başlayır və saat 19:00-da bitir.

▸  Səsvermə günü saat 9:00-da komissiyasının sədri sizə təhvil verməlidir:

✓  Aparılası seçki qutusunun siyahısını;

✓  Seçicilərin qeydiyyatçısı tərəfindən imzalanmış və qeydiyyatçının

möhürü ilə təsdiq edilmiş lazımi sayda seçki bülletenlərini;

✓  Xüsusi zərfləri (aparılası seçki qutusunun siyahısında mövcud olan

seçicilərə uyğun olaraq);

✓  Yoxlama  vərəqəsi  yerləşdirilən  möhürlənmiş  aparılası  seçki

qutusunu;

✓  Aparılası  seçki  qutusunun  kəsiyini  möhürləyən  möhür  (aparılası

seçki  qutusu  aparılası  seçki  qutusunun  köməyilə  səsvermə

bitdikdən sonra möhürlənir).

▸  Seçiciyə yaxınlaşan kimi ondan Gürcüstan vətəndaşlığını təsdiq edən

şəxsiyyət  vəsiqəsini  və  yaxud  Gürcüstan  vətəndaşlığı  pasportunun

təqdim olunmasını xahiş edin;

▸  Seçicinin şəxsi nömrəsini aparılası seçki qutusunun siyahısında mövcud

olan şəxsi nömrə ilə müqayisə edin.

▸  Təqdim  olunan  şəxsiyyətini  təsdiq  edən  sənədlərdə  qeyd  olunan

seçicinin  qeydiyyat  məlumatlarını  və  aparılası  seçki  qutusunun

siyahısında olan məlumatların uyğunluğunu yoxlayın.

 

Nəzərə  alın!  əgər  seçicilərin  müvafiq  siyahısında  Gürcüstan

vətəndaşının  şəxsi  nömrəsi  və  cinsiilə  birlikdə  siyahıda  olan

məlumatlarla üçü tam uyğun gəlirsə (adı, soyadı, doğum tarixi, ünvanı)

seçici seçkilərdə iştirak edir.

▸  Aparılası seçki qutusunun siyahısında öz imzanızla seçki bülleteninin

verilməsini təsdiq edin.



Aparılası seçki qutusunu daşıyan 

komissiya

üzvlərinin funksiyaları


 Seçicidən  xahiş  edin  ki,  aparılası  seçki  qutusunun  siyahısında  öz

soyadının qarşısında seçki bülleteni almasını öz imzası ilə təsdiq etsin.

Nəzərə  alın!  Əgər  səsvermə  prosesində  bəlli  olsa  ki,  seçici  seçki

siyahısında digər seçicinin soyadının qrafasında imza atıb, bu zaman

seçici  soyadının  ardınca  həmin  qrafada  imza  atmalı.  Qeyd  olunan

haqqında izahat yazın (seçicinin adını, soyadını və vahid siyahısında

sıra nömrəsini qeyd etməklə).

 Seçiciyə  qeydiyyatçının  imzası  və  möhürü  ilə  təsdiq  olunmuş  seçki



bülleteni verin.

 Seçici tərəfindən bülleten doldurulduqdan sonra ona xüsusi zərf verin



və göstərin ki, qatlanmış seçki bülletenini onda yerləşdirsin.

 Seçicidən xahiş edin ki, xüsusi zərfi aparılan seçki qutusuna salsın.



 Səsvermə başa çatdırıldıqdan sonra aparılası seçki qutusunun kəsiyini

elə möhürləyin ki, möhürü zədələmədən onu açmaq mümkün olmasın.

 Aparılası  seçki  qutusunu  saat  20:00-dan  gec  olmayaraq  seçki



məntəqəsinə qaytarın.

 Səsvermə  binasına  qayıtdıqdan  sonra  Məntəqə  seçki  komissiyasının



katibinə istifadə olunmamış/korlanmış seçki bülletenləri, xüsusi zərfləri

və komissiya üzvlərinin izahatlarını təhvil verin (mövcud olduğu halda).



Nəzərə alın! 

 Aparılası  seçki  qutusu  vasitəsi  ilə  səsvermədə  iştirak  edən  seçiciyə



markirovka tətbiq olunmur.

 Fiziki vəziyyətinə görə seçici tərəfindən aparılası seçki qutusu vasitəsilə



səs  verildiyi  təqdirdə,  aparılası  seçki  qutusu  siyahısının  “Seçicinin

imzası” qrafasında –aparılası seçki qutusunu daşıyan komissiya üzvü

“Fiziki vəziyyət” adlı qeyd yazır və bunu şəxsi imzası ilə təsdiq edir.

Fiziki  vəziyyətinə  görə  seçicinin  (həmçinin  seçki  bülletenini  sərbəst

doldura  bilmədikdə)  yerinə  onun  seçdiyi  şəxs  onun  yanında  seçki

bülletenini doldurur, xüsusi zərfə yerləşdirir və zərfi seçki qutusuna atır

(o, seçki komissiyasının üzvü, namizəd, seçki subiyektinin nümayəndəsi,

pressa  və  digər  kütləvi  informasiya  vasitələrinin  nümayəndələri  və

müşahidəçilərindən başqa).

 Əgər  aparılası  seçki  qutusunun  möhürünün  bütövlüyü  pozularsa,  bu



barədə  dərhal  komissiya  sədrinə  bildirin,  səbəbi  göstərməklə  izahat

tərtib edin və yanında olan şəxslərə imzalatdırın.



Yüklə 258,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə